CANLA-BAŞLA

zərf Çox həvəslə, ürəkdən, səy və qeyrət göstərərək. Can(la)-başla işləmək. Can(la)-başla razı olmaq.
– Nə qədər varsa bu dünyada sevinc inciləri; Öz böyük qəlbinə can-başla yığırsan gecələr. S.Rüstəm.
Fərman can-başla çalışmaq, işin nəzəri cəhətini öyrənmək sayəsində püxtələşmiş və öz işinin ustası olmuşdu. Ə.Sadıq.
[Hümmət Fərəcova:] Çox gözəl, xoş gəlmisiniz, nə qulluğunuz olsa, can-başla təşkil etməyə hazırıq. B.Bayramov.

CANQURTARICI
CANLANDIRICI

Значение слова в других словарях