CAVANLIQ

is. Cavan yaşlar, gənclik dövrü, gənclik (qocalıq ziddi).
Əfsus, qocaldım, ağacım düşdü əlimdən; Səd heyf cavanlıq! M.Ə.Sabir.
Bir az sükutdan sonra Yusif dedi: – Cavanlıqdır, zərər yoxdur. N.Nərimanov.

// Cavanlıqda – gənc yaşlarında, gənclikdə, cavan vaxtlarında. Cavanlıqdan qocalığa güc saxla. ( Ata. sözü ).
Deyirlər ki, cavanlıqda Mirzə Səfər özü şairlik fikrinə düşüb şeir demək üçün çox çalışmışdı, lakin bir nəticə hasil olmamışdı. Ə.Haqverdiyev.

Синонимы

  • CAVANLIQ gənclik
  • CAVANLIQ cavanlıq bax gənclik

Антонимы

  • CAVANLIQ CAVANLIQ – QOCALIQ Oğul, cavansan, cavanlığın səhv və xətası olar, çalış xəta etmə (Ə.Haqverdiyev); Bilirəm onu da gözləyir qocalıq (R
CAVANLI-QOCALI
CAVANMƏRD

Значение слова в других словарях