CİDD-CƏHD

is. [ ər. ] Var gücü ilə çalışma, səy etmə, cəhd göstərmə.
[Nuriyyə:] Bütün cidd-cəhdimə baxmayaraq, səsim titrəyirdi. İ.Əfəndiyev.
Bu qələbə məktəbdə uzun illər boyu davam edən cidd-cəhdin, inadlı çalışqanlığın… nəticəsi idi. M.Rzaquluzadə.
[Muxtar:] Sən məni ələ salma, Firəngiz, intiqam almaq üçün cidd-cəhd əbəsdir. B.Bayramov.

□ Cidd-cəhd etmək – var gücü ilə çalışmaq, səy göstərmək.
…Zeynəb ciddcəhd eləyirdi ki, ağlamağını büruzə verməsin ki, oğlunun ürəyi sıxılsın. C.Məmmədquluzadə.
Bunlar vaxtında hərə öz məhəlləsinin abad olmağına cidd-cəhd etmişlər… N.Nərimanov.
[Gəldiyev] qan-tər içində Vahidin işini tapmağa cidd-cəhd elədi. Mir Cəlal.

Синонимы

  • CİDD-CƏHD cidd-cəhd bax səy
  • CİDD-CƏHD səy — cəhd — canatma — meyl — təşəbbüs
CİDAR
CİDDƏN

Значение слова в других словарях