Azərbaycanda dövlət çevrilişinə cəhd (1995)

1995 Azərbaycanda hərbi çevrilişə cəhd — 1995-ci ildə Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri polkovnik Rövşən Cavadov rəhbərliyində Azərbaycan hərbçiləri tərəfindən edilən hərbi çevriliş cəhdidir. Məqsəd prezident Heydər Əliyevdən ölkə hakimiyyətini almaq və əvvəlki prezident Əbülfəz Elçibəyi hakimiyyətə gətirmək idi. Türkiyə prezidenti Süleyman Dəmirəl Türkiyədə çevrilişi dəstəkləyən ünsürlərdən xəbərdar olanda xəbərdar etmək üçün Əliyevə zəng elədi.[6] 17 mart 1995-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin dəstələri üsyançıların düşərgəsini mühasirəyə aldı və hücum edərək Cavadovu öldürdü. 1996-cı il Susurluq qəzasından sonra Türkiyədə ortaya çıxan məlumatlar bəzi Türkiyə kəşfiyyatçılarının çevrilişi dəstəklədiyini və rol oynadığını üzə çıxardı.[6]

1995 Azərbaycanda hərbi çevrilişə cəhd
Tarix 13–17 mart 1995[1][2]
Yeri Azərbaycan
Nəticəsi

Uğursuzluq

• Rövşən Cavadov öldürüldü.
Münaqişə tərəfləri

OMON
Dəstəkləyənlər:
Boz qurdlar (MHP)[3]
Türkiyə Kəşfiyyatı

Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Silahlı Qüvvələri

Komandan(lar)

Rövşən Cavadov
Mahir Cavadov
Elçin Əmiraslanov

Heydər Əliyev
Səfər Əbiyev
Ramil Usubov
Dəstəkləyənlər: Süleyman Dəmirəl

Tərəflərin qüvvəsi

500 nəfər[4]

Naməlum 27 hərbi qulluqçu, 11 XTPD qulluqçusu və 7 mülki şəxs həlak olmuş, 117 nəfər yaralanmışdır.[4]

İtkilər

11 XTPD qulluqçusu həlak olmuş,[4] 710 nəfər həbs edilmişdir[5]

27 hərbi qulluqçu həlak olmuşdur[4]

Ümumi itkilər
7 mülki şəxs həlak olmuş, 117 nəfər yaralanmışdır[4]

1990 -cı ilin avqustunda Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan Daxili İşlər Nazirliyinə tabe olan Xüsusi Təyinatlı Milis Dəstəsi (OMON) yaradıldı.[7] 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra bu birlik Xüsusi Təyinatlı Polis Dəstəsi (XTPD) adlandırıldı. XTPD ilk dəfə 1994-cü ilin oktyabr ayında dövlət çevrilişinə cəhd hadisələrində iştirak etmişdi. Lakin sonradan XTPD Heydər Əliyevə dəstək göstərdiyi üçün birləşmə ləğv edilmədi, qiyamın digər rəhbəri Surət Hüseynov isə baş nazir postundan istefaya göndərilərək həbs edildi. Buna baxmayaraq XTPD dövlətin birbaşa nəzarətində olmayan silahlı birlik olaraq qalmağa davam edirdi. Həmin dövrdə parlamentin spikeri olan Rəsul Quliyev hökumət üzvlərinin 90%-nin XTPD-dən və onun rəhbəri Cavadov qardaşlarından fiziki olaraq qorxduğunu qeyd edirdi.

12 dekabr 1994-cü ildə Korkut Eken (Türkiyənin Milli Kəşfiyyat Təşkilatı), İbrahim Şahin və Ayxan Çarxın (Türkiyənin Özəl Hərəkat Dairəsi Başkanlığı) və Abdullah Çatlının daxil olduğu qrup Türkiyədən Azərbaycana gəldi. Onların məqsədi 60 OMON polis məmurunu çevriliş üçün hazırlamaq idi. Onlar OMON komandiri Rövşən Cavadov tərəfindən dəvət edilmişdilər.[6][8] Rusiya Federal Təhlükəsizlik XidmətiABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi hadisələri izləyirdi.[9]

Rövşən Cavadov Heydər Əliyevin hakimiyyətə gəlməsində çox böyük rol oynamışdı, üstəlik bir müddət şəxsən özü XTPD üzvləri ilə birlikdə H.Əliyevi qoruyurdu. Lakin sonradan onların arasındakı ziddiyyətlər artmağa başladı. 1995-ci il martın 13-də xarici səfərdən qayıdan H.Əliyev Pakistana səfərə hazırlaşsa da, Türkiyə prezidenti Süleyman Dəmirəl ona Azərbaycanda Cavadov qardaşlarının çevriliş etməyə hazırlaşdığı xəbərini ötürməsindən sonra səfərini ləğv etdi.[10]

Qazax-Ağstafa zonasında

[redaktə | mənbəni redaktə et]

12 mart 1995-ci ildə Azərbaycanın hüquq-mühafizə orqanlarına Tovuz bölgəsinin ərazisində, Gürcüstana doğru gedən yolda Dövlət Yol Polisi (DYP) işçilərinin dayanma tələblərinə baxmayaraq, içərisində silahlı adamlar olan 4 avtomobilin DYP postunun yanından keçməsi barədə məlumat daxil oldu. Hüquq-mühafizə orqanları XTPD zabitlərinin müşayiəti ilə içərisində 150 ton mis daşınan avtomobilləri saxlaya bilib.[11] Buna cavab olaraq Qazax rayonu XTPD üzvləri və onlara qoşulmuş silahlı mülki şəxslər Qazax şəhər polis idarəsini və bir hərbi hissəni ələ keçirdilər, burada bir neçə zirehli texnikanı ələ keçirərək Ağstafa rayonuna doğru hərəkət etdi. Onlar səhər saat 4:40-da, Ağstafa yaxınlığında yol polisi postuna atəş açdılar, sonra onu tutaraq tərksilah etdilər. Şəhər istiqamətində hərəkətə davam edən qiyamçılar saat 5:20-də şəhər polis idarəsinə hücuma keçdilər və səhər 6.30-da XTPD üzvləri Ağstafa Polis Şöbəsini ələ keçirərək tərksilah etdilər. Daha sonra onlar Tovuz bölgəsindəki hərbçilərə hücum etmək istəsələr də məğlub olaraq geri çəkildilər. Martın 15-də hökumət qüvvələri Ağstafa bölgəsindəki OPON mövqelərinə hücum etdilər və qiyamçıları Ağstafa rayonundan çıxardılar. TURAN agentliyinin məlumatına görə, döyüş zamanı hökumət qüvvələri Qrad qurğularından istifadə edib. Məğlub olan qiyamçıların bir hissəsi Gürcüstana qaçdı.[12]

Martın 14 -də Azərbaycanın daxili işlər naziri Ramil Usubovun XTPD-nin ləğv edilməsi ilə bağlı əmri televiziyada elan etdi. Bu qərar XTPD-nin "demək olar ki, idarə olunmayan bir vahid halına gəlməsi, nazirliyin tabeliyindən tamamilə çıxması və kriminal aləmlə işbirliyi qurması" səbəbiylə qəbul edilmişdi. XTPD komandiri Rövşən Cavadova və döyüşçülərinə, 17 Mart 00:00-a qədər üç gün ərzində dəstədəki bütün texniki vasitələri və silahları təhvil vermə əmri verildi. Əmrə görə, silahı könüllü təhvil verənlər törətdikləri əməllərə görə cəzalandırılmayacaq və DİN sistemində müvafiq işlə təmin ediləcəkdilər. Lakin XTPD-nin başçısı Rövşən Cavadov Xətai rayonunun o vaxtkı prokuroru, qardaşı Mahir Cavadovla birlikdə dövlət başçısı qarşısında müəyyən şərtlər qoydular.[13] Ertəsi gün Prezident Heydər Əliyev XTPD komandiri Rövşən Cavadovu daxili işlər nazirinin müavini vəzifəsindən azad etdi.[12] 17 mart 1995-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin dəstələri üsyançıların düşərgəsini mühasirəyə aldı və hücum edərək Cavadovu öldürdü.[14]

1996-cı il Milli İstihbarat Təşkilatı məlumatlarına görə Türkiyənin baş naziri Tansu Çillər nazir Ayvaz Gökdemir, polis müdiri Mehmet Ağar, İbrahim Şahin və Korkut Ekenə Elçibəyi prezident etmək üçün yaşıl işıq yandırmışdı.[9][15] Elçibəy Türkiyənin Milliyətçi Hərəkat Partiyasının lideri Alparslan Türkeşin ideolojik müttəfiqi idi. Alparslan Türkeş Qafqaza qədər uzanan bir türk dövləti yaratmaq arzusunda idi. Türkeşin çevrilişə verdiyi dəstək Türkiyə və Azərbaycan arasında diplomatik böhrana səbəb oldu. Azərbaycan dövlət çevrilişi cəhdi ilə bağlı məruzə hissəsinin təkzib edilməsi barədə bəyanat tələb etdi.[16]

1996-cı il Susurluq Qəzasından sonra Türkiyədə ortaya çıxan məlumatlar göstərir ki, baş nazir Tansu Çillərin baş məsləhətçiləri Acar Okan və Süleyman Kamil Yüceoral çevriliş cəhdi ilə əlaqədar idilər. Susurluq Kommissiyası üzvü Fikri Sağlara görə məqsəd Əfqanıstandan başlayan narkotik marşrutu qorumaq idi. Sağlar qeyd edir ki, Yüceoral Əfqanıstanda general Əbdül Rəşid Dostuma pul ödəyib.[16]

Sonrakı məlumatlar iddia edir ki, Veli Küçükün üzvü olması ehtimal edilən Ergenekon bu çevrilişdən məsul idi. Bu da Susurluq ilə Ergenekon arasındakı əlaqəni göstərir.[17] Həmin dövrdə Azərbaycanın baş prokuroru işləmiş Eldar Həsənov 2021-ci ildə məhkəmədə dindirilərkən 1995-ci il çevriliş cəhdində Türkiyənin iştirakı ilə bağlı aşağıdakı sözləri deyib:[18]

1995-ci ildə dövlət çevrilişinə cəhd ittihamıyla iki nəfər türk saxlanmışdı. Onlardan biri Türkiyə, digəri isə Avstriya vətəndaşı idi. Həmin vaxt prezident olan Heydər Əliyev baş prokuror kimi mənə və Ali Məhkəmənin sədri Xanlar Hacıyevə deyib ki, onların türk olması qabardılmasın. Dedi ki, biz hamımız gəldi-gedərik, amma bu iş uzun illər arxivdə qalacaq. Sabah türk adına xələl gəlməsin. Türkiyə vətəndaşı bütün Türkiyə deyil, bütün türk xalqı deyil. Biz 11 gün işlədik, onu təmizlədik, bu gün arxivlərdə qalan materiallarda iz buraxmadıq.

  • "Rovsen Cavadov - 1" (az.) və  (rus.)). YouTube. 2011-07-03. İstifadə tarixi: 2015-01-17.
  • "Rovsen Cavadov - 2" (az.) və  (rus.)). YouTube. 2011-07-03. İstifadə tarixi: 2015-01-17.
  • ANS TV, Heç kim və heç nə unudulmayacaq — "OMON qiyamı", 1995-03-17, YouTube-da izlə
  • ANS TV, Dərs — "1994-ün oktyabr hadisələri", 1995-10-04, YouTube-da izlə
  • ANS TV, Ən Yeni Tarix — "Mart hadisələri", 2000-03-18, YouTube-da izlə
  • ANS TV, Ən Yeni Tarix — "1994-cü il oktyabr hadisələri", YouTube-da izlə
  • Azadlıq Radiosu, Kontext — "Rövşən Саvаdоv və ОМОN hаdisələri hаqdа detаllаr", 15 mart 2012, YouTube-da izlə
  • Meydan TV, Sevinc Osmanqızı ilə — "Qiyam - Rövşən Cavadov Heydər Əliyevə qarşı", 25 mart 2017, YouTube-da izlə
  1. de Waal, 2003. səh. 295
  2. (HRFT 1998, С. 48)
  3. de Waal, 2003. səh. 252
  4. 1 2 3 4 5 Yunus, 2003. səh. 15
  5. "Report on fact-finding mission til Azerbaijan Former OPON forces in Azerbaijan, etc. 27 Januar to 1 Februar 2002" (PDF). Danimarka İmmiqrasiya Xidməti (ingilis). 1 fevral 2022. 2022-08-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 28 avqust 2022.
  6. 1 2 3 "Darbede kilit isimler" (türk.)). hurriyet.com.tr. 1998-02-17. 2017-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-04.
  7. "Niyə Azərbaycanda Qanunsuz Silahlı Birləşmələr Yoxdur?" (rus). Jurnal «Vlast». 20.05.1991.
  8. "Bu oyunun adı üç maymunlar". Yorum (türk.)). Radikal. 1998-06-25. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-12-29. KGB'nin adamıyken CIA'ya kayan ve çok taraflı çalışmalarıyla dikkat çeken Ruşen Cevadov'a Azerbaycan'da darbe yaptırılmasına kalkışmaktır.
  9. 1 2 (HRFT 1998, С. 49)
  10. "Rəsul Quliyev: «Hökumətdə olanların 90 faizi Cavadov qardaşlarından qorxurdu»". 2021-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-29.
  11. Andrey, Smirnov. "Əlvan metallar üsyan üçün əsas kimi". www.kommersant.ru (rus). 15 mart 1995. 2020-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 avqust 2021.
  12. 1 2 "Azərbaycanda vəziyyət". www.kommersant.ru (rus). 17 mart 1995. 2020-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2021.
  13. "1995-ci ilin mart hadisələri". Sia.az (az.). 15 mart 2018. 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 sentyabr 2021.
  14. Los Angeles Times, 18 March 1995, Azerbaijan Coup Attempt Crushed Caucasus: Loyal forces storm a building and overcome mutinous police units, president reports.[ölü keçid]
  15. Savumlu, Serpil; Doğan, Şahin. "Susurluk'tan 10 yıl sonra". Gündem. Evrensel (Turkish). 2006-11-04. 2009-07-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-12-23.
  16. 1 2 (HRFT 1998, С. 50)
  17. "Report: Garih's execution warrant issued in 1995". Today's Zaman. 2008-12-17. 2013-07-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-12-26. This was at a time when the Ergenekon organization was trying to overthrow late Azerbaijani President Haydar Aliyev and reinstate Elçibey, who was ousted in 1993 in a coup d'état.
  18. "Eldar Həsənov: 'Mənə nə cəza istəyirsiniz, verin, amma o iki ünvana ləkə gətirməyin'". 2022-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]