CİLOVDAR

is.
1. Qabaqda gedən atın cilovundan tutub çəkən adam.
Vaqif cilovdarları, zinpuşçuları və yanınca götürdüyü Səfəri atların yanında qoydu. Çəmənzəminli.

2. məc. Öncül, öndə gedən. Karvanın cilovdarı.
CİLOV
CİLOVLAMA
OBASTAN VİKİ
Cilovdar
Cilovdar-Orta çağdan xanlıq dövrünədək sarayda şah və ailəsinə qulluq edən məmur. Cilovdarlar əyan-əşrəfin atının cilovundan yapışıb, minməyə kömək edirdilər. Xanımları isə getdikləri yerə qədər müşayiət edirdilər. I Şah Abbas Səfəvinin Şahqulu ağa Çəmişgəzəkli adlı cilovdarı vardı. Sivil qaydada isə toy alayının önündə at belində gedən gəlin qızı ər evinə aparan atı cilovundan tutub onun başını çəkərək aramla addımlayan şəxsə verilən ad. Qızı ər evinə yola salan "qız evi adamları" arasında yengədən sonra yer tutan bu şəxs qızın doğma dayısı, kiçik qardaşı, yaxud oğlan sağdışı olardı. O, gəlin qıza at üstə və ya miniyə qalxıb-düşməkdə kömək edər, onu bəy qapısına çatdırıb oğlan adamlarına tapşırdıqdan sonra geriyə, qızın dədəsi evinə qayıdardı. Onun "cilovkəş / cilavdar" (Naxçıvan) deyiliş şəkilləri və "inandar", "rikabdar" adları da vardı.
Cilovdar (Miyanə)
Cilovdar (fars. جلودار‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur. == Coğrafi yerləşməsi == Xalxal şəhristanının Kağızkonan bölgəsinin eyniadlı kəndistanında, Xalxal-Miyanə avtomobil yolunun 4 kilometrliyindədir.
Cilovdarlı
Cilovdarlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Qədirli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə Tovuz rayonunun faktiki mövcud olan Cilovdarlı kəndi dəqiqləşdirmə qaydasında Xatınlı kənd inzibati-ərazi vahidinin tərkibində yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Tovuz rayonunun Xatınlı kənd inzibati-ərazi vahidinin Çilovdarlı kəndi Qədirli kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Etnotoponimdir. Cilovdarlılar vaxtilə şahsevənlər hərbi ittifaqına daxil olmuş, I Şah Abbasın hakimiyyəti illərində (XVII əsrin əvvəlləri) Gəncəbasara gəlmişlər. Cilovdarlıq səfəvilər dövründə xüsusi vəzifə olmuş və bu vəzifənin icrası ayrılıqda bir tayfaya tapşırılmışdır. Mənbələrdə cilovdarlar oğuzların bəydili tayfasının bir qolu kimi qeyd olunur. Cilovdar "cilov tutan, cilov verən", "ordunun on hissəsində gedən" deməkdir. Füzuli rayonundakı Qazaxlar kəndinin məhəllələrindən biri də Cilovdarlı adlanır. Bir başqa mənbədə isə Cilovdar "öndə gedən", "karvanbaşı" deməkdir.

Значение слова в других словарях