Coşqun Zeynallı
Zeynallı Coşqun Çingiz oğlu (29 sentyabr 1993; Sumqayıt şəhəri, Azərbaycan — 28 iyun 2021; Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Şəhid.
== Həyatı ==
Zeynallı Coşqun Çingiz oğlu 1993-cü il 29 sentyabr tarixində Sumqayıt şəhərində anadan olmuşdur. 1999-cu ildə Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən Qubadlı rayonu Xələc kənd natamam orta məktəbinə daxil olmuş, 2012-ci ildə Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən 19 saylı tam orta məktəbi bitirmişdir. 28.06.2021-ci il tarixində Laçın rayonu ərazisində Kamaz markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Zeynallı Coşqun şəhid olmuşdur. Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunmuşdur. Ailəli idi, Ümid və İnci adında iki övladı var.
== Hərbi Xidməti ==
Balakən şəhərində yerləşən DSX-nin N saylı hərbi hissədə xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra 2014-cü ildən 2017-ci ilədək Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət (MAXE) vəzifəsində xidmət etmişdir. 2019-cu ildən Azərbaycan Müdafiə Nazirliyinin N saylı hərbi hissədə manqa komandiri — müddətdən artıq həqiqi hərbi xidmət (MAXE) vəzifəsində xidmət etmişdir.
İkinci Qarabağ müharibəsində Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan, Qubadlı, Suqovuşan, Şuşa, Kəlbəcər və Laçının azad olunmasında iştirak etmişdir.