Cırtdan-"pəhləvan" (film, 1981)
Cırtdan–"pəhləvan" (rus. Про Джыртдана "Великана") — Azərbaycan cizgi filmi.
Burada Cırtdanın başına gələn əhvalatlardan, xeyirlə şərin mübarizəsindən bəhs olunur.
Film Cırtdan Azərbaycan xalq nağılının motivləri əsasında yaradılmışdır.
Applikasiya filmidir.
Bu film 2018-ci ildə "Peri Film" MMC şirkəti tərəfindən xüsusi olaraq Animafilm 1-ci Azərbaycan Beynəlxalq Animasiya Festivalı üçün Buta Film kinostudiyası, rejissor İlqar Nəcəf və prodüser Vidadi Rüstəmovun da texniki dəstəyi ilə Azərbaycan dilinə tərcümə və dublaj edilib.
2022-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, kuratorunun “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyevin olduğu “Azərbaycan animasiyasının 50 illiyi” adlı proqrama daxil edilmiş digər keçmiş və müasir milli animasiya filmlərilə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən I Daşkənd Beynəlxalq Animasiya Forumunda (Tashkent International Animation Forum) göstərilib. Forumda filmin rəssamı Elçin Hami Axundova “Animasiyanın inkişafına verdiyi töhfəyə görə” mükafatı verilib. Ona mükafatı forumun direktoru Dante Rustav təqdim edib.
Ssenari müəllifi: Tofiq Ağayev, Aleksandr Timofeyevski
Rejissor: Bəhmən Əliyev
Quruluşçu rəssam: Elçin Axundov
Operator: Antonina Korotnitskaya
Bəstəkar: Rauf Əliyev
Mahnıların mətni: Aleksandr Timofeyevski
Səs operatoru: Akif Nuriyev
Multiplikasiya rəssamı: Rauf Dadaşov, Vaqif Məmmədov, Arifə Hatəmi, Gülşən Quliyeva, Solmaz Hüseynova, Vladimir Zarubin
Rəssam: T. Hüseynov, Aydın Lazımov, Hüseyn Cavid İsmayılov, S. Candarov, Zəkiyyə Mahmudova, Cəvahir Quliyeva, Lalə Məmmədova (Lalə Ağacanova kimi), Y. Melkumova
Redaktor: D. Tahirova
Filmin direktoru: E. Şirinov
Prodüser: Rəşid Ağamalıyev
Səs rejissoru: Hüseyn Həsənov
Səsləndirənlər: Kəmalə Rövşən, Elçin Hami Axundov
Mətnin tərcüməsi: Gülşən Hüseynova
Şeirlərin tərcüməsi: Sevinc Elsevər, Gülşən Hüseynova
Klara Rumyanova — Cırtdan
Stanislav Fedosov
Cırtdan və div (film, 1983)
Cırtdan cizgi filmi (1969)
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.