CƏZB

is. [ ər. ] : cəzb etmək – özünə tərəf çəkmək.
Cins cinsini həmişə cəzb eylər; Yoxdu bu işdə söhbəti-digər. S.Ə.Şirvani.
Aslanın zirəkliyi, hazırcavablığı, onun alnının genişliyi, bəzən böyüklərə məxsus bir əda ilə dərin fikirlərə getməsi müəllimin diqqətini bir ahənruba kimi özünə cəzb edirdi… S.Rəhimov;

// məc. özünü istətmək, heyran etmək, məftun etmək.
Cəzb eyləməsəydi onu şuri-ləbi-Şirin; Dağlarda külüng çalmaz idi başına Fərhad. S.Ə.Şirvani.
Gülaranın alma kimi qızarmış yanağı, qaynar bulağa bənzər gözləri ilk baxışdan Musanı cəzb etmişdi. Ə.Vəliyev.

Синонимы

  • CƏZB çəkmə — cazibə
  • CƏZB məlahət — füsunkarlıq — lətafət — gözəllik
CƏZAVERİCİ
CƏZBEDİCİ

Значение слова в других словарях