1. Düz, saz hala salmaq, qaydaya salmaq, təmir etmək. Fəhlələr xarab olmuş yolu düzəltdilər. Montyor işıq xəttini düzəltdi.
// Lazımi şəklə salmaq, tərtib və nizama salmaq, qaydaya salmaq.
// Nöqsanları və s. çatışmazlığı aradan qaldırmaq. Nöqsanları düzəltmək. Səhvini düzəltmək.
// İslah etmək, yaxşılaşdırmaq. Xasiyyətini düzəltmək. Adamlara qarşı münasibətini düzəltmək.
2. Vücuda gətirmək, yaratmaq, qayırmaq, hazırlamaq, qurmaq. Quşlar özlərinə yuva düzəltdilər.
3. Cürbəcür vasitələrlə, yollarla əldə etmək, tapmaq. Yol üçün pul düzəltmək. Özünə təzə paltar düzəltmək. Teatra bilet düzəltdinmi?
// Təşkil etmək, yaratmaq, həyata keçirmək (bir işi, tədbiri). Tamaşa düzəltmək. Sərgi düzəltmək. Ziyafət düzəltmək. Şənlik düzəltmək.
// Yaratmaq, vücuda gətirmək, təşkil etmək.
// Qurmaq, fikirləşib hazırlamaq.
4. Bir yerə (işə, məktəbə və s.-yə) qəbul olunmasına kömək etmək, vasitə olmaq. İşə düzəltmək. Onu düzəlt, bizdə işləsin. Məktəbə düzəltmək. Sanatoriyaya düzəltmək.