DÜZƏLTMƏK

f.
1. Düz, saz hala salmaq, qaydaya salmaq, təmir etmək. Fəhlələr xarab olmuş yolu düzəltdilər. Montyor işıq xəttini düzəltdi.
// Lazımi şəklə salmaq, tərtib və nizama salmaq, qaydaya salmaq.
[Güləbətin] üst-başını da düzəldirdi. M.İbrahimov.
[Zöhrə] duru suya baxaraq saçlarını düzəltdi. Ə.Vəliyev.
Qərənfil pəncərənin şüşəsinə baxıb kəlağayısını düzəltdi. S.Rəhman.

// Nöqsanları və s. çatışmazlığı aradan qaldırmaq. Nöqsanları düzəltmək. Səhvini düzəltmək.
// İslah etmək, yaxşılaşdırmaq. Xasiyyətini düzəltmək. Adamlara qarşı münasibətini düzəltmək.
– Qoy təşkilat onu intizam altına alıb düzəltsin. M.S.Ordubadi.

2. Vücuda gətirmək, yaratmaq, qayırmaq, hazırlamaq, qurmaq. Quşlar özlərinə yuva düzəltdilər.
– Telli dişi ilə, dırnağı ilə çalışmış, axırda İslam üçün əməlli-başlı bir eveşik düzəltmişdir. S.Hüseyn.

3. Cürbəcür vasitələrlə, yollarla əldə etmək, tapmaq. Yol üçün pul düzəltmək. Özünə təzə paltar düzəltmək. Teatra bilet düzəltdinmi?
// Təşkil etmək, yaratmaq, həyata keçirmək (bir işi, tədbiri). Tamaşa düzəltmək. Sərgi düzəltmək. Ziyafət düzəltmək. Şənlik düzəltmək.
// Yaratmaq, vücuda gətirmək, təşkil etmək.
İndi də diş həkimləri hazırlamaq üçün texnikum düzəldirlər. C.Məmmədquluzadə.

// Qurmaq, fikirləşib hazırlamaq.
[Slavaçinski:] Elə hiylə düzəltmək lazımdır ki, Nəbi özü gəlib bizə təslim olsun. Qaçaq Nəbi”.

4. Bir yerə (işə, məktəbə və s.-yə) qəbul olunmasına kömək etmək, vasitə olmaq. İşə düzəltmək. Onu düzəlt, bizdə işləsin. Məktəbə düzəltmək. Sanatoriyaya düzəltmək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DÜZƏLTMƏK uydurmaq
  • DÜZƏLTMƏK yaratmaq — qayırmaq — hazırlamaq — quraşdırmaq — qurmaq
  • DÜZƏLTMƏK düzəltmək bax qayırmaq 1

Antonimlər (əks mənalı sözlər)

  • DÜZƏLTMƏK DÜZƏLTMƏK – DAĞITMAQ Faşistlər onları buraya göndərmişdilər ki, dağılmış körpüləri düzəltsinlər. Ancaq bu igidlər, əksinə, uçulmamış körpüləri də dağı
DÜZƏLTMƏ
DÜZƏN

Digər lüğətlərdə