DƏLLƏ

(Yevlax)
bıçaq
DƏLİJƏ
DƏLLƏX’
OBASTAN VİKİ
Dəllək
Yaxa Dəllək — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Çöl Dəllək — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Dəllək Murad – XVIII əsr aşıqlarından biri.
Dəllək Murad
Dəllək Murad (XVII əsr və ya XVIII əsr – XVIII əsr) – XVIII əsr aşıqlarından biri. == Həyatı == Dəllək Murad XVIII əsr aşıqlarındandır, doğum və ölüm tarixi dəqiq məlum deyil. Bəzi mənbələrdə onun XVII əsrdə yaşadığı qeyd olunur. Əsasən gəraylıları və qoşmaları ilə tanınıb. Qoşmalarında çoxlu sayda nəsihətlərə rast gəlmək olar. == Yaradıcılığı == == Mənbə == Azərbaycan Aşıqları və El Şairləri: I. Bakı: 1983, səh.147–151. Azərbaycan Ədəbiyyatı İnciləri/Bayatı, Qoşma, Təcnis. Bakı: 1988, səh.265. Telli saz ustadları. Bakı: 1964, səh.20–23.
Dəlləkli
Azərbaycanda Dəlləkli (Quba) — Azərbaycanın Quba rayonunda kənd. Dəlləkli (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Dəlləkli (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd. Dəlləkli (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Dəlləkli (Yardımlı) — Azərbaycanın Yardımlı rayonunda kənd. Ermənistanda Dəlləkli (Zəngəzur) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonra isə keçmiş Qafan rayonu ərazisində kənd. Dəlləkli (Kotayk) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd.
Dəlləkli (Kotayk)
Dəlləkli — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 23 km məsafədə yerləşir. Toponim mərzili tayfasının bir qolunu təşkil edən dəlləkli nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 21.VI.1948-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Zovaşen (Gölkənd) qoyulmuşdur. == Əhalisi == Kənddə 1873-cü ildə 201 nəfər, 1886-cı ildə 317 nəfər, 1897-ci ildə 374 nəfər, 1904-cü ildə 396 nəfər, 1914-cü ildə 445 nəfər, 1916-cı ildə 466 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılardan sağ qalanlar öz yurdlarına dönə bilmişdir. Burada ermənilərdən başqa 1922-ci ildə 24 nəfər, 1926-cı ildə 33 nəfər, 1931-ci ildə 40 nəfər azərbaycanlı yaşamışdır.
Dəlləkli (Masallı)
Dəlləkli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 160 nəfərdir. == Toponimiyası == Yaşayış məntəqələrini dəlləkli nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılmışdır. Etnotoponimdir.
Dəlləkli (Quba)
Dəlləkli (əvvəlki adı: Petropavlovka) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Quba rayonunun Petropavlovka kəndi Dəlləkli kəndi adlandırılmışdır. == Toponimikası == Quba rayonunun Vladimirovka i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Çarizmin köçürmə siyasəti nəticəsində Rusiyanın mərkəzi quberniyalarından XIX əsrin birinci yarısında köçürülmüş rus ailələri burada məskunlaşdıqdan sonra kəndə Petropavlovka adı verilmişdi. 1992-ci ildən kəndin keçmiş adı bərpa edilmişdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1002 nəfər əhali yaşayır.
Dəlləkli (Tovuz)
Dəlləkli — Azərbaycan Respublikasının Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd dəlləkli nəslinə mənsub ailələr tərəfindən salındığı üçün belə adlandırılmışdır. Etnotoponimdir. Keçmişdə mərzili və ərəbbaloğlan icmalarının tərkibində dəlləkli tirəsi qeydə alınmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Kiçik Qafqaz dağlarının yamacında yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Dəlləkli (Yardımlı)
Dəlləkli — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Dəlləkli (Zəngilan)
Dəlləkli – Azərbaycan Respublikasının Zəngilan rayonunun Çöpədərə kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ilin oktyabr ayının 22-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Tarixi == Kənd dağətəyi ərazidədir. Yaşayış məntəqəsini dəlləkli nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılıb, etnotoponimdir. Keçmişdə Mərzili və Ərəbbaloğlan icmalarının tərkibində dəlləkli tirəsi qeydə alınmışdır. Kənd təxminən 60-70 evdən ibarət olub. Araz çayının sahilinin üst tərəfində yerləşir. Aşağı tərəfdən Bakı-Mincivan-Naxçıvanı birləşdirən dəmir yolu və avtomobil yolu keçir. "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya bölgəsi əhalisinin statistik məlumatları toplusu"na əsasən, Yelizavetpol quberniyasının Zəngəzur qəzasının Bartaz kənd dairəsinin Dəlləkli kəndində 29 ev və 162 azərbaycanlı (mənbədə "tatar" kimi göstərilmiş) yaşayırdı, bunlar dini baxımdan şiə idilər.
Dəlləklər
Dəlləklər — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dəlləklər Yevlax rayonunun Qaramanlı inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Keçmiş adı Vəlibəyli olmuşdur. Rayonun İsmayılabad kəndində Dəlləklilər məhəlləsi, Qaraoğlan kəndində isə Dəlləkli oymağı coğrafi adlarının olması güman etməyə əsas verir ki, kənddə həmin oymaqdan və ya məhəllədən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaşayış məntəqəsi bu adı almışdır. Etnotoponimdir..
Dəlləkoba
Dəlləkoba — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Qızılavar kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Dəlləkoba kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Dəllər
Azərbaycan Dəllər (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda qəsəbə. Gürcüstan Dəllər (Bolnisi) — Gürcüstanın Bolnisi rayonunda kənd. Dəllər (Başkeçid) — Gürcüstanın Başkeçid rayonunda kənd. Ermənistan Dəllər (Axta) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. Dəllər — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda çay. İran Dəllər (Xalxal) — Ərdəbil ostanının Xalxal şəhristanının Xalxal mərkəzi bəxşinə bağlı kənd.
Dəllər (Axta)
Dəllər — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 13 km şimal-qərbdə Zəngiçayın qolu olan Dəllər çayının sahilində, Zincirli dağının ətəyində yerləşirdi. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimikası == Toponim Hun tayfa birliyinə daxil olan tele (dəli) türk etnonimi əsasında formalaşmışdır. -lər cəmlik bildirən şəkilçidir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 181 nəfər, 1873-cü ildə 227 nəfər, 1886-cı ildə 267 nəfər, 1897-ci ildə 303 nəfər, 1908-ci ildə 385 nəfər, 1914-cü ildə 597 nəfər, 1916-cı ildə 337 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar qırğınlarla öz doğma kəndlərindən qovulmuş və kəndə ermənilər yerləşdirilmişdir. Sonralar kənd xarabalığa çevrilmişdir.
Dəllər (Başkeçid)
Dəllər — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Oruzman kənd inzibati-ərazi dairəsinə daxildir. == Coğrafiyası == Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 4 km cənub-qərbdə, Maşaver çayının sağ sahilində yerləşir. == Tarixi == Dəllər də türkmənşəli tayfalardan olub, qazaxlarda, başqırdlarda, noqaylarda, qaraqalpaqlarda Tele/Tələ tayfasının adını əks etdirir. == Əhalisi == Kənddə 1926-cı ildə 31 ailədə 253 nəfər azərbaycanlı yaşayırdı. 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 313 nəfər (162 nəfəri kişilər, 151 nəfəri qadınlar) əhalinin 100 %-i etnik azərbaycanlılardan ibarətdir. 1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 402 nəfər əhali yaşayır. === Tanınmışları === Ramiz Almazov (d. 11 aprel 1960) — Rusiya Daxili xidmət general-leytenantı. == Təhsil == Kənddə ilk dünyəvi məktəb 1923-cü ildə yaradılıb.
Dəllər (Bolnisi)
Dəllər kəndi – Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd. == Coğrafi mövqeyi == Dəllər (Müşevan) kəndi Maşaver çayının sağ sahilində, rayon mərkəzindən 14 km günbatarda, dəniz səviyyəsindən 750 m hündürlükdə yerləşir. == Toponimi == Dəllər və ya Aran-Dəlləri deyilir. Türkmənşəli Tele/Tələ tayfasının adını əks etdirir.[mənbə göstərin] Bu tayfa Kolayır kəndindəki Dəllər nəsliylə genetik qohumdur.[mənbə göstərin] Yaxında X-XI əsrlərə aid kiçik ölçülü salon formalı kilsə aşkarlanıb. == Əhalisi == 1870-də 7 ailədə 47 nəfər, 1918-də 198 nəfər, 1926-da 53 ailədə 314 nəfər, 2002-də 290 ailədə 1194 nəfər, 2006-da 246 ailədə 1200 nəfər.[mənbə göstərin] == Maarif == Məktəbin tarixi 1931-ci ildən başlanır. Hal-hazırda Bir baza məktəbi (2006-da 9 sinifdə 142 şagird) fəaliyyətdədir.
Dəllər (Xalxal)
Dəllər — Ərdəbil ostanının Xalxal şəhristanının Xalxal mərkəzi bəxşinə bağlı kənd.
Dəllər (Şəmkir)
Dəllər — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati-ərazi vahidində qəsəbə. == Tarixi == Şəmkir rayonunun eyniadlı qəsəbə inzibati ərazi vahidində Şəhər tipli qəsəbə. Gəncə-Qazax düzənliyindədir. Keçmış adı Tərs Dəllər (Tərsçayın sahilində yerləşdiyinə görə) olmuşdur. 15 mart 1973-cü ildə Dəllərə şəhər tipli qəsəbə statusu verilmişdi. == Toponimikası == Oykonim özündə qədim türk tayfalarından olan telelərin adını əks etdirir. Telelər VII-VII əsrlərdə tokuz-oğuz adı ilə də adlanmışlar. Qıpçaqların və xəzərlərin tərkibində Azərbaycana gəlmiş telelər dəlilər/dəllər variantında bir çox coğrafi adlarda öz izlərini saxlamışlar. == Əhalisi == Qəsəbənin əhalisi 4.859 nəfər təşkil edir.[mənbə göstərin] == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Dəllər Cırdaxan
Dəllər Cırdaxan — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Qeyri rəsmi olaraq Cəfər Cabbarlı kəndi kimi tanınır. Dəllər Cırdaxan Şəmkir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Gəncə-Qazax düzənliyindədir. Cırdaxan kəndini keçmış Qazax qəzasında eyniadlı kəndlərdən fərqləndirmək məqsədilə yaxınlıqdakı Dəllər kəndinin adından istifadə olunmuşdur. Oykonim "Dəllər kəndi yaxınlığındakı Cırdaxan kəndi" mənasındadır. == Tarix == Dəllər Cırdaxan yaşayış məntəqəsi kimi hələ XVIII əsrin əvvələrindən mövcuddur. Yalnız XX əsrin 30-cu illərində bir neçə yaylaq və qışlaqların birləşməsi nəticəsində kənd kimi formalaşmışdır. Kəndin ərazisində yerləşən və XVIII–XIX əsrlərə aid olan qəbiristanlıq bunun əyani sübutudur. Kəndin əsasını Mayarlı,Qımırlı, Kosalı, Dəlləkli kimi yerli və qədim türk tayfalarının nümayəndələri qurmuşlar.
Dəllər Cırdaxan bələdiyyəsi
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarix == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Yeni Azərbaycan Partiyası == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dəllər Cəyir
Dəllər Cəyir – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dəllər Cəyir Şəmkir rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Cəyir çayının sahilində, Gəncə-Qazax düzənliyindədir. Kəndi Cəyir çayının yuxarı axarı boyunda, dağlıq ərazidə yerləşən Dağ Cəyir kəndindən fərqləndirmək məqsədilə yaxınlıqdakı Dəllər kəndinin adından istifadə olunmuşdur. Oykonim "Dəllər kəndi yaxınlığındakı Cəyir kəndi" mənasındadır. == Əhalisi == === Tanınmışları === Murad Niyazlı — XX əsrdə tanınmış ustad aşıq, şair. Taleh Həmid — şair, publisit-jurnalist, == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Dəllər Cəyir bələdiyyəsi
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarix == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Yeni Azərbaycan Partiyası == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dəllər Daşbulaq
Dəllər Daşbulaq – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şəmkir rayonunun Dəllər Cəyir inzibati ərazi vahidində kənd. Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqələri ərazilərindəki eyniadlı bulaqların adı ilə adlandırılmışdır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Dəllər Daşbulaq bələdiyyəsi
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarix == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Yeni Azərbaycan Partiyası == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dəllər aviabazası
Dəllər aviabazası — Şəmkir rayonunun Dəllər qəsəbəsində yerləşən aviabaza. Baza Azərbaycan Hərbi Hava Qüvvələrinin balansındadır. == Tarixi == Aviabazada vaxtı ilə 882-ci qırıcı aviasiya polku yerləşirdi. Burada Su-24 və MiQ-25 hərbi təyyarələri yerləşdirilmişdi.
Dəllər bələdiyyəsi
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarix == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Yeni Azərbaycan Partiyası == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.