Dəlləkli (Kotayk)

Dəlləkli — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd.[2]

kənd
Dəlləkli
40°18′42″ şm. e. 44°44′56″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Qırxbulaq mahalı
Rayon Ellər rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 2.030 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 147 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Dəlləkli xəritədə
Dəlləkli
Dəlləkli

Rayon mərkəzindən 23 km məsafədə yerləşir.

Toponim mərzili tayfasının bir qolunu təşkil edən dəlləkli nəsil adı əsasında[3] əmələ gəlmişdir.

Patronim toponimdir. Quruluşca sadə toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 21.VI.1948-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Zovaşen (Gölkənd) qoyulmuşdur.

Kənddə 1873-cü ildə 201 nəfər, 1886-cı ildə 317 nəfər, 1897-ci ildə 374 nəfər, 1904-cü ildə 396 nəfər, 1914-cü ildə 445 nəfər, 1916-cı ildə 466 nəfər yalnız azərbaycanlı yaşamışdır[4].

1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılardan sağ qalanlar öz yurdlarına dönə bilmişdir. Burada ermənilərdən başqa 1922-ci ildə 24 nəfər, 1926-cı ildə 33 nəfər, 1931-ci ildə 40 nəfər azərbaycanlı yaşamışdır[4].

SSRİ Nazirlər Sovetinin xüsusi qərarından sonra 1947-1953-cü illərdə azərbaycanlılar zorla tarixi-etnik torpaqlarından çıxarılaraq Azərbaycana köçürülmüşdür.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. Гейбуллаев Г.А. Топонимия Азербайджана (историкоэтнографическое исследование), Баку, «Элм», 1986. s.74
  4. 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.44-45, 124-125