Bu məqalə Başkeçid rayonunda yerləşən Dəllər kəndi haqqındadır. Digər mənalar üçün Dəllər səhifəsinə baxın. |
Dəllər — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Oruzman kənd inzibati-ərazi dairəsinə daxildir.[3]
Dəllər kəndi gürc. სოფელი დალარი (sopeli dalari) | |
---|---|
დალარი | |
41°19′26″ şm. e. 44°14′04″ ş. u. | |
Ölkə | Gürcüstan |
Rayon | [[Başkeçid]] |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.160 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +995 (360) |
Poçt indeksi | 1700[2] |
Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 4 km cənub-qərbdə, Maşaver çayının sağ sahilində yerləşir.[4]
Dəllər də türkmənşəli tayfalardan olub, qazaxlarda, başqırdlarda, noqaylarda, qaraqalpaqlarda Tele/Tələ tayfasının adını əks etdirir.[4]
Kənddə 1926-cı ildə 31 ailədə 253 nəfər azərbaycanlı yaşayırdı.[4]
17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 313 nəfər (162 nəfəri kişilər, 151 nəfəri qadınlar) əhalinin 100 %-i etnik azərbaycanlılardan ibarətdir.[5][6]
1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 402 nəfər əhali yaşayır.[3]
Kənddə ilk dünyəvi məktəb 1923-cü ildə yaradılıb.[4] Hazırda kənddə bir ibtidai məktəb fəaliyyət göstərir.[4] Və məktəbdə 15 şagird təhsil almaqdadır.[4]