Şəmsəddin əd-Dəməşqi
Şəmsəddin Məhəmməd ibn Əbutalib əd-Dəməşqi (ərəb. شمس الدين محمد بن أبي طالب الدمشقي; 1256, Dəməşq — 1327) — Ərəb coğrafiyaşünası.
Şəmsəddin Məhəmməd ibn Əbutalib əd-Dəməşqi 1256-cı ildə Suriyanın Dəməşq şəhərində anadan olmuşdu. Onun əsas əsəri 1300-cü ildə «Nühbatu-d-dəhr fi əcaibi-l-bərr və-l-bəhr»dir.
Şəmsəddin əd-Dəməşqi 1327-ci ildə Safed şəhərində vəfat edib.
Крачковский И. Ю. Арабская географическая литература. — М., 2004. — С. 29, 129, 192, 277, 327, 352, 359, 377, 382—386, 491, 493, 502, 598, 662.