dəniz

is. mer f ; Xəzər ~i la mer Caspienne ; açıq ~ pleine mer, haute mer ; ~ə çıxmaq prendre le large ; ~in dibində au fond de la mer ; ~ suyu eau f de mer ; ~ balığı poisson m de mer ; hərbi ~ qüvvələri forces maritimes ; ~ məhsulları fruits m pl de mer

dəngüş
dənizatı
OBASTAN VİKİ
Dəniz
Dəniz — Sualtı dağlar, okean cərəyanları və ya adalar qövsü ilə sərhədlənmiş su hövzəsi == Haqqında == Dənizlər okeanın bir parçasıdır və onunla birbaşa və ya boğaz vasitəsilə əlaqələnir. Dənizlər qismən quru ilə, qismən də sualtı relyef yüksəklikləri (astanalar) ilə ayrılır və başlıca olaraq hidroloji rejiminə görə okeanın açıq hissəsindən fərqlənir. Dənizin əsas xüsusiyyəti okeanın ucqarlarında yerləşməsi və okeanla (bir və ya bir neçə boğazla) birləşmiş olmasıdır. Dünyanın ən böyük dənizləri Aralıq dənizi, Berinq dənizi, Karib dənizi, Filippin dənizi və s. sayılır. Onlardan ən böyüyü Flippin dənizidir. Duzluluğuna görə isə birinci yerdə Qırmızı dəniz durur. Dənizlər yerləşdikləri ərazi və ya sərhədlərinə görə üç yerə bölünüb: Daxili dənizlər Kənar dənizlər Adalar arası dənizlər == Dəniz suyu == Dəniz suyunun əsasını duz və xloridlər təşkil edir. 1l dəniz suyunun tərkibində orta hesapla 35 qr. duz vardır.
Dəniz (albom)
Dəniz – Azərbaycan müğənnisi Zülfiyyə Xanbabayevanın albomu. 80 dəqiqəlik kompakt-diskə 18 mahnı daxildir. == Hazırlanması == Kompakt-disk Almaniyada istehsal olunub və BMF Records şirkəti tərəfindən buraxılıb. BMF Records dünya standartına cavab verən məhsulunu istehsal edən ilk rəsmi Azərbaycan rekord-leyblidir. Disk üzərindəki unikal ştrix-kod sayəsində albom haqqındakı bütün məlumatlar Dünya Musiqi Məlumatlar Bazasında qeydə alınıb. Azərbaycandan Dünya Musiqi Məlumatlar Bazasına daxil olan ilk CD-dir. Albom Almaniyada istehsal olunub, dizaynı Miraslana məxsusdur. Alboma Mikayıl Vəkilov, Hüseyn Abdullayev, Kamal, Minayə xanımın, Vüqar Camalzadə, Gövhər Həsənzadə, Muxtar, Emil Şahin, İsa Məlik, Emin Kərimi, Sahib Məmmədov, Günel Sərdar qızı və Emin Məcnunbəylinin mahnıları daxil edilib. Albom üçün foto-sessiya Xəzər dənizinin sahilində fotoqraf Emil Ağayev ilə həyata keçirilib. Müğənninin stili və qrimi illər boyu əməkdaşlıq etdiyi "Trend studio" tərəfindən yerinə yetirilib.
Dəniz Akkaya
Dəniz Akkaya (türk. Deniz Akkaya; 3 avqust 1977, İstanbul) — Türkiyə modeli, aktrisası və aparıcısı. == Həyatı == Dəniz Akkaya 1977-ci ildə Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. Kayserinin Akören rayonunun Uzunyayla kəndindən olan çərkəz mənşəli ailədəndir. Təhsil həyatını İstanbulda keçirmişdir. İbtidai təhsilini Faiq Rəşid Onat adına ibtidai məktəbdə, orta təhsilini Bilgə Kaan Özəl Sınaq adına liseydə, liseyi isə Semiha Şakir adına özəl sınaq liseyində keçirmişdir. İstanbul Universitetinin ABŞ dil və ədəbiyyatı fakültəsini bitirmişdir. Teatrda və kinoda rol almışdır. "Maskalı beşlər: Kipr", "Vizontele Tuuba", "Məktəb" onun rol aldığı filmlərdən bəziləridir. == Şəxsi həyatı == Onun biznesmen Efe Önbilginlə evliliyindən Ayşə (10 dekabr 2009-cu il təvəllüdlü) adlı bir qızı var.
Dəniz Aytəkin
Dəniz Aytəkin (alm. Deniz Aytekin‎; 21 iyul 1978, Nürnberq, Qərbi Almaniya) — Almaniya Futbol İttifaqının türk əsilli futbol hakimi. == Hakimlik karyerası == Dəniz Aytəkin Bavariya Futbol Assosiasiyasının hakimidir. Hakimlik karyerasına 1995-ci ildə başlayıb. 2011-ci ildən FİFA referisidir. 2014-cü ildə UEFA-nın ən üst kateqoriyası olan UEFA Elit Hakim Kateqoriyasına yüksəlib. Almaniya Bundesliqası çərçivəsində idarə etdiyi ilk oyun, 27 sentyabr 2008-ci ildə keçirilmiş "Herta Berlin" - "Enerji Kotbus" matçı olub. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə nəticələnib. Aytəkin bu görüşdə 4 futbolçuya sarı vərəqə göstərib. 1 aprel 2011-ci ildə Almaniya Bundesliqasının 29 turu çərçivəsində keçirilən "Sant-Pauli" - "Şalke 04" oyunu 89-cu dəqiqədə Dəniz Aytəkin tərəfindən yarımçıq dayandırılıb.
Dəniz Baykal
Dəniz Baykal (türk. Deniz Baykal, 20 iyul 1938, Antalya – 11 fevral 2023, Ankara) – Türkiyə siyasətçisi və hüquqşünas. Cümhuriyyət Xalq Partiyasının keçmiş rəhbəri, Millət vəkili. == Həyatı == Dəniz Baykal 1938-ci il iyun ayının 20-də Türkiyənin Antalya şəhərində anadan olub. Atası əslən Çərkəz , anası Türkiyədəndir. 1959-cu ildə Ankara Universitetinin Hüquq fakültəsinindən məzun olan Dəniz Baykal 1960-cı ildə eyni universitetin Siyasi Elmlər fakültəsində assistent kimi fəaliyyətə başlayıb. == Siyasi fəaliyyəti == 1963-cü ildə doktorluq işini bitirdikdən sonra Rokfeller Fondunun təqaüdü ilə ABŞ-yə yollanan Dəniz Baykal iki il müddətində Kolumbiya və Berkli universitetlərində təhsilini davam etdirib. 1960-cı ildə Türkiyə Demokrat Partiyasının iqtidarına qarşı baş qaldıran tələbə hərəkatında iştirak etməklə siyasi arenaya qədəm qoyan Baykal 1973-cü ilin oktyabr ayında TBMM-yə keçirilən seçkilərdə Cümhuriyyət Xalq Partiyasından Antalya millət vəkili seçilib. Dəniz Baykal 1974-cü ildə qurulan Ecevit hökumətində Maliyyə naziri, 1978-ci il Ecevit hökumətində isə energetika və təbii sərvətlər naziri olub. Bu dövrdə Baykal Partiya Məclisi və Mərkəzi İdarəetmə Heyətinin üzvü, baş katib köməkçisi kimi vəzifələri də icra edib.
Dəniz Gəzmiş
Dəniz Gəzmiş (türk. Deniz Gezmiş; 27 fevral 1947, Ayaş, Ankara ili – 6 may 1972, Ankara) — Türkiyəli marksist-leninist inqilabçı və siyasi aktivist. 1972-ci ildə 25 yaşında iki yoldaşı ilə birlikdə edam edilmişdir. Dəniz Gəzmiş həyatı, fəaliyyəti və ölümü ilə Türkiyə cəmiyyətinin üzərində dərin izlər buraxmışdır. Ölümündən sonra barəsində yazılmış mahnılar və çəkilmiş sənədli, bədii filmlər buna misal göstərilə bilər. == Uşaqlıq və gənclik illəri == Dəniz Gəzmiş 1947-ci ilin 28 fevral tarixində Ankaranın Ayaş səmtində dünyaya gəlmişdir. Babası Rizə bölgəsinin Əkizdərə səmtinə bağlı Cimil kəndinin sakini olmuşdur. Gəzmişin nəsili Konyadan köçmək məcburiyyətində qalmış Oğuz türklərinə gedib çıxmaqdadır. Dəniz Gəzmişin atası Ərzurumda yerləşən orta məktəblərin birində müfəttiş kimi çalışan Cəmil Gəzmiş idi. Anası Müqəddər Gəzmiş də Ərzurum bölgəsinin Tortum səmtində orta məktəb müəlliməsi kimi çalışırdı.
Dəniz Mall
Dəniz Mall — Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən ticarət mərkəzi. == Tarixi == === Dizaynı === Dəniz Mall ticarət mərkəzinin dizaynı "Chapman Taylor" şirkətinin direktoru Tim Karran tərəfindən hazırlanmışdır. Verdiyi müsahibələrin birində o, layihənin 2007-ci ildə gerçəkləşdirilməli olduğunu, lakin onun icrasına 2014-cü ildə yenidən başlandığını demişdir. Hazır planlar və çertyojlar öz icrasını yeddi il ərzində gözləyib. Ticarət mərkəzinin quruluşu və qeyri-adi forması Azərbaycanın gerbində və dövlət bayrağında olan səkkizguşəli ulduzdan və "Mirvari" kafesindən götürülmüşdür. Ticarət mərkəzinin səkkiz "ləçəyi" eyni zamanda bir neçə böyük tədbirin keçirilməsinə imkan verəcək səkkiz geniş salondan ibarət olmalı idi. Sonradan bu fikirdən imtina edilmiş və əyləncə məkanının yaradılması qərara alınmnışdır. === Açılışı === Ticarət mərkəzi açılışı 2020-ci il iyunun 1-də olub.
Dəniz Yücəl
Dəniz Yücəl (alm. Deniz Yücel‎; 10 sentyabr 1973) — Türk mənşəli Alman jurnalist. Die Tageszeitung və Die Welt də daxil olmaqla bir neçə alman çap mediasında nəşr edilmişdir. == Bioqrafiyası == Türkiyə hökuməti Dəniz Yücəli dəfələrlə casusluqda və Gülən Hərəkatına və Kürdüstan Fəhlə Partiyasına dəstək olmaq üçün Alman Federal Kəşfiyyat Xidmətində çalışmaqda günahlandırdı. Türkiyə hökuməti, Dəniz Yücelin bu iki quruluşa Türkiyədə sabitliyi pozmaq üçün kömək etdiyini də bildirdi. 2017-ci ildəki bir çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Dəniz Yücəl bir casusdur, jurnalist deyil" demişdir. 14 fevral 2017-ci ildə Türkiyə məhkəməsi Dəniz Yücəli casusluqda günahkar hesab edərək həbs cəzasına məhkum etdi. Bu həqiqət Almaniyada jurnalistlər, siyasətçilər və ictimaiyyət tərəfindən mənfi qəbul edildi. Almaniyanın xarici işlər naziri Siqmar Qabriel dərhal Türkiyə səfirini Xarici İşlər Nazirliyinə çağırdı və burada Dəniz Yücələ qarşı çıxarılan hökmə etiraz etdi. 16 fevral 2018-ci ildə, bir ildən çox həbsxanada qaldıqdan sonra Dəniz Yücəl sərbəst buraxıldı.
Dəniz anası
Meduza — hidroidlər sinifinə daxil beyinləri olmayan canlılar. Meduzalar şəffaf görünüşləri ilə diqqət cəlb edir.
Dəniz anemonları
Aktinilər və ya dəniz anemonları (lat. Actiniaria) — Bağırsaqboşluqluların dalayıcılar tipinin mərcan polipləri sinfinə mənsub dəstəsi. Tək-tək yaşayan dəniz polipləridir. Uzunluğu bir neçə millimetrdən 1,5 metrədək olur. Rəngi əlvandır. Skeletsizdir. Yastı oturacağı ilə bərk substrata yapışır; qazıcı və neyston (suyun səthinə yapışan) növləri də var. Aktiniyaların ağzı onun yemi olan onurğasızları və balıq körpələrini iflic edən (və ya öldürən), dalayıcı çıxıntılarla əhatə olunmuşdur. Aktiniyalar qeyri-cinsi və cinsi yolla çoxalır. Cinsiyyət hüceyrələri suda mayalanır.
Dəniz bəbiri
Dəniz bəbiri (lat. Hydrurga leptonyx) — Əsl suitilərə daxildir. Əsasən Subantarktik qurşaqda Cənub okeanı sularında yaşayır. Onlar əsasən Pərayaqlılarla qidalanır. == Xariçi görünüş == Dəniz bəbirinin sürüşkən bədəni ona suda yüksək sürət yığmağa imkan verir. Suda sinxron hərəkət edir. Erkək dəniz bəbiri 3 metr, dişilər isə 4 metr uzunluğa malik olur. Erkəklər 270 kq, dişilər isə 400 kq çəkiyə sahib ola bilirlər. Yuxarı hissəsi tünd boz, aşağı nahiyəsi isə gümüşü-ağ rəngə malikdir. Başında boz ləkələr vardır.
Dəniz cərəyanları
Dəniz cərəyanları — dünya okeanında və dənizlərdə daimi və dövri axınlar. Daimi, periodik və düzgün olmayan; üst və alt; isti və soyuq cərəyanlar olur. Axının səbəbinə görə küləkli və sıx qatlı cərəyanlar olur. == Təsnifatı == Okeanda suyu hərəkətə gətirən külək və günəşdir. Okeanda suyun dövr etməsi (sirkuliyasiyası) atmosfer sirkuliyasiyasının nəticəsidir. Böyük su kütləsinin okean və ya dənizin bir yerindən digər yerinə aparılması dəniz cərəyanı (axını) adlanır. Okean suyunun hərəkət etmə səbəblərini iki qrupa bölmək olar: xarici və daxili səbəblər. Xarici səbəblərə küləyin okean səthinə təsiri, qabarma əmələ gətirən qüvvələr, atmosfer təzyiqinin dəyişməsi, sahil axını yağıntı və buxarlanmanın təsirindən okean səthi relyefinin dəyişməsi aid edilir. Daxili səbəbə isə sıxlıq sahəsinin üfüqi istiqamətdə eyni (bircinsli) olmaması aiddir. Sıxlığın eyni olmaması isə okean suyunun temperaturunun və duzluluğunun qeyri-bərabər dəyişməsinin nəticəsidir.
Dəniz dalğası
Dəniz dalğası — suyun səthi üzərindən əsən külək tərəfindən meydana gəlir. Bəzi bölgələrdə buna ləpə yaxud şəpə deyilir. Dalğanın əmələ gəlmə səbəbləri müxtəlifdir: zəlzələ, sualtı vulkan püskürməsi, atmosfer təzyiqinin ciddi dəyişməsi və küləklər. Küləyin sürəti 1 m/s-dən az olduqda sakit səthdə zəif dalğa və ya kapilyar dalğa yaranır. Küləyin sürəti artıqca daha iri və nəzərə çarpacaq qravitasiya dalğası əmələ gəlir. Küləyin sürəti 7–8 m/s-yə çatdıqdan sonra isə dalğanın zirvəsində köpüklü dalğa formalaşır. Güclü külək əsməsi nəticəsində davamlı güclü dalğaların yaranması baş verir. Köpüklü dalğanın əmələ gəlməsində duzluluğun rolu çoxdur. Duzlu suda hava qabarcıqları uzun müddət qalır. Külək enerjisi suya bir tərəfdən küləkdöyən dalğa yalına basqı(normal təzyiq),digər tərəfdən su ilə sürtünmə(tangensial təzyiq)vastəsilə verilir.
Dəniz dibi
Okean yatağı (rus. ложе океана, ing. floor of ocean, sea floor) — yerin nəhəng relyef elementlərindən biri. Yer səthinin ən aşağı səviyyəsini/ dərinliyi 6–7 min metrə qədər/ təşkil edib, materik yamacı ilə orta okean silsiləsi arasında yerləşir. Okean tipli yer qabığına malik olması ilə səciyyələnir. == Həmçinin bax == Laxar brekçiyaları Nohur Xionosfer == Geomorofloji termin == Okean dibi — (rus. дно океанское, ing. ocean bottom) litosferin Dünya okeanı suları ilə örtülmüş səthi; qitələr vasitəsilə iri okean çökəklərinə bölünür. Sonuncuların hüdudlarında Yerin dörd çox böyük relyef elementi (geotekturu) ayrılır: qitə dayazlığı, keçid zona (qitədən okeana), okean yatağı və aralıq okean sıra dağları. Qitə dayazlığı və qitə yamacı çox vaxt vahid sualtı qitə kənarı geotekturunda birləşdirilir.
Dəniz dili
Dəniz dili (lat. Solea) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kambalakimilər dəstəsinin dəniz dilləri fəsiləsinə aid heyvan cinsi.
Dəniz donuzcuğu
Dəniz donuzcuğu (lat. Cavia porcellus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin gəmiricilər dəstəsinin caviidae fəsiləsinin cavia cinsinə aid heyvan növü.
Dəniz donuzları
Dəniz donuzları (lat. Phocoenidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi.
Dəniz donuzu
Dəniz donuzu (lat. Phocoena) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin dəniz donuzları fəsiləsinə aid heyvan cinsi. Uzunluqları iki metrə qədər olur. Bel hissəsi tünd, yan nahiyəsi isə parlaq rəngdə olur. Bu iki rəng bir-birinə vəhtəd şəkildə birləşir. Üst çənədə 16–30 çüt, alt çənədə 17–25 olur. Yetkin fərdlərin kəlləsi 24–32 sm olur. == Yayılması == Dəniz donuzları Sakit okean, Atlantik okean və Hind okeanı sularında yaşayırlar.
Dəniz duası
Dəniz duası — Xalid Hüseyninin 2018-ci ildə nəşr olunan kitabı. == Məzmun == Ay işığına bələnmiş dəniz sahilində səhərin açılmasını və qayığın gəlməsini gözləyən bir ata uyumaqda olan körpə oğlunu əzizləyir, nəvaziş göstərir. Ötüb keçən uzun yay günlərini, Suriyadakı baba ocağındakı evlərini ona xatırladır, həyətdə sübhün havasında titrəyən zeytun ağaclarının xışıltısını, keçi mələrtisini, mətbəxdən gələn qab-qacaq səslərini yada salır. Nigaran ata yatan oğluna Homs şəhərinin qarışıq, izdihamlı küçələrini, məscidini, bazarını xatırladır, sonra bomba səslərindən baş götürüb qaçdıqlarını nağıl edir. Gün doğandan sonra evlərindən didərgin düşmüş o insanlar götürə bildikləri pal-paltarları ilə yeni sığınacaq, təzə məskən axtarışında qorxunc dəniz səfərinə çıxacaq.
Dəniz ekologiyası
Dəniz ekologiyası - ekologiyanın dənizləri öyrənən sahəsi. == Dəniz çirklənməsi == Dəniz çirklənməsinin müxtəlif tərifləri var. Olduqca əhatəli elmi bir dəniz çirklənməsi tərifi 1970-ci ildə BMT tərəfindən reallaşdırılan ətraf çirklənməsi ilə əlaqədar konfransda verilmişdir. Bu tərifə görə dəniz çirklənməsi dəniz mühitinə və bioloji qaynaqlara zərər verəcək, insan sağlamlığına təhlükə yaradacaq, su məhsulları istehsalını da ehtiva edən dənizdən iqtisadi faydalanma imkanlarını məhdudlaşdıracaq və dənizin istirahət məqsədi ilə istifadə edilməsinə suyun keyfiyyətini pozaraq maneə yaradacaq şəkildə insanlar tərəfindən birbaşa və ya dolayı yollarla maddə və enerji buraxılması hadisəsidir. Başqa bir əhəmiyyətli dəniz çirklənməsi tərifi isə 2872 saylı Ətraf Mühit Qanununa əsaslanaraq Su Çirklənməsinə Nəzarət İdarəsi tərəfindən verilən tərifdir. "Dəniz çirklənməsi- dəniz qaynaqlarının kimyəvi, fiziki, bakteriyoloji, radyoaktif və ekoloji xüsusiyyətlərinin mənfi istiqamətdə dəyişməsi formasında müşahidə edilən və birbaşa ya da bilavasitə olaraq bioloji qaynaqlarda, insan sağlamlığında, balıqçılıqda, dəniz suyunun keyfiyyətində və dəniz suyunun digər məqsədlərlə istifadə edilməsində maneə törədici pozulmalar yaradacaq maddə və ya enerji tullantılarının boşaldılmasıdır." Dənizlərdə canlı həyatının kəmiyyətcə və növcə get-gedə azalması, şəhər, sənaye və əkinçilik tullantılarından qaynaqlanan dəniz çirkliliyinin artması sahil qurulaşmalarının genişlənməsi və həddindən artıq çox ovlanmanın əhəmiyyətli nəticəsidir. Müxtəlif yollardan meydana gələn dəniz çirkliliyi təbii qaynaqların davamlılığı və insanların gələcəyi baxımından böyük önəm daşıyır. Sənaye, dəniz nəqliyyatı, şəhərləşmə, turizm və tullantıların boşaldılması ilə yanaşı baş verən dəniz qəzaları ilə də hər keçən gün dənizlər daha sürətlə çirklənməyə başlamışdır. Dənizlərin istifadə sahələrindən biri, çirklilik əmələ gətirən deşarjlar üçün bir alıcı mühit olaraq istifadə edilməsidir. Bu çirklənmə dəniz sahilindəki məskunlaşma yerləri və sənayelərdən birbaşa ötürülə bildiyi kimi, axar sular, yağış suları və hava çirkliliyi ilə də daha uzaq bölgələrə daşıma yoluyla yarana bilər.
Dəniz energetikası
Dəniz energetikası- dəniz energetikası akvatoriya, dəniz axınları və qabarmaların səthində baş verən dalğaların enerjisinə, həmçinin dəniz suyunun müxtəlif dərinliklərindəki temperatur və duzluluq dərəcəsi fərqinə əsaslanır. == Dalğa energetikası == İstənilən su hövzəsində dalğa labüd hadisədir. Dünya okeanının dalğa gücü 2,7 mlrd. kVt-la qiymətləndirilir, bu, dünyada sərf olunan enerjinin 30%-ni təşkil edir.
Dəniz fili
Dəniz fili (lat. Mirounga) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi. Yırtıcı məməlilər arasında ən böyüklərindən biridir. Onlar əsl suitilərə daxil olsalarda özlərini Qulaqlı suitilərə daxil olan canlılar kimi aparırlar. Onlar iki növə bölünür: Şimal dəniz fili (Mirounga angustirostris (Gill, 1866), Şimali Amerikanın qərb sahillərində yaşayırlar) və Cənub dəniz fili (Mirounga leonina Linnaeus, 1758, Antarktida sahillərində yaşayırlar). Bu cinsin nümayəndələri hal-hazırda suitilərə aid edilir. Əvvəllər isə onlar Monax suitilərə aid edilirdi. 1996-cı ildə Binida-Emonds və Rassel bu məsələdə bir əlaqə aşkarlaya bilməmişdirlər. == Xariçi görünüşü == İri xortum dişilərdə və körpə erkəklərdə olmur. Uzun zaman ərzində Xortumun uzanması baş verir və bir müddətdən sonra burun artıq aşağı sallanmış formadada qalır.
Dəniz günəşi
Dəniz günəşi (lat. Pycnopodia helianthoides), Dərisitikanlıların Dəniz ulduzları sinfinə aid onurğasız heyvan növü.
Dəniz hörümçəkləri
Dəniz hörümçəkləri (lat. Pycnogonida) — heyvanlar aləminin buğumayaqlılar tipinə aid heyvan sinfi. Hazırda 1000-dən çox müasir növü məlumdur.
Dəniz inəkləri
Dəniz inəkləri və ya Hidrodamalislər (lat. Hydrodamalis) — Dyoqonlar fəsiləsinə, Sirenlər dəstəsinə daxil olan və nəsli kəsilmiş məməli cinsi. Əsasən Sakit okeanın şimal hissəsində miosen və qolosen epoxalarında yaşamışlar. Bu cinsə iki növ daxildir. == Xariçi görünüşü == Dəniz inəkləri böyük ölçülərə malik olmuşlar. Onların uzunluğu 7-10 metr və 4-10 ton çəkiyə malik olmuşlar. Bütün Balinakimilərdə olduğu kimi dəniz inəklərinin quyruqları bu quruluşda olmuşlar. Ləng olmalarına baxmayaraq bədənlərini fırlada bilirdilər. Bu calıların üst dodaqları sallanmış formaya malik olmuşdur. Sanki xortumubxatırladırdı.
Dünya okeanı və dənizlərin kirlənməsi
Okean və dənizlərin- çirklənməsində karbohidrogenlər, xam neft, neft məhsulları, həmçinin xlortərkibli karbohidrogenlər (məsələn, pestisidlər), toksiki metallar və radioaktiv maddələrdir. == Okean və dənizlər == Okean və dənizlər ətraf mühitin qorunub saxlanmasında həlledici rol oynayır, Yerin iqliminə təsir göstərir və onun ekoloji sisteminin balansını təmin edir. Dünya okeanını kirləndirən mənbələr üç qrupa ayrılır : Dəniz – hərbi gəmilər, hərbi təyinatlı gəmilər və dəniz mühitində istismar edilən digər qurğular, boru kəmərləri, dəniz dibi və təkinin təbii resurslarının kəşfiyyatı və çıxarılması. Yerüstü– çaylar, göllər və digər su sistemləri, çirkləndirici maddələr -qrunt sularından, həmçinin müxtəlif sahil obyektlərindən axıdılan çirkab və qızdırılmış sulardan, basdırılmış radioaktiv tullantılardan və digər xüsusi zərərli maddələrdən daxil olması. Atmosfer — zərərli qazşəkilli tullantılar buraxan müxtəlif sənaye müəssisələri, nəqliyyat vasitələri və digər obyektlərdir. Sahil zonadan dənizə çirkab sularının axıdılması ciddi problem sayılır. Əsas çirkləndiricilər patogen mikroorqanizmlər, üzvi maddələr, biogen elementlərin birləşmələri, sintetik üzvi maddələr, ağır metallar, neft məhsulları, çayların çirkli asılı gətirmələri hesab olunur. Kirlənmənin əsas nəticələrindən yoluxucu xəstəliklər, sahil sularının evtrofikasiyası, oksigen çatışmazlığı, müxtəlif kimyəvi maddələrin insana və təbiətə toksiki təsirini göstərmək olar. 50-ci illərdə Yaponiyada Manamatı körfəzinin sahillərində Kunsun adasında insanlarda ağır xəstəliklər müşahidə olunur – onların böyrəkləri zədələnmiş, əsəb və qan sistemləri pozulmuşdur. Tədqiqatlar göstərdi ki, insanlar körfəzdən tutulan tərkibində çoxlu miqdarda qurğuşun olan balıq və molyusklarla qidalanmışlar.
Eqlön (Dənizkənarı Alplar)
Eqlön (fr. Aiglun) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti.
Eynəkli dəniz donuzu
Eynəkli dəniz donuzu (lat. Phocoena dioptrica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin dəniz donuzları fəsiləsinin dəniz donuzu cinsinə aid heyvan növü. Bu canlını digər dəniz donuzlarından asanlıqla ayırmaq olur. Onların gözlərinin ətrafında tübd həlqə olur. Bu həlqənin ətrafında isə nisbətən parlaq həlqə olur. == Takson == Eynəkli dəniz donuzu ilk dəfə 1912-ci ildə Lahille tərəfindən təsvir edilmiş və qeydə almışdır. O, Buenos Ayres sahillərində bu canlının ölüsü əsasında Eynəkli dəniz donuzunu təsvir edir. Odlu Torpaq adasında Eynəkli dəniz donuzunun kəlləsi aşkarlanır. Latınca adı Phocoena dioptricadır. Dioptrica latıncadan tərcümədə iki həlqə mənasını verir.
Fici dənizi
Fici (ing. Fiji) — Sakit Okeanın cənub-qərbində adaarası dəniz. Bu rayonda dərin qobunun mövcudluğuna görə, şərti olaraq dəniz adlandırılmışdır. Şimalda Fici, şərqdə Kermadek adaları, cənubda Yeni Zelandiya və Tasman dənizi, qərbdə isə Mərcan dənizi ilə məhdudlaşdırılıb. Sahəsi 3177 min km². Orta dərinliyi 2741 m, maksimum 7633 m. Cənub-şərqində səthi suyun temperaturu 18-23 °C, şimalda 25-28 °C . Duzluluğu 34,9-35,5 ‰. Qabarması yarıgünlü tiplidi 1,5 — 3,0 m. Əsas limanı Ficinin paytaxtı Suva sayılır.
Filippin dəniz döyüşü
Filippin dəniz döyüşü — İkinci dünya müharibəsinin həlledici dəniz döyüşü. Bu Sakit okean müharibəsi zamanı ABŞ-nin Marian adalarına desant çıxarması ilə baş vermişdi. Bu müharibədə yapon donanmasında texniki hazırlığın aşağı səviyyədə olması onun darmadağın olmasına gətirib çıxardı. 11 iyun 1944-cü ildə ABŞ HƏRBİ Dəniz Qüvvələri Marian adalarını bombalamağa başlayır. Adaları vitse-admiral Kakuta Kakudzinin komandanlığı altında cəmi 1000 təyyarə müdafiə edib. İlk günlərdən yapon aviasiyası böyük itkilər verib.
Filippin dənizi
Filippin dənizi — Dünyanın ən böyük dənizidir. Böyük Zond Arxipelaqının şimal-şərqində Sakit okeanda yerləşir.
Flores dənizi
Flores dənizi (ing. Flores Sea)— Sakit okeanında Sulavesi adasının qutaracağında Kabia,Sumbava (şimalda) və Flores adaları (cənubda) arasında yerləşir. Dənizin sahəsi 115,000 km², orta dərinliyi 1522 m ,maksimal dərinlik isə 5234 m təşkil edir. Səthində temperatur 26 s (avqust ,sentyabr), 28,8 s (noyabr) təşkil edir. Duzluluğu 32,0 - 34,6 ‰ olur, yağışlar mövsümündə 32 - 33 ‰ enir. Axınlar əsasən cənub və qərb istiqamətində olur. Ərazi seysmik baxımından fəaldır. Sumbava adasında İndoneziyanın fəaliyyətdə olan və hündürlüyü 1949 m çatan Ani-Slau vulkanı vardır. Balıqçılıq inşaf etmişdir.
Florya Atatürk Dəniz Köşkü
Florya Atatürk Dəniz Köşkü — İstanbulun Bakırköy ilçəsinə bağlı Şenlikköy məhəlləsi sahillərində yerləşən bir binadır. Türkiyə Cümhuriyyətinin ilk prezidenti Mustafa Kamal Atatürkün bölgəyə göstərdiyi xüsusi diqqət və zaman-zaman həyata keçirdiyi səfərlər nəticəsində, dövrün İstanbul Bələdiyyəsi tərəfindən tikilərək Atatürkə hədiyyə edilmişdir. == Memarlıq xüsusiyyətləri == Köşk, qurudan 70 metr məsafədə dəniz dibinə sancılan zərbələr üzərində inşa edilərək, taxta bir estakada yolla quruya bağlanır. Bazasında qəbul salonu, yataq otaqları, hamam və kitabxana vardır. Köşk tikildiyi ilk dövrlərdə Atatürkün təşəbbüsü ilə yaxın ətrafda yerləşən və içində tərk edilmişdir Ayastefanos Monastırının xarabalıqlarının yerləşdiyi çəmənlikdə, köşkə bağça kimi bir qoruq yaradılmışdır. Bu qoruq, bu gün Flora Atatürk Ormanı adı ilə anılır və xalqa açıq park kimi istifadə edilir. Köşk, Türk memarlıq tarixində, ilkin respublika dövrü memarlığının rəmzi əsərlərindən biri kimi qiymətləndirilir. == Tarixi == 1935-ci ildə bələdiyyə tərəfindən memar Seyfi Arkana layihəsi hazırlanmış və həmin il 14 avqust günü tikintisi tamamlanaraq Atatürkə təhvil verilmişdir. Dolmabaxça Sarayında qaldığı dövrlərdə tez-tez mühərriklə köşkə gələn Atatürk, xalqla birlikdə dənizə düşüb. Atatürk üç il ərzində müəyyən fasilələrlə köşkü yazlıq çalışma ofisi kimi istifadə etmiş, son səfərini ölümündən bir neçə ay əvvəl, 28 may 1938-ci il tarixində həyata keçirib.
Grau dənizi
Grau dənizi – Sakit okeanın şərqində, Cənubi Amerikanın qərb sahillərində yerləşir. Peru sahilləri boyu 3079,50 km məsafədə uzanır. Cənubunda Tasna şəhəri yerləşir. Dəniz rəsmi olaraq 24 may 1984 ci ildə Grau dənizi olaraq adlandırılmışdır. Dənizdə dünyanın ən qəribə hadisələrindən biri olan El-Ninyo hadisəsi baş verir. Bu hadisənin özəlliyi ondadır ki, dəniz dibinin soyuq suyu sürətlə suyun səthinə qalxır. Nəticədə dəniz canlılarının böyük hissəsi məhv olur. Dəniz Peru ordu zabiti və Peru və Boliviyanın milli qəhrəmanı Miguel Grau Semiarionun şərəfinə adlandırılıb. O Sakit okean müharibəsində Çiliyə qarşı vuruşan donanmaya rəhbərlik etmişdir.
Hörmüz dəniz müharibəsi
Hörmüz dəniz müharibəsi — 9 avqust 1554-cü ildə Hörmüz boğazında Seydi Əli Rəisin komandanlığı ilə türk donanması və Fernando de Noronhanın komandanlığı ilə portuqal donanması arasında baş verdi. == Müharibə == Qanuni Sultan Süleymanın əmri ilə Seydi Əli Rəisin komandanlığındakı Türk donanması, 2 iyul 1554-cü ildə Süveyşə getmək üçün Bəsrə əyalətini tərk etdi. Avqust ayı boyunca körfəzdəki Osmanlı sancaklarını ziyarət edən donanma, 9 avqustda Hörmüz boğazından keçərkən Portuqaliya donanması ilə qarşılaşdı. Təxminən iki dəfə çox olan Portuqaliya donanmasının nizamlı hərəkət etmədiyini anlayan Osmanlı admiralı, sürətli bir basqınla düşmənin qarşısını ala biləcəyini düşünərək hərəkətə keçdi. Sürətlə top və tüfəng atəşlərinə başlayan Türk donanması, nizamsız düşmənin manevr etməsini əngəlləyib qalera saxlamalarına başladı. Qaranlığa qədər davam edən döyüşdə nəticə əldə edə bilməyən Portuqaliya donanması, çox sayda dənizçi itirdi və bir qaleonu süqut etdi. Sonra nizamsız olaraq Hörmüz adasına tərəf çəkilməyə başladı. Türk donanması isə təqib etməyib boğazı keçdi və Omana doğru yollandı. Seydi Əli Rəis isə döyüşü belə təsvir edirdi: == Həmçinin bax == Portuqaliya Hörmüz boğazı Osmanlı imperiyası == Xarici keçidlər == Osmanlı, Portuqaliya və Səfəvi münasibətlərində Hörmüz məsələsi == Mənbə == Seydi Ali Reis. Bölüm I. ISBN 9789751611888.
Kaliforniya dəniz şiri
Kaliforniya dəniz şiri, və ya Qara dəniz şiri (Zalophus californianus) — Qulaqlı suiti fəsiləsinin Dəniz şiri yarımfəsiləsinə aid növdür. Əsasən Sakit okean sularında yaşayırlar. ABŞ alimlərinin məlumatına görə sayları 188 min başdır). İl ərzində 5% artım müşaahidə edilir. Kaliforniya dəniz şirləri asan əhəlləşmə xüsusiyyətinə malikdirlər. Onlar Sirk və zooparklarda asanlıqla yaşaya bilirlər. ABŞ donanmasına xidmətə qəbul olunurlar (üzərlərinə müxtəlif qurğular yerləşdirərək). == Xariçi görünüş == Kaliforniya dəniz şirinin erkəkləri 2,4 m uzunluğa, 300 km çəkiyə malik olurlar. Dişilər isə 2 metr uzunluğa və 90 kq çəki verirlər. Dişilərin bu cür kiçik ölçüləri onları suitinə bənzədir.
Kamotes dənizi
Kamotes dənizi — Sakit okean Akvatoriyasına daxil olan, adalar arası dənizdir. Dəniz Filippin arxipelaqına daxil olan Leyte, Bohol və Sabu adaları arasında yerləşir. Şimalda Visayan dənizi, cənubda Kaniqao və Bohol boğazları onu Mindanao dənizi ilə birləşdirir. Dərinliyi 323 metr təşkil edir. İqlimi tropikdir, mussonların təsirinə məruz qalır. İyundan oktyabra qədər ərazidə Tayfunlar müşahidə edilir. Qışda suyunun temperaturu 24–27 S, yayda 28–29 S təşkil edir. Dənzizin duzluğu 34,5 ‰ civarında olur. Dənizin mərkəzində Kamotes adaları vardır. İl ərzində iki mövsümü yağıntılı olur.
Kaş ki mən dəniz olaydım
Kaş ki, mən dəniz olaydım — 1998-ci il RAST qrupunun Rast Dünyası albomundan olan mahnı. Mahnının musiqisi Rəşad Haşımova aiddir. == Klip == Mahnının videosu Bakıda lentə alınıb. Videoda Bəhram Bağırzadə çəkilib.
Kaş ki mən dəniz olaydım (mahnı)
Kaş ki, mən dəniz olaydım — 1998-ci il RAST qrupunun Rast Dünyası albomundan olan mahnı. Mahnının musiqisi Rəşad Haşımova aiddir. == Klip == Mahnının videosu Bakıda lentə alınıb. Videoda Bəhram Bağırzadə çəkilib.
Kelt dənizi
Kelt dənizi (ing. Celtic Sea) — Atlantik okeanının akvatoriyasına daxildir. Sahillərində İrlandiya, Böyük Britaniya və Fransa kimi dövlətlər yerləşir. Dənizin şimaldan Müqqəddəs Georgi boğazı ilə İrland dənizi, cənub-şərqdə Bristol körfəzi və La-Manşla əhatələnir, qərb və cənub hissədən kontinantal şelflə əhatələnir. Adı onun sahillərində yaşayan Keltlərin adından götürülmüşdür. Bir zamanlara qədər dənizin şimalı Müqqəddəs Georgi boğazının bir hissəsi jesab edilirdi. 1921-ci ildə dənizin Kelt dənizi adlandırılması ingilis dəniz araşdırmaçısı Ernest Vilyam Layons Holton tərəfindən irəli sürülmüşdür.
Kergelen dəniz pişiyi
Kerqelen dəniz pişiyi (lat. Arctocephalus gazella) — Cənub dəniz pişikləri cinsinə daxil olan növ (Arctocephalus). == Xariçi görünüşü və yayılması == Erkəklərin uzunluğu 190 sm, çəkisi 130 kq, dişilər isə 130 sm uzunluğa və 50 kq çəkiyə malik olurlar. Erkəklər boz-qəhvəyi rəngə malik olurlar. Dişilər qara rəngdə olsa da üzərlərində boz və ağ tüklərə malikdirlər. Kerqelen dəniz pişiyi əsasən Antraktida ətafı ərazilərdə yayılmışdır. Onların koloniyalarına Cənubi Georgiya və Cənubi Sandviç adaları, Cənubi Şetland adaları, Cənubi Orkney adaları, Makkuori adası, Buve adası və Kergelen kimi adalarda rast gəlinir. Adətən kerqelen dəniz pişiyi ilə Subtropik dəniz pişiyi bir-birindən ayrı yaşasalarda onlar Kroze və Şahzadə Eduard adaları ərazisində koloniya əmələ gətirirlər. Bəzən isə iki növün nümayəndələri bir-biri ilə çütləşirlər. Kerqelen dəniz pişiklərinə Odlu Torpaq arxipelaqı rast gəlinsədə koloniya əmələ gətirmirlər.
Kerqelen dəniz pişiyi
Kerqelen dəniz pişiyi (lat. Arctocephalus gazella) — Cənub dəniz pişikləri cinsinə daxil olan növ (Arctocephalus). == Xariçi görünüşü və yayılması == Erkəklərin uzunluğu 190 sm, çəkisi 130 kq, dişilər isə 130 sm uzunluğa və 50 kq çəkiyə malik olurlar. Erkəklər boz-qəhvəyi rəngə malik olurlar. Dişilər qara rəngdə olsa da üzərlərində boz və ağ tüklərə malikdirlər. Kerqelen dəniz pişiyi əsasən Antraktida ətafı ərazilərdə yayılmışdır. Onların koloniyalarına Cənubi Georgiya və Cənubi Sandviç adaları, Cənubi Şetland adaları, Cənubi Orkney adaları, Makkuori adası, Buve adası və Kergelen kimi adalarda rast gəlinir. Adətən kerqelen dəniz pişiyi ilə Subtropik dəniz pişiyi bir-birindən ayrı yaşasalarda onlar Kroze və Şahzadə Eduard adaları ərazisində koloniya əmələ gətirirlər. Bəzən isə iki növün nümayəndələri bir-biri ilə çütləşirlər. Kerqelen dəniz pişiklərinə Odlu Torpaq arxipelaqı rast gəlinsədə koloniya əmələ gətirmirlər.
Kilikiya dənizi
Kilikiya dənizi — Aralıq dənizinin şərqində, Kiçik Asiya ilə Kipr adası arasında yerləşir. Adını Kiçik Asiyanın antik dövrdə mövcud olan eyni adlı vilayyətin (Kilikiya) adından götürmüşdür. Türkiyənin Adana, Mersin və Hatay, Şimali Kipr Türk Respublikasının isə Famaqusta və Kyrenia vilayyətləri sahillərində yerləşir. Dənizə Göysu və Ceyhan çayları axır. Şimal-şərqində İsgəndərum körfəzi yerləşir. Sahillərində İsgəndərum, Mersin və ən əsas limanı Ceyhan limanları vardır. Dəniz cənub şərqdə Livan dənizi, qərbdə isə Aralıq dənizi ilə əhatələnir.
Koreya Milli Dənizçilik Muzeyi
Koreyanın Milli Dənizçilik Muzeyi (Koreya dilində 국립 해양 박물관) bir Koreya dəniz muzeyi və Koreya Respublikasında üçüncü ən böyük muzeydir. Muzey 9 iyul 2012-ci ildə açıldı və Busan, Yeongdo-gu, Dongsam-dong-da yerləşir. Koreyanın Milli Dənizçilik Muzeyi, dəniz mədəniyyəti və sənayesi irsini araşdırmaq, qorumaq və tədqiq etməklə dəniz sənayesini və mədəniyyətini tanıtmaq üçün qurulan Koreyanın təmsilçi dəniz muzeyidir. Bir mədəniyyət kompleksinə çevrilən muzey, insanlara təhsil proqramları təqdim edərək, sərgilər təşkil edərək və ziyarətçilərlə qarşılıqlı əlaqə quraraq okeanın dəyərini başa düşməyə və yaşamağa imkan verir. == Tarixçəsi == 2006 Koreya Milli Dəniz Muzeyinin yaradılması layihəsi üçün əvvəlcədən texniki-iqtisadi əsaslandırma aparıldı. Muzey, Koreya Milli büdcəsinə dair konqres qərarı zamanı 2007 BTL layihəsi olaraq elan edildi. 2007 Fizibilite və uyğunluq araşdırması ilə obyektlərin əsas planı hazırlandı. Koreya Milli Dənizçilik Muzeyi obyektlərinin əsas planı açıqlandı. Koreyanın Milli Dənizçilik Muzeyinin inşası üçün Məsləhət Komitəsi yaradıldı. 2008 İcra müqaviləsinin sona çatması üçün danışıqlar başladı.
Kormoran və Sidney HMAS kreyserləri arasında dəniz döyüşü
II Dünya müharibəsinin döyüş arealı yalnız Avrasiya, Amerika və Afrikanı deyil, Yer kürəsinin insan yaşayışı olan hər bir yerini, o cümlədən gözdən iraq düşmüş uzaq Avstraliyanı da əhatə etmişdi. Belə ki, 19 noyabr 1941-ci ildə Qərbi Avstraliya sahillərində Almaniya Donanmasının yardımçı Kormoran kreyseri ilə Avstraliya Kral Donanmasının Sidney HMAS adlı yüngül kreyseri arasında təkbətək döyüş baş vermişdir. 399 nəfərlik şəxsi heyəti olan alman gəmisinə Teodor Detmers, 645 nəfərlik avstraliyalı heyətə Cozef Barnett komandanlıq edirdi. Döyüş yarım saat qarşılıqlı atışma şəklində davam edərək, hər iki gəminin batırılmasıyla nəticələndi. Döyüş ev sahibi Avstraliyaya yaxın ərazidə baş verdiyindən almanlar psixoloji üstünlük qazanmışdı. Çünki Almaniya 82 nəfər itki verməklə uzaq sahillərdə müttəfiqlər tərəfində vuruşan Avstraliyanın çoxnəfərlik gəmisini batırmışdı. Xilasedici gəmilərin bir neçəsi ticarət gəmiləri tərəfindən xilas olmuş, ikisi isə Avstraliyanın Karnarvon limanına yan almışdı. Beləliklə, almanların 399 nəfərlik heyətindən 317 nəfər sağ qalmışdı. Sidney kreyserindən isə heç bir xəbər-ətər yox idi. Sonra məlum oldu ki, avstraliyalı şəxsi heyətdən bir nəfər də olsun, salamat qalmayıb.
Koro dənizi
Koro dənizi (ing. Koro Sea) — Sakit okeanın cənub-qərbində Fici arxipelaqına daxil olan Viti-Levu, Vanua-Levu, Taveuni və Lau adaları arasında yerləşir. Dəniz adı Fici arxipelaqına daxil olan yarımadanın adından götürülmüşdür. Koro dənizinin ən dərin yeri 2900 metr təşkil edir.
Lakkadiv dənizi
Lakkadiv dənizi malaya. ലക്ഷദ്വീപ് കടല്‍- Hind okeanı akvatoriyasında, Hindustan yarımadası ilə Şri-Lanka, Lakkadiv adaları və Maldiv adaları arasında yerləşir. Cənub hissəsi Addi atolu ilə sərhədlənir. Sahəsi 786,000 km², orta dərinlik 1929 m, ən dərin yeri 4131 metr təşkil edir. Sahilləri əsasən qumsallıq, dibi isə şelf relyefi üstünlük təşkil edir. Sularında çoxlu sayda mərcan məşəlli riflər və adalar vardır. Zəngin balıq, molusk və digər dəniz canlıları ilə zəngindir. Əsas limanları Tuttukudi, Monqaluru (Hindistan), Kolombo (Şri-Lanka). == Hidrologiyası == Dəniz sularında demək olar ki temperatur sabit qalır, bəzi yerlərdə yayda 26-28 S, qışda isə 25 S təşkil edir. Duzluğu 34‰, şimal və mərkəz hissələrdə isə 35,5‰ olur.
Laptevlər dənizi
Laptevlər dənizi (rus. море Лаптевых, saxa Лаптевтар байҕаллара) — Şimal Buzlu okeanın akvatoriyasına daxil olan dəniz. Sibirin şimalında, Taymır yarımadası, Şimal Torpağı (qərb) və Yeni Sibir adaları (şərq) arasında yerləşir. Dəniz rus qütb tədqiqatçıları, iki əmioğlu Dmitri və Xariton Laptevlərin şərəfinə adlandırılmışdır. Dəniz sərt kontinental iqlimə və 0 °C-dən aşağı temperatura malikdir. Bütün Arktik dənizlərdə olduğu kimi duzluğu nisbətən zəifdir. İlin on ayı buzla örtülü olur. Əsasən avqust və sentyabr ayları buzdan azad olur. Kasıb flora və faunaya malikdir. Adalarının bir çoxunda yaxşı qalmış mamont qalıqları vardır.
Lazarev dənizi
Lazarev dənizi - Cənub okeanının akvatoriyasında, Antarktidanın şərqində, Kraliça Mod Torpağı sahilində yerləşir. Sahəsi 929,000 km², dərinlik mərkəzə doğru 3.000 m, şimalda dərinlik isə 4500 m təşkil edir. Suları hərəkət edən buzlar və Aysberqlərlə zəngindir. İlin yay və payız mövsümünün sonunda buzlar əsasən sahilə yaxın ərazilərdə qalır. Dəniz 1962-ci ildə Birinci rus antartik ekspedisiyanın rəhbəri M. P. Lazarevin şərəfinə adlandırılmışdır. == Tədqiqatı == Dənizin örgənilməsində Sovet və Rus tədqiqatçılarının böyük rolu olmuşdur. Katerik şelfi burada nisbətən azlıq təşkil edirlər. Selfin sahildə uzunluğu 200 km təşkil edir. Cənubdan mərkəzə doğru dərinlik birdən-birə 3000 m, şimalda isə dərinlik 4500 metrə qədər enir. Sahilləri qayalı olan yerlər əssasən Kraliça Mod Torpağına daxil olan Şahzadə Marta sahili ərazisində müşahidə edilir.

Значение слова в других словарях