1. sif. Yaxşı dadı olan, ləzzətli. Dadlı meyvə. Dadlı yeməklər.
– Baxmaz guşeyi-çəşm ilə fəqiranə tərəf; Yüyürürsüz ora kim, dadlı, fisincanlı olur.
[Piri baba:] Onun balı çox dadlıdır.
Üç ay qabaq qazılmış quyu bol, dadlı və sərin su verirdi.
// məc. Xoşagələn, ləzzətverən, ruhu oxşayan, ürəyəyatan, lətif, xoş, şirin.
Dadlı söz – can arzusu, dadsız söz – baş ağrısı. ( Ata. sözü ).
Şairim! Seyr elə ətrafı, təbiət nə gözəl! Bax mənim hüsnümə, inşad elə bir dadlı qəzəl.
…Hacı Qulu dadlı röyasından oyanmış kimi oldu.
2. is. Xörəkdən sonra yeyilən şirniyyat, məzə.
…Konsulun evində təbrizlilərə məxsus bütün şirniyyatı və dadlıları görmək mümkün idi.