DAMĞALI

DAMĞALI – TƏMİZ Sən onda səhv eləmisən ki, belə bir damğalı nəsildən özünə dost seçmisən (İ.Hüseynov); O, qızın təmiz məhəbbətinə özünü layiq bilmirdi (S.Qədirzadə).

DAMBATLIQ
DAMLAMAQ
OBASTAN VİKİ
Damğalı
Damğalı — Azərbaycan Respublikasının Ağdərə rayonunun Kolatağ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Damğalı kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. == Tarixi == 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Damğalı kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Damğalı kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib. == Toponimikası == XIII əsrdə monqol yürüşlərində iştirak etmiş, sonralar Azərbaycan ərazisində məskunlaşmış damğalı tayfasının adı ilə bağlı olduğu ehtimal edilir. Etnotoponimdir. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Damğalı xalçaları
Damğalı xalçaları — Qazax xalçaçılıq məktəbinə aid xovlu Azərbaycan xalçaları Öz konstruktiv quruluşu ilə Şərq aləmində geniş yayılmış, ucları 4 müxtəlif tərəfə ayrılan svastikanı andıran bu bəzəklər elə real səpgidə toxunmuşdur ki, sanki onlar bir nöqtə ətrafında fırlanaraq hərəkət edir. Bu ornament elementinə biz təkcə "Damğalı"adını almış bu tipli Qazax xalçalarında deyil, dekorativ – tətbiqi sənətimizin başqa növlərində də rast gəlirik. "Damğalı" tipli xalçalarda diqqəti cəlb edən ikinci element latın əlifbasındakı "S" hərfini xatırladn elementdir. Deyilənə görə, bu element əjdahanı təmsil edir. Xalçada diqqəti çəkən üçüncü element isə qoç buynuzlarını xatırladan naxışdır. Sənətşünas alim, Azərbaycan xalçalarının ən gözəl bilicisi Lətif Kərimov bu naxışın "qoç","qoyun"mənaları verdiyini bildirmişdir. Diqqəti ən çox cəlb edən isə xalçanın alt tərəfindəki simmetrik şəkildə iki dəfə təkrarlanan 3 oxdur. Görünür bu oxlar, haqqında "Oğuznamə"də söz açılan üçoxları təmsil edir. "Oğuznamə"də deyilir". Oğuz Kağanın yanında ağ saqqallı, ağ saçlı bir kişi vardı.

Значение слова в других словарях