Damğalı xalçaları
Damğalı xalçaları — Qazax xalçaçılıq məktəbinə aid xovlu Azərbaycan xalçaları
Öz konstruktiv quruluşu ilə Şərq aləmində geniş yayılmış, ucları 4 müxtəlif tərəfə ayrılan svastikanı andıran bu bəzəklər elə real səpgidə toxunmuşdur ki, sanki onlar bir nöqtə ətrafında fırlanaraq hərəkət edir. Bu ornament elementinə biz təkcə "Damğalı"adını almış bu tipli Qazax xalçalarında deyil, dekorativ – tətbiqi sənətimizin başqa növlərində də rast gəlirik.
"Damğalı" tipli xalçalarda diqqəti cəlb edən ikinci element latın əlifbasındakı "S" hərfini xatırladn elementdir. Deyilənə görə, bu element əjdahanı təmsil edir.
Xalçada diqqəti çəkən üçüncü element isə qoç buynuzlarını xatırladan naxışdır. Sənətşünas alim, Azərbaycan xalçalarının ən gözəl bilicisi Lətif Kərimov bu naxışın "qoç","qoyun"mənaları verdiyini bildirmişdir.
Diqqəti ən çox cəlb edən isə xalçanın alt tərəfindəki simmetrik şəkildə iki dəfə təkrarlanan 3 oxdur. Görünür bu oxlar, haqqında "Oğuznamə"də söz açılan üçoxları təmsil edir. "Oğuznamə"də deyilir". Oğuz Kağanın yanında ağ saqqallı, ağ saçlı bir kişi vardı.