DAYANDIRMAQ

f.
1. Dayanmağa, durmağa məcbur etmək, ayaq üstə saxlamaq.
Vahidin özünü də çağırıb müttəhim kimi qapı ağzında xeyli dayandırdılar və sonra dindirdilər. Mir Cəlal.

2. Bir şeyin hərəkətini, gedişini, inkişafını müvəqqəti və ya həmişəlik saxlamaq. Zavodun işini dayandırmaq.
// Əyləmək, gedərkən saxlamaq, durdurmaq. Qatarı dayandırmaq. Avtobusu dayandırmaq. Avtomobili dayandırmaq.
– Tapdıq Mayisi və onun əlindəki dəftərləri görən kimi maşınını dayandırdı. Ə.Vəliyev.

3. Bir işi daha görməmək, nəhayət vermək, davam etdirməmək, kəsmək. Müzakirələri dayandırmaq. Danışıqları müvəqqəti dayandırmaq. Hücumu dayandırmaq. Atəşi dayandırmaq.
– Tətil etməyən zavodlardan bir çoxunu təhdidlə dayandırdılar. M.S.Ordubadi.

4. Kəsmək, tamam azaltmaq. Diş ağrısını dayandırmaq. Qanı dayandırmaq.
– Çay ən yaxşı tərlədici vasitədir, bundan başqa, baş ağrısını dayandırır. B.Talıblı.

5. Sözünü kəsmək, danışığını davam etdirməyə qoymamaq. Danışanı dayandırmaq yaxşı deyil.
– Alqış səsləri natiqi dayandırırdı. Mir Cəlal.

Синонимы

  • DAYANDIRMAQ saxlamaq
  • DAYANDIRMAQ kəsmək — azaltmaq
  • DAYANDIRMAQ dayandırmaq bax saxlamaq 1
DAYANDIRMA
DAYANIQ

Значение слова в других словарях