1. sif. Dərinliyi az olan, çox da dərin olmayan (dərin ziddi).
Nurəddin dayaz yer axtararkən gəlib bir yerə çatdı ki, orada bir uzun ağac sınıb körpü kimi çayın üstünə düşmüşdü.
// Üzdə olan, çox dərində olmayan.
Belə dayazdan (z.) çıxan suya kənd arasında “qara su” deyirlər.
2. is. Çay, dəniz, göl və s.-də suyun dərin olmayan yeri.
3. sif. məc. Dərin olmayan, səthi, qeyriciddi, işin mahiyyətinə, dərinliyinə varmayan. Dayaz adam. Dayaz fikir. Dayaz düşüncə.
– Əqli dayaz, dağ çapan oğlana bax; Durdu yerindən ki, nə heyha imiş.
Onların hər ikisi anlaşa bilməyən, dayaz bir həqiqəti öyrənmək qabiliyyətinə malik olmayan adamlar idi.