DAĞARCIQLANMAQ

Danışıq dilində işlədilən bu sözün “cığal” və “lovğa” mənaları məlumdur. Sözün kökü, əslində, dağar yox, ”dağal”dır. Elə cığal kəlməsi də dağal sözünün dəyişmiş formasıdır. İkinci yozum da mümkündür: söz darğa kəlməsi ilə bağlı ola bilər,dağarcıqlanmaq “özünü darğaya bənzətmək” deməkdir. Bu, daha inandırıcı variantdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

DAĞARCIQ
DAĞDAĞAN