DEŞDİRMƏK
DEŞİK
OBASTAN VİKİ
Deşici ox əməliyyatı
"Deşici ox əməliyyatı" əməliyyatı (ing. «Pierce Arrow») — Vyetnam müharibəsi zamanı, 1964-cü ilin avqustunda Şimali Vyetnama qarşı ABŞ-nin ilk hava əməliyyatı. Bu, Şimali Vyetnam torpedo katerlərinin Tonkin körfəzində Amerika gəmilərinə hücum etdiyi iddiasına cavab olaraq həyata keçirilmişdir. == Əməliyyat == Əməliyyat ABŞ Prezidenti Lindon Consonun şəxsi göstərişi əsasında həyata keçirilmişdir. Reyd 5 avqust 1964-cü ildə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki təyyarədaşıyan ilə həyata keçirilmişdir. Hədəflər Şimali Vyetnam katerlərinin işlədiyi bir neçə dəniz bazası, həmçinin Vində yerləşən neft anbarı idi. Neft anbarının dağıdılmasından sonra Şimali Vyetnam Hərbi Dəniz Qüvvələrinin katerlər üçün yanacaqla bağlı problem yaşayacağı güman edilirdi. Amerika məlumatlarına görə, 64 döyüş 2 təyyarənin itirilməsi ilə tamamlanmışdır. Bir pilot öldürülmüş, digəri – Everett Alvares əsir düşmüşdü. Basqının nəticələri Amerika komandanlığı tərəfindən uğurlu hesab edilmişdi.

Значение слова в других словарях