DİBİR

сущ. нугъ. теспягьрик жедай яргъишуькӀуь хат.
DİBƏK
DİBİYASTI
OBASTAN VİKİ
Ruslan Dibirhacıyev
Ruslan Dibirhacıyev (20 iyul 1988, Mahaçqala) — 2002-2008-ci illərdə Rusiyanı, 2009-2018-ci illərdə isə Azərbaycanı təmsil edən sərbəst güləşçi. == Karyerası == Ruslan Dibirhacıyev 2008-ci ildə Rusiyada Şamil Umarxanovun xatirəsinə həsr olunan beynəlxalq turniri bürünc medalla başa vurdu. 2009-cu ildə Azərbaycan Güləş Federasiyası (AGF) tərədindən Ruslan Dibirhacıyev sərbəst güləş üzrə Azərbaycan yığmasının heyətinə cəlb edildi. Ruslan Dibirhacıyev 2009 və 2010-cu illərdə Azərbaycanın sabiq Prezidenti Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turnirləri müvafiq olaraq beşinci və yeddinci pillələrdə başa vurdu. 2013-cü ildə Ruslan Dibirhacıyev beynəlxalq turnirlərdə birinci uğurlarına imza tadı. İyulda İspaniyanın Madrid şəhərində baş tutan İspaniya Qran-Prisinin qalibi olan Ruslan Dibirhacıyev noyabrda Azərbaycanda Qızıl Qran-Pri beynəlxalq turnirinin bürünc medalına sahib oldu. Karyerasının ən uğurlu mövsümü 2014-cü ilə təsadüf edən Ruslan Dibirhacıyev fevralda Bolqarıstanın Sofiya şəhərində D. Kolov - N. Petrov beynəlxalq turnirinin, apreldə Finlandiyanın Vantaa şəhərində Avropa Çempionatının, iyunda isə Almaniyanın Dortmund şəhərində Almaniya Qran-Prisi beynəlxalq turnirinin qızıl medallarına sahib oldu. Həmin ilin sentyabrında Dünya Çempionatlarında debüt edən Ruslan Dibirhacıyev uğursuz çıxış elədi və turniri 15-ci pillədə başa vurdu. Ruslan Dibirhacıyev 2015-ci ilin yanvarında Fransada Paris Qran-Prisinin bürünc medalına sahib oldu. İyunda isə Ruslan Dibirhacıyev Birinci Avropa Oyunlarında mübarizə apardı.
Əsədulla Dibirov
Əsədulla Dibirov — Qafqaz müsəlmanlarının VII Müftisi. == Bioqrafiyası == Hacı İbrahim Əfəndi vəfat etdikdən sonra 1956-cı ildə Zaqafqaziya müsəlmanlarının IV Qurultayında Göyçay məscidinin imamı Əsədulla Dibirov Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinə müfti seçildi. O, 1959-cu ilə qədər bu vəzifəni icra edib. Müfti Əsədulla Dibirov çalışdığı müddətdə sünni və şiə dindarları arasında ayrı-seçkiliyi pisləyib, müsəlmanları birliyə və sülhə çağırıb. Ondan sonraki müfti Şərif Vəlizadə seçildi. == İstinadlar == == Mənbə == Fuad Nurullayev. Şeyxulislamlıq zirvəsi: Hacı Allahşükür Paşazadə. Bakı, "Nurlar", 2014, səh.116.
Səfiyyə Dibirova
Səfiyyə (Sofiya) Hacı qızı Dibirova (1933, Qullar, Balakən rayonu – 31 yanvar 2015, Balakən rayonu) — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyasının Qax (1970–1982), Vartaşen (1963–1970), Zaqatala (1962–1963), Balakən (1960–1962) rayon komitələrinin birinci katibi, Balakən Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1958–1960). == Həyatı == Səfiyyə Hacı qızı Dibirova 1933-cü ildə Balakən rayonunun Qullar kəndində kolxozçu ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Nuxa şəhərinə gəlmiş və buradakı müəllimlər institutuna daxil olmuşdur. 1954-cü ildə ədəbiyyət diplomu ilə doğulduğu kəndə qayıdaraq məktəbdə müəllimlik etmişdir. Səfiyyə Dibirova 1954–1956-cı illərdə kənd məktəbində pioner baş dəstə rəhbəri, 1956–1957-ci illərdə Balakən rayon pionerlər evinin direktoru olmuşdur. 1957-ci ilin yanvar ayında o, Azərbaycan LKGİ Balakən Rayon Komitəsinin Pioner və məktəblilərlə iş şöbəsinin müdiri təyin olunmuşdur. İki aydan sonra isə Balakən Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədrinin müavini vəzifəsinə irəli çəkilmişdir. 1958-ci ilin iyun ayında Səfiyyə Dibirova Sovet İttifaqı Kommunist Partiyası üzvlüyünə qəbul edilmiş və eyni ildə Balakən Rayon ZDS İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin olunmuşdur. Həmin illərdə vəzifələrdə çalışmaqla bərabər, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsinin qiyabi şöbəsində təhsil almışdır. 1960-cı ildə Səfiyyə Dibirova Azərbaycan Kommunist Partiyası Balakən Rayon Komitəsinin birinci katibi vəzifəsinə irəli çəkilmiş və bu vəzifədə iki il çalışmışdır.

Digər lüğətlərdə