Dil üslubu

1. Seçim, uyğun işlənmə və dil vasitələrinin təşkilində xüsusiyyətləri ilə xarakterizə olunan növ müxtəlifliyi məlumat vəzifələri ilə səciyyələnir. 2. Üslub dil sisteminin sistemaltından biri kimi (yaxud belə sistemaltının kombinasiyası kimi) digər nitq üslublarından fərqli olaraq belə sistemaltının tətbiqində nitqin tipik tətbiqi sferasında istifadə olunur.
Dil sistemaltısı
Dil üslubu
OBASTAN VİKİ
Heyvan üslubu
Heyvan üslubu — Avrasiyanın Aşağı Dunaydan, Şimali Qara dəniz bölgəsindən və Xəzərönü çöllərindən Cənubi Ural, Sibir və Çinin şimal-qərb hissəsinə qədər geniş ərazilərində e.ə VII–IV əsrlərdə inkişaf etmiş tarixi bədii üslubdur. Fərqli ifadədə: "Qədim incəsənətdə geniş yayılmış üslubun şərti adıdır. Ayrı-ayrı heyvanların, onların bədən hissələrinin, habelə bir neçə heyvanın mürəkkəb kompozisiyalarının təsvir əsas fərqləndirici xüsusiyyətidir. Tunc dövründə bir sıra xalqlar arasında yaranmış, xüsusilə dəmir dövründə geniş yayılmışdır. Heyvan üslubu zaman və məkanda qeyri-adi geniş yayılmasına və müxtəlif etnik mədəniyyətlərin ənənələrinin mənimsənilməsinə görə müxtəlifdir. Bununla belə, onun ümumi, qabarıq görünən xüsusiyyətləri vardır ki, bu da qədim sənətin bu tarixi-mədəni hadisəsini ayrıca bədii üslub kimi ayırmağa əsas verir. Heyvan üslubunun tarixi-regional müxtəlifliyi "Skif-Sibir dünyası" üçün xarakterik olan "Skif-Sibir heyvan üslubu" adlanan üslubdur. O heyvanların xüsusi təsvir tərzi ilə seçilir. Avrasiya çöllərinin, o cümlədən Cənubi Sibir ərazisinin Son Tunc və Erkən Dəmir dövrlərinin mədəniyyətlərində geniş şəkildə təmsil olunur. Erkən Dəmir dövrü dövründə köçəri maldar xalqları arasında "bir çox ortaq xüsusiyyətlərə malik mədəniyyətlər yaranırdı.
Memarlıq üslubu
Memarlıq üslubu — memarlıq xüsusiyyətlərin və əlamətlərinin məcmusudur. Memarlıq üslubunu, müəyyən dövrün və yerin xarakterik xüsusiyyətləri, funksional, konstruktiv və incəsənət tərəflərinin fərqliliyi formalaşdırır və onun ikişafı iqlim, dini və mədəni amillərdən asılıdır. Memarlığın inkişafı zamandan birbaşa asılı olmasına baxmayaraq, həmişə üslublar ardıcıllıqla dəyişmir. Müəyyən dövrlərdə, fərqli üslubların eyni zamanda mövcudluğu tarixdə müşahidə olunmuşdur (məsələn, barokko və klassisizm, modern və eklektika, funksionalizm, konstruktivizm və ar-deko).
Roman üslubu
Hind üslubu
"Hind üslubu", yaxud "səbki-hindi" — fars ədəbiyyatının təsnifatı. Üslubun meydana gəlməsinə dair müxtəlif fərziyyələr var. Əsas etibarilə qəbul edilən budur ki, bu üslub Səfəvilərdən qaçıb Babur imperiyasına sığınan farsdilli şairlər tərəfindən yaradılmışdır. Bu üslubda yazanlar şeirdə yeni məzmun və mənalar işlədirdilər; hind fəlsəfəsi və sanskrit mənbələrindən istifadə edirdilər; əvvəlki dövrlərdə yazıb-yaradan şairlər şeirlərini əsasən söz oyunları üzərində qururdularsa, hind səbki şairləri məna üzərində qururdular; özlərindən əvvəlki şairlərin istifadə etdikləri sözlərdən, tərkiblərdən yox, özlərinin ədəbiyyata gətirdikləri sözlərdən istifadə edirdilər; biz vaxtlar şeir üçün nöqsan hesab edilən xalq arasında geniş yayılmış ifadələri işlətməkdən çəkinmirdilər; xəyal gücündən geniş istifadə edilirdi; təbiətlə insan arasında bənzətmələr geniş yayılmışdı (məsələn, "Hər quşa öz yuvası, hər kişiyə öz vətəni" – tərcümədir); canlı və cansız varlıqlar şəxsləndirilir, danışdırıldı; əsasən dünyəvi məhəbbəti təsvir edirdilər; əsas janr qəzəl olmaqla bəzən qəzəlin sərt qayda-qanunları pozulurdu (bir səbki-hindi şairi çəkinmədən eyni qəzəlin qafiyə hissəsində bir sözü hətta 3 dəfə təkrar edə bilərdi). Bu səbkin ən böyük nümayəndəsi olaraq Saib Təbrizi qəbul olunur. Bir sıra mənbələrdə bu səbkə "səbki-İsfahani", "səbki-Azərbaycani", "səbki-türki" də deyilir.
Danışıq üslubu
Danışıq üslubu — qeyri-rəsmi ünsiyyət üçün, xüsusən də qeyri-rəsmi şəraitdə gündəlik məsələlərin müzakirəsi üçün istifadə olunan funksional nitq tərzi. Danışıq üslubu adətən söhbətdə və digər qeyri-rəsmi kontekstlərdə istifadə olunan idiomdur. Danışıq üslubu ünsiyətlərin və digər ifadə vasitələrinin geniş tətbiqi ilə xarakterizə olunur, ixtisaslaşdırılmamış terminologiyadan istifadə edir və leksikanı dəyişir. O, həmçinin natamam məntiqi və sintaktik sıralama ifadələrin istifadəsi ilə də fərqlənə bilər. Belə bir dilin konkret nümunəsi danışıq üslubu adlanır. Lüğətlərdə belə bir ifadə üçün ən çox istifadə olunan termin danışıq dilidir. == İzahatı == Danışıq üslubu və ya ümumi dil rəsmi nitqdən və ya rəsmi yazıdan fərqlidir. Bu, danışanların adətən rahat olduqları zaman istifadə etdikləri dil formasıdır. Bəzi danışıq üslubunda çoxlu jarqon və ya slenq var, bəzilərində isə ümumiyyətlə yoxdur. Jarqon və slenq çox vaxt danışıq üslubunda istifadə olunur, lakin bu xüsusi registr müəyyən qruplarla məhdudlaşır və danışıq üslubunun zəruri elementi deyil.
Türkmən üslubu
Türkmən dövrü incəsənəti və ya Türkmən incəsənəti — İran, İraq, Anadolu kimi ərazilərdə türkmənlərin hakimiyyəti və ya hamiliyi altında yaradılmış incəsənət. Səlcuqilər dövründən bəri sülalənin sultanları öz güclərini gücləndirmək üçün Yaxın və Orta Şərqin bəzi yerlərində hərbi məskənlər yaratmışdılar. Suriya, İraq və Şərqi Anadoluda böyük türkmən məskənləri yaradılmışdır. Malazgird döyüşündən sonra oğuzlar Anadolu və Azərbaycanda geniş şəkildə məskunlaşdılar. Artıq XI əsrdə türkmənlər Arranda sıx məskunlaşmışdılar. Məhz həmin dövrdə Bizans vasitəsilə "türkman" sözü Qərb dünyasının istifadəsinə daxil olmuşdur. Sonralar "oğuz" termini oğuz türklərinin özləri arasında ardıcıl olaraq "türkmən" termini ilə əvəz olunmuş, bununla da endonimə çevrilmişdir. Bu proses XIII əsrin əvvəllərində tamamlanmışdır. Bu termin Yaxın Şərqdə tarixi perspektivdə Mərkəzi Asiya türkmənlərinə (Türkmənistan türkmənlərinə) yox, Anadolu, Azərbaycan və ümumiyyətlə, Yaxın Şərqin oğuz köçərilərinə aid edilir. Türkmən kitab sənəti ənənəsi çox dar bir şəkildə öyrənilmiş, xəttatlıq, təzhib və cidlləməyə yox, daha çox miniatürlərə fikir verilmişdir.
Dil
Dil — ancaq insanlara aid olan, özündə məzmun və eyni tip səslənmə (yazılış) qaydaları daşıyan şərti sistem. O, yalnız ünsiyyət vasitəsi deyil, dünya haqqında təsəvvür yaradan təbii intellektual sistemdir. Hər bir dil ayrılıqda dünya haqqında bilik, dünyanı görmək və anlamaq üçün vasitədir. Dilləri linqvistika öyrənir. Dildə şərti işarələr semiotikanın predmetidir. Dilin insan təfəkkürünə və fəaliyyətinə təsirini psixolinqvistika tədqiq edir. == Tipologiya == linqvistikanın predmeti olan insan dilləri : təbii insan dilləri, süni insan dilləri, məsələn, (esperanto), karlar üçün jest dili, formal dillər kompüter dili, məsələn Alqol, Heyvanların ünsiyyət dili. == Dillər haqqında ümumi məlumat == Hazırda Yer üzündə 7000-ə yaxın dil mövcuddur. Dünyanın yeddi dili dünya dilləri hesab olunur: ingilis dili, ispan dili, ərəb dili, rus dili, fransız dili, alman dili, portuqal dili Alimlərin fikrinə görə, son 100 il ərzində 3000-dən 6000-ə qədər dili ölüm təhlükəsi gözləyir. Dilin saxlanması üçün həmin dildə ən azı 100 min insan danışmalıdır.
Dil Dil Pakistan
"Dil Dil Pakistan" (urdu دل دل پاکستان‎) — Pakistanın musiqi ansamblı "Vital Signs" tərəfindən 1987-ci ildə yayımlanmış mahnı. Bu mahnı 1989-cu ildə ansamblın debüt albomu olan "Vital Signs 1"ə daxil idi. == Qəbulu == "Dil Dil Pakistan" Pakistanın qeyri-rəsmi himni kimi qiymətləndirilir. == Musiqi videosu == Mahnının musiqi videosu Pakistanın paytaxtı İslamabadda çəkilib. Mahnının çox səhnələrində ansamblın üzvləri velosiped və ya şəhərin ətrafında cip sürür. Səhnələrin birində qrup kiçik bir təpənin yamacında mahnını oxuyur. Sonda isə qrupun bütün üzvləri sadə bir studiyada mahnını oxuyur və az bir müddətdən sonra video bitir. == Lirika == Mahnının müəllifinin kimliyi mübahisəlidir. Lakin mahnının ərsəyə gəlməsində əsas rolu Şoaib Mansor oynamışdır. Vital Signsin əsas vokalisti Junaid Camşed qeyd edir ki, qrup və prodüser məhəbbət mahnısı üzərində işləyirdi, ancaq bütün bu səylər uğursuz kimi görünürdü.
Adam qardaşlarının üslubu
Adam stili (və ya Adamesk və "Adam qardaşlarının üslubu") — 18-ci əsrə aid neoklassik interyer dizaynı və memarlıq stili. Şotlandiyalı üç qardaş, Con Adam (1721-1792), Robert Adam (1728-1792) və Ceyms Adam (1732-1794) tərəfindən tətbiq olunmuşdur. Onlardan son ikisi bu sahədə daha məşhur idilər. Adam qardaşları, ilk dəfə olaraq memarlıq və interyer üçün kompleks stil təklif etmişdilər: divarlar, tavanlar, kaminlər, mebellər, çilçıraqlar və xalçalar Adam qardaşları tərəfindən vahid ortaq sxem əsasında hazırlanırdı. Əksər hallarda, səhvən "Adams stili" adı ilə tanınsa da, bu memarlıq və mebel stili üçün düzgün termin "Adam qardaşlarının üslubu"dur (ing. Style of the Adam Brothers). Adam stili 1760-cı illərin sonlarından etibarən 18-ci əsr İngiltərə, Şotlandiya və Rusiyasında ali və orta təbəqəyə aid iqamətgahlarda və İstiqlal müharibəsindən sonra ABŞ-də özünə yer tapdı. Rusiyada bu stil şotland memarı Çarlz Kameron tərəfindən təqdim edilmişdi, ABŞ-də isə Federal stil adı ilə tanınmağa başladı və fərqli xüsusiyyətlər qazandı. 1795-ci ildən etibarən Adam stili Regent stili və fransız ampir stili ilə əvəz olundu. == Təsirlənib == Adam stili əsasən aşağıdakılardan təsirlənmişdir: Qazıntılar zamanı yenicə tapılan Qədim Roma dövrünə aid Pompeya və Herkulanum şəhərlərindəki freskalar və divar rəsmləri; Qazıntılar zamanı tapılan çoxsaylı qara və qırmızı etrusk yunan vazaları; Britaniyada Ceyms Stüart və Nikolas Revetin 1762-ci ildə nəşr olunan "Afina qədimlikləri" kitabından və digər bu kimi nəşrlərdən məlum olan klassik yunan memarlığı.
Alçağın üslubu (roman)
Çin memarlıq üslubu
Çin memarlıq üslubu, Şərqi Asiyada əsrlər boyu formalaşmış bir memarlıq sistemidir. Dekorativ detallar istisna olmaqla, struktur prinsipləri əsasən dəyişməz olaraq qalır. Tan sülaləsindən bəri Vyetnam, Koreya, Yaponiya və Monqolustanın memarlığında əsas amil olmuşdur. Memarlığın əsas materialı taxtadır. Taxtadan əlavə bambuk qamışı, sarı torpaq kimi təbii materiallardan istifadə edilərək, quruluşlar təbiətlə ən yüksək dərəcədə uyğunlaşdırılaraq inşa edilmişdir. 19-cu əsrin ortalarına qədər qurulan Çin quruluşlarına "Qədim Çin memarlığı", daha sonrakılarına "Müasir Çin memarlığı" deyilir. Mənzil memarlığı, saray memarlığı, məbəd memarlığı, qəbiristanlıq memarlığı və bağçılıq memarlığı olmaqla beş ad altında araşdırılır. Çin memarlığının başlanğıcdan XIX əsrin ortalarına qədər olan müddətə verilən addır. Bu müddətdə Çin memarlığı Çin mədəniyyəti ilə birlikdə inkişaf edərək və estetika ilə yanaşı dərin mədəni mənalara sahib olmağa başlamışdır. Dövrün ən məşhur binaları Yasaq şəhər və Böyük Çin səddidir.
Genişlənəbilən dil
Genişlənəbilən dil – sintaksisinin və semantikasının genişlənməsinə və ya dəyişdirilməsinə imkan verən kompüter dili. Sözün ən geniş anlamında dillərin əksəriyyəti genişlənəbiləndir (prosedurların və funksiyaların daxiledilməsi imkanları nəzərdə tutulur), ancaq dəqiq anlamda bu termini yalnız geniş yayılmış dillərin bir neçəsinə (məsələn, Forth dilinə) aid etmək olar ki, onlar proqramçıya dilin özünü dəyişərək, yeni variantını yaratmağa imkan verir.
Go (dil)
Go (proqramlaşdırma dili) — Google tərəfindən Robert Qreysmer, Rob Paykike və Ken Tombson tərəfindən tərtib edilmiş proqramlaşdırma dili. Go, C-yə sintaktik olaraq bənzəyir, ancaq yaddaş təhlükəsizliyi, zibil yığılması, struktur yazması ilə CSP ilə uyğunluq daşıyır. Veb-saytı olan golang.org səbəbiylə tez-tez "Golang" olaraq adlandırılır, lakin orijinal adı Go-dur. İki əsas tətbiqi var: Bir çox əməliyyat sistemlərini, mobil cihazları, və WebAssembly-i hədəf alan Google-un özünün hostingkompilyator alət dəsti GccGo Üçüncü tərəf bir tərcüməçi Gopher. JS veb inkişaf üçün önə gedən JavaScript üçün tərtib edir.
Kürdcə dil
Kürd dilləri, həmçinin kürd dili və ya kürdcə (Kurdî və ya کوردی) — Kürdüstan geomədəni vilayətində yaşayan kürdlərin və kürd diasporunun danışdığı dil və ya dillər qrupu. Kürd dili Hind-Avropa dil ailəsinin Qərbi İran dillərinə mənsub dialekt kontinuumunu təşkil edir. Kürd dilinin əsas üç dialekt və ya dili kurmanci, sorani və cənubi kürdcədir. Şimal-Qərbi İran dillərinin ayrı qrupu olan zaza-gorani dillərində bir neçə milyon etnik kürd də danışır. Kürdlərin əksəriyyəti kurmanci dilində danışır, kürdcə mətnlərin çoxu kurmanci və sorani dillərində yazılır. Kurmanci latın qrafikasının törəməsi olan havar əlifbası ilə, sorani isə ərəb qrafikasının törəməsi olan sorani əlifbası ilə yazılır. Lək dilinin cənubi kürd ləhcəsi və ya dördüncü kürd dili kimi təsnifatı müzakirə mövzusudur. Lək dili ilə digər cənubi kürd ləhcələri arasında fərqlər minimaldır. Kürd dilində ədəbi məhsul XX əsrin əvvəllərinə qədər əsasən poeziya ilə məhdudlaşmış, sonradan ümumi ədəbi inkişaf baş vermişdir. İndiki dövrdə iki əsas yazılı kürd ləhcəsi kurmanci və soranidir.
Müqəddəs dil
Müqəddəs dil — başqa dildə danışan insanların dini məqsədlər üçün istifadə etdikləri dil. Dilin işləkliyi, ancaq dini kitab və mətnlərin oxunması, öyrənilməsi və dinin ardıcılları üçün bəzi ritual və duaların o dildə istifadəsinin mövcudluğu ilə məhdudlaşır. Bu gün bu dillərin bir çoxu ölü dil halına gəlib. Avesta dili — Müqəddəs dil kimi zərdüştilər işlədirdilər. Avesta bu qədim dildə yazılmışdır. Bu dil iki min il bundan əvvəl tərk edilmişdir. Klassik Ərəb dili (VII əsr) — Müsəlmanlar üçün. Quranın mətni və hədislər orijinalda bu dildədir. Bəzən müsəlmanlar duaları da bu dildə əzbərləyib istifadə edirlər. İbrani dili — yəhudilər üçün olan və xristianların da müqəddəs hesab etdiyi Əhdi-ətiq və başqa yəhudi dini qaynaqların dili.
Natalia Dil
Nathalia Goyannes Dill Orrico (Portuguese: [[Beynəlxalq fonetik əlifba|[naˈtaliɐ ˈdʒiw]]]; 24 mart 1986, Rio-de-Janeyro) — Braziliya aktrisası.
Proto-dil
Linqvistikada ana dili və ya proto dil əsasən hipotetik və ya yenidən qurulan və çox vaxt sınaqdan keçirilməyən bir dildir; Bu dildən təkamül yolu ilə yeni dillərin meydana gəldiyi və dil ailəsi yaratdığı güman edilir. Tarixi linqvistikanın ağac modelində yerləşdirilmiş bir proto-dil, nəsil ağacı metaforasında proto-dil ana dil adlandırıla bilər. Başqa bir təriflə izah etsək, özündən başqa dillərin və ya ləhcələrin formalaşdığı dildir. Başqa sözlə, səs quruluşu, məna və forma baxımından bir-birindən az-çox fərqlənən dil və ya şivələrin kök etibarı ilə naməlum bir tarixdə birləşdiyi ümumi dillər bu anlayış altında cəmlənir. Məsələn, ana Altay dili, ana Monqol dili, ana türk dili, Latın dili kimi dillər ana dillər sırasındadır. Proto dil mövcud məlumatların birləşdirilməsi yolu ilə “yenidən formalaşdırılmış” dildir. Proto prefiksi “birinci” və “ən köhnə” deməkdir. Proto dil müəyyən bir dövrün danışıq dili ilə tam olaraq eyni olmaya bilər. Bu, müəyyən fərziyyələrə əsaslanan modeldir və dilin sonrakı variasiyaları arasındakı fərqləri daha yaxşı başa düşmək üçün düsturlar təqdim edir. Bütün insan dillərinin əcdadı olan proto insan dilinin olub-olmaması ilə bağlı mübahisələr davam edir.
Qırmızı dil
Rəsmi dil
Dövlət dili və ya Rəsmi dil – Konstitusiya ilə ölkənin, vilayətin xüsusi statusa malik olan dil. Bir qayda olaraq ölkə administrasiyası, parlament və məhkəmələrində işlədən dil rəsmi dil sayılır. Az işlənsə də yerli xalqın dili də dövlət dili elan edilə bilər. Məsələn, Yeni Zelandiyada maori xalqı ölkə əhalisinin beş faizini təşkil etsə də, onun dili dövlət dilidir. Dövlət dili dövlət ərazisində digər dillərə nisbətən daha üstün statusa malik olan dildir. Bir qayda olaraq dövlət dili kimi ərazidəki çoxsaylı etnosun dili qəbul edilir. Digər tərəfdən dövlət sənədlərinin digər dillərdə də nəşri nəzərdə tutula bilər. UNESCO ekspertləri 1953-cü ildə "dövlət dili" ilə "rəsmi dil" arasında aşağıdakı fərqi təklif etdi: Dövlət dili dövlət çərçivəsində siyasi, sosial və mədəni sahədə inteqrasiya rolu oynayır və dövlətin simvolu hesab edilir. Rəsmi dil — dövlət idarəçiliyində, qanunvericiliyində, məhkəmə prosesində işlənən işçi dildir. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan dilidir.
Dil kompleksi
Dil kompleksi — dialekt kontinuumu daxilində dialektlər arasındakı əlaqələrə bənzəyən, lakin daha çox fərqə malik olan dillər qrupu. Başqa sözlə, dil kompleksinin komponentləri dialektlər deyil, dillərdir, buna baxmayaraq, ayrı-ayrı deyimlər arasında sərhədləri çəkmək hələ də çətindir. Gələcəkdə dil kompleksi əsasında bir və ya bir neçə komponentin daşıyıcıları dil kompleksinin əsas ərazisini tərk edərsə, psevdogenetik assosiasiya (linkic; ing. linkage) yarana bilər. Orijinal dialekt kontinuum/dil kompleksinin qalan üzvləri öz-özlüyündə inkişaf edərkən bəzi əlamətlər və yeniliklər mübadiləsini davam etdirirlər ki, zaman keçdikcə müəyyən genetik əlaqə görünüşü yaranır. Bununla belə, onun ümumi xüsusiyyətləri ya irsi arxaizmlər (çox vaxt dil kompleksinin oturaq üzvlərində itirilir) və ya kompleks üzvlərinin yalnız bir hissəsini, adətən ən yaxın qonşuları birləşdirir. Beləliklə, ortaq əcdad dilini yalnız ilkin dil kompleksinin bütün üzvləri üçün yenidən qurmaq mümkündür, lakin onun qalan üzvləri üçün bunu ayrıca mümkün deyil. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Ross, Malcolm D. Proto Oceanic and the Austronesian languages of Western Melanesia. Canberra: Pacific Linguistics. 1988.
Dil (orqan)
Dil (lat. lingua, yun. glossa) — qan damarları, sinirlər, vəzilər və limfoid ünsürlərlıə zəngin və selikli qişa ilə örtülmüş əzələvi üzvdür. Məməli heyvanlarda dil çox inkişaf edərək olduqca həcmli, hərəkətli bir üzv təşkil edir. Dil məməli heyvanlarda bir neçə vəzifə: qida maddələrini qavramaq (qarışqayeyənlərdə), yalamaq (yırtıcılarda), əmmək, udmaq, dad bilmək, lamisə üzvü funksiyasını daşımaq və insanda danışmaq vəzifəsini ifa edir. İnsan qidanı çeynəyərkən onu ağız boşluğunda dil ilə hərəkət etdirir. Dil qan damarları, sinirlər, vəzlər və limfa ünsürləri ilə zəngin və selikli qişa ilə örtülmüş əzələvi orqandır. Bizə qidanın dadını bildirən reseptorların xeyli hissəsi dilin üzərindədir. Dil insanlarda heyvanlardan fərqli olaraq həm də nitq üzvüdür. Ağız boşluğundan qida udlağa gedir.
Dil iqtisadiyyatı
Dil iqtisadiyyatı — iqtisadiyyat və sosiolinqvistikanın kəsişməsində bir tədqiqat sahəsi. Tədqiq olunan obyektlərin ümumiliyinə görə dilin iqtisadiyyatı müəyyən dərəcədə sosiolinqvistika ilə üst-üstə düşür. Lakin, sosiolinqvistikadan fərqli olaraq, dil iqtisadiyyatı dili və onunla bağlı olan hadisə və qanunauyğunluqları özlüyündə müstəqil və dəyərli deyil, daha ümumi iqtisadi anlayış və qanunauyğunluqların konkret təzahürləri kimi qəbul edir. Beləliklə, iqtisadi nöqteyi-nəzərdən dil səriştələri digər bacarıqlarla yanaşı, öz daşıyıcısına müxtəlif bazarlara - əmək bazarına, əmtəə bazarına (məlumat da daxil olmaqla) çıxışı təmin edən insan kapitalının elementidir. digər insanlar və təşkilatlarla onların xeyrinə əlaqə qurun. Bu məntiq təkcə fərdlər tərəfindən müəyyən bir dilin biliyinin/istifadəsinin faydalarının təhlilinə deyil, həm də təşkilatların və dövlətlərin dillərdən istifadəsinə də aiddir, çünki onların hamısı iqtisadi agent kimi səmərəli bazarlara çıxışda digər iqtisadi agentlərlə qarşılıqlı əlaqə və dil belə qarşılıqlı əlaqənin/girişin mühüm vasitə və şərtlərindən biri kimi çıxış edir. == Tədqiqat mövzuları == 1960-cı illərdə formalaşmağa başlayan (təsisçilərdən biri 1965-ci ildə dilin iqtisadiyyatı haqqında məqalə dərc etdirən Ceykob Marşak hesab olunur) dil iqtisadiyyatı sahəsində tədqiqatların həcmi kifayət qədər genişdir. və böyüməyə davam edir. Təhlilin əsas tematik sahələri arasında aşağıdakılar var: Dilin belə inkişafının iqtisadi məntiqi (dil korpusu, lüğət, tələffüz və s.); Dil səriştələri ilə fərdin rifahı arasında əlaqə (gəlir, karyera uğuru və s.); Dil vəziyyəti ilə iqtisadiyyat arasında əlaqə; Dil siyasətinin iqtisadi ilkin şərtləri və nəticələri.
Türki (dil)
Türki (تورکی / ترکی ) — XI əsrdən XX əsrin əvvəllərinə qədər yazılmış, ağır iranlaşmış Osmanlı dilinin istifadə olunduğu Osmanlı imperiyası hüdudlarından kənarda türk müsəlman xalqları tərəfindən istifadə edilən türk ədəbi dili. . Qaraxanlı-uyğur dilinin yerli dillərlə qarşılıqlı əlaqəsinin nəticəsi olan qarluq (qarluq-xarəzm) əsasında yaranmışdır (-d- dilinin tədricən -j- dili ilə əvəzlənməsi). Bir neçə regional variantın mövcudluğuna baxmayaraq, onların ümumiliyi var idi: türk dillərinin bir-birinə yaxınlığı və islamı qəbul edən müxtəlif türk əraziləri arasında aktiv mədəni və dil əlaqələri; fars dilinin hərflərindən – ərəb yazısına aid olan, saitlərin qrafikada tam əks olunmadığı və buna görə də müxtəlif regionlarda eyni sözün yerli tələffüz ənənəsinə uyğun olaraq dəyişkən oxunuşu olan fars yazısından istifadə; ərəb-fars leksik alınmalarının bolluğu. Onun təsiri altında olan türki dili və türki dilinin areallarının regional variantları: Qızıl Orda türki dili (ad variantları: Xarəzm-türk dili, oğuz-qıpçaq türki dili, qıpçaq-oğuz türki dili; XII–XVI əsrlər) Qızıl Orda qıpçaq (Aral-Xəzər) – qıpçaq-noqay (qaraqalpaq, qazax, Qırğız-Qıpçaq (qırğız)); Şimali Qafqaz – qıpçaq (qumuq, qaraçay-balkar), qıpçaq-oğuz (şimali səlcuqi) – şimali azərbaycanca; qıpçaq-noqay (noqay); (XVIII–XX əsrin əvvəlləri, ilk poetik abidələr XV əsrə aiddir) Volqaboyu (qədim tatar dili) – qıpçaq-bulqar tatar, başqırd); (XVII–XX əsrin əvvəlləri) Krım – Krım tatarları dialektindən asılı olaraq qıpçaq, qıpçaq-noqay, oğuz-səlcuq areallardır. Şərqi Oğuz – şərqi oğuz (türkmən, xarəzm, Xorasan-türk); Mərkəzi Asiya (cığatay dili, qarluq-xarəzm dili) – qarluq-xarəzm (özbək, uyğur); Казембек А. К. «Общая грамматика турецко-татарского языка…, обогащенное многими новыми филологическими исследованиями автора», 2 издание, испр. и доп., 1846. Баскакова Н. А. О периодизации истории литературного языка тюрки: Лингвогеография, диалектология и история языка. Кишинев, 1973; Тенишев Э. Р. Языки древне-среднетюркских памятников в функциональном аспекте // Вопросы языкознания, 1979, № 2; Наджип Э. Н. Исследования по истории тюркских языков XI—XIV вв. М., 1989. [slovar.cc/rus/bse/527542.html Современный толковый словарь.
Elmi dil
Üslub — dil vasitələrindən məqsədyönlü şəkildə istifadə üsuludur. Üslubları öyrənən dilçilik bölməsi üslubiyyat (stilistika) adlanır. Üslublar həm ümumi, ictimai baxımdan, həm də xüsusi, fərdi baxımdan özünü göstərir. Birinci halda, yəni ümumi, ictimai məzmun daşıdıqda funksional üslublar ortaya çıxır. Funksional üslublar milli ictimai təfəkkürün müxtəlif sahələrini əhatə edir, buna görə də bir neçə növə bölünür. Funksional üslublar bütövlükdə ədəbi dili təşkil edir. Fərdi üslub:xüsusi səciyyə daşıyır və əsasən, bir görkəmli şair və ya yazıçıya aid olur. Məsələn, Füzuli üslubu, Sabir üslubu və s. Fərdi üslub bədii üslubda daha qabarıq şəkildə özünü göstərir. Fərdi üslub ayrı-ayrı sənətkarların ümumi dünyagörüşü, təfəkkürü ilə sıx bağlıdır.
Slavyanlararası dil
Slavyanlararası dil (2011-ci ilə qədər slovyan dili) — aposterior panslavyan dilidir, işlənən slavyan dillərinin materialları əsasında hazırlanıb və qarşısına ümumslavyan dili yaratmaq məqsədi qoyur. Hal-hazırda (slovyanski, slovioski və novoslavyanski dilləri birləşəndən sonra) ümumslavyan cəmiyyəti 4 lüğətdən istifadə edir: Межславянский словарь (2015-ci ilin yanvarı üçün 12000 söz) Лексикон Словиоски Arxivləşdirilib 2016-03-17 at the Wayback Machine (bir neçə on min söz) Междуславянско-русский словарь (2015-ci ilin yanvarı üçün 7700 söz) Qısa novoslavyan lüğəti İlk 3 lüğət yenilənir, 4-cü yox. Panslavyan dilinin yaradılmasının ən erkən (1659-1666) cəhdi xorvat rəhibi Yuray Krijaniçə aiddir. 2006-cı ilin mart ayında Slovianski adlı layihə müxtəlif ölkələrdən olan şəxslə tərəfindən başlanılıb. Onların məqsədi, slavyanlar üçün öyrənmədən başa düşülən dili yaratmaq idi. Bu dil slavyan dillərdə artıq mövcud olan xüsusiyyətlərdən ibarət olmalı idi və onun süni əlavələri olmamalı idi. 2011-ci ildə Slovianski, Slovioski və Novoslověnsky layihələri slavyanlararası (Medžuslovjanski) adı altında birləşiblər. Slavyanlararası dilə ISO 639-3 kodu ayırmaq üçün 2012 və 2014 illərdə uğursuz müraciətlər göndərilib. 2019-cu ilin sentyabrında göndərilən müraciət isə 2024-cü ilin aprelində isv kodunun qəbulu ilə nəticələnib. Slavyanarası dilin prinsiplərindən biri odur ki, onu hər hansı slavyan klaviaturasıyla yazmaq olar.

Значение слова в других словарях