DİL
DİLAGAH
OBASTAN VİKİ
Dila Qori FK
Dila Qori FK – Gürcüstanın futbol klubu.
Bob Dilan
Robert Allen Zimmermann ya da səhnə adıyla Bob Dilan (24 may 1941[…]) — ABŞ müğənnisi. 2016-cı il Ədəbiyyat üzrə Nobel mükafatının sahibi. 1962 — Bob Dylan 1963 — The Freewheelin' Bob Dylan 1964 — The Times They Are a-Changin' 1964 — Another Side of Bob Dylan 1965 — Bringing It All Back Home 1965 — Highway 61 Revisited 1966 — Blonde on Blonde 1967 — John Wesley Harding 1969 — Nashville Skyline 1970 — Self Portrait 1970 — New Morning 1973 — Pat Garrett & Billy the Kid 1973 — Dylan 1974 — Planet Waves 1975 — Blood on the Tracks 1975 — The Basement Tapes 1976 — Desire 1978 — Street Legal 1979 — Slow Train Coming 1980 — Saved 1981 — Shot of Love 1983 — Infidels 1985 — Empire Burlesque 1986 — Knocked Out Loaded 1988 — Down in the Groove 1989 — Oh Mercy 1990 — Under the Red Sky 1992 — Good as I Been to You 1993 — World Gone Wrong 1997 — Time Out of Mind 2001 — "Love and Theft" 2006 — Modern Times 2009 — Together Through Life 2009 — Christmas in the Heart 2012 — Tempest 2015 — Shadows In The Night Rəsmi vebsayt [1] Arxivləşdirilib 2006-11-13 at the Wayback Machine John Bauldie (ed.), Wanted Man: In Search of Bob Dylan, Penguin Books, 1992, ISBN 0-14-015361-6. Jonathan Cott (ed.), Dylan on Dylan: The Essential Interviews, Hodder & Stoughton, 2006, ISBN 0-340-92312-1. Bob Dylan, Chronicles: Volume One, Simon and Schuster, 2004, ISBN 0-7432-2815-4. Sue Fishkoff, The Rebbe's Army: Inside the World of Chabad-Lubavitch, Schocken Books, 2003, ISBN 0-8052-1138-1. Andy Gill, Classic Bob Dylan: My Back Pages, Carlton, 1999, ISBN 1-85868-599-0.
Dilaltı-qırtlaq qapağı bağı
Dilaltı-qırtlaq qapağı bağı (lat.
Dilaltı sinir
Dilaltı sümüyü
Dilaltı vəzi
Dilaltı vəzi lat. Glandula sublingualis — ağız boşluğu dibinin selikli qişasının altında lat. m. mylohyoideus üzərində yerləşmişdir. Uzunsov olub, uzunluğu 3-4 sm, eni və qalınlığı 1 sm və çəkisi 5q-dır. vəzin bir neçə axacağı vardır, bunlardan bəzisi — lat. ductus sublingualis minores ayrıca olaraq dilaltı büküşdə və bəzisi bir-birilə birləşərək — lat. ductus sublingualis major (Bartolini — BNA) adı ilə dilaltı ətciyi üzərində lat. ductus submandibularis ilə birlikdə xüsusi ağız boşluğuna açılır. Vəzifəsi şəffaf qələvi reaksiyalı, xüsusi çəkisi 1,006-1,008, tərkibində ptialin və salivin fermentlər olan ağız suyu lat.
Dilan
Dilan — Uelsdə daha çox işlədilən ad. Dilan Beyauliyu — Monako klubunda çıxış edən Fransa futbolçusu. Dilan O'Donnell — Stiveneyc klubunda çıxış edən İngiltərə futbolçusu. Dilan Naputi — Quam futbolçusu. Dilan Everett — Kanada aktyoru. Dilan Snider — Amerika aktyoru. Dilan Mörneyn — Avstraliya futbolçusu. Dilan Qroenevegen — Niderland velosipedçisi. Dilan Kvasnievski — Amerika NASKAR sürücüsü. Dilan Beyker — Amerika aktyoru.
Dilan Beyauliyu
Dilan Beyauliyu (5 may 1997, Mödon[d]) — Liqa 1 təmsilçilərindən olan Monako FK klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Beyauliyu öz peşəkar karyerasında debütünü Monako klubu ilə 26 aprel 2017-ci ildə etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Monako Fransa Kubokunun yarımfinal mərhələsində Pari Sen-Jermenə 5-0 hesabı ilə məğlub olmuşdur.
Dilan Naputi
Dylan Pinaula Naputi (4 yanvar 1995-ci ildə anadan olub) — Quam milli komandasının futbolçusu. Naputi öz futbol karyerasına Quamın Barriqada şəhərində yerləşən Corc Vaşinqton adına Ali Təhsil Məktəbində təhsil alarkən Kişilərdən ibarət Quam Futbol Liqasında mübarizə aparan Qualiti Distributors klubunda başlamışdır. 2013-cü ildə klubu tərk etdikdən sonra Payless Supermarket Straykers FK klubuna transfer olmuşdur. 5 yanvar 2016-cı ildə Naputi PDL klublarından olan Ventura Kantri Fujin klubuna transfer olmuşdur. Naputi Quam milli futbol komandası ilə ilk oyununa 2011-ci ildə çıxmışdır. Nəticələr və qollar Quam hesablamasının birinci siyahısındadır.
Dilan O'Brayen
Dylan Rouds O'Brayen (26 avqust 1991, Nyu-York, Nyu-York ştatı) — Amerikalı aktyor və rejissor. MTV serialı "Gənc qurd"daki Stiles rolu ilə tanınır. İlk filmi "High Road"dur. 2012-ci ildə Jon Kasdan rejissorluğunda, Britt Robertson və Victoria Justice ilə birlikdə The First Time filmində baş rolda çəkilmişdir. O'Brien New York mənşəlidir. Atası kamera operatoru, anası keçmiş aktrisadır. 2011 istehsalı olan "Teen Wolf" serialındakı "Stiles" rolunu canlandırıb. Bu rol ilə tanınmış və çox sevilmişdir. Serialdakı aktyorluq bacarığını "The First Time" adlı filmdə də göstərmiş və özünü tanıtmışdır. Ən yaxın dostu "Teen Wolf" serialında tanış olduğu Scott rolundakı Tyler Posey-dir.
Dilan O'Donnell
Dilan Ceyms Cozef O'Donnell (1 fevral 2001 və ya 14 fevral 2001) — Liqa İki təmsilçilərindən olan Stiveneyc klubunda müdafiənin sağ cinahında çıxış edən peşəkar İngiltərə futbolçusudur. O'Donnell futbolçu karyerasına Norviç Siti klubunun U-18 komandasında start vermişdir. O, 2017-ci ilin dekabr ayında Stiveneyc klubunun akademiyası ilə bir il yarımlıq müqavilə imzalamışdır. O'Donnell U-18 komandası ilə FA Gənclər Kubokunun 2017-18 mövsümünün dördüncü mərhələsində iştirak etmişdir. O, peşəkar karyerasında debütünü 28 aprel 2018-ci ildə Ekseter Siti klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Brodholl Vey stadionunda keçirilən Liqa İki görüşündə Stiveneyc rəqibinə 3-1 hesabı ilə qalib gəlmişdir.
Dilan O`Brayn
Dylan Rouds O'Brayen (26 avqust 1991, Nyu-York, Nyu-York ştatı) — Amerikalı aktyor və rejissor. MTV serialı "Gənc qurd"daki Stiles rolu ilə tanınır. İlk filmi "High Road"dur. 2012-ci ildə Jon Kasdan rejissorluğunda, Britt Robertson və Victoria Justice ilə birlikdə The First Time filmində baş rolda çəkilmişdir. O'Brien New York mənşəlidir. Atası kamera operatoru, anası keçmiş aktrisadır. 2011 istehsalı olan "Teen Wolf" serialındakı "Stiles" rolunu canlandırıb. Bu rol ilə tanınmış və çox sevilmişdir. Serialdakı aktyorluq bacarığını "The First Time" adlı filmdə də göstərmiş və özünü tanıtmışdır. Ən yaxın dostu "Teen Wolf" serialında tanış olduğu Scott rolundakı Tyler Posey-dir.
Dilara Kurtulmuş
Dilara Kurtulmuş (türk. Dilara Kurtulmuş; 12 may 1998, Avstriya) — Türkiyə aktrisası.
Dilaram Sultan
Dilaram Sultan (1595 – 5 (15) yanvar 1647) — Səfəvi vəliəhdi Məhəmməd Bağır Mirzənin cariyəsi, Şah I Səfinin anası. Dilaram Sultan 1605-ci ildə Tiflisdə knyaz ailəsində anadan olmuşdur.[mənbə göstərin] Səfəvi-Osmanlı müharibələrində Gürcüstanın bir çox əraziləri döyüş meydanına çevrilmişdi. Bu səbəbdən atası Konstans Baqrati ailəsini Şimala – daha təhlükəsiz əraziyə aparmalı oldu. 1612-ci ildə müharibə bitdikdən sonra onlar yenidən Tiflisə geri döndülər. Lakin sabitlik uzun sürmədi. 1613-cü ildə yenidən Səfəvi-Osmanlı müharibəsi başladı. Ağır günlər keçirən ailə 1618-ci ildə qələbə qazanan Şah I Abbas tərəfindən "böyük sürgün"ün qurbanı oldu. Minlərlə gürcü ailəsi ağır şərtlər altında İranın içərilərinə köçürüldü. Dilaram Sultanın valideynləri yolda vəfat etdi, yeganə qardaşını isə yolda itirdi. Siması olduqca gözəl olan Dilaram hərəm ağaları tərəfindən yolda ikən seçilir.
Dilarə Azaflı
Dilarə Azaflı (Zeynaova Dilarə Mikayıl qızı; 5 mart 1947, Azaflı, Tovuz rayonu – 25 avqust 2005, Bakı) — Azərbaycan aşığı. Zeynalova Dilarə Mikayıl qızı (Dilarə Azaflı) 5 mart 1947-ci ildə Tovuz rayonunun Azaflı kəndində aşıq Mikayıl Azaflının ailəsində anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə daxil olub və 1965-ci il də oranı bitirib. 1971-ci ildə Bakı şəhəri Biləcəri qəsəbəsi 2 saylı Dəmiryol orta məktəbində, 1973-cü ildə 5 saylı (indiki 300 saylı) orta mnəktəbdə müəllimlik etmişdir. "Xalq maarifi əlaçıçı", "Fəxri dəmiryolçu", dəfələrlə "İlin müəllimi"adlarına layiq görülüb. Respublika Təhsil Şurası İdarə Heyətinin üzvü olub. 1984-cü ildə Aşıq Pəri Məclisinin üzvü olub. 14 yaşından seir yazmağa başlayan Dilarə Azaflı 1985-ci ildən dövrü mətbuatda çap olunmağa başlayır. "Aşıq Pəri Məclisi və el şairələri" (1987), "Azərbaycan poeziya almanaxı" (1991), "Dan ulduzu" (1998), "Haqqım var yaşamağa" (2001), "Aşıq Pəri Məclisi" (2004) kitablarında və digər almanaxlarda şeirləri çap olunub.
Dilarə Babayeva
Dilarə Aydın qızı Babayeva (11 dekabr 1986; Sumqayıt, Azərbaycan — 30 avqust 2016; Bakı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının kapitanı, Dövlət Sərhəd Xidmətinin yeganə qadın hərbi pilotu. Dilarə Babayeva 1986-cı il dekabrın 11-də Sumqayıt şəhərində anadan olub. Dilarə Babayeva 1993-cü ildə Sumqayıt şəhəri "Təfəkkür" liseyinin birinci sinfinə qəbul olub və 2004-cü ildə oranı bitirib. Orta təhsilini başa vurandan sonra sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) verən Dilarə Babayeva, 2008-ci ildə oranı "Artilleriya heyətində hərbi qulluq üçün idarəetmə mühəndisliyi" ixtisası üzrə bitirdi. Ailəli idi. Dilarə Babayeva 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edirdi. Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyevin 2014-cü ildə imzaladığı əmrə əsasən Dilarə Babayevaya "baş leytenant" hərbi rütbəsi verildi. 2015-ci ildə isə Dilarə Babayevaya "kapitan" hərbi rütbəsi verildi. Dilarə Babayeva 2016-cı il avqustun 30-da qida zəhərlənməsi diaqnozu ilə 1 saylı Şəhər Xəstəxanasına yerləşdirilib və həmin gün vəfat edib. Dilarə Babayeva hamiləliyinin 36-cı həftəsində idi.
Dilarə Cəbrayılova
Dilarə Məmmədağa qızı Cəbrayılova — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı. Dilarə Məmmədağa qızı Cəbrayılova 1971-ci il iyun ayının 3-də Bakı şəhərində anadan olmuşdur.1978-ci ildə Nardaran qəsəbəsində yerləşən 130 saylı tam orta məktbə daxil olmuş, 1988-ci ildə oranı bitirmişdir. Elə həmin ildə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstutuna daxil olmuş, 1993-cü ildə həmən İnsitutun Rus dili və Ədəbiyyatı ixtisası üzrə təhsilini tamamlamışdır 1996-cı ildən 2012-ci ilə qədər Sabunçu rayonu Nardaran qəsəbəsi 130 saylı tam orta məktəbdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 2004-cü ildə Bakı Slavyan Universitetinə daxil olmuş, 2005-ci ildə Yenidən hazırlanma və ixtisasartırma kursunu bitirərək tarix ixtisasına yiyələnmişdir.2012-ci ilin sentyabr ayından isə Nardaran qəsəbəsində yerləşən 295 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışır.2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, 2015-ci ildə 27 saylı Sabunçu II Seçki Dairəsindən Azərbaycan Respublikası V Çağırış Milli Məclisin deputatı seçilmişdir. Milli Məclisin Aliə ,qadın və uşaq məsələləri komitəsinin üzvüdür. Brazilya,İtaliya , Kanada ,Qazaxıstan, Qətər,Litva,Polşa, Türkiyə, Türkmənistən, parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Azərbaycan-Rusiya parlamentlərarası komissiyasının üzvüdür. Ailəlidir, iki övladı var.
Dilarə Dostuzadə
Dilarə Əlimuxtar qızı Dostuzadə — Azərbaycan alimi, Karreksion pedaqogika üzrə fəlsəfə doktoru, dosent Dilarə Dostuzadə 1946-cı il yanvarın 26-da Bakı şəhəri, Xəzər rayonu (keçmiş Əzizbəyov rayonu), Türkan qəsəbəsində müəllim ailəsində anadan olmuşdur. 1953-cü ildə qəsəbədəki 119 saylı orta məktəbə daxil olmuş, 1960-cı ildə həmin məktəbin VIII sinfini bitirmiş, 79 saylı Fəhlə və Gənclər məktəbinə daxil olmuş və 1962-ci ildə həmin məktəbin X sinfini bitirmişdir. 1961—1966-cı illərdə 119 saylı orta məktəbdə pioner baş dəstə rəhbəri vəzifəsində çalışmışdır. 1963—1964 tədris ilində V.İ.Lenin adına APİ-nin "İbtidai təhsil pedaqokikası və metodikası" fakültəsinin axşam şöbəsinə daxil olmuş, 1969-cu ildə oranə bitirmişdir. 1966-cı ildən 119 saylı orta məktəbdə sinif müəllimi işləməyə başlamışdır. 1970—1975-ci ilə kimi yerli sovetlərə deputat seçilmişdir. 1971-ci ildə pedoqoji fəaliyyətinə görə "Əməkdə fərqlənmə üzrə medalı" ilə təltif olunmuşdur. 1973—1975-ci ilə kimi 119 saylı orta məktəbdə "Tərbiyə işləri üzrə direktor müavini" vəzifəsində işləmişdir. 1979—1990-cı illərdə Respublika 1 saylı karlar internat məktəbində müəllim işləmişdir. 1987-ci ildə Azərbaycan SSR Pedaqoji Cəmiyyətinin "Fəxri Fərmanı"na layiq görülmüşdür.
Dilarə Fərəcullayeva
Dilarə Fərəcullayeva (tam adı: Dilarə Rəhim qızı Fərəcullayeva; 29 may 1957) — Azərbaycan kino və teatr aktrisası. 1957-cu il sentyabrın 29-da Bakı şəhərində doğulub. 1979-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 1979-1987-ci illərdə H.Ərəblinski adına Sumqayıt Dövlət Dram, 1992-1997-ci illərdə Bakı Bələdiyyə Teatrlarında aktrisa vəzifəsində işləyib. 1997-ci ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. Vlasta - («Məktub», Panço Pançov) Zərnigar - («Arvadımın əri», Xuqayev) Müxbir - («Bütün şərq bilsin», Oqtay Məmmədov) Vera- («Polad əridənlər», Bokaryev) Vanda - («İtkin ər», Əli Əmirli) Qəmər - («Xoşbəxt gün», Əli Əmirli) Müxbir- («Varlı qadın», Əli Əmirli) Bikə - («Vida marşı», F.Mustafayev) Mariya - («Qara qutu», F.Mustafayev) Cadugər - («Makbet», V.Şekspir) Qadın - («Tədbirə qarşı tədbir», B.Şekspir) Savka Xala - («Nazirin xanımı», Nuşic) Şlyapa - («Aktyor və krall», Qorin) İnzibatçı - («Əbləhlərin toyu», R.Əlizadə) Həqiqət – («Məkirlərin vəkilləri», R.Əlizadə) Culiya – («Siçan və pişik», R.Əlizadə) Qaz – («Tülkü həccə gedir», R.Əlizadə) Gülbəri– («Təzə gəlin», Ü.Hacıbəyov) Məşədxanım – («Pasport», R.Abdullayev Zülhədcə – («Tənha qovaq ağacı», C.Nurəddin) Cadugar-«Uzunburun cırtdan», Qrin qardaşları) Aparıcı – («Yaxşı padşahın nağılı», Anar) Yasəmən – («İnan mənə», A.İdrisoğlu) Nailə – («Axırı sakitlik», E.Hüseynbəyli) Cavan qız – («Labirint», E.Hüseynbəyli) Valeriya – («Ördək ovu», A.Vampilov) Ana – («Anamın gəlinlik paltarı», Ə.Bərəkət) Lyuba – («Vicdanın hökmü», H.Mirələmov) Kəndli – («Hekayəti-xırs-quldurbasan», M.F.Axundov) Missis Beduin – («Oliver Tvistin macəraları» Ç.Dikkens) Zəhra – («Mənim ağ göyərçinim» T.Vəliyeva) Xeyransa – («Buzovna kəndinin əhvalatları» Elçin) Nuhun qövmü – («Əlincə qalası» Dilsuz) Sirr (teleserial, 2012) Ögey ata (film, 2013) Həyat varsa...
Dilarə Fətəliyeva
Dilarə Hüseynova
Dilarə Əşrəf qızı Hüseynova — fizika-riyaziyyat elmləri doktoru (1992), professor Dilarə Əşrəf qızı Hüseynova 1941-ci il avqustun 22-də Bakıda, görkəmli alim Əşrəf Hüseynovun ailəsdində anadan olmuşdur. O, 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) Fizika fakultəsini bitirmişdir. Elə həmin ildə Azərbbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda baş laborant olaraq işə başlamış, sonra kiçik elmi işçi (1964—1977), böyük elmi işçi (1977—1994), aparıcı elmi işçivəzifələrində çalışmıdır. Hal-hazırda həmin institutun baş elmi işçisidir. D.Ə.Hüseynova 1975-ci ildə fizika-riyaziyyat elmləri namizədi və 1992-ci ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini, 1993-cü ildə isə professor elmi adını almışdır. Haqqında "XX əsrin görkəmli şəxsiyyətləri", "XX əsrdə kim kimdir" bioqrafik ensiklopediyalarında məlumatlar verilmişdir. Akademik Eldar Salayevin həyat yoldaşıdır. Elmi əsərlərinin sayı — 85 Xaricdə dərc olunan əsərlərinin sayı — 67 Beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus və s.) dərc olunan əsərlərinin sayı — 61 Kadr hazırlığı — 1 elmləri doktoru və 3 fəlsəfə doktoru Dil bilikləri — Azərbaycan, Rus, İngilis Yarımkeçiricilər və dielektriklər fizikası sahəsində aldığı elmi nəticələr ölkəmizdə və xaricdə nüfuzlu elmi jurnallarda çap olunmuşdur, 85-dən çox elmi işin müəllifidir, beynəlxalq və ölkə səviyyəli bir sıra elmi konfrans və seminarlarda məruzə ilə çıxış etmişdir. A 4 B 6 {\displaystyle A^{4}B^{6}} laylı yarımkeçirici birləşmələrin zona quruluşunun hesablanması, onlarda kimyəvi əlaqənin müəyyən edilməsi, A 4 B 6 {\displaystyle A^{4}B^{6}} ortorombik yarımkeçirici birləşmələrin qəfəs dinamikasının öyrənilməsi, Brüllen zonasının mərkəzində fonon tezliklərinin təzyiqdən asılılığının hesablanması (Hesablamalar göstərmişdir ki, 29 GPa təzyiq yaxınlığında sadədən baza mərkəzləşmiş qəfəsə faza keçidi baş verir) onun əsas elmi nəticələrindəndir. 1.
Dilarə Kazımova
Dilarə Kazımova (d. 20 may 1984, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı müğənni, aktrisa, mahnı sözü yazan, bəstəkar, "Woman", "Unformal", "Milk & Kisses" qruplarının keçmiş üzvü, 2014 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanın təmsilçisi. Dilarə Kazımova 20 may 1984-cü ildə Bakıda anadan olmuşdur. Ailənin ikinci övladıdır. Özündən 7 yaş böyük bir bacısı var. Dilarə Kazımova 2001-ci ildə Respublika İncəsənət Gimnaziyasından məzun olmuşdur. 2002-2006-cı illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olmuş və opera vokalı ixtisası üzrə təhsil almışdır. 2015-2016-cı illərdə Türkiyə vətəndaşı Mərt Aslanla ailəli olmuşdur.Heyvanları sevir və prinsipial olaraq xəz geyinmir. İlk öncə "Woman" qrupunun tərkibində səhnə almışdır. Qadınlardan ibarət qrupla səhnə alan ifaçı, 2004-cü ildə "Sing Your Song 2" mahnı müsabiqəsinə qatılmış və "Unformal" qrupu ilə "Cherry" adlı dueti ifa etmişdir.
Dilarə Lokmanhekim
Dilarə Lokmanhekim (18 aprel 1994) — Türkiyəli cüdoçu. Dilarə Lokmanhekim Türkiyəni 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında təmsil etdi. Dilarə Lokmanhekim birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qadınlar 52 kq çəkidə, 1/4 final mərhələsində Özbəkistanın nümayəndəsi Diyora Keldiyorova ilə üz-üzə gəldi. Həmin görüşdə Dilarə Lokmanhekim rəqibinə 0:1 hesabı ilə uduzdu.
Dilarə Murtuzəliyeva
Dilarə Əliyeva (Dilarə Hasil qızı Əliyeva: 25 oktyabr 1972, Sumqayıt) — azərbaycanlı teatr və kino aktrisası, TV aparıcı. Azərbaycanın əməkdar artisti (2005), Dilarə Əliyeva 1994-cü ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Teatr kollektivinin rəhbəri" fakültəsini bitirmişdir. 1996-cı ildən 2009-cu ilədək C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa vəzifəsində işləyib. D. Əliyeva aktrisa kimi fəaliyyət göstərdiyi müddətdə müxtəlif janrlı tamaşalarda maraqlı rollar oynamışdır. Onun Xatirə (Hidayət, "Məhəbbət yaşayır hələ!…"), Günay (Hidayət, "Durnalar qayıdanda"), Günay (M. Bayciyev, "Ər və arvad"), Henrietta (G. Mopassan, "Dərəbəylik"), Badam (V. Əliyev, "Madam-Badam"), Gəlin (Z. Yaqub, "Didərginlər"), Mişilin (M. Marinye, "Oğru"), Zərifə (G. Xuqayev, "Mənim qayınanam") kimi rolları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. D. Əliyeva bir sıra televiziya filmlərində də çəkilib. Televiziya ekranında yaratdığı Leyli (N. Gəncəvi, "Leyli və Məcnun"), Durna (V. Səmədoğlu, "Yumurta"), Xavər (M. Atəş, "Gəlinlər"), Sarıca (M. Süleymanlı, "Bəylik dərsi"), Məhəbbət (T. İmanov, "Məhəllə") kimi obrazlar aktrisanın yaradıcılıq yolunun uğurları sayıla bilər. Dilarə Əliyeva ATV telekenalının populyar "Çal-çağır" proqramının aparıcısı olub. Hal-hazırda isə ARB telekanalında "Söhbət Var" proqramının aparıcısıdır. "SOY Production" mərkəzinin rəhbəri Oqtay Əliyev (1968) həyat yoldaşıdır.
Dilarə Nəzərova
Nəzərova Dilarə Şamil qızı — aktrisa. Dilarə Nəzərova 13 yanvar 1974-cü ildə Bakıda anadan olub. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib. Aktrisalıq sənətinə Sumqayıt Dövlət Dram Teatrında başlayıb. Sumqayıt səhnəsində Həlimə ("Yanmış evin nağılı" A.Zeynalov), Taclıbəyim ("Çaldıran döyüşü" İ. Ağalaroğlu), Kukla Teatrında Şərəfnisə ("Müsyö Jordan" M.F.Axundov), Əzrayıl ("Dəli Domrul" Dədə Qorqud Dastanı) kimi obrazlar yaratmışdır. 1996-cı ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. O, teatrın səhnəsində aşağıdakı rolları ifa edib: Güllər ("Ah, Paris…Paris!.." Elçin), Kəniz ("Özümüzü kəsən qılınc" B.Vahabzadə), Susanna ("Aydın" C.Cabbarlı), Böcək ("Köhnə ev" Ə.Əmirli) Səkinə ("Bu dünyanın adamları" Hidayət), Papopa ("Fedra" J.Rasin), Gözəl ("Mənim günahım", İlyas Əfəndiyev), Bettino ("Silindr", Eduardo de Filippo). İtkin gəlin (film, 1994) Ağ atlı oğlan (film, 1995) (tammetrajlı bədii film) - rol: Səidə Yük (film, 1995) Kiçik leytenant (film, 1996) Ölümə dəvətnamə (film, 1999) Bığ əhvalatı Bağdada putyovka var...