Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Valaş
Valaxş Karen — Sasani generalı, Karen sülaləsinin nümayəndəsi. == İlkin həyatı == Məşhur Karen sülaləsindən olub Azər Valaxşın nəvəsi idi. 665-ci ildə Təbəristanı işğal edərək Fərruxzad Bavəndini oldürmüşdü. Fərruxzadın oğlu Söhrab Mazandarana qaçaraq 673-cü ildə Təbəristana qayıtmış və atasının intiqamını almışdı. == Mənbə == Pourshariati, Parvaneh (2008). Decline and Fall of the Sasanian Empire: The Sasanian-Parthian Confederacy and the Arab Conquest of Iran. London and New York: I.B. Tauris. ISBN 978-1-84511-645-3.
2015 Valais kuboku
2015 Valais kuboku — Valais Yay Futbol Kubokunun bir hissəsi olan beynəlxalq futbol turniridir. Oyunlar iyul ayında İsveçrə və Fransada keçirilir. Bu turnir 2014-cü ildəki müsabiqədən sonra üçüncü turnir olmuşdur. Turnir 5 komandanın iştirakı ilə 8 gün ərzində keçirilmişdir.
Badi Valastro
Bartolo "Badi" Valastro - italyan əsilli amerikalı tanınmış şef, televiziya veriliş qəhrəmanı. Özünün şəxsi Karlonun şirniyyat evi adlı mağazası vardır. Badi Valastro ilk dəfə 2009-cu ildən efirə çıxmış "Tort şefi"(Cake Boss) televiziya həyatına başlayıb. Daha sonra "Mətbəx şefi"(Kitchen Boss) (2011), "Şirniyyat evi xilasedicisi Badi" (Buddy's Bakery Rescue) (2013) verilişləri yayımlanıb.
Lardye-e-Valansa
Lardye-e-Valansa (fr. Lardier-et-Valença, oks. Lardier) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Tallar kantonuna daxildir. INSEE kodu — 05071. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 928 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 169 nəfərin (15-64 yaş arasında) 124-ü iqtisadi cəhətdən, 45-i fəaliyyətsizdir (fəaliyyət göstərici 73.4%, 1999-cu ildə 77.2%). Fəal 124 nəfərdən 115 nəfəri (57 kişi və 58 qadın), 9 nəfəri işsizdir (5 kişi və 4 qadın).
Mirzə Əbülfət xan Valatəbar
Mirzə Əbülfət xan Mirzə Fəzlulla xan oğlu Valatəbar (1874, Təbriz – 1958, Tehran) — siyasi-ictimai xadim. == Həyatı == Mirzə Əbülfət xan Mirzə Fəzlulla xan oğlu 1874-cü ildə Təbriz şəhərində anadan olmuşdu. Təbrizdə mükəmməl ruhani təhsili almışdı. O, əvvəlcə öz atası Mirzə Fəzlulla xanın, sonra əmisi Təbrizin məşhur müctəhidi Hacı Mirzə Məhəmmədrəfi Nazimülüləmanın yanında təhsil almışdır. İlahiyyat üzrə mükəmməl biliyə yiyələnmişdi. Mirzə Əbülfət xan Valatəbar Müzəffərəddin mirzənin yanında münşibaşı vəzifəsində çalışmışdı. Dəbirəssəltənə ləqəbini almışdı. Mirzə Əbülfət xan Valatəbar 1897-ci ildə əmisi Mirzə Əsədulla xan Naziməddövlənin Vəkilülmülk ləqəbinə yiyələnmişdi. Onun Dəbirəssəltənə ləqəbini isə qardaşı oğlu Mirzə Nəsrulla xana verilmişdi. Mirzə Əbülfət xan Valatəbar Məhəmmədəli mirzənin yanında münşibaşı vəzifəsini davam etdirməyə başlamışdı.
Serbiya valaxları
Serbiya valaxları (özlərini: Vlasi, Vlaxi/Rumını/Yumyi; serb. Власи) — Serbiya ərazisində yayılmış milli azlıqlardan biri. Serbiya valaxları balkan-roman dil ailəsinə daxil olan Arumınlar, Melqenitlər, istrorumınlar, rumınlar və Moldovanlarla qohum xalqlardır. Əsasən Serbiya ərazisində yayılmışlar. Serbiyada 2011-ci ildə sayları 35 000 nəfər təşkil edirdi. Üstəlik onlar Bolqarıstanda da rastlanırlar. Hansı ki, sayları 10 500 nəfərdir. Serbiyada əsasən ölkənin şimal-şərqində və Voevodina ərazisində yayılmışlar. Əsasən provaslav mənsəbində etiqat edirlər. Müasir Tikoka valaxları orta əsrlərdə Valaxiya tarixi vilayətindən Dunayı keçərək Timok çayı rayonu ərazisinə gələrək məskən salmış valaxların törəmələridir.
Stanislava Valaseviç
Stanislava Valaseviç (pol. Stanisława Walasiewicz) və ya Stella Uolş-Olson (ing. Stella Walsh Olson) – ABŞ-Polşa atleti. 1932-ci ildə qadınların 100 metrə qaçış yarışında Olimpiya çempionu olmuşdur. 1947-ci ildə ABŞ vətəndaşlığına keçmişdir. 1980-ci ildəki ölümündən sonra hermafrodit olduğu, kişi və qadın xromosomları daşıdığı məlum olmuşdur, lakin medalları geri alınmamışdır. == Həyatı == 3 aprel 1911-ci ildə Polşa çarlığında doğulmuşdur. 3 aylıq olanda ailəsi ilə birlikdə ABŞ-yə gəlmişdir. Valideynləri Klivlenddə yaşamağa başlamış, atası polad sexində iş tapmışdır. == İdman karyerası == Valaseviç Klivlendin şərqində yerləşən bir slavyan qəsəbəsindəki məktəbdə atletika ilə məşğul olmağa başlamışdır.
Süzanna Valadon
Süzanna Valadon və ya Süzan Valadon (fr. Suzanne Valadon, doğ. adı Mari-Klemantin Valad (Marie-Clémentine Valade); 23 sentyabr 1865, Bessin-sür-Qartamp, departament Yuxarı Vyenna — 7 aprel 1938, Paris) — fransız rəssam; Fransa Rəssamlar Birliyinə qəbul olan ilk qadın (1894). Həmçinin sənətçi, model və Moris Utrillonun anası kimi tanınır. == Bioqrafiya == Uşaq yaşlarından rəsm çəkməyə başlamışdır. On beş yaşında sirk akrobatına olmuş, lakin bir il sonra zədələnmə səbəbiylə sirk karyerasını bitirməyə məcbur oldu. Pyer Sesil Püvi de Şavann, Renuar, Tuluz-Lotrek, Deqa kimi tanınmış rəssamların yanında işləmişdir. Əsasən güllər və landşaftları, gözəl kompozisiyaları və enerjili rəngli rəsmlər çəkirdi. Həm də çılpaq şəkillərlədə tanınır. 1890-cı illərin əvvəllərində ilk sərgilərdə əsasən əlinin portretləri, o cümlədən Erik Satinin portreti, 1893-cü ildə bir romanı var idi (yalnız Satinin həyatında gizlətmədiyi).
Valadi
Valadi (fr. Valady, oks. Valadin) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Marsiyak-Vallon kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12288. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 125 km şimal-şərqdə, Rodezdən isə 17 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1467 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 909 nəfərdən (15-64 yaş) 711 nəfəri iqtisadi cəhətdən fəal, 198 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78,2%, 1999-cu ildə 76.7%).
Valankon
Valankon (fr. Valencogne) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Viryo kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38520. Kommunanın 1999-cı il üçün əhalisi 458 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 516 ilə 680 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 65 km cənubda, Qrenobldan 38 km şimal-qərbdə yerləşir.
Valans
Valans (fr. Valence [va.lɑ̃s], oks. Valença, lat. Valentia) — şəhər və kommuna Fransada. Drome departamentin inzibati mərkəzi. == Coğrafiyası == Rona çayının sol sahilinin qayaüstü yüksəkliyində yerləşir. == Tarixi == Valans, Narbonna Qallo şəhərində (Romalılar Fransanın bu hissəsini bele adlandırıb) yaradılan Valentia Roma koloniyasından yaranıb. IV əsrdən etibarən, şəhərdəki bütün hakimiyyət episkoposlara aid idi, yalnız 1450-ci ildə XI Luis sonuncu kralın himayəsi və universitetin yaradılması (Fransız İnqilabı dövründə ləğv edilmiş) üçün şəhərə öz hüquqlarını verməyə inandırdı. Kral Valansı Valentinua hersoqluğunun paytaxdı etdi və ona Çezare Borciya titulunu verdi. Titulun hazırkı sahibləri Monakonun hökmdarıdır.
Valans (rayon)
Valans (fr. Valence) — Fransanın Ron-Alp regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Drom. Suprefektura — Valans. Rayonun əhalisi 2011-cı ildə 308 450 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 164 nəf / km² . Rayon ərazisi — 1884 km². == Rayonun kanton siyahısı == kanton Bur-de-Peaj; kanton Krest (8 kommun); kanton Dyölöfi (1 kommun); kanton Drom-de-Kolin; kanton Loryol-sür-Drom (6 kommun); kanton Roman-sür-İzer; kanton Sen-Valye; kanton Tan-l'Ermitaj; kanton Valans-1; kanton Valans-2; kanton Valans-3; kanton Valans-4; kanton Verkor-Mon dü Maten (25 kommun).
Valansen
Valansen (fr. Valencin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Verpiyer kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38519. Kommunanın 2012-ci il üçün əhalisi 2628 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 270 ilə 379 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondan 22 km cənubda, Qrenobldan 75 km şimal-qərbdə yerləşir.
Valansol
Valansol (fr. Valensole, oks. Valençòla) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Valansol kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04230. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2875 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 140 nəfər arasında (15-64 yaş) 93 nəfər iqtisadi cəhətdən fəal, 47 nəfər hərəkətsiz (fəaliyyət göstərici 66,4%, 1999-cu ildə 69.9%) idi. Fəal olan 93 nəfərdən 82 nəfəri (45 kişi və 37 qadın), 11 nəfəri işsizdir (6 kişi və 5 qadın).
Valansyen
Valansyen (fr. Valenciennes [valɑ̃sjɛn], pikard Valinsien, nid. Valencijn) — Fransada bir şəhər, O-de-Frans regionu, Nor departamenti, eyni bölgənin mərkəzi və kanton. Suprefektura statusuna malikdir. Əhalisi (2017) — 43 336 nəfər. == Coğrafiyası == Valansyen, Lilldən 52 km cənub-şərqdə və Parisdən 200 km şimal-şərqdə, Esko (Şelda) çayının sahilində şəhərdir.
Valansyen (rayon)
Valansyen (fr. Valenciennes) — Fransanın Nor-Pa-de-Kale regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Nor. Suprefektura — Valansyen. Rayonun əhalisi 2012-cı ildə 349 667 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 551 nəf / km² . Rayon ərazisi — 635 km².
Valantia filiformis
Galium murale (lat. Galium murale) — boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Sinonim == Aparinanthus muralis (L.) Fourr. Aparine minima All. ex DC. Aspera muralis (L.) Lowe Aspera nutans Moench Galium apsheronicum Pobed. Galium calvipes Pau Galium filiforme (Aiton) Roem. & Schult. Galium fragile Pourr. ex DC. Galium minimum Roem. & Schult.
Valantia rupestris
Galium murale (lat. Galium murale) — boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Sinonim == Aparinanthus muralis (L.) Fourr. Aparine minima All. ex DC. Aspera muralis (L.) Lowe Aspera nutans Moench Galium apsheronicum Pobed. Galium calvipes Pau Galium filiforme (Aiton) Roem. & Schult. Galium fragile Pourr. ex DC. Galium minimum Roem. & Schult.
Valarum officinale
Dərman şüvərəni (lat. Sisymbrium officinale) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin şüvərən cinsinə aid bitki növü. == Sinonimləri == * Chamaeplium officinale (L.) Wallr. Crucifera sisymbrium E.H.L.Krause Erysimum officinale L. Erysimum officinale var. leiocarpum (DC.) Farw. Erysimum runcinatum Gilib. [Invalid] Erysimum vulgare Rupr. Hesperis officinalis (L.) Kuntze Kibera officinalis (L.) Calest. Sisymbrium officinale var. genuinum Briq.
Valasin
Valasin — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.
Valavuar
Valavuar (fr. , oks. Valavoira) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. La-Mot-dyu-Ker kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04228. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 36 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 18 yaşdan yuxarı (15-64 yaş arasında) 10 nəfər iqtisadi fəal, 8 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 55.6%, 1999-cu ildə 66.7%). Fəal olan 10 nəfərdən 9 nəfəri (6 kişi və 3 qadın), 1 nəfər işsiz idi.
Valaxiya
Valaxiya ya da Əflak (osm. افلاك, rum. Ţara Românească, qədimdə Ţeara Rumînească və eləcə də Wallahia) —Rumıniyanın cənubunda tarixi əyalət. == Tarixi == Fateh II Mehmet Moreya yunan knyazlığını, Afina hersoqluğunu da imperiyanın tərkibinə qatdı. Dunay knyazlıqları olan Moldova və Valaxiya da Osmanlılardan asılı vəziyyətə düşdülər. 1806-cı ildə rus qoşunlarının Moldaviya və Valaxiyanı tutması səbəbindən Türkiyə 1806-cı il dekabrın 27-də Rusiyaya müharibə elan etdi. Müharibə təxminən 6 il davam etdi. Buxarestdə aparılan sülh danışıqları 1812-ci il mayın 16-da tərəflərin sülh müqaviləsi imzalması ilə qurtardı. Sülhün şərtlərinə görə Bessarabiya Rusiyaya keçdi və Dunay çayında rus gəmilərinin gediş-gəliş hüququ təsdiq edildi. Moldaviya və Valaxiya Türkiyəyə qatıldı.
Valaxş Karen
Valaxş Karen — Sasani generalı, Karen sülaləsinin nümayəndəsi. == İlkin həyatı == Məşhur Karen sülaləsindən olub Azər Valaxşın nəvəsi idi. 665-ci ildə Təbəristanı işğal edərək Fərruxzad Bavəndini oldürmüşdü. Fərruxzadın oğlu Söhrab Mazandarana qaçaraq 673-cü ildə Təbəristana qayıtmış və atasının intiqamını almışdı. == Mənbə == Pourshariati, Parvaneh (2008). Decline and Fall of the Sasanian Empire: The Sasanian-Parthian Confederacy and the Arab Conquest of Iran. London and New York: I.B. Tauris. ISBN 978-1-84511-645-3.
Valayiş (Sultaniyə)
Valayiş (fars. والايش‎) — İranın Zəncan ostanı Sultaniyə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 890 nəfər yaşayır (224 ailə).
Valazçayı
Valazçayı - Rusiyanın Kareliya respublikasının Kareval və Loux rayonları ərazisindən axan çaydır. == Ümumi məlumat == Çay mənbəyini Kareval rayonunda yerləşən Paloyarvi gölündən götürür. Çay Varakyulya gölünü keçərək şimala Top gölünə tökülür. Uzunluğu 48 km, hövzəsinin sahəsi isə 614 km²-dir. Varakyulya gölündən yuxarıda çay Loqovaraka, aşağı hissəsində isə Valazçayı adlanır. Çayın 15 km-də Sofporoq və Yeni Sofporoq şəhərləri yerləşir. Çayın 1 km qərb hissəsində isə Kalevala-Tunqozera magistral yolu keçir. == Qolları == Rolanqa (sol) 27 km — Şurin (sol) Şoppi (sağ, Şoppiyarvi gölü) 45 km — Kokkoy (sol) == Su reests == Rusiya Federasiyasının məlumatına əsasən çay Barens və Ağ dəniz hövzələrinə aiddir.
Bala
Bala — hansısa bioloji növün yetkinlik yaşına çatmayan nümayəndəsi.
Kala
Kala (gül) — gül növlərindən biri
Ovala
Ovala — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Talış dilində ov "su", "a" birləşdirici sait və "la" (lə) "sahə", "hissə" mənasındadır (Sulukənd).
Qala
Qala — uzunmüddətli dairəvi müdafiə üçün hazırlanmış, daimi qarnizonu, silahları, ehtiyatları olan və müstəqil idarə olunan strateji əhəmiyyətli məntəqə (şəhər, tikili). == Tarixi == İbtidai icma cəmiyyətində ilk qalalar möhkəmləndirilmiş məskənlər şəklində idi. Bu məskənlər torpaq bəndlər, ağac, kərpic, daş və s. divarlarla əhatə olunurdu. Sonralar hasarların ətrafında adətən su ilə doldurulan dərin xəndəklər qazılırdı. İnşaat işlərinin təkmilləşməsi qədim şəhərlər ətrafında kvadrat və ya dairəvi şəkilli qüləvari divarlar çəkməyə imkan verdi. Divarların hündürlüyü 9–10 m-ə, bəzi hallarda 30 m-ə çatırdı. Divarların qalınlığı hündürlüyünün 1/3 hissəsini təşkil edirdi. Divarlarda mazğallar düzəldilir, yuxarısı dişvarı şəkildə hörülürdü. Qala bürcləri çoxmərtəbəli tikili şəklində olub mustəqil müdafiə üçün ucaldılırdı.
Svala
Svala Byörqvinsdouttir (isl. Svala Björgvinsdóttir; d. 8 fevral 1977, Reykyavik, İslandiya) və ya Svala, Svala Byörqvins, Kali - İslandiya müğənnisi və bəstəkarı. O, 2001-ci ildə buraxdığı "The Real Me" mahnısı ilə şöhrət qazanmışdır. Müğənni house musiqi janrında ifa edən Steed Lord qrupuna qoşulduqdan sonra bir müddət Kali ləqəbi ilə çıxışlar etmişdir. O, "Paper" mahnısı ilə İslandiyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Musiqi karyerası == === Erkən qazanılan şöhrət (1984-1998) === Svala İslandiyanın tanınmış müğənnilərindən biri olan Byörqvin Halldourssonun qızıdır. O kiçik yaşlarından musiqi ilə məşğul olmağa başlamış və hələ yeddi yaşında ikən atasının albomlarından birində dəstək vokalçı olaraq onu müşayiət etmişdir. Doqquz yaşında atası ilə birlikdə ifa etdiyi "Fyrir Jól" Milad mahnısı İslandiyada bir müddət hitə çevrilmişdir. Svalanın "Ég hlakka svo til" növbəti hit mahnısı on bir yaşında ikən ifa edilmişdir.
Tala
Tala (meşə) — meşənin ortasında çox da iri olmayan ağacsız açıq sahə. Tala (Qaraqoyunlu) — Yelizavetpol quberniyasının Qazax qəzasında kənd. Aşağı Tala — Zaqatala rayonunda kənd. Yuxarı Tala — Zaqatala rayonunda kənd. Üçüncü Tala — Zaqatala rayonunun Üçüncü Tala kənd iəd kənd. Uzuntala (Zaqatala) — Zaqatala rayonunda kənd. Tala — Cəlilabad rayonu ərazisində çay. Göytəpə çayının sağ qoludur. Tala — Zaqatala rayonu ərazisində çay. Qanıx çayının sol qoludur.
Uvala
Uvala - (rus. увала, ing. ouvala, uvala) /cənubi slav­yan/-adətən layların uzanma isti­qamətinə uyğun və ya çat boyu uzanan, hər iki qurtaracağı qapalı olan, muldaya oxşar çökək. Çox vaxt karst qıflarının böyüməsi və öz aralarında birləşməsi nəticəsində yaranır. Belə formalar karst çö­kəklikləri adlanır.
Vaal
Vaal (yunan transkripsiyasında Vaal, assur-babil transkripsiyasında Baal) — Qədim Finikiya, Fələstin və Suriyada bərəkət tanrısıı. Vaala sitayiş başqa xalqlara Finikiyalılardan yayılmışdır. Bu zaman Vaalın xarakteri dəyişikliklərə məruz qalmışdır. Belə ki, yəhudi mifologiyasına görə Vaal Elin oğlu və Günəş tanrısıdır, Misir mifologiyasında isə ildırım tanrısı kimi tanınır. Adətən buğa buynuzlu və ildırım əsası ilə təsvir olunur. == Xarici keçidlər == Baal - Canaanite Sun God Baal Baal Phoenician God Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Vaka
Vaka (gürc. ვაყა) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 1423 nəfər idi. 2014-cü ildə 1160 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, IV cild, səh.
Valf
Valf — cihaz. Onunla (qazlar, mayelər, bərkilmiş mayelər, duru məhlullar) axını, yönünü bağlanıb açılmasınan tənzim və idarə etmək olar. Adətən, axıcı təzyiqinin mühüm əhəmiyyət kəsb etdiyi sistemlərdə təzyiqin yüksəlməsi halında sistemdən kənara axıcı azad edərək təzyiqi salan və ya təcili bir vəziyyətdə axıcı əlaqəni kəsən təhlükəsiz vasitədir. Hidravlik sistemlərdə xüsusən təyyarələrdə olduğu kimi tək bir hidravlik sistemlə müxtəlif nəzarətlər idarə edilən hidravlik sistemlerde- şərtə bağlı olaraq hidravlik təzyiqin hansı idarəyə çatdıracağı da valfler vasitəsilə müəyyən olunur.
Valqa
Valqa (est. Valga, alm. Walk‎, 1920-ci ilə gədər Valk -rus. Валк, keçmiş adı rus. Vleh) — Estoniyanın cənubundakı Vаlqаmаа bölgəsinin inzibati mərkəzi. Pedeli çayının sahilində yerləşir. Şəhərin sahəsi 16,5 km² təşkil edir. Tartuya qədər məsafə 89 km, Pyarnuya gədər 144 km, Tallinə gədər 245 km, 175 km Riqaya və Pskova 170 km-ə bərabərdir. Valqa dəmir və avtomobil yollarının kəsişməsində yerləşir. Estoniyanın və Latviyanın Şengen birliyinə daxil olması ilə Valqa və Valka şəhərləri arasında ümumi ictimai avtobus nəqliyyatının işə düşdüyü elan olunmuşdur.
Vals
Vals (fr. valse; alm. Walzer – fırlanmaq) – alman, çex və avstriya xalq rəqslərindən yaranmış rəqsdir. Xarakter cəhəti ¾ ölçüdə müşayiətin, özünəməxsus bərabər həcmli ritmik quruluşdan – birinci vurğuda bas , ikinci, üçüncü vurğularda akkord – ibarətdir ki, bu da müxtəlif xarakterli melodiyalar üçün plastik fon yaradır. Vals müxtəlif sürətlə ağır və ya tez tempdə ifa olunur. Rəngarəng obrazları və hissələri təcəssüm etdirmək imkanlarına malikdir. XIX əsrin 30-40-cı illərindən rəqs musiqisi və konsert janrı kimi geniş yayılmış, hətta simfonik musiqiyə daxil olmuşdur.Vals qısa vaxt ərzində Iohann Ştraussun musiqisinin təsiri ilə Viyanada və 1822-ci ildə etibarəndə İngiltərədə geniş yayılmışdır, Aristokrasiyanın bəyənməsi ilə baloların imtina edilməz əyləncəsinə çevrilrişdir. Günümüzdə vals "Viyana valsı" və "Modern vals" olmaqla iki fərqli kateqoriyadan və ritmdə dünya rəqs literaturadında yer almaqdadır.
Vava
Edvaldu İzídio Netu (port. Edvaldo Izidio Neto; 12 noyabr 1934, Resifi – 19 yanvar 2002, Rio-de-Janeyro), daha çox Vava kimi tanınır ― öz dövrünün ən yaxşı hücumçularından biri sayılan keçmiş Braziliya futbolçusu. Onun ləqəbi "polad sinə" (port. Peito de Aço) idi. O, Sport Resifi, Vasko da Qama, Palmeyras klublarında və Braziliya komandasında mərkəzi hücümçu mövqeyində çıxış etmişdir. == Milli komanda karyerası == Vava 1955-1964-cü illər ərzində Braziliya millisində 20 oyuna 15 qol vurmuşdur. O, 1958 (5 qol vurmuşdur) və 1962 (4 qol vurmuşdur) FİFA Dünya Kuboklarını udan heyətin üzvü idi, Üstəlik, turnirin bombardirlərindən biri olaraq 1962 Dünya Kuboku Qızıl Ayaqqabı mükafatının ortaq mükafatçısı olmuşdur. Vava həm 1958 (iki dəfə) həm də 1962 (bir dəfə) finallarında qol vurmağı bacardı və beləliklə iki fərqli dünya kubokunun finalında qol vuran ilk oyunçu oldu. Ondan başqa bu uğuru ancaq 3 başqa oyunçu təkrarlaya bilmişdir: Pele (1958 və 1970), Paul Braytner (1974 və 1982) və Zinəddin Zidan (1998 və 2006)..
Vaza
Vaza, əsasən çiçək qoymaq üçün istifadə edilən şüşə, farfor, torpaq kimi müxtəlif materiallardan, müxtəlif ölçü və formalarda hazırlana bilən bir qabdır. Bu söz rusca vaza (Ваза) sözündən azərbaycancaya keçib.
Vaşa
Vaşa — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. «Lahıc» turizm zonasında yerləşir. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 5–8 km yolu piyada və ya atla getmək olar. == Əhalisi == 1859-1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Şamaxı qəzasının Vaşa kəndində 28 evdə qədim oğuz türklərindən ibarət 296 nəfər (194 nəfəri kişilər, 102 nəfəri qadınlar) sünni təriqətli müsəlman əhali yaşayırdı.Kəndin ümumi Əhalisi 117 nəfərdir ki onunda 53 nəfəri kişi, 64 nəfəri qadındır. Əhali maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur.
Çala
Çala — Tiflis quberniyasının Axalsix qəzasında kənd adı. == Toponimkası == Çala- Tiflis quberniyasının Axalsix qəzasında kənd adı. Gürcüstanda "çala" sözü ilə düzəlmiş çoxlu miqdarda yer adı vardır. Azərbaycan dilində çala, "su yığılan çökək yer", "çuxur yer", türk dillərində çalı, "kolluq", "vəhşi heyvanın bol olduğu sahə" mənasındadır. İrəvan əyalətində Çala-ağıl adlı kənd vardı.
Ala
Ala — rəng çalarlarından biridir. "Bu rəng daha çox ağ rəngin başqa rənglərlə qarışığından ibarət olub canlı-cansızdakı rəng əlamətini tanıdır. Yəni "ala" çox-çox "...sözlərin əvvəlində sözün ifadə etdiyi şeydə alalıq, rəngbərənglik, ala-bulalıq, ağ rəng ilə qarışıqlıq, yaxud yarımçıqlıq, qeyri-müəyyənlik, dağınıqlıq, adda-buddalıq, natamamlıq və s. bu kimi xassələr olduğunu bildirir". Bir neçə misala baxaq: alapaça-paçalarının arası ağ olan kəhər və ya kürən at; alaçiy - tam bişməmiş; alaağac -ölkələri ayıran, sərhədlərə basdırılmış ağ-qara zolaqlı ağac (dirək); alanəm - qurumamış, yaş; alakölgə - həm işıqlı, həm kölgəli yer və s. Arxada "ala göz"dəki "ala"nın da rəng bildirdiyini demişdik. Daha bir neçə örnək: "Ala itdən məşhur", "Ala ördək", "Ala qaz", "Alaboyun", "Alabaş" (it adı) və s. Göründüyü kimi, bu misallardakı "ala" bilavasitə rəng deməkdir. Bununla belə, "ala"nın hündür ("Ala çadırın yer üzünə dikdirgil", "Qarşı yatan ala dağdan bir oğul uçurdunsa degil mana" və s.), böyük ("Ala barigah otağını çox görmüşəm", "Ala yorğan içində"), səmt, istiqamət, tərəf ("Başın ala baxar olsam, başsız ağac! Dibin ala baxar olsam dibsiz ağac!") və s.
Val
Val — sadə fomalı fırlanma səthinə malik olan maşın hissəsi olub fırlanma hərəkətini və qüvvəni ötürmək və həmçinin fırlanan hissələrə dayaq vermək üçün təbiq olunur. == Təsnifatı == eksentrik (dirsəkli) vallar fırlanma hərəkətini irəli-geri hərəkətə çevirmək üçündür.Onlar əsasən mühərriklərdə tətbiq olunurlar. çevik vallar iş zamanı fırlanan element bir başa əl çatmaz yerdədirsə istifadə olunurlar(məsələn, diş həkiminin alətini fırladan val və ya taxometrin valı). hamar vallar üzərindəki hissənin hərəkətli oturmasını təmin edirlər. pilləli vallar müxtəlif ölçülü hissələri götürmək və çəkini azaltmaq baxımından tətbiq olunurlar. işi boş və ya dolu vallar ötürüləcək yükdən asılı olaraq möhkəmlik baxımından tətbiq olunurlar.
Asta vals
Asta vals (ing. Slow Waltz, alm. Langsamer Walzer) - 3/4-taktlı bal və turnir rəqsidir. Asta vals klassik standart rəqs sayılır. Bu rəqs təxminən dəqiqədə 30 takt icra etməklə ifa olunur. == Tarixçəsi == 1870-ci ildə ABŞ-də Vyana valsının asta forması kimi Boston adı ilə yaranmışdır. Vyana valsına xarakterik olan hərəkətlərə malik olub lakin asta templə ifası ilə fərqlənir. 1920-ci ildən isə İngiltərədə "Asta vals" adı ilə məşhurlaşmışdır. Onu "İngilis valsı" da adlandırırlar. Bəzi mənbələrdə onun Lender (alm.
Avala qülləsi
Avala qülləsi (serb. Авалски торањ) ― Serbiyanın paytaxtı Belqrad şəhərində, Avala dağında yerləşən 204.68 metr (672 ft) hündürlüyündəki teleqüllə. Orijinal qüllənin tikintisi 1965-ci ildə bitrilsə də, 29 aprel 1999-cu ildə NATO-nun Yuqoslaviya bombalaması əsnasında məhv olmuşdur. Qüllənin yenidən qurulmasına 21 dekabr 2006-cı ildə başlanmış və rəsmi olaraq 21 aprel 2010-cu ildə açılmışdır. == Tarix == === Mənşə === Qüllənin inşasına 14 oktyabr 1961-ci ildə başlanıldı və dörd il sonra, 1965-ci ildə tamamlandı. Tikilinin ümumi çəkisi 4 000 tondur. Qüllənin 102–135 metr hendürlükləri arasında qapalı müşahidə göyərtəsi var idi və buraya iki sürətli lift vasitəsilə çıxılırdı. Qüllə bütün dünyada en kəsiyi bərabərtərəfli üçbucaq olan tək qüllə idi. Qülləyə əvvəlcə ağ-qara televiziya yayımı üçün istifadə olunan antena taxılmışdı. 1971-ci ildə antena rəngli televiziya yayımı üçün nəzərdə tutulmuş yenisi ilə əvəz olundu və 31 dekabr 1971-ci ildə Belqrad TV-nin İkinci proqramı rəngli versiyada yayımlanmağa başladı.Yüksək riski olan layihə heç bir işçi xəsarəti və ya ölüm hala olmadan başa çatdı və bu, bu böyüklüyündəki bir layihə üçün qeyri-adi idi.
Aşağı Tala
Aşağı Tala — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası və iqlimi == Aşağı Tala kəndini rayon mərkəzindən Tala çayı ayırır. Şimali-şərqdən Yuxarı Tala kəndi, qərb tərəfdən Tala çayı, cənubdan isə Əli Bayramlı kəndinin bəzi hissələri ilə həmsərhəddir.Kəndin ərazisi 3.327 hektardır. == Əhalisi == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən əhalisi 6.830 nəfərdir, milli tərkibcə əsasən azərbaycanlılar ibarətdir. Dini etiqadına görə kənd əhalisi müsəlmanlardan təşkil olunub. Kənd RİHB-nın ərazi İcra nümayəndəsi və Aşağı Tala Bələdiyyəsi tərəfindən idarə olunur. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti əkinçilik, tütünçülük, baramaçılıq, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. Burada “Azərtütün” MMC-nin illik istehsal gücü 3500 ton olan, MDB-də ən müasir olduğu iddia edilən tütün emalı zavodı yerləşir. == Mədəniyyəti == Kənddə üç orta məktəb, bir texniki peşə məktəbi, həkim məntəqəsi, mədəniyyət evi, uşaq bağçası, klub, 3 kitabxana, 2 məscid binası, 3 hücrə, futbol meydançası var. === Tarixi abidələri === Ömər Əfəndi ziyarətgahı.
Bala Muğanlı
Bala Muğanlı — Gürcüstanın Bolnisi rayonunda kənd. == Tarixi == == Mədəniyyəti == == Coğrafiyası və iqlimi == == Əhalisi == 1869-cu ildə həyata keçirilmiş kameral (ailə və ya tüstü/ev sayına görə) siyahıyaalınmaya əsasən Tiflis quberniyasının Tiflis qəzasının Bala Muğanlı kəndində Azərbaycan tatarlarından ibarət 27 ailə yaşayırdı.
Bala Məzrə
Kiçik Məzrə, Bala Məzrə — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd. == Tarixi == Bala Məzrə rayon mərkəzindən 9 km şimalda, Məzrə çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Məzrə`ə formasında, Qafqazın 5 verstlik xəritəsində Bala Mazra kimi qeyd edilmişdir. Kəndin bir adı da «Qulu ağalı» olmuşdur. Kəndin əfazisində X-XII əsrlərə aid alban kilsəsi, IV-VII əsrlərə aid oğuz qəbiristanlığı vardır. Toponim ərəb dilində «əkilmiş yer, sürülüb toxum səpilmiş tarla» mənasında işlənən məzrə (məzru) sözü əsasında formalaşmışdır. «Bala» fərqləndirici əlamət bildirən sözdür. Relyef bildirən toponimdir. Quruluşca mürəkkəb toponimdir. Erməni dilinə kalka edilərək Pokr (kiçik, bala) Mazra kimi işlədilir.
Bala Məşədi
== Həyatı == Bala Məşədi 1870-cu il Gəncə şəhərində anadan olmuşdur. Kərbəlayı Qasım kişinin 3 oğlan övladı olmuşdur. Bala Məşədi övladlardan kiçiyi olmuşdur. 1881-ci ildə Kərbəlayı Qasım kişinin ortancıl oğlunu quldurlar öldürür. 11 yaşında olan Bala Məşədi odlu silah əldə edərək, qardaşının qisasını alır və axtarıldığı üçün bir müddət yaxın qohumları tərəfindən gizlədilir. Sonradan Bala Məşədi Gəncədə sayılıb seçilən bir şəxs olur. O dövrdə təşkil olunan cıdır yarışlarında dəfələrlə qələbə çalır. Deyilənə görə, o zaman Gəncənin xanı olan Hüseynqulu xan ona yaxınlaşaraq qələbə münasibətilə təbrik edir və qızlarından birini ona vermək istədiyini bildirir. Lakin Bala Məşədi üzrxahlıq edərək, özünün bir qədər çılğın olduğunu söyləyir və deyir: “Sən xan, mən bəy. Mən söz götürən deyiləm.