DİLBİR

sif.zərf Sözü, fikri, sirri bir; əlbir, həmrəy, həmfikir. [Xudayar bəy:] Yox, Vəliqulu, mən dəxi sənin sözünə inanmıram.
Mən elə güman edirəm ki, anannan dilbirsən. C.Məmmədquluzadə.
[Kəyan] …istəkli yoldaşı Maral ilə o qədər xoş, dilbir və ürəkbir həyat sürürdü ki, zövcəsinin bu sözünə ancaq ürəkdən gülər(di). Ə.Əbülhəsən.

□ Dilbir eləmək (etmək), dilbir olmaq – sözbir olmaq, həmrəy olmaq, sözləşmək, qərarlaşmaq.
[Zərbəli:] …Hə, siz Nəzərəli çavuşnan dilbir olun, mənim oğlumu soldat yazdırın, öz uşaqlarınızı da gərmə qalağında gizlədin? Bu da bir qonşuluqdu? C.Məmmədquluzadə.
Hər halda gümanım budur ki, əlbir, dilbir olsaq, Xanpəri xalanı düz yola gətirə biləcəyik. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DİLBİR DİLBİR [Xudayar bəy Vəliquluya:] Mən elə güman edirəm ki, anannan dilbirsən (C.Məmmədquluzadə); HƏMZƏBAN (məc
  • DİLBİR əlbir — həmrəy — həmfikir
DİLBİLMƏZLİK
DİLBİRLİK
OBASTAN VİKİ
Süleyman Dilbirliği
Süleyman Dilbirliği (d. 1926; İstanbul — ö. 6 dekabr 2017, Üsküdar, İstanbul) — Təqaüdə buraxılmış gizir vəzifəsində çalışmış türk əsgəri. Koreya müharibəsi veteranı olmuşdur. Koreya müharibəsində baş vermiş döyüşlərin birində ata, anası öldürülmüş 5 yaşlı koreyalı qız uşağını tapmış və ona Ayla adını vermişdir. Bu hadisə əsasında 2017-ci ildə Türkiyə və Cənubi Koreya istehsalı olan Ayla filmi ictimaiyyətə təqdim olunmuşdur. Oskar mükafatının "Əcnəbi dildə olan ən yaxşı film" nominasiyasına filmin namizədliyi irəli sürülmüşdür. Filmdəki baş gizir Süleymanın real prototipi olan Süleyman Dilbirliği 2017-ci il 6 dekabr tarixində müalicə aldığı Haydarpaşa xəstaxanasında 91 yaşında dünyasını dəyişmişdir.

Digər lüğətlərdə