DİRÇƏLDİLMƏK
DİRÇƏLMƏK
OBASTAN VİKİ
Dirçəliş FK
Dirçəliş FK — 2019-cu ildən futbol klubu kimi fəaliyyətə başlamışdır, hal hazırda Azərbaycan Region Liqasında çıxış edən Bakı klubudur. == Tarixi == "Dirçəliş" futbol klubu 2019-cu ildən Bakıda fəaliyyətə başlayıb. İlk dönəmlərdə klub mini-futbol həvəskar komanda şəklində fəaliyyət göstərib. Daha sonra komanda liderinin və komandada çıxış edən bir çox şəxsin təşəbbüsü ilə "Dirçəliş" futbol klubunun yaradılması qərarı verilmişdir. === Klubun adı === Klubun adının "Dirçəliş" olmasının maraqlı tarixçəsi var. Klubun adının "Dirçəliş" qoyulması təklif edildikdən sonra, həqiqətən də gərəksə kluba yeni qoşulan futbolçular, gərəksə də xəyalını yerinə yetirmək istəyən istedadlı futbolçular üçün böyük bir dirçəliş mənbəyidir. Adın önəmini daha da artıran məqamlardan biri də, Azərbaycan Respublikasının tarixən bir neçə çətin dönəmdən keçməsi, amma bu dönəmi geri qoyaraq dirçəlməsi olub. === 2021 === Azərbaycanın əfsanəvi futbolçusu, "Şöhrət" ordenli Anatoli Banişevskinin 75 illik yubileyi, yarışın 25 illiyi, həmçinin Bakı Kəndlər Futbol Federasiyasının (BKFF) 15 illiyi münasibətilə futbol turniri keçirilib. Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, AFFA-nın rəhbərliyi və BKFF-nın təşkilatçılığı ilə keçirilən turnirdə Bakı, Sumqayıt və Abşeronun kənd və qəsəbələrinin komandaları iştirak edib. Turnirin yarımfinal mərhələsində "Dirçəliş” və "İCBFA” komandaları qarşılaşıblar.
Balkarların dirçəliş günü
Balkarların dirçəliş günü — Kabardino-Balkariyada rəsmi bayram kimi qeyd edilən və hər ilin 28 mart tarixində qeyd olunan bayram. 9 yanvar 1957-ci ildə balkarlar 13 illik sürgün həyatından sonra öz doğma vətənlərinə qayıtmaq hüququ əldə ediblər. Və bu hüququn əldə edildiyi gün 1994-cü ildən etibarən bayram kimi qeyd edilir. == Bayramın yaranma tarixçəsi == Bayram 1957-ci ildə balkarların milli muxtariyyəti olan Kabardino-Balkariya MSSR-nın yenidən bərpa edilməsi tarixində qeyd olunur. Bu tarixdə həm də onlar 14 illik sürgündən sonra öz doğma vətənlərinə qayıtma hüququnu əldə ediblər. Dövlətin bu hadisələrlə bağlı verdiyi qərarlar: 28 aprel 1956-cı il - SSRİ Ali Sovetinin bürosu tərəfindən İkinci Dünya Müharibəsi dövründə sürgün edilmiş Krım tatarları, balkarlar, SSRİ vətəndaşı olan türklər, kürdlər, hemşinlilər və onların ailələrinin üzərində olan məhdudiyyətlərin götürülməsi haqqında göstəriş verilir. 9 yanvar 1957-ci il - SSRİ Ali Sovetinin bürosu tərəfindən Kabardin MSSR-nın Kabardino-Balkariya MSSR-a çevrilməsi haqqında göstəriş verilir. 28 mart 1957-ci il - Kabardino-Balkariya MSSR-nın Kabardino-Balkariya MSSR-a çevrilməsi haqqında Kabardin MSSR-nın Ali Sovetinin qərarı verilib. 25 mart 1994-cü il - 25 mart 1994-cü ildə Kabardino-Balkariya MSSR-nın göstərişi ilə "Balkarların dirçəliş günü" qeyd edilməyə başlayıb. == Qeyd olunması == Adətə görə balkarların dirçəliş günündə Kabardino-Balkariyanın bir çox şəhər və kəndlərində mədəni və idman tədbirləri keçirilir.
Milli Dirçəliş Günü
Milli Dirçəliş Günü — 17 noyabr 1992-ci ildə elan olunmuş rəsmi bayram. 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan hadisələrlə bağlıdır. Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında (keçmiş Lenin meydanı) Azərbaycan xalqının uzunmüddətli mitinqləri (17 noyabr — 5 dekabr, 1988-ci il) başladı. Azərbaycan Xalq Cəbhəsinin(1989-1995)qurucusu və lideri Əbülfəz Elçibəyin başçılığı altında Bakıda və bir çox bölgələrdə qurtuluş mitinqləri keçirilmişdir.Azərbaycan Xalq Cəbhəsinin bu hadisələrdə iştirakı,mitinqlərin təşkilatlanmış halı kimi öz əksini tapır. Azərbaycan hökuməti iqtisadi əlaqələri kəsəcəyi haqqında Ermənistana qəti xəbərdarlıq etməlidir. Televiziya birbaşa canlı yayımla verəcək ki, Topxanada nə işlər görülür. Ağdam şəhərində qadağa saatı 24 saata ləğv edilməlidir. Dağlıq Qarabağ Muxtar Vilayətində partiya və sovet orqanları buraxılmalıdır. Orada Azərbaycanın hüquqi, siyasi və iqtisadi normaları bərpa edilməlidir.
Qarabağ Dirçəliş Fondu
Qarabağ Dirçəliş Fondu — Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə yaradılmış qurum. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il fərmanı əsasında publik şəxs kimi yaradılmışdır. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-na qədər davam edən İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə bitdi. Nəticədə Azərbaycan xalqı böyük Zəfərlə ərazilərini Ermənistan işğalından azad etdi. Ölkənin ərazi bütövlüyünün bərpası dövlətimiz üçün beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişi kimi yadda qaldı. Erməni qəsbkarları tərəfindən otuz ilə yaxın bir müddət ərzində işğal olunmuş ərazilərimizin maddi və mədəni sərvətləri talan edilmiş və dağıdılmışdır. İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən həyata qaytarılması Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdən biridir. Bu məqsədlə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il fərmanı əsasında Qarabağ Dirçəliş Fondu publik şəxs yaradılmışdır. “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs kimi yaradılmasının əsas məqsədi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirməkdir. İşğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi də əsas məqsədlərdəndir.
Ukraynada milli dirçəliş
Ukrayna milli dirçəlişi — Rusiya və Avstriya-Macarıstan imperiyalarının ərazisində milli-mədəni dirçəliş və Ukrayna millətinin formalaşmasını təmin edən ictimai-siyasi hərəkatdır. Siyasi, sosial, milli azadlıq hərəkatı kimi Ukrayna milli dirçəlişinin mahiyyətinə dair çoxlu müxtəlif nəzəriyyələr və qiymətləndirmələr mövcuddur. Ukrayna milli hərəkatı 18-ci əsrin sonlarında Avropada gedən tarixi proseslərin təsiri altında Rusiya İmperiyası ərazisində kazak zabitləri dairələrində yaranmışdır. Çar avtokratiyasının böyük dövlətçilik siyasəti 19-cu əsrin ortalarında Rusiyada Ukrayna milli hərəkatının güclənməsinə səbəb oldu. XX əsrin əvvəllərində Rusiya, nəhayət öz siyasi səhnəsinə keçdi və bu dövr Ukraynanın mədəni və siyasi hüquqları uğrunda fəal mübarizəsi ilə səciyyələndi. Ukrayna partiyalarının yaranması ilə Rusiyada milli məsələnin həlli siyasi problemlərin həlli ilə bağlıdır: avtokratiyanın aradan qaldırılması , parlamentarizmin qurulması , demokratik azadlıqların təmin edilməsi . Tədqiqatçılar arasında siyasi Ukrayna hərəkatının bir fenomeni kimi ukraynafillikdən ayrılmanın vaxtı və yeri ilə bağlı vahid fikir yoxdur. Onun formalaşmasının əsas hərəkətverici qüvvələri məsələsi də mübahisəlidir. “Rusiyada ukraynaçılıq: MÜASİR dövr" adlı tədqiqatında Vladimir Doroşenko Rusiyada Ukrayna hərəkatının inkişafını üç mərhələyə bölür. Birincisi, Poltava-Xarkov XVIII əsrin sonlarından XIX əsrin 40-cı illərinə qədər davam etdi.
Kürdüstan Dirçəliş Cəmiyyəti
Kürdüstan Dirçəliş Cəmiyyəti (kürd. Komeleyê Jiyanêwê Kurdistan) — 16 avqust 1943-cü ildə Məhabadda qurulan kürd milliyətçi təşkilatı. Təşkilat Azərbaycan böhranında Pəhləvi İran qüvvələrinin regiondan qovulmasından sonra təsis edilmişdir. Kürdüstan Dirçəliş Cəmiyyətinin yaradılmasında "Hiva" təşkilatından kömək istənilmişdir. Odur ki, Kürdüstan Dirçəliş Cəmiyyəti İran Konstitusiyasını pozduğuna görə qeyri-qanuni hesab edilirdi və üzvlük üçün şərtlərdən biri gizli olmalı idi. Təşkilat yalnız kürd əsilli valideynləri olanların üzv olmasına icazə vermişdir. Bir istisna ondan ibarət idi ki, şəxsin anası aysor olduğu halda, onlar da təşkilata üzv ola bilərdilər. Təşkilatın andı Qurana əsaslanırdı. Kürdüstan Dirçəliş Cəmiyyəti 3 il ərzində məxfi və mühüm işlər görmüşdür. Sonradan bu təşkilatın əsasında İran Kürdüstanının Demokratik Partiyası qurulmuşdur.
Milli Dirçəliş Hərəkatı Partiyası
Milli Dirçəliş Hərəkatı Partiyası və ya qısaca MDHP — Azərbaycanda rəsmi dövlət qeydiyyatında olaraq aktiv fəaliyyət göstərən milliyyətçi, sağ mərkəzçi müxalif siyasi partiya. Qurucusu və hazırkı sədri istiqlalçı deputat Fərəc Quliyevdir. Milli Dirçəliş Hərəkatı Partiyası rəsmi qeydiyyata alındığı gündən bəri bütün prezident, parlament və bələdiyyə seçkilərində iştirak etmişdir. Partiya Azərbaycan Respublikasının Milli Məclisinin IV və V çağırışlarında 1 deputatla — Fərəc Quliyev ilə təmsil olunmuşdur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Milli Dirçəliş Hərəkatı Partiyasının üzvlərinin 88%-i kişi, 12%-i isə qadın olmuşdur. Milli Dirçəliı Hərəkatı Partiyası 2002-ci ildə formalaşdırılmış təşəbbüs qrupu tərəfindən yaradılıb. 2005-ci il may ayının 7-də keçirilmiş təsis qurultayı ilə Milli Dirçəliş Hərəkatı Partiyası fəaliyyətə başlamışdır. İstiqlalçı deputat Fərəc Quliyev bu qurultayda sədr seçilmişdir. 2011-ci il may ayının 31 — də partiya dövlət qeydiyyatına alınmışdır. 2017-ci il mayın 14-də Partiyanın ikinci qurultayı keçirilib və Fərəc Quliyev yenidən sədr seçilib.
Serb-Bizans memarlığının dirçəlişi
Müasir Serb-Bizans, Neo-Bizans və ya Serb milli memarlıq üslubu Serb memarlığında 19-cu əsrin ikinci yarısından 20-ci əsrin birinci yarısına qədər davam etmiş üslubdur. Bu üslub orta əsr Serb-Bizans məktəbi ənənəsindən yaranıb və Neo-Bizans üslubunun bir hissəsi olmuşdur. Müasir Serb-Bizans memarlıq üslubunun başlanğıcı 19-cu əsrin birinci yarısında Avropada yayılmış, Serb torpaqlarında isə əsrin ortalarında ortaya çıxmış və son onilliklərə qədər yaşamış romantizm ruhunda olan bir üslubdur. Bu üslubun tətbiq olunması Serbiya knyazlığında yeni gələn "qərb üslubunun" ( klassisizm, neo-barokko ) təsirlərinə müqavimət kimi xarakterizə oluna bilər. Bu stil Serb-Bizans memarlıq irsinin formaları və bəzəkləri ilə özünü göstərir. Bu memarlıq üslubu kilsə memarlığı ilə ciddi şəkildə bağlı deyil; əslində bu üslub dünyəvi memarlıqda da tətbiq edilirdi. Bu da Modern istiqamətinin təsiri ilə sıx bağlı olmuşdur. Müasir Serb-Bizans memarlıq üslubu üç dövrdən ibarətdir: birinci və ya erkən dövr Bizans memarlığının elementləri ilə qərb üslubunun sintezini təşkil edir. Tipik bir nümunə, Smederevodakı Müqəddəs Georgi kilsəsidir, burada (Qərb üçün xarakterik) beş günbəz görünür. İkinci dövr Serbiyanın krallıq kimi genişlənməsi və möhkəmlənməsi (1882-1914) ilə bağlıdır.

Значение слова в других словарях