DİZLİK

is.
1. Kişilərin şalvar altından geydikləri (əsasən ağdan tikilən) alt tuman.
Yasavul şalvarını çiyninə atmış, ağ dizlikdə yollarda toza bata-bata sürünürdü. S.Rəhimov.
…Dizliklərimi yamayır, çarıqlarımı təmizləyir. Mir Cəlal.

2. Qadınların üstdən geydikləri enli tuman.
Köhnə çarqat, köhnə ağ çit arxalıq və köhnə solmuş şiləyi dizlik – övrətin libası budur. C.Məmmədquluzadə.
Döşəkcə, tuman adına; Geyərdilər o dizliyi; Tutardı on adam yeri; Onu geyəndə Xanbacı. M.Möcüz.
Alaçıqların yanında dizlik geymiş, belinə şal bağlamış iki-üç qadın tərpənirdi. M.İbrahimov.

3. Zərbədən, zədələnmədən qorumaq üçün dizə sarılan, yaxud keçirilən sarğı və s. Dəri dizlik. – …İdmanda zədələnmə hallarının qarşısını almaq üçün ən yaxşı qayda qoruyucu vasitələrdən, məsələn, sipərlərdən, dizliklərdən və s.
-dən istifadə edilməsindən ibarətdir. Ə.Babayev.

Etimologiya

  • DİZLİK Qıçın uzunluğu dizə qədər olan hissə belə adlanır. Şalvara da deyirlər. Diz sözü ilə qohumdur. (Bəşir Əhmədov
DİZLƏMƏK
DİZMARI

Digər lüğətlərdə

...ство́рчатый выхола́щиваться клокота́ть нефри́т нитеобра́зный подпры́гивать прожима́ться ссу́да благово́ние войсково́й равноду́шие рукомо́йник ершиться шрафировать answer back cider vinegar fenugreek galley-boat myeline tighten up болящий заботливый марципан разрастаться слепорождённый