1. Doğrayıcı, kəsici alətlə bir şeyi xırda-xırda kəsmək, parça-parça kəsmək; parçalayıb, sındırıb kiçik-kiçik hissələrə ayırmaq. Odun doğramaq. Qənd doğramaq. – …Ətyeyən heyvanın, məsələn, pişiyin dişlərinin hamısı iti bıçaq kimidir.
Çünki əti doğramaq, yəni kəsmək ilə xırdalamaq olur.
// Bir boyda, bir ölçüdə kəsmək.
Aslanov hələ çörək doğramamış, şorbadan bir-iki qaşıq içib dadına baxdı.
// Ağzı iti bir kəsərti və ya alətlə bir şeyi kəsik-kəsik etmək, tikə-tikə etmək, parçalamaq.
[Fərhad] kəlbətini kəmərindən çıxarıb məftilləri doğramağa başladı.
// məc. Para-para etmək.
Doğradı qəmzən xədəngi bağrımı, qan eylədi.
Doğrayacaq səsim dağda dumanı; Dinləyəcək məni dağın çobanı.
[Etibarın] göz yaşları Dilaranın həssas ana qəlbini tikə-tikə doğradı.
2. Bölmələrə, arakəsmələrə ayırmaq. Taxtanı bölmələrə doğramaq.
3. məc. dan. Laf vurmaq, yalandan vədə vermək mənasında.