DOLAŞIQ

sif.
1. Dolaşmış halda olan, pırtlaşıq, bir-birinə dolaşmış, bir-birinə qarışmış, bir-birinin içinə keçmiş. Dolaşıq ip (sap). Dolaşıq saç.
2. Düz getməyən, əyri-üyrü, dolanbac. Dolaşıq yol. Dolaşıq küçə.
// məc. Çətinliklərlə, maneələrlə dolu; ağır.
[Züleyxa] …həyatın dolaşıq yollarına ayaq basmamışdı. M.İbrahimov.

3. Anlaşılmayan, aydın olmayan, qarışıq. Dolaşıq ifadə. Dolaşıq cümlə.
– …Qəlbimdə ağır-ağır dərdlərim, başımda dolaşıq fikirlərim, xəyalım, hərc-mərc gözlərim ulduzlarda, bir müddət yata bilmədim. A.Divanbəyoğlu.

4. Çox mürəkkəb, aydın olmayan, bəlli olmayan, həlli çətin olan. Dolaşıq məsələ.
// İs. mənasında. Aydın olmayan vəziyyət, qarışıq vəziyyət, çətin vəziyyət, iş və s. Bir dolaşığım var, düzəldə bilmirəm.
– Yox, Şamo! İndiki dolaşıqda onların içinə girməyi bacarmaq, onlara cürətlə hərəkət etməyi başa salmaq lazımdır… S.Rəhimov.

◊ Dolaşığa düşmək – çətinə düşmək.
Dolaşıq düşmək – dolaşmaq.
Hatəm dayı … təpələr arasında iplik kimi dolaşıq düşən cığırlara baxırdı. Mir Cəlal.

Dolaşıq salmaq – dolaşdırmaq, ayıra bilməmək.
Yazı-pozu bilməyən Leylək beşliyi, onluğu, bir də yeddi manat yarımlığı dolaşıq salıb hesabı itirməkdən qorxdu. S.Rəhimov.

Синонимы

  • DOLAŞIQ qırışıq — mürəkkəb
  • DOLAŞIQ əyri-üyrü
  • DOLAŞIQ pırtlaşıq
  • DOLAŞIQ 1. DOLAŞIQ, ÇOX MÜRƏKKƏB, HƏLLƏM-QƏLLƏM, QARIŞIQ 2. DOLAŞIQ, ANLAŞILMAYAN, QARIŞIQ 3. dolaşıq bax pırtlaşıq

Антонимы

  • DOLAŞIQ DOLAŞIQ – AYDIN Qəlbimdə ağır-ağır dərdlərim, başımda dolaşıq fikirlərim, xəyalım, hərc-mərc gözlərim ulduzlarda, bir müddət yata bilmədim (A
DOLAŞDIRMAQ
DOLAŞIQLI
OBASTAN VİKİ
Dolaşıq qatıqotu
Dolaşıq qatıqotu (lat. Galium humifusum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü.
Dolaşıq çətiryarpaq

Значение слова в других словарях