Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Canbaz
Canbaz — Goranboy rayonu ərazisində dağ. Kürək və Buzluq çaylarının suayrıcında yerləşir. Hündürlüyü 1896 m. Farsca canbaz "oyunbaz, kəndirbaz; at minicisi, at dəllalı" deməkdir.
Yalbuz
Yalbuz - türk və altay mifologiyasında əfsanəvi dağ. Albuz və ya Alvuz olaraq da bilinir. Aşılmaz yüksəkliyə malikdir. Ətrafı sularla çevrilidir. Toğrul və Qonrul quşu burada yaşayır. Xəyali canlıların yaşadığı yerdir. Yaxın Şərq mədəniyyətlərinin təsiri Qaf dağı daha çox ön plana çıxmışdır. Bu dağ İran mədəniyyətində Elbürz olaraq keçər. Pəri qızlarının yaşadığı məkan olaraq qəbul edilir. (Yal/Al) kökündən törəmişdir.
Yanszı
Yantszı (çin. 長江 — Uzun çay; çin dilində |揚子江|扬子江|Yángzǐ Jiāng|Yantsızyan) ) — Avrasiyanın ən sulu və uzun çayıdır. Dünya üzrə uzunluğuna görə Nil və Amazon çaylarından sonra 3-cü yeri tutur. Çin ərazisi ilə ilə axır, uzunluğu 5800 km, hövzəsinin sahəsi — 1 808 500 km². Yantszı çayı Şərqi Çin dənizinə tökülərkən böyük delta yaratmışdır. Böyük məsafədə gəmiçilik üçün yararlıdır, suvarmada geniş istifadə olunur. Çin əhalisinin dörddə bir hissəsi Yantszı çayının hövzəsində yaşayır. Çin Xalq Respublikasının ərazisində Sakit okeana (Şərqi Çin dənizi) tökülən çaylarından biri. Avrasiyada ən uzun çay. Tibet yaylasının mərkəzi hissəsindən, 5500 metr hündürlüyündən başlanır.
Yanğın
Yanğın — maddi nemətlərin məhv olması ilə nəticələnən, idarə oluna bilməyən, insan həyatı üçün təhlükəli yanma prosesidir. Yanğında baş verən əsas fiziki-kimyəvi hadisələr yanar maddələrlə hava oksigeni arasında kimyəvi reaksiya getməsi, çoxlu istilik ayrılması və yanma nəticəsində əmələ gələn qazların intensiv mübadiləsidir. Yanğın çox vaxt odla ehtiyatlı davranılmaması, yanğına qarşı tədbirlərə düzgün əməl edilməməsi, materialların öz-özünə alışıb yanması, statik elektrik boşalmaları və ildırım düşməsi nəticəsində baş verir, bəzən də cinayətkarlıqla qəsdən törədilir. Yanğın zamanı tüstü ilə havaya qalxan yanma məhsullarının çoxu (xüsusən polimer maddələr yandıqda) orqanizmə zəhərləyici təsir göstərir. Bəzi hallarda natamam yanma məhsulları (məs., karbon 2-oksid) oksigenlə partlayış cəhətdən təhlükəli qarışıq əmələ gətirir. Yanğından mühafizə insanların həyatının, dövlət və ictimai mülkiyyətin, vətəndaşların şəxsi mülkiyyətinin yanğından mühafizəsinə yönəldilmiş dövlət və ictimai tədbirlər sistemi; yanğınla mübarizəni həyata keçirən təşkilatdır. Yanğından mühafizənin əsas məqsədi yanğın profilaktikasıdır. Yanğının söndürülməsini yanğınsöndürən texnikasından istifadə edən Yanğından mühafizə dəstələri həyata keçirir. Azərbaycanın bütün şəhərlərində müasir yanğınsöndürmə texnikası ilə təchiz olunmuş peşəkar Yanğından mühafizə dəstələri xidmət göstərir.
Yarpız
Nanə (lat. Mentha) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Dünyada 25-30 qədər növü olan, sağlamlıq baxımından son dərəcə faydalı, xoş qoxulu bir bitkidir. Daha çox nəmli yerləri sevir. İştah açır. Sinirləri sakitləşdirir və bədənə rahatlıq verir. Stressə və baş ağrısına yaxşı gəlir. Spazm və ürək döyüntüsü riskini azaldır. Qızdırmanı salır. Həzm sistemi və mədə üçün çox faydalıdır.
Andız
Andız (lat. Inula) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Latın dilində "Inula" adlanır. Lüğəti mənası inaein — təmizləmək deməkdir. Köklərində 44% inulin vardır. Bəlğəmgətirici və sidikqovucu dərmanların hazırlanmasında, yaraların sağalmasının tezləşdirilməsində geniş istifadə olunur. Xalq təbabətində təmizləyici xüsusiyyətinə görə şəkər xəstəliyinin müalicəsində istifadə olunur. Azərbaycan florasında 13 növü geniş yayılmışdır. == Növləri == Inula acaulis Schott & Kotschy ex Boiss. Inula acuminata Royle ex DC. Inula angustifolia DC. Inula arbuscula Del.
Yanıq
Yanıq — termiki, kimyəvi, elektrik, günəş, şüa agentlərinin təsirindən orqanizmin dəri və toxumaların zədələnməsi. Zədələnmənin kütləvi xarakter aldığı fövqəladə vəziyyətlərdə (təbii fəlakətlər zamanı, istehsalat qəzalarında, hərbi münaqişələr zamanı və s.) yanıqlar xüsusi diqqət tələb edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə yanıqlar bütün travmatik zədələnmələr arasında 3-cü yeri tutur. Hər il min nəfərdən biri yanıq zədəsinə məruz qalır. Son illərdə lokal müharibələrdə zədələnmələrin 10%-ini yanıqlar təşkil edir. Statistik məlumatlara görə, dünyada hər dəqiqədə kimsə yanıqla zədələnir. Alovla bağlı yanıqlar hər il bütün dünyada dörd yüz minə yaxın ölüm hadisəsinə səbəb olmuşdur. Bunların çox hissəsi (96%-i) inkişaf etməkdə olan ölkələrdə baş vermişdir. Azərbaycanda il ərzində ağır yanıqları olan xəstələrin sayı 1000 və daha artıq olur. Yanğınlara, əsasən uşaqlar və qocalar məruz qalır.
Yanıx
Yanıx, Nşxark — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Rayon mərkəzindən 13 km şimal-şərqdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində «yanmış, susuz, quru yer» mənasında işlənən yanıx sözü əsasında əmələ gəlmişdir. Quruluşca sadə toponimdir. Kənddə 1873 - cü ildə 194 nəfər, 1886-cı ildə 245 nəfər, 1897-ci ildə 303 nəfər, 1908-ci ildən 360 nəfər, 1914 - cü ildə 730 nəfər, 1916-cı ildə 423 nəfər azərbaycanlı yaşamışdır. 1919 - cu ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişdir. 1922-ci ildə burada 66 nəfər azərbaycanlı, 1926-cı ildə 37 nəfər azərbaycanlı, 163 erməni yaşamışdır. Göründüyü kimi, ermənilər buraya 1922-ci ildən sonra, 1923-1925-cı illərdə köçürülmüşdür.
Alışdım-yandım
Alışdım-yandım — Azərbaycanın qədim xalq rəqslərindən biri. Rəqsin ilk adı "fason" olmuşdur. Bu söz "fors", "əda", "dəb" mənalarında işlədilmişdir. Rəqsə sonradan verilmiş "alışdım-yandım" adı isə o dövrdə tanınmış bahalı parça adından götürülmüşdür. Belə ki, hələ XVIII əsrdə Azərbaycan milli geyimlərində istifadə olunan bir çox parçalar xalq arasında "gecə-gündüz", "sürüşdüm-düşdüm", "küçə mənə dar gəlir", "indiko", "gendə dur", "alışdım-yandım" və s. adlanırdı.
Dünyada yalnız
Dünyada yalnız (fr. Seule au Monde,ing. Alone in the World) - fransız akademik rəssamı Vilyam Buqro tərəfindən işlənmiş əsər. Əsər rəssamın yaradıcılığının ilk dövrlərinə aid edilir. Tədqiqatçı Teo Van Qoq əsərin 1867 - ci ildən əvvəl çəkildiyini bildirmişdir. Əsərdə əlində violonçel tutaraq Parisdə, Sena çayının sahilində durmuş qız təsvir edilmişdir. Qız daha çox sol tərəfdən və qəmli sima ilə görünməkdədir. Qızın arxasında isə Paris Məryəm Ana kilsəsi və Royal Pont körpüsü görünməkdədir.
Sansız (Tarım)
Sansız (az-əbcəd. سانسێز‎, fars. سانسیز‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 1,074 nəfər yaşayır (327 ailə).
Uzunyarpaq yarpız
Uzunyarpaq yarpız (lat. Mentha longifolia) — dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Hündürlüyü 30-100 sm, sürünən kökümsovlu, gövdəsi düz, dördtilli, sıx yumşaq və qısa tüklüdür, çox vaxt ağımtıl rəngdədir, adətən qollu-budaqlı olan çoxillik ot bitkisidir. Hündürlüyü 30-100 sm olan sürünən kokümsovlu çoxillik bitkidir. Gövdəsi düz, adətən budaqlı, kəsikdə dördkünc, yumşaq tüklü, ağımtıl rəngdədir. Yarpaqları oturaq, ucu biz, uzunsovyumurtavari, bəzən uzunsov-lansetvari, qıraqları mişarvari-diş-dişlidir, üstdən bozumtul-yaşıl, tükləşmiş, altdan ağ keçəvaridir. Çiçəkqrupu gövdənin və ya budaqların ucunda sıx, silindrikvari sünbül əmələ gətirir. Kasacığı zəngvari, çox tüklü, tacı 4–5 mm, çəhrayıdır. Qozcuqları yumurtavari, təpəsi tüklüdür. İyun-avqust aylarında çiçəkləyir, sentyabr oktyabrda meyvə verir.
Yalqız Ağac
Yalqızağac (Salmas) Yalqızağac (Mərənd) Elat Yalqızağac (Mərənd) Yalqızağac (Miyanə) Yalqız Ağac (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Əliabad-i Yalqız Ağac (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Yarpız (dağ)
Yarpız — Qax rayonu ərazisində dağ. Baş Qafqaz silsiləsinin cənub yamacında, İlisu kəndinden сənubda yerləşir. Hündürlüyü 2611 m-dir. Dağ burada yarpız bitkisinin bolluğu ilə əlaqədar belə adlanmışdır.
Yarpız (dəqiqləşdirmə)
Yarpız
Yaysız il
"Yayı olmayan il" (ing. “Poverty Year”, “The Summer that Never Was”, “Year There Was No Summer”) — 1816-cı il Şimali Amerikada və Qərbi Avropada çox soyuq keçdiyindən həmin il tarixdə bu adla qalmışdır. Meteoroloji müşahidələrin başlandığı dövrdən bəri ən soyuq il olmuşdur. ABŞ-də 1816-cı ili, həm də “Eighteen hundred and frozen to death” (“Min səkkiz yüz və ölümcül şaxta”) adlandırırlar. 1920-ci ildə amerikalı iqlim tədqiqatçısı Uilyam Hamfreys “Yayı olmayan ili” izah edə bilmişdir. O iqlimdə baş verən dəyişiklikləri Sumbava adlı İndoneziya adasında yerləşən Tambora vulkanının püskürməsi ilə izah etmişdir. Bu püskürmə tarixən müşahidə edilmiş ən güclü vulkan püskürməsi sayılır. 1815-ci ildə baş vermiş bu püskürmə VEİ şkalası üzrə 7 bal gücünə malik idi və atmosferə atılmış 150 km3 kül növbəti illərdə şimal yarımkürəsində vulkanik qış effekti yaratmışdı. Başqa bir məlumata görə, 1809-cu ildə tropiklər ərazisində daha bir vulkan püskürməsi baş vermişdi və onun barəsində yazılı qeydlər olmasa da, onun püskürmə gücü Tambora vulkanı ilə müqayisə edilən idi. Bu iki püskürmənin nəticəsində növbəti onillik (1810-1819) son 550 il ərzində ən soyuq onillik kimi tarixdə qalmışdı .
İlhan Mansız
İlhan Mansız (10 avqust 1975) — keçmiş türk futbolçu. İlhan Mansız Türkiyə milli futbol komandasının heyətində 2002-ci ildə Cənubi Koreya və Yaponiyada keçirilmiş Futbol üzrə dünya çempionatında bürünc medal qazanmışdır. "Samuray" ləqəbi də ona həmin çempionat vaxtı yaponlar tərəfindən verilmişdir. Yaponların sevgisini nəzərə alan futbolçu 2004-cü ildə "Beşiktaş"dan Yaponiyanın "Vissel Kobe" klubuna transfer olunmuşdur. Bundan sonra Almaniyanın Herta klubunda oynamışdır. 2005/2006 mövsümündə Ankaragücünün heyətində çıxış etmişdir. Amma Almaniyada keçirdiyi avtomobil qəzasından sonra sağlamlığını tam bərpa edə bilməmiş və 2006-cı ildə peşəkar karyerasını "Ankaragücü"nün heyətində başa vurduğunu elan etmişdir. Bununla belə futbolçu 2009-cu ildə yenidən futbola qayıtmaq fikrinə düşmüş, Almaniya çempionatının ikinci liqasında mübarizə aparan "Münhen 1860" klubuna baxışa yollanmışdır. Klubun ucuz qiymətə futbolçu axtarışı türk futbolçunu həvəsləndirmişdir. O, jurnalistlərə açıqlamasında qarşısına ciddi məqsədlər qoyduğunu bildirmişdir: "Yenidən özümü sübut etmək istəyirəm".
Yanmış körpülər
Serialda hadisələr əsasən Rüfət (Elçin Məmiyev), Afət (Nüşabə Ələsgərli) və Zərifənin (Vəfa Zeynalova) ətrafında cərəyan edir. Rüfətlə Zərifə vaxtilə bir-birilərini sevmişlər. Lakin məhəbbətini var-dövlətə qurban verən Rüfət varlı Səmədağanın (Məzahir Süleymanov) qızı Afətlə evlənmişdir. İllərin ötməsinə baxmayaraq Rüfət Afətlə xoşbəxt deyildir. Ən böyük səbəb isə onların uşağının olmamasıdır. Zərifə isə yeganə qızı Şəlaləylə (Ləman Mehdiyeva) bəsit həyat tərzi keçirir. Şəlalə ilə rastlaşan Rüfət ilk andan ona bağlanır və düşünür ki, Şəlalə məhz onun öz qızıdır. Zərifə bunu inkar etsə də Rüfətin Şəlaləyə bağlılığı gün keçdikcə artır. Və məhz bu vəziyyət Rüfətlə Zərifəni də yaxınlaşdırır. Afətin atası Səmədağa isə qeyri-qanuni işlərlə məşğuldur.
Yanszı deltası
Yanszı deltası (çin. 長江三角洲) — Çinin şərqində, Cənubi Çin dənizi sahillərində, Yanszı çayının əmələ gətirdiyi delta. Deltaya Yansızı çayı il ərzində milyon tonlarla suxur gətirir. Region ərazisi üçbucağı xatırladır. Şanxay, Szyansu vilayətinin cənubu, Sjeszyan vilayətinin isə şimal hissəsini əhatə edir. Regionda U dialekti layılmışdır. Hazırda Yanszı deltası regionu Çinin iqtisadi baxımdan ən inkişaf etmiş regionudur. Burada ÜDM 21 % cəmləşmişdir. Regionda inşa edilən tikililər sayəsinı 99 600 km² ərazisi olan şəhər aqlomerasiyası meydana gəlmişdir. Yanszı deltası regionunda ümumilikdə 80 liliyon insan yaşayır.
Yanszı plitəsi
Yanszı plitəsi — qədim platforma olaraq, Çinin cənub-şərq hissəsini əhatə edir. Sahəsi 0,05425 steradian təşkil edir. Adətən Avrasiya plitəsinin tərkib hissəsi olaraq görtərilir. Əsasən çömə suxurlardan ibarətdir.
Yanğın fotoqrafiyası
Yanğın fotoqrafiyası — Yanğınla mübarizə əməliyyatları zamanı şəkil çəkmə. Bu şəkilləri çəkən insanlara yanğın fotoqrafları deyilir. Yanğın fotoqrafiyası təhlükəli hallara yaxın olmağı ehtimal etdiyindən yanğınsöndürənlər təcili hadisə səhnələri, əməliyyatları, sağlamlığı və təhlükəsizliyi ilə bağlı xüsusi bacarıq və məlumatlara malik olmalıdırlar. Yanğında fotoşəkil çəkmək üçün yanğınsöndürmə qoruma cihazlarını geyinmək tələb olunur. Yanğın fotoqraflarının işi bir çox proqramları əhatə edir. Bunlara aiddir: Araşdırma Təlim Yanğının qarşısının alınması İşçi təhlükəsizliyi və sağlamlığı Hadisədən sonrakı təhlillər Fövqəladə hallarda ictimaiyyətin fikirlərini yaxşılaşdırmaq Xilasedicilərin aidiyyəti hisslərinin gücləndirilməsi Yanğın çəkən fotoqraf yanğınsöndürmə şöbələri tərəfindən birbaşa istismar edilə bilər və ya edilə bilməz. Fotoşəkil üçün bir haqqı olan xüsusi bir fotoqrafiya xidməti təqdim edirlər. Təhlükəsiz perimetersə giriş yanğınsöndürənlər üçün bir problem ola bilər, beləliklə onlar otaqdakı yanğın səhnələrinə çıxışın yaxşılaşdırılması üçün yerli yanğın şöbəsi ilə yaxşı əlaqələr qururlar. Belə çıxış, yanğınsöndürmə şöbəsinin təqdirinə əsasən, əlavə təlim və digər tədbirlər tələb edə bilər. Böyük şöbələr tez-tez Nyu-York və Çikaqo şəhərlərində olanlar kimi peşəkar foto xidmət vahidlərinə malikdirlər.
Yanğın fırtınası
Alov fırtınası, yanğın fırtınası, alov tornadosu və ya yanğın tornadosu — bir çox yanma mərkəzinin birləşdiyi zaman meydana gələn atmosfer hadisəsidir. Belə bir yanğın fırtınası, vulkanik püskürmə və ya bir ərazinin bombalanması nəticəsində baş verə bilər. Ayrı-ayrı yanma ocaqları geniş bir mərkəzə birləşdirilir. Üstündəki hava təbəqəsi çox qızır və nəticədə yuxarıya doğru qalxmağa başlayır. Bu proses yanmanın ətrafından gələn soyuq hava kütlələrini özünə çəkir. Beləliklə alovları daha çox yuxarıya qaldırır və nəticədə beş kilometrə qədər yüksəkliklərə çata biləcək sabit mərkəzli cərəyanlar yaradırlar. 500-800 ˚C-ə qədər qızdırılan hava kütləsi qasırğa sürətində fırlanır. Alov tornadosunun mərkəzinin yaxınlığında olan hər şey yanır və ya əriyir. 1666-cı ildəki Böyük London Yanğını, 1812-ci ildəki Böyük Moskva Yanğını, 1871-ci ildəki Böyük Çikaqo Yanğını və 1917-ci ildəki Selanik yanğınları zamanı yanğın fırtınası hadisələri qeydə alınmışdır. Bu fenomen həmçinin, 2014-cü ildə Meksikada və 2016-cı ildə ABŞ-də baş vermiş meşə yanğınları zamanı da müşahidə edilmişdir..
Mahmızcayarpaq andız
Mahmızcayarpaq andız (lat. Inula linariifolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Nevin Yanıt
Nevin Yanıt (16 fevral 1986, Mersin) — 100 metrlik maneələrlə qaçış üzrə yarışan Türkiyə yüngül atleti. Fenerbahçe Athletics klubunda çıxış edir. 60 və 100 metrlik maneələrlə qaçış üzrə Türkiyə rekordlarının sahibidir. 100 metrlik maneələrlə qaçış yarışlarında ikiqat Avropa çempionudur. 29 Avqust 2013-cü ildə Yanıt müsbət dopinq testi səbəbiylə iki il yarışlardan kənarlaşdırılmışdır. Lakin IAAF uzaqlaşdırma müddətinə etiraz etdi və Arbitraj Komitəsi diskvalifikasiya müddətini daha bir ilə qədər uzatdı. Yanıt 2007-ci ildə Banqkokda keçirilən Yay Universiadasında gümüş medal qazanmışdır. 2008-ci ildə Pekində keçirilən Yay Olimpiya Oyunlarında 100 metrlik maneələrlə qaçış üzrə yarımfinala çıxaraq, Türkiyənin Olimpiya Oyunlarında sprint növlərində bu mərhələyə çatan ilk təmsilçisi oldu. 2009-cu ildə Peskara şəhərində keçirilən Aralıq dənizi Oyunlarında iştirak edərək 100 metrlik maneələrlə qaçış yarışında qızıl medal qazandı. 2010-cu ildə Barselonadakı Avropa çempionatında o, 100 metrlik maneələrlə qaçış yarışında 12,63 saniyə nəticəsini göstərərək (milli rekord) qızıl medal qazandı.
Qarağanabənzər andız
Qarağanabənzər andız (lat. Inula salsoloides) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Şandiz
Şandiz — İranın Rəzəvi Xorasan ostanının Torqəbə və Şandiz şəhristanının Şandiz bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,402 nəfər və 1,706 ailədən ibarət idi.
Ağbiz
Ağbiz — Azərbaycan Respublikasının Zəngilan rayonunun İsgəndərbəyli kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Tarixi == Kənd Ağbiz dağının yamacındadır. Kənd əvvəllər Sofulu tayfasına məxsus olan eyniadlı qışlaq yerində salınmışdır. Ərazi öz adını Ağbiz dağının adından almışdır. VII əsrə aid mənbələrdə Albaniya ərazisində Aqbid adlı yaşayış məskəni yad olunur. 1933-cü ildə Zəngilan rayonu ərazisində iki Ağbis kənd adı qeydə alınmışdır.
Yanni
Yanni (tam adı Yiannis Hrysomallis ya da məşhur olduğu adıyla John Yanni Christopher; 14 noyabr 1954[…], Kalamata[d]) — Yunan pianoçu və bəstəkar. 1992-ci ildə "Dare to Dream" albomu ilə Grammy mükafatı qazanmışdır. Başqa uğurlu albomlarından biri isə 1993-cü ildə çıxardığı "My Time" albomu olmuşdur. Əsl müvəffəqiyyəti 1994-cü ildə çıxardığı "Yanni Live at the Acropolis" albomu ilə qazanan sənətçinin bu əsəri bütün zamanların ən çox satan ikinci video-klipi olmuşdur. 2011-ci ilə qədər 20 ölkədə, 2 milyondan çox konsert vermiş; 20 milyonun üzərində albom satmışdır. 1993-cü ildə İngilis Kraliyət Simfonik Orkestri ilə Acropolis-də verdiyi konsertlə özünü dünyaya tanıtdırmışdır. Özü xüsusi bir musiqi təhsili almadığı halda Simfoniyalar yazan bir musiqiçidir. 1987-ci ildəki ilk albomu " Keys to Imagination " olan məşhur musiqiçinin eyni zamanda Yunanıstan gənclər üzmə rekorçuluğu və Amerikadakı Minnesota Universitetindən psixologiya lisenziya var. Optimystique (1980) Keys to Imagination (1986) Out of Silence (1987) Chamaleon Days (1988) Niki Nana (1989) Reflections of Passion (1990) In Celebration of Life (1991) Dare to Dream (1992) In my time (1993) Live at the Acropolis (1993) In the Mirror (1997) Tribute (1997) If I Could Tell You (2000) Ethnicity (2003) Yanni Live!
II Kambiz
II Kambiz (qədim farsca. Камбӯджия; e.ə. 559, Ekbatan – e.ə. 522, Ekbatan) — E.ə. 530-522-ci illərdə Əhəmənilər hökmdarı. E.ə. 525-522-ci illərdə Misir fironu. II Kirin böyük oğlu. == Misirin fəthi == II Kir massagetlərlə döyüşdə həlak olduqdan (e.ə. 530) onun oğlu II Kambiz Əhəməni taxt-tacına sahib oldu.
Ranbir Kapur
Ranbir Kapur - (d. 28 sentyabr 1982, Mumbay, Hindistan) Bollivud filmlərində rol alan tanınmış Hindistanlı aktyor. Məşhur aktyor Rişi Kapur və aktrisa Nitu Sinqin oğludur. Ranbir aktyorluq karyerasına rejissor Sancay Lila Bhansalinin köməkçisi olaraq başlamışdır.
So Çanbin
So Çanbin (kor. 서창빈; 11 avqust 1999) — mahnı müəllifi, prodüser, aparıcı reper və rəqqasdır. 2018-ci ildə JYP Entertainment tərəfindən yaradılan Cənubi Koreyalı qrup "Stray Kids"in üzvüdür.Koreya Musiqi Müəllif Hüquqları Assosiasiyasının (KOMCA) məlumatına görə, o 109 mahnının müəllifidir. So Çanbin 11 avqust 1999-cu ildə Cənubi Koreya-da anadan olub. Özündən böyük bacısı da var. Uşaq ikən ibtidai sinifdə prezident, alim və ya bədən tərbiyəsi müəllimi olmaq istədiyini düşünürdü. Çanbin valideynlərini razı salmaq üçün yaxşı oxumağı və ən yaxşı 100 universitetdən birinə qatılmağı planlaşdırırdı. Ancaq bir müddət sonra repə maraq göstərməyə başladı. Valideynləri əvvəlcə oğullarının seçimindən çox da məmnun deyildilər, lakin sonradan onun marağını gördükləri üçün razılaşdılar, daha sonra Çanbin JYP Entertainment-də seçmələrə qatıldı və uğur qazandı. O, Bora Liseyini bitirib.
Yankiç adası
Yankiç adası (rus. Янкича) — Kuril adalarının Böyük Kuril cərgəsinə şimal qrupuna daxil olan Uşişir adalarının tərkib hissəsini təşkil edən ada. İnzibati cəhətdən Saxalin vilayəti Severo-Kurilsk şəhər dairəsi ərazisinə daxildir. Adada yaşayış yoxdur. Ada vaxtı ilə aynular tərəfindən məskunlaşıldı. 1875-1945-ci illər ərzində ada Yaponiyaya mənsub olmuşdur. Bu zamandan etibarən isə Rusiyanın ərazisidir. Yankiç adası 2,8 km diametrə malikdir. Adanın mərkəzində Kraternaya buxtası yerləşir. Ada Uşişir adalarına daxil olan Runkotitya adasından üç dəfə böyükdür.