DOLUŞMAQ

qarş. Kütləvi halda bir yerə dolmaq, daxil olmaq, girmək, gəlib yığılmaq. Tamaşaçılar zala doluşdular.
– Yaxındakı evlərdən qadınlar, çocuqlar Rizvanın həyətinə doluşmuşdu. S.Hüseyn.
Məktəblilər dəstədəstə; Doluşdu dərs otağına. M.Dilbazi.

// Yığışmaq, toplaşmaq, cəmləşmək.
Qardaşlar, bu gün bir təzə xəbər eşitmişəm, doluşun başıma, nağıl eləyim. C.Məmmədquluzadə.
Əksərən … cibli köynək geyərək belini qayışla bərkitmiş kişilər arabanın yan tərəfinə doluşmuş(du). M.İbrahimov.

Синонимы

  • DOLUŞMAQ girmək — tıxanmaq
  • DOLUŞMAQ yığışmaq — toplaşmaq — cəmləşmək

Антонимы

  • DOLUŞMAQ DOLUŞMAQ – ÇIXMAQ Məktəblilər dəstə-dəstə; Doluşdu dərs otağına (M.Dilbazi); Səhər tezdən durub yaxşı fikirlər, nəcib hisslərlə evdən çıxarsan (Ə
DOLUŞMA
DOLUVURMA

Значение слова в других словарях