Dou-Consun Sənaye İndeksi

Amerikanın fond bazarında qiymətin aparıcı indeksidir. Bu indeks ABŞ-ın 30 sənaye kompensasiyasının səhmlərinin kursuna görə hesablanır.
Dotasiyalı Ödəniş
Dou Nəzəriyyəsi
OBASTAN VİKİ
Dou-Cons Sənaye indeksi
ABŞ-nin Dou-Cons (Dow Jones) indeksi dünyada ən qədim və ən məşhur birja indeksidir. 1884-cü ildə Çarlz Dou Amerika Fond bazarının vəziyyətini müəyyənləşdirmək üçün bu indeksi təklif edib. Həmin illərdə fond bazarı çoxsaylı spekulyasiyalar üzündən son dərəcə etibarsız idi. Dou 11 səhmin orta günlük bağlanış qiymətlərini hesablamaqla Fond Birjasının ümumi vəziyyətini müəyyənləşdirir. Bu şirkətlərdən 9-u dəmiryolu, 2-si isə sənaye şirkətləri idi. 1896-cı ildə indeks ictimaiyyətə açıqlanır və o vaxtdan da “Dou-Cons” adıyla birja ticarətinin ayrılmaz hissəsinə çevrilir. Müsair Dou-Cons indeksi 65 şirkətin səhmlərini əhatə edir. Bu şirkətlərin siyahısı onların bazarda tutduqları mövqedən asılı olaraq, dəyişə bilər. Onlar Nyu-York Fond Birjasındakı səhmlərin ümumi dəyərinin 20 faizini əhatə edirlər. İndeksin özü də hazırda bir neçə alt indeksə bölünür.
En Dou
En Dou (d. 1 may 1971) — Kanadanı təmsil edən su poloçusu. == Karyerası == En Dou, Kanada yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün sadəcə birində qalib gələn Kanada yığması, Sidney Olimpiadasını beşinci pillədə başa vurdu. Daha sonra En Dou, Kanada yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Qazaxıstan yığmasını 10:4 hesabı ilə məğlub edən Kanada yığması, Afina Olimpiadasını yeddinci pillədə başa vurdu.
Dou nəzəriyyəsi
Dou nəzəriyyəsi (ing. Dow theory) — səhm qiymətlərinin zamanla davranışını təsvir edən nəzəriyyə. Nəzəriyyə amerikalı jurnalist, "Wall Street Journal"-ın ilk redaktoru və Dow Jones and Co-nun (Charles H. Dow, 1851–1902) yaradıcılarından biri Çarlz H. Dounun (1851–1902) bir sıra nəşrlərinə əsaslanır. Dowun ölümündən sonra nəzəriyyə Vilyam P. Hamilton (William P. Hamilton), Robert Ri (Robert Rhea) və Corc Şefer (George Schaefer) tərəfindən hazırlanmış və "Dou nəzəriyyəsi" adlandırılmışdır. Dou özü bu termindən istifadə etməyib. Dou nəzəriyyəsi texniki analizin əsasını təşkil edir. == Nəzəriyyənin altı postulatı == === Növləri === Dou trendin tərifi belədir: Yüksəlmə trendində (aşağı tendensiya) hər bir sonrakı zirvə və hər bir eniş əvvəlkindən yüksək (aşağı) olmalıdır. Dou nəzəriyyəsinə görə, tendensiyaların üç növü var: ilkin (və ya uzunmüddətli), ikincil (və ya aralıq) və kiçik (və ya qısamüddətli). === Mərhələləri === Dou nəzəriyyəsi bildirir ki, hər bir ilkin tendensiya üç mərhələdən ibarətdir: yığılma mərhələsi, iştirak mərhələsi və icra mərhələsi. Birinci mərhələdə ən ağıllı investorlar ümumi bazar rəyinə zidd olaraq aktivləri almağa (satmağa) başlayırlar.
Sənaye
Sənaye (başqa dillərdə industria mənası latınca çalışqanlıq deməkdir) — iqtisadiyyatın əsas hissəsi olub, cəmiyyətin istehsal gücünün artmasına böyük təsir göstərərək həm sənayenin, həm də xalq təsərrüfatının başqa sahələri üçün əmək silahının hazırlanması ilə məşğul olan bir çox müəsissələrin (zavod, fabrik, hövzə, şaxta, elektrik stansiyası)toplusunu təsvir edir. Burada istehsal manufakturalardan fərqli olaraq yüksək mexanikləşdirmə və avtomatlaşdırma dərəcəsinə malikdir. Sənaye istehsal formalarının inkişaf etdirilib tətbiq olunması prosesinə sənayeləşmə deyilir. Sənaye əsas olaraq iki böyük sahə altında qruplaşır: hasil edən və emal edən sənaye. Hasil edən sənayeyə misal kimi dağ mədənlərini, neft yataqlarını, həmçinin hidroelektrik stansiyalarını, su kanallarını, meşə istismar təsərrüfatı, balıqtutma və dəniz məhsullarının istehsalını göstərmək olar. Emal edən sənayeyə isə qara və əlvan metalların, prokatların, kimyəvi və neft kimyası məhsulları, maşın və avadanlıqlar, ağac və kağız məhsulları, sement və başqa tikinti materialları, yüngül və yeyinti sənaye məhsulları, həmçinin sənaye məhsullarının təmiri ilə məşğul olan müəssisələr və istilik elektrik stansiyaları daxildirlər. Respublikada yanacaq sənayesi əsasən neftin və qazın çıxarılması və onların emalı ilə təmsil olunmuşdur. Neft və qaz hasilatının ilk dövrlər mütəmadi olaraq Abşeron yarımadasında, sonralar isə Aran iqtisadi rayonunun əsasən Muğan-Salyan hissəsində və Quba-Xaçmaz iqtisadi rayonunda, nəhayət, ən böyük həcmdə Xəzər dənizinin şelf zonasından çıxarılır. Hazırda neft və qaz istehsalı dənizdə sürətlə artır, quruda isə xüsusən Quba-Xaçmaz iqtisadi rayonunda hasilat getdikcə azalır. Vaxtilə istismar edilmiş neft yataqlarını da nəzərə almaqla, indi respublika ərazisində 90-a qədər neft-qaz yatağı vardır.
Atkinson indeksi
Atkinson indeksi — sosial bərabərsizliyin göstəricilərindən biridir. 1970-ci ildə Entoni Atkinson tərəfindən təklif edilmişdir. == Xüsusiyyətləri == İndeksin fərqli bir xüsusiyyəti, müxtəlif gəlirləri olan seqmentlər arasında gəlir bölgüsündə qərəzliliyi ölçmək qabiliyyətidir. İndeks, gəlirin ölçülməsi üçün ε əmsalı tətbiq etməklə normativ göstəriciyə çevrilə bilər ki, bu da 0-dan ∞ {\displaystyle \infty } -ə qədər olan dəyərləri qəbul edə bilər. Gəlir bölgüsünün müəyyən hissəsində qərəzliliyə daha çox çəki vermək olar, müvafiq ε, “bərabərsizlikdən çəkinmə” (ing. "inequality aversion") səviyyəsini seçməklə. Atkinson indeksi, ε yüksəldikcə, gəlir bölgüsü altındakı qərəzlərə daha həssas olur. Əksinə, bərabərsizliyi bəyənmə səviyyəsi azaldıqca (yəni ε 0-a yaxınlaşır), Atkinson indeksi gəlir bölgüsündə yuxarıdakı qərəzlərə qarşı daha həssas olur. == Hesablama == Atkinson indeksi aşağıdakı kimi müəyyən edilir: A = { 1 − 1 μ ( 1 N ∑ i = 1 N y i 1 − ε ) 1 / ( 1 − ε ) ε ∈ [ 0 , 1 ) 1 − 1 μ ( ∏ i = 1 N y i ) 1 / N ε = 1 , {\displaystyle A={\begin{cases}1-{\frac {1}{\mu }}\left({\frac {1}{N}}\sum _{i=1}^{N}y_{i}^{1-\varepsilon }\right)^{1/(1-\varepsilon )}&\varepsilon \in \left[0,1\right)\\1-{\frac {1}{\mu }}\left(\prod _{i=1}^{N}y_{i}\right)^{1/N}&\varepsilon =1,\end{cases}}} burada y i {\displaystyle y_{i}} — fərdin və ya qrupun gəlir səviyyəsi i (i = 1, 2, …, N), μ — arifmetik ortası: μ = 1 N ∑ i = 1 N y i {\displaystyle \mu ={\frac {1}{N}}\sum _{i=1}^{N}y_{i}} . == İstinadlar == == Xarici keçidlər == Paul D. Allison, Measures of Inequality, American Sociological Review, 43 (December 1978), pp.
Cini indeksi
Cini indeksi – gəlirlərin təmərküzləşmə əmsalı, gəlirin bölgüsündə qeyri-bərabərlik dərəcəsini miqdarca qiymətləndirməyə imkan verən statistik göstəricidir. Onun bərabər bölgüsü zamanı hər bir qrup öz sayına mütənasib olaraq gəlir əldə edir. Qeyri-bərabər bölgü zamanı xüsusi çəkisinə görə bank olmayan qrupda gəlirlərin ümumi məbləğinin üstün hissəsi cəmləşir. Təbiidir ki, ideal bərabərlik zamanı Cini indeksi sıfıra, mütləq qeyri-bərabərlik şərtlərində isə – vahidə bərabərdir. Cini indeksi Lorents əyrisi (S) və ideal bərabərlik xətti ilə məhdudlaşan sahənin düz ideal bərabərlikdən aşağı olan (SABC) ümumi sahəyə nisbəti ilə müəyyən olunur. Cini indeksi yalnız əhalinin gəlirlərini yox, həm də müxtəlif qrup işçilərin (cins əlamətinə görə, məşğulluq xarakterinə görə və s.) əmək haqlarının qeyri-bərabər bölgüsü dərəcəsini müəyyən etmək üçün istifadə oluna bilər. Belə ki, 1988-ci ildən etibarən ABŞ-də Cini indeksinin kəmiyyətləri dərc olunur.
Hirşa indeksi
h-indeks, və ya Hirşa indeksi — 2005-ci ildə Argentina-ABŞ fiziki Xorxe Hirşanın təklif etdiyi elmmetrik göstərici. . Hirşa indeksi alimlərin, alim qrupunun, elmi təşkilatın fəaliyyətinin elmi məqalələr və həmin məqalələrə istinada görə kəmiyyət göstəricisidir. == Tətbiqi == Alimin bir məqaləsinə yüz istinadla 100 məqaləsinin hərəsinə bir istinad eyni indeks hesab edilir. == Həmçinin bax == Elmi məqalələrin istinad indeksi İmpakt-faktor == Mənbə == Hirsch, Jorge E., (2005), «An index to quantify an individual’s scientific research output». Retrieved from arXiv February 13, 2006. Impact factor Science 309:1181, 19 August 2005.
Poçt indeksi
Poçt indeksi - yazışmaların çeşidlənməsini asanlaşdırmaq məqsədilə poçt ünvanına əlavə edilən hərf və ya rəqəm ardıcıllığı. Hazırda dünyadakı poçt xidmətlərinin əksəriyyəti, o cümlədən Azərbaycan Respublikasında poçt xidmətlərini həyata keçirən "Azərpoçt" MMC poçt indekslərindən istifadə edir.
Özlülük indeksi
Özlülük indeksi (Öİ) – Selsi dərəcəsindəki temperaturdan asılı olaraq yağın özlülüyünun dəyişmə dərəcəsini göstərən və kinematik özlülüyün temperaturdan asılılıq əyrisinin düzlülüyünü təyin edən nisbi bir kəmiyyətdir. Öİ-nin qiymətləndirilməsi üçün Din və Devis sistemi məlumdur. İki yağ etalon olaraq qəbul edilir: biri çox düzgün, digəri isə çox sərt xüsusiyyətə malik. Birinci yağ üçün özlülüyün dəyişmə dərəcəsi şərti olaraq 100, ikincisi üçün 0 kimi qəbul edilir. Tədqiq olunan yağın kinematik özlülüyünün temperaturdan asılılığını etalon yağların özlülük dəyişikliyinin əyriləri ilə müqayisəsi etmək üçün Öİ-ninxüsusi düsturundan istifadə edərək hesablama yolu ilə təyin olunur. Nəzərə alınmalıdır ki, Öİ-nin qiyməti nə qədər yüksəkdirsə, özlülüyün temperaturdan asılılıq xarakteristikası bir o qədər düz olar, başqa sözlə, özlülük indeksinin ədədi qiyməti nə qədər yüksək olarsa, yağın özlülüyü temperaturdan o qədər az asılı olar. Daha yüksək özlülük indeksinə malik yağ aşağı temperaturlarda daha yaxşı axıcılığa (soyuq başlanğıc) və mühərriyin işçi temperaturunda daha yüksək özlülüyə malık olur. Bütün fəsillərdə işləyən yağlar və bəzi hidravlik yağlar (mayelər) üçün yüksək özlülük indeksi tələb olunur. Özlülük indeksi iki etelon yağından istifadə edilərək müəyyən edilir (ASTM D 2270, DIN ISO 2909 standartları ilə). Onlardan birinin özlülüyü temperaturdan çox asılıdır (özlülük indeksi sıfıra bərabər qəbul edilir, Öİ = 0), digərinin özlülüyü isə temperaturdan az asılıdır (özlülük indeksi 100 vahidə bərabər qəbul edilir, Öİ = 100).
Qiymət indeksi
Qiymət indeksi (ing. Price index) — müəyyən zaman müddətində və ərazidə (ölkə, region) verilmiş əmtəə və xidmətlərin qiymətindəki orta dəyişikliyi əks etdirən göstəricidir. Bu statistik göstəricinin yaradılmasında səbəb müxtəlif regionlarda və dövrlərdə qiymətlər arasındakı əlaqəni müəyyən etməkdir. Hazırda Qiymət indekslərindən çox geniş istifadə edilir. Bu indekslər vasitəsi ilə iqtisadiyyatdakı qiymətlərin ümumi səviyyəsi və yaşayış xərcləri müəyyən edilir və gələcək investisiyalar qiymətləndirilir. Həmçinin, daha xüsusi qiymət indeksləri vasitəsilə istehsalçılar hər hansı sektorda planlamalar və qiymət siyasəti həyata keçirirlər. Qiymət indeksləri əsas iki növü var: İstehlakçı Qiymət İndeksi (İnflyasiya); ÜDM deflyatoru. İstehlakçı qiymət indeksi ən yaxından izlənən qiymət indeksidir. İstehlakçı qiymət indeksi (Consumer Price İndex) istehlak üçün alınan bütün məhsul və xidmətlərin ümumi qiymətinin ölçüsüdür. Hər ay Dövlət Statistika Komitəsi tərəfindən bu indeks hesablanır..
Ağır sənaye
Ağır sənaye böyük və əsasən mexaniki və struktur komponentlərin istehsal olunduğu bir sənaye qrupudur. Ümumiyyətlə mədən, metallurgiya, maşınqayırma, energetika, müdafiə sənayesi və kimya sənayesi kimi sahələri əhatə edir.
Elektron sənaye
Elektron sənaye – maşınqayırmanın ən yeni sahəsi. Elketron cihazları, elektron-hesablama maşınlarını istehsal edir ki, bunlar da hesablama texnikasında, təsərrüfatın bütün sahələrində və ölkənin müdafiəsində istifadə olunur. Bunlara çox saf, keyfiyyətli və bahalı materiallar işlənilir.
Rusiyada sənaye
Rusiya sənayesi — Rusiya iqtisadiyyatında böyük bir sənayedir. 2009-cu ildə Rusiyanın ÜDM-də sənayenin payı 37% -dir. 2008-ci ildə sənayedə işləyən əhalinin payı 31.9% -dir. 2007-ci ildə Rusiya sənaye istehsalında istehsalın payı 66% təşkil etmişdir. 2009-cu ildə istehsalda ümumi əlavə dəyəri 5.1 trilyon rubl olmuşdur. 2009-cu ildə istehsalatdakı məhsulun həcmi 13,6 trilyon rubl olmuşdur. 2008-ci ildə istehsalata kapital qoyuluşları - 1,37 trilyon rubl təşkil etmişdir.
Sənaye coğrafiyası
Sənaye coğrafiyası - iqtisadi coğrafiyanın bir sahəsi. Sənaye istehsalının ərazi üzrə yerləşdirilməsini, müxtəlif ölkə və rayonlarda sənayenin inkişafı və yerləşdirilməsinin qanunauyğunluqlarını, şərait və xüsusiyyətlərini öyrənir.
Sənaye cəmiyyəti
Sənaye cəmiyyəti — istehsal proseslərinin ön plana çıxdığı, fabrik və zavodlar, sənaye məhsullarının iqtisadiyyatın əsasını təşkil etdiyi, aqrar cəmiyyətdən sonra enerjinin əldə edilməsi nəticəsində meydana çıxan cəmiyyət. Avropada və Şimali Amerikadakı sənaye inqilabından, ardınca 20-ci əsrdə bütün dünyada baş vermiş sənayeləşmədən əvvəl iqtisadiyyatın böyük bir hissəsi aqrar xüsusiyyət daşıyırdı. Əsas məhsullar çox vaxt məişətdə hazırlanır və istehsalın digər böyük bir hissəsi məhdud ixtisas və ya texnikaya sahib olan sənətkarlar tərəfindən kiçik emalatxanalarda həyata keçirilirdi. Orta əsrlərin sonlarında Avropanın bir çox şəhərlərində sənətkarlar öz ticarətlərini tənzimləmək və kollektiv şəkildə öz biznes maraqlarını həyata keçirmək üçün gildiyalar yaratdılar.
Sənaye inqilabı
Sənaye İnqilabı — Avropada XVIII və XIX əsrlərdə, elmi-texniki tərəqqi nəticəsində buxar gücü ilə işləyən maşınların istehsal prosesinə inteqrasiyası ilə avtomatlaşdırılmış sənayenin yaranmasını ifadə edən tarixi hadisə. Sənaye İnqilabı ilk olaraq Birləşmiş Krallıqda meydana gəlmiş, sonralar isə Qərbi Avropa, Şimali Amerika və Yaponiya başda olmaqla, bütün dünyaya yayılmışdır. İntellektual səbələrlə birlikdə sənaye inqilabını yaradan digər səbəblər bunlardır: -Sürətli əhalli artımı 16-cı yüzillikdən başlayaraq Avropada sürətli əhali artımı baş verdi. -Kənd təsərrüfatında yaşanan inkişaflar, əhalinin bu sektorda əhaliyə olan ehtiyacın azaldılması ilə şəhərlərə köç etməsinə səbəb olmuşdur. Beləliklə, şəhər sənayesi üçün hazır olan bir işçi qüvvəsi var idi. -Həyat səviyyəsi artmışdır. Əvvəllər şəkər, qəhvə və çay kimi lüks əşyalar orta və alt siniflər üçün təbii zərurət halına gəldi. Buda nəticəsində istehlak mallarına tələbatını artırdı. -Böyük miqyaslı işğallar sənaye inqilabı üçün əsas maliyyə mənbəyi olmuşdur. İspaniyalılar tərəfindən talan edilən Mərkəzi Amerika qızılları və İspan gəmilərini yıxan, talan edənləri qarət edən ingilis gəmiləri, Avropaya tonlarca qızıl daşındı.
Sənaye mühəndisliyi
Sənaye mühəndisliyi — insan, maliyyə, bilik, informasiya, avadanlıq, enerji, material və proses kimi tərkib hissələrdən ibarət sistemi yaratmaq, tətbiq və inkişaf etdirməklə məşğul olan mühəndilsiyin bir sahəsidir. O həm də prototiplərin yaradılması və onların yaxşı satılması üçün xidmət edir. Sənaye mühəndisliyi bundan əlavə istər riyazi, istərsə də fiziki və sosial və mühəndislik elmlərinin sintezi ilə təsvir edilir. Hazırlama sistemlərinin tətbiqində bu sahə vaxtın azaldılması, pul, material, enerji və başqa resursların qənaətini əldə etməyə imkan verir. Sənaye mühəndisliyi həm də tətbiq sahəsindən asılı olaraq əməliyyat menecmenti, sistem texnikası, istehsal prosesi, hazırlama texnologiyası və ya istehsal sisitemləri kimi də məlumdur. Bu və ya digər adların tətbiq istifadəçilərin özlərini başqalarından fərqləndirməsi ilə bağlıdır. Avtomobil sənayesində tez-tez menecment mühəndisliyi, idarəedici menecment ya da sistem mühəndisliyi adlanır. Bu ixtisas hələ XIX əsrdən müxtəlif universitetlər tərəfindən tədris olunmağa başlamışdır. ABŞ-də bu təhsil ilk dəfə olaraq 1908-ci ildə tətbiq olunur. 1926-cı ildə Berlin TU-da da eyni yönlü ixtisas tədris olunmağa başlayır.
Sənaye parkı
Sənaye parkı- (həmçinin sənaye obyekti, ticarət məkanı olaraq da tanınır), sənayenin inkişafı məqsədi üçün planlaşdırılan və rayonlaşdırılan ərazi kimi nəzərdə tutulmuş ərazidir. Sənaye parkı biznes və ya ofis məqsədli ilə yaradılan parkların daha "ağırçəkili" bir versiyası kimi düşünülə bilər, baxmayaraq ki, ağır sənayeyə nisbətən yüngül sənaye kimi xarakterizə olunur. Sənaye parkları, bir qayda olaraq, şəhərin əsas yaşayış sahəsinin kənarlarında və ya xaricində yerləşir. Normal şəkildə magistral və dəmir yolu da daxil olmaqla yaxşı nəqliyyat imkanı ilə təmin olunur. Belə nümunələrdən biri Londonun Temza Gateway bölgəsindəki Temza çayı boyunca yerləşən çox sayda sənaye məhəlləsidir. Sənaye parkları ümumiyyətlə nəqliyyat vasitələrinə yaxın, xüsusilə də magistral yollar, dəmir yolları, hava limanları və portlar da daxil olmaqla birdən çox nəqliyyat rejiminin kəsişdiyi yerlərdə yerləşir. Şimali Amerika sənaye parkının isə ümumi xüsusiyyəti parkın su tələblərini qarşılamaq və yanğınsöndürmə məqsədləri üçün kifayət qədər su tutmağa kömək edən su qülləsinə sahib olmasıdır. Bu həm də sənaye parkını və ərazini reklam edir, çünki adətən cəmiyyətin adı və loqotipi onun üzərinə rənglənmişdir. Sənaye parkları təşkil etmək üçün torpaq ayırmanın bir sıra məqsədləri mövcuddur: Xüsusi infrastrukturu ayrılmış ərazidə cəmləşdirməklə, həmin infrastrukturun mühüm xərclərini azaltmaq. Bu cür infrastruktura yollar, dəmir yolu xətləri, limanlar, yüksək enerji təchizatı (çox vaxt üç fazalı elektrik enerjisi daxil olmaqla), yüksəksəviyyəli rabitə kabelləri, böyük həcmli su təchizatı və yüksək həcmli qaz xətləri daxildir; Bir yerdə vahid infrastrukturu təmin etməklə yeni bizneslər cəlb etmək; Şəhər yerlərindən sənaye sahələrini uzaqlaşdırmaqla sənayenin ətraf mühitə və sosial sferaya təsirini azaltmağa çalışmaq; Yerli səviyyədə ekoloji nəzarəti təmin etmək.
Sənaye robotu
Sənaye robotu – robotun bir növü olub, istehsal proseslərində müəyyən proseslərin aparılması üçün tətbiq olunur. Buraya pəstahların tutulması, hissələrin yığılması və emalı daxildir. Bu günkü sənaye robotları əsasən stasionar olaraq yerləşdirilirlər və konkret tapşırığın yerinə yetirilməsi üçün təyin olunurlar. Robotların inkişafının əvvəlində əsasən texnoloji proseslərə asan inteqrasiya oluna bilən ucuz texniki periferiyanın yaradılması; modular quruluşa malik robotların həm tutqacı hərəkət etdirən yönəldicilərə, həm idarəetmə sisteminin tələblərinə uyğunlaşdırılması; robotların işləmə mexanizminin riyazi modelləri əsasında onun hərəkətinin optimallaşdırılması ilə çəkisinin azaldılması və sərtliyinin artırılması; sadə senzorların tətbiqi ilə robotların tətbiq sahələrinin genişləndirilməsi; mikroelektronikanın tətbqi ilə robotlarda xətaların asanlıqla tapılması üçün diaqnozetmə funksiyalarının daxil edilməsi kimi məsələlərin həlli maraq doğururdu. Sənaye robotları əsasən üç tərkib hissədən ibarətdir. Robotu nəql etmək üçün üç sərbəstlik dərəcəsinə malik arabadan istifadə olunur. Bu robotun gövdəsini təşkil edir. Qövdəyə bərkidilmiş robotqolu təyinatından asılı olaraq 4-dən 6-ya qədər sərbəstlik dərəcəsinə malik olur. Qolun uc hissəsinə robotun ən həssas hissəsi – effektorlar (sensorlar) və əl bərkidilir. Robotların belə sinifləşdirilməsi əsasən onların malik olduqları kinematika əsasında yaratdıqları işçi fəzanın adı ilə bağlıdır.
Sənaye yağları
Sənaye yağları – aşağı və orta özlülüyə (5–50 mm2/c 500C-də) malik distillat neft yağlarıdır. Bu yağlardan dəzgahların sürtünmə hissələrində, ventilyatorlarda, nasoslarda, toxuculuq maşınlarında,həmçinin hidravlik mayelərin, plastik və texnoloji sürtkülərin hazırlanmasında əsas kimi istifadə olunur. "Sənaye yağları" anlayışı bu qrup yağları avtomobil və başqa nəqliyyat yağlarından (motor, transmissiya, aviasiya) və hidravlik mayelərdən ayırmaq üçün müvafiq standartlara (ГОСТ ISO) daxil edilmişdir. Sürtkü yağlarının stasionar qurğularda istifadə olunması, nəqliyyatdan fərqli olaraq sürtünən cütlüklərdə orta temperatur rejimi və təzyiqi ilə xarakterizə olunur. Mülayim temperatur şəraiti olan yerdə sənaye avadanlığının istismarı yağların nəqliyyatda xarakterizə olunan “bütün fəsillərdə işləmə” problemini aradan qaldırır. Sənaye yağları – metalkəsən dəzgahların detallarının, preslərin, yayma və digər sənaye avadanlıqlarının yeyilməsinin və sürtünməsinin azalmasını təmin etmək üçündür. Sənaye yağları eyni zamanda sürtünmə qovşaqlarından istiliyi ayırmalı, detalları korroziyadan qorumalı, sürtünmə səthlərini çirklənmədən təmizləməli, kipləşdirici vasitə olmalı, hava ilə kontaktda köpüyün əmələ gəlməsinin, davamlı emulsiyaların yaranmasının qarşısını almalı, filtrlərdən yaxşı filtirlənməli, toksiki və pis iyə malik olmamalıdır. Işləmə şəraitində sürtkü yağları yüksək temperatura və təzyiqə məruz qalırlar, müxtəlif metallarla hava ilə, su ilə və müxtəlif aqressiv mühütlə təmasda olurlar. Məhz buna görə istismar zamanı yağlar oksidləşir özlülükləri, turşu ədədi korroziya aktivliyi artır, yeyilmə məhsulları ilə çirklənirlər – aşındırıcı yeyilmə artır, filtrləşmə çətinləşir, parçalanma məhsulları əmələ gəlir – özlülük , alışma temperaturu azalır, su əmələ gəlir və s. Özlülük – yağların əksəriyyəti üçün çox mühüm istismar xassəsindən biridir.
Sənaye müharibəsi
Sənaye müharibəsi — hərb tarixində təxminən XIX əsrin əvvəllərindən və sənaye inqilabının başlanğıcından atom əsrinin başlanğıcına qədərki dövr. Bu dövr sənayeləşmə prosesi vasitəsilə böyük ordular, donanmalar və hava qüvvələri yaratmaq və təchiz etmək iqtidarında olan milli dövlətlərin yüksəlişi ilə xarakterizə olunur. Kral Birləşmiş Xidmətlər İnstitutunun açıqlamasına görə, Rusiya–Ukrayna müharibəsi onu sübut etmişdir ki, sənaye müharibəsi əsri hələ də gündəmdədir. Onların fikrinə görə, avadanlıq, nəqliyyat vasitələri və sursatların kütləvi istehlakı tədarük üçün böyük sənaye bazası tələb edir. Modern Tendencies in Strategy and Tactics as shown in Campaigns in the Far East (1906) by Lieutenant Colonel Yoda, Imperial Japanese Army.
Gey Xoşbəxtlik İndeksi
2015-ci ilin may ayında LGBT sosial şəbəkəsi olan PlanetRomeo tərəfindən "Gey Xoşbəxtlik İndeksi" nəşr olundu. 120-dən çox ölkədən olan 115.000 gey şəxslərdən cəmiyyətin homoseksuallıq mövzusunda fikirlərini necə hiss etdikləri, başqaları tərəfindən necə rəftar edildikləri və həyatlarından nə dərəcədə məmnun olduqları soruşuldu. == Dünya == Əsas məqalə: Dövlətlərdə və territorial ərazilərdə LGBT hüququ Gey xoşbəxtliyi mövzusunda dünya səviyyəsində bir reytinq yaratmaq üçün üç əsas mövzu birləşdirildi: İctimai Rəy: Gey kişilər cəmiyyətin homoseksuallığa münasibətinə necə baxırlar? İctimai Davranış: Gey kişilər digər insanlar tərəfindən necə rəftar edirlər? Həyatdan Məmnunluq: Gey kişilər həyatlarından nə dərəcədə məmnun və özlərini qəbul edirlər? Qol 1-dən 10-a qədərdir.
Henley Pasport İndeksi
Henley Pasport İndeksi (ing. Henley Passport Index) — dünya ölkələrinin vətəndaşlarının səyahət azadlığının səviyyəsini araşdıran şirkət. 2006-cı ildən etibarən Henley & Partners Visa Restrictions Index ("Henley və Tərəfdaşları Viza Məhdudiyyətləri İndeksi") adlanan, 2018-ci ilin yanvarından isə indiki adını alan bu indeks Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının tərəfdaşlığı, eləcə də dünya üzrə məlumat mənbələri ilə bütün ölkələrin və ərazilərin viza tələblərini analiz etməkdədir. == Siyahı == 1 aprel 2020-ci ildəki hesablamaya görə 191 ölkəyə vizasız və ya vizanı girişdə almaqla daxil olmaq olan Yapon pasportu hazırda ən güclü pasport hesab olunur. İkinci yerdə isə 190 ölkəyə rahat daxil ola bilən Sinqapur pasportu qərarlaşıb. Aşağıdakı siyahıda pasportları ilk 10-luğa daxil olan 27 ölkə göstərilib.
Herfindal – Hirşman indeksi
Herfindal – Hirşman indeksi - Orris Herfindahl ve Albert Hirschman adlı iqtisatçılar tərəfindən irəli sürülmüş olan ve Herfindahl Endeksi (HHI) olaraq bilinən ölçü sistemi, hər hansı bir sektordakı rəqabət səviyyəsini müəyyən etməyə imkan verir. == Haqqında == İndeksin formulu çox sadədir. Bir sektorda mövcud olan olan firmaların bazar paylarının kvadratları toplanır. Və çıxan nəticəyə əsasən sektordakı rəqabət səviyyəsi müəyyənləşir. HHI < 100 : Rəqabət səviyyəsi çox yüksəkdir HHI < 1000 : Bazar rəqabətlidir 1000 < HHI < 1800 : Bazar orta rəqabət səviyyəlidir HHI > 1800 : Bazarda rəqabət zəifdir. HHI = 10.000 : İnhisar bazarı == Nümunə == Bir bazarda payları sırasıyla %80, %15 ve %5 olan üç firma olduğunu zənn edək. HHI formuluna görə hər üç rəqəmin kvadratları cəmini tapaq. 6400 + 225 + 25 = 6650 Bu nəticəyə görə bu bazardakı rəqabət səviyəsinin zəif olduğunu rahatlıqla demək olar.
Lisenziyalaşdırma sub-indeksi
Lisenziyalaşdırma sub-indeksi – Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun 2014-cü ildən başlayaraq dərc etdiyi İqtisadiyyatın solluğu (sağlığı) indeksinin (İS(S)İ) daxil etdiyi sub-indekslərdən biridir. == Metodologiya == Lisenziyalaşdırma sub-indeksinin hesablanması zamanı dörd parametri nəzərə almaq lazımdır: a) lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı; b) lisenziyalaşdırılan fəaliyyət növlərinin çeşidi; c) lisenziyaların keçərlilik müddəti; ç) lisenziyaların verilmə qaydaları. Bu göstəricilər iş sahibləri üçün nə qədər əlverişlidirsə (yəni say azdırsa, çeşid məhduddursa, müddət uzundursa və qaydalar sadədirsə), iqtisadiyyat bir o qədər daha sağdadır. Lakin bu göstəricilərin heç biri üzrə elmi tutarlılığı şübhə doğurmayan dövlətlərarası müqayisə aparmaq mümkün deyil. Ona görə də Lisenziyalaşdırma sub-indeksi Dünya Bankının metodologiyası əsasında – modelləşdirilmiş müəssisənin hipotetik bir tikinti üçün aldığı lisenziyalara sərf etdiyi vaxt və xərc göstəricilərinin indeksləşdirilməsi əsasında (Doing Business 2015: Dealing with Construction Permits),* bu alt-indekslərin hesabi ortası kimi hesablanmışdır. Dünya Bankının istifadə etdiyi üçüncü göstərici – prosedurların sayı ümumi mənzərəni təhrif etdiyi üçün nəzərə alınmamışdır. Vaxt alt-indeksi üçün Vmin = 0, Vmax = 1000, Xərc alt-indeksi üçün isə Vmin =0, Vmax =100 götürülmüşdür. == Sub-indeks üzrə nəticələr == Sinqapur bu sub-indeks üzrə də 62 dövlət arasında ən sağçı iqtisadiyyata malik ölkədir (0,015), ən solçu iqtisadiyyat isə Kiprin iqtisadiyyatıdır (0,345). Azərbaycan iqtisadiyyatı (0,096) 29 ölkəninkindən sağda, 32 ölkəninkindənsə solda yerləşir və nisbi mərkəzdən sağa düşməsi onunla əlaqədardır ki, sağ qütbdəki iqtisadiyyatlarla müqayisədə sol qütbdəki iqtisadiyyatlar nisbi mərkəzdən daha aralıdır (2014-cü il üçün 37 ölkə üzrə hazırlanmış Hesabatda Azərbaycan iqtisadiyyatı nisbi mərkəzdən solda yer alırdı).