DÖYƏNƏK


1. is. Çox sürtülməkdən, toxunmaqdan, bir şeyə dəyməkdən, yaxud döyülməkdən dəridə əmələ gələn sərtlik, qalınlıq; qabar. Əlləri döyənəkdir. İri ayaqqabı ayaqlarda qabar və döyənək əmələ gəlməsinə səbəb olur.
– İllərlə isti küləklərin, qara yellərin, quraq havaların vurduğu sillə, şapalaqların döyənək yeri sağalırdı. Ə.Vəliyev.

□ Döyənək olmaq – döyənək əmələ gəlmək.
Gündə yüz yol vurardılar dəyənək; Sağrısı sərbəsər olub döyənək. S.Ə.Şirvani.
Qoca döyənək olmuş əlini irəli uzatdı. S.Rəhimov.

2. sif. Çox gəzilib tapdalanmış yer; çox döyəcləməkdən, sürtünməkdən, tapdalanmaqdan, yaxud quraqlıqdan bərkimiş yer; tapdaq. Çox ayaqlanmaqdan bağlar döyənək olmuşdur.
◊ Döyənəyini basmaq (tapdalamaq, ayaqlamaq) – birini ən çox narahat edən, ən çox ağrıdan, incidən, ən çox toxunan şey haqqında.
Bayram sanki bəyin ən nazik yerindəki döyənəyi ayaqlayıbmış. Ə.Vəliyev.

Синонимы

  • DÖYƏNƏK döyənək bax qabar
  • DÖYƏNƏK qabar

Этимология

  • DÖYƏNƏK Döymək feilindən əmələ gəlib. Güman ki, tarixi baxımdan dəyənək (dubinka) sözü ilə eyni kökə malikdir
DÖYƏCLƏNMƏK
DÖYƏNƏKLİ
OBASTAN VİKİ
Döyənəkotu
Giləmeyvəli döyənəkotu

Значение слова в других словарях

беззако́нница наблюда́тельный парение пекуниа́рный пимока́тный протоколи́рование проце́нты ягня́тина вта́лкивать жизнесто́йкость заши́кать перетасо́вывание петли́чный ржа́ние но ци chose circumlocutional diaphane prehension классицизм метательница раздать раздолбить чибис