DÖZMƏK

DÖZMƏK [Azər baba:] Artıq dözməyirəm, evimizə gəl; övlad həsrətinə tablamaz ürək (S.Vurğun); DAVAM GƏTİRMƏK İstiyə-soyuğa gətirib davam; O köhlən atlan çapdınız müdam (S.Rüstəm); DAYANMAQ Hacı: Nə gunə, əziyyətə dayandıq (C.Cabbarlı); QATLAŞMAQ Qatlaşıb dünyanın hər möhnətinə; Yeddi lay divarlı oğul böyütdü (B.Vahabzadə); SƏBR ETMƏK (ELƏMƏK) Get yuxuya, durma, a qardaş, hələ! Qovzama başın, çocuğum, səbr elə! (M.Ə.Sabir); TAB GƏTİRMƏK Əzizinəm din barı; Danış barı, din barı; İgidə tab gətirməzi Yağı tikən min barı (Bayatı); TABLAMAQ Övlad həsrətinə tablamaz ürək (S.Vurğun); TABLAŞMAQ Bayram: ..bu dərdə necə tablaşım (M.F.Axundzadə); TOXTAMAQ Ağlayan şəlaləyə ağlama dedim; Toxta, dayan bir an (H.Billuri); ZƏHMƏTƏ (ƏZABA) QATLAŞMAQ Vallah, belə bilsəydim ki, axırı belə olacaq, heç vaxt bu zəhmətə qatlaşmazdım (C.Məmmədquluzadə).

DÖYÜŞMƏK
DÖZÜM
OBASTAN VİKİ
Dözmək
Dözmək — Davam gətirmək, tab gətirmək, səbirlə keçirmək, qatlaşmaq. Ağrıya dözmək. Əziyyətə dözmək.Misal: Səbir etmək, təhəmmül etmək, səbirlə gözləmək. Dözürsən döz bu ayrılıq dağına; Mən dayannam, amma sən dayanmazsan! M.P.Vaqif.Razılaşmaq, barışmaq, keçirmək, yol vermək.Misal: Belə şeylərə dözmək olmaz. – Yox, sən buna dözməzsən, elin vuran qolusan; Sən namus aşiqisən, şərəflisən, ulusan. M.Rahim.

Значение слова в других словарях