DÖZMƏK

f.
1. Davam gətirmək, tab gətirmək, səbirlə keçirmək, qatlaşmaq. Ağrıya dözmək. Əziyyətə dözmək. – Soyuq dəmir çəkicə dözər. ( Ata. sözü ).
// Səbir etmək, təhəmmül etmək, səbirlə gözləmək.
Dözürsən döz bu ayrılıq dağına; Mən dayannam, amma sən dayanmazsan! M.P.Vaqif.
Dözə bilməm tənhalığın qəhrinə. Q.Zakir.
Hər möhnətə dözərəm; Sına məni, sına, yar! Əhdimizə inan, yar! R.Rza.

2. Razılaşmaq, barışmaq, keçirmək, yol vermək. Belə şeylərə dözmək olmaz.
– Yox, sən buna dözməzsən, elin vuran qolusan; Sən namus aşiqisən, şərəflisən, ulusan. M.Rahim.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DÖZMƏK tablamaq — qatlaşmaq
  • DÖZMƏK razılaşmaq — barışmaq
  • DÖZMƏK DÖZMƏK [Azər baba:] Artıq dözməyirəm, evimizə gəl; övlad həsrətinə tablamaz ürək (S.Vurğun); DAVAM GƏTİRMƏK İstiyə-soyuğa gətirib davam; O köhlən atla
DÖZMƏ
DÖZÜLMƏ
OBASTAN VİKİ
Dözmək
Dözmək — Davam gətirmək, tab gətirmək, səbirlə keçirmək, qatlaşmaq. Ağrıya dözmək. Əziyyətə dözmək. Misal: Səbir etmək, təhəmmül etmək, səbirlə gözləmək. Dözürsən döz bu ayrılıq dağına; Mən dayannam, amma sən dayanmazsan! M. P. Vaqif. Razılaşmaq, barışmaq, keçirmək, yol vermək. Misal: Belə şeylərə dözmək olmaz. – Yox, sən buna dözməzsən, elin vuran qolusan; Sən namus aşiqisən, şərəflisən, ulusan. M. Rahim.

Digər lüğətlərdə