DÜNYAMALI

dünyam Əli//Alı (müqayisə et: Ağam Əli).
DÜNYAGİR
DÜNYAMƏDDİN
OBASTAN VİKİ
Dünyamalı Kərəm
Dünyamalı Kərəm (azərb. Dünyamalı Kərəm oğlu Əliyev‎; 28 aprel 1920, Qoçulu – 27 iyul 2024, Çapala, Kvemo-Kartli) — şair-jurnalist, Gürcüstan SSR-in Əməkdar jurnalisti (1979), Azərbaycan Yazıçılar Birliyinin üzvü. Azərbaycanlı uzunömürlü. == Həyatı == Dünyamalı Kərəm 1920-ci ildə Gürcüstanın Borçalı mahalının Qoçulu kəndində anadan olub. === Təhsili === İlk təhsilini doğma kəndində, orta təhsilini qonşu kəndin orta məktəbində alıb. 1937–1940-cı illərdə Tiflisdəki Pedaqoji Məktəbdə təhsil alıb və bu maarif ocağını bitirdikdən sonra təyinatla İmirhəsən və Qoçulu kənd orta məktəblərində direktor vəzifəsində çalışıb. Dünyamalı Kərəm 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. == Yaradıcılığı == Bir müddət "Kommunist" qəzetində müxtəlif vəzifələrdə çalışıb. Dünyamalı Kərəm "Sovet Gürcüstanı" qəzetində uzun müddət məsul katib işləyib. 1994-cü ildə onun "Borcalım mənim" adlı şeirlər kitabı nəşr olunub.
Dünyamalı Məmmədov
Dünyamalı Böyükxan oğlu Məmmədov (3 sentyabr 1952, Həziabad, Astraxanbazar rayonu) — azərbaycanlı dövlət xadimi; Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı. == Həyatı == Dünyamalı Məmmədov 1952-ci il sentyabrın 3-də Cəlilabad rayonunun Həziabad qəsəbəsində anadan olub. Azərbaycan Politexnik İnstitutunun İnşaat bölməsində, Sosial İdarəetmə və Politologiya İnstitutunun isə Politologiya bölməsində ali təhsil alıb. Rus dilini bilir. Bitərəfdir. Ailəlidir, üç övladı var. == Fəaliyyəti == 1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində 96 nömrəli Cəlilabad şəhər dairəsindən bitərəf namizəd olan Dünyamalı Məmmədov I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Dünyamalı Məmmədov Milli Məclisin Təbii ehtiyatlar, enerji və ətraf mühit məsələləri Daimi Komissiyasının və Azərbaycan—İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
Dünyamalı Əmircanov
Dünyamalı Məmmədov(geroy)
Dünyamalı Əhməd oğlu Məmmədov (1 (14) iyul 1900, Sabirabad, Lənkəran qəzası – 12 iyun 1983, Sabirabad, Cəlilabad rayonu) — Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == Dünyamalı Məmmədov 1 iyul 1900-cü ildə Biləsuvar rayonununda doğulub. 1931–1968-ci illərdə — Həştərxan-Bazar rayonunun Xanaqya kənd Sovetinin, Puşkin rayonunun Xırmandalinski kənd Sovetinin sədri, Həştərxan-Bazar rayonunun Jdanov adına kolxozunun sədri, Andreevski pambıq qəbulu məntəqəsinin direktoru, pambıq qəbulu məntəqəsinin müdiri Quşçuluq fabriki, Həştərxan-Bazar rayonunun "Azərbaycan SSR-nin 40 illiyi" sovxozunun ustası. 1947-ci ildə kolxoz sədri kimi 64 hektar sahədən hər hektardan 30,23 sentner pambıq məhsulu almışdı. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1948-ci il 10 mart tarixli fərmanı ilə 1947-ci ildə yüksək buğda məhsulu əldə etdiyinə görə Dünyamalı Əhməd Əli oğlu Məmmədova Lenin və Oraq və Çəkic ordeni ilə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. qızıl medal. 1968-ci ildən ittifaq əhəmiyyətli təqaüdçü. Azərbaycanın ictimai həyatında fəal iştirak etmişdir. 1931-ci ildən Sov.İKP üzvü. 12 iyun 1983-cü ildə Cəlilabad rayonunda vəfat edib və həmin rayonda da dəfn olunub.
Dünyamalı Məmmədov (əmək qəhrəmanı)
Dünyamalı Əhməd oğlu Məmmədov (1 (14) iyul 1900, Sabirabad, Lənkəran qəzası – 12 iyun 1983, Sabirabad, Cəlilabad rayonu) — Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == Dünyamalı Məmmədov 1 iyul 1900-cü ildə Biləsuvar rayonununda doğulub. 1931–1968-ci illərdə — Həştərxan-Bazar rayonunun Xanaqya kənd Sovetinin, Puşkin rayonunun Xırmandalinski kənd Sovetinin sədri, Həştərxan-Bazar rayonunun Jdanov adına kolxozunun sədri, Andreevski pambıq qəbulu məntəqəsinin direktoru, pambıq qəbulu məntəqəsinin müdiri Quşçuluq fabriki, Həştərxan-Bazar rayonunun "Azərbaycan SSR-nin 40 illiyi" sovxozunun ustası. 1947-ci ildə kolxoz sədri kimi 64 hektar sahədən hər hektardan 30,23 sentner pambıq məhsulu almışdı. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1948-ci il 10 mart tarixli fərmanı ilə 1947-ci ildə yüksək buğda məhsulu əldə etdiyinə görə Dünyamalı Əhməd Əli oğlu Məmmədova Lenin və Oraq və Çəkic ordeni ilə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. qızıl medal. 1968-ci ildən ittifaq əhəmiyyətli təqaüdçü. Azərbaycanın ictimai həyatında fəal iştirak etmişdir. 1931-ci ildən Sov.İKP üzvü. 12 iyun 1983-cü ildə Cəlilabad rayonunda vəfat edib və həmin rayonda da dəfn olunub.
Ceyhun Dünyamalıyev
Dilsuz Dünyamalıyev
Dilsuz Dünyamalıyev (d. 2 noyabr 1945) — yazıçı-publisist; Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azər­bay­can Yazıçılar Birliyinin üzvü. == Həyatı == Hacı Dilsuz Dünyamalıyev 1945-ci ildə Şahbuz rayonunun Keçili kəndində anadan olub. 1959-cu ildə Keçili kənd yeddiillik məktəbini, 1962-ci ildə Şahbuz qəsəbəsində XI sinfi bitirib. Həmin il Naxçıvan şəhərindəki birillik pedaqoji kursa daxil olub. Həmin il pedaqoji kursu bitirəndən sonra Külüs və Keçili kəndlərində müəllim işləyib. 1964-cü ildə V.İ.Lenin adına APİ-nin (indiki N.Tusi adına APU) dil-ədəbiyyat fakültəsinə daxil olub və təhsilini qiyabi yolla başa vurub. 1970–1980-ci illərdə Keçili kənd orta məktəbində direktor, 1980–1995-ci illərdə Keçili və Külüs kəndlərində sovet sədri, 1995–2006-cı illərdə Keçili kənd orta məktəbində müəllim işləmişdir. Ailəlidir. İki övladı, beş nəvəsi, iki nəticəsi var.
Dünyamalılar
Dünyamalılar – Azərbaycan Respublikasının Beyləqan rayonunun Dünyamalılar kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Mil düzündədir. Yaşayış məntəqəsi Mil düzündə yayılmış xələc tayfasının dünyamalılar nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin keçmiş adı da Xələc olmuşdur. == İqtisadiyyat == 2014-cü ildə iyirmi beş min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Beyləqan Rayon İcra Hakimiyyətinə 2,0 (iki) milyon manat ayrılmışdır. Dünyamalılar kəndində illik istehsal gücü 626 min şərti banka olan Konserv zavodu fəaliyyət göstərir. == Əhalisi == === Tanınmışları === Əzizə Ağahüseynqızı — şairə-publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Elsevər Dünyamalıyev
Elşən Dünyamalıyev
Kərim Dünyamalıyev
Dünyamalıyev Kərim Həmdulla oğlu – yazıçı, 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, müharibə veteranı == Mənbə == 1953-cü iyulun 28-də Quba rayonunun Zizik kəndində anadan olmuşdur. Kiyev rəssamlıq məktəbini (1981), Kiyev Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir (1985). Azərbaycan Mədəniyyət Nazirliyinin təmir-tikinti idarəsində – "Bərpaçı"da rəssam, (1988–1991) işləmişdir. 1991–1995-ci illərdə könüllü olaraq xüsusi təyinatlı əlahiddə taburda zabit kimi xidmət etmiş, döyüş bölgələrində gedən döyüşlərin iştirakçısıdır. "Xəyal" MTRŞ-nin icraçı direktoru olmuşdur (2007–2008) . Ondan çox kitabın müəllifidir. Kərim Dünyamalı 2005-ci ildə Həcc ziyarətində olub.
Məhəmməd Dünyamalıyev
Dünyamalıyev Məhəmməd Ağamirzə oğlu — texnika elmləri doktoru, professor. Dünyamalıyev Məhəmməd Ağamirzə oğlu 1938-ci ildə Ermənistanın Əzizbəyov rayonunda anadan olmuşdur. 1962-ci ildə riyaziyyat ixtisası üzrə ADU-nin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. İnstitutu bitirdikdən sonra APİ-nun Ali riyaziyyat kafedrasında assistent, böyük müəllim işləmişdir. 1964-1969-cu illərdə Azərbaycan EA Neft və qaz yataqlarının işlənilməsi institutunun aspirantı olmuşdur. 1970-ci ildə "Mayenin süzülməsinin və quyuların rasional yerləşməsinin bəzi məsələləri" mövzusunda namizədlik, 1990-cı ildə isə "Dərinlikdə yerləşən neft və qaz yataqlarının işlənilməsi zamanı relaksasiya proseslərinin hesabat nəzəriyyəsi və üsulları" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1991-2003-cü illərdə Azərbaycan EA DNQYPİ-nun aparıcı elmi işçisi, 2003-2006-cı illərdə - Azərbaycan MEA Geologiya institutunun "Neft yataqlarının işlənilməsi və neft və qaz hasilatının proqnozlaşdırılması" şöbəsində baş elmi işçidir. 2006-cı ildən bu günə qədər ATU-nin "Riyaziyyat" kafedrasının professorudur. Dünyamalıyev M.A. neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir. Elmi tədqiqat sahəsi: neft və qaz yataqlarının işlənilməsi zamanı relaksasiya effektlərinin və dağ süxurlarının sürüşməsinin öyrənilməsi.
Təhməzqulu ağa Dünyamalıoğlu
Təhməzqulu ağa Dünyamalıoğlu — Borçalı mahalının tanınmış ağsaqqalı, Faxralı kəndinin kəndxudası. Təhməzqulu ağa Dünyamalıoğlu dəqiq necənci ildə anadan olduğu dəqiq bilinmir. Güman edilir ki, XIX əsrin 40-cı illərindı anadan olmuşdur. Borçalının məşhur Həsənli nəslinə mənsubdur. 1872-ci ildə Borçalı mahalının Faxralı kəndinin kəndxudası təyin edilmişdir. Bu vəzifədə uzun müddət çalışmışdır. Azərbaycan və Gürcüstan sovetləşdikdən sonra bu ailənin bir çox üzvü təzyiqlərə məruz qalmışdır. Bunun nəticəsində Təhməzqulu ağa Dünyamalıoğlu 1927-ci ildə 80 yaşı olmasına baxmayaraq həbs edilir və Tiflisə aparılaraq güllələnir. 1927-ci ildə Təhməzqulu ağanın iki oğlu Nadir və İman həbs edilərək, Tiflisdəki Narınqala həbsxanasına salınırlar. İman Təhməzqulu ağa oğlu çətinliklə də olsa, həbsdən qaçaraq dostlarının köməkliyi ilə Türkiyəyə keçə bilir.
Zahid Dünyamalıyev
Zahid Dünyamalıyev (27 mart 1944, Naxçıvan – 10 avqust 2009, Bakı) — Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini (1993–2005), polis general-leytenantı (2002). Dünyamalıyev Zahid Vəli oğlu 1944-cü il martın 27-də Naxçıvan şəhərində anadan olmuşdur. 1969-cu ildə Azərbaycan Dövlət Universitetini, 1989-cu ildə isə Volqoqrad Ali İstintaq Məktəbini bitirmişdir. 1969-cu ildə Azərbaycan SSR Elmlər Akademiyası Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamış və 1972-ci ilə qədər həmin institutda çalışmışdır. 1972–1977-ci illərdə Azərbaycan Elmi Tədqiqat Neft və Kimya Proseslərinin Avtomatlaşdırılması İnstitutunda böyük mühəndis vəzifəsində işləmişdir. 1977-ci ildə daxili işlər orqanlarına işə göndərilmişdir. 1977–1983-cü illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyi Əməliyyat, Statistik İnformasiya İdarəsinin rəis müavini, 1983–1987-ci illərdə həmin idarənin rəisi, 1987–1990-cı illərdə Gəncə Şəhər Daxili İşlər İdarəsinin rəisi, 1991–1992-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tədris Mərkəzinin rəisi, 1993-cü ilin mart ayından Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi rəisinin müavini, 1993-cü ilin iyul ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mühafizə İdarəsinin rəisi, 1993–2001-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər nazirinin birinci müavini, 2001–2005-ci illərdə isə Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini vəzifələrində çalışmışdır. Qarabağ hadisələrində fəal iştirak etmiş, Toğana-Murovdağ yolunun çəkiliş üzrə qərargah rəisi olmuşdur. 2002-ci ildə "polis general-leytenantı" rütbəsi verilmiş, 2004-cü ildə isə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir. Zahid Dünyamalıyev 2009-cu il avqustun 10-da Bakı şəhərində vəfat etmişdir.
Zəminə Dünyamalıyeva
Zəminə Dünyamalı qızı Dünyamalıyeva (1957, Şelli, Ağdam rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı. Zəminə Dünyamalıyeva 1957-ci il mayın 1-də Ağdam rayonunun Şelli qəsəbəsində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda aqronomluq üzrə ali təhsil alıb. Zəminə Dünyamalıyeva ailəlidir, üç övladı var. 1995-ci il noyabrın 12-də baş tutan Parlament seçimlərində Yeni Azərbaycan Partiyasının (YAP) siyahısı üzrə 10-cu sırada olan Zəminə Dünyamalıyeva I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Zəminə Dünyamalıyeva Milli Məclisin İnsan hüquqları Daimi Komissiyasının və Azərbaycan—Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub. 1995–1998-ci illərdə Yeni Azərbaycan Partiyasının (YAP) üzvü və YAP Ağdam Rayon Şöbəsinin sədri olub. 1998-ci ildə YAP-dan istefa verərək Azərbaycan Demokrat Partiyasına üzv olmuşdur. 1998-ci ildən 2007-ci illədək Azərbaycan Demokrat Partiyasının (ADP), 2007-ci ildən 2009-cu illədək Açıq Cəmiyyət Partiyasının (ACP) (dövlət qeydiyyatı yoxdur) üzvü olmuşdur. Həmin partiyanın Ali Məclisinin sədri olan Zəminı Dünyamalıyeva həmçinin bir müddət Demokratik Qüvvələrin Milli Şurasında da təmsil olunmuşdur.
Əhməd Dünyamalıyev
Əhməd İsmayıl oğlu Dünyamalıyev (1 may 1926, Malatkeşin, Zəngilan rayonu – 11 fevral 1991, Bakı) — neftçi, Sosialist Əməyi Qəhrəmanı (1971). 1 may 1926-cı ildə Zəngilan rayonunun Malakeşin kəndində doğulub. 1944–1962-ci illərdə "Gürgan-neft" qazmakəşfiyyat trestində qazmaçı, 1962–1992-ci illərdə isə "Xəzər-dənizneft" birliyində buruq ustası işləmişdir. 1992-ci ildə Bakıda vəfat edib. Lenin ordeni və medallarla təltif olunmuşdur.