Dünyamalı Böyükxan oğlu Məmmədov (3 sentyabr 1952, Həziabad, Astraxanbazar rayonu) — azərbaycanlı dövlət xadimi; Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı.
Dünyamalı Məmmədov | |
---|---|
24 noyabr 1995 – 12 noyabr 2000 | |
Seçki dairəsi | 1995 — 96 nömrəli Cəlilabad şəhər |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 sentyabr 1952 (72 yaş) |
Doğum yeri | |
Təhsili |
Azərbaycan Texniki Universiteti Azərbaycan Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyası |
Dünyamalı Məmmədov 1952-ci il sentyabrın 3-də Cəlilabad rayonunun Həziabad qəsəbəsində anadan olub.[1] Azərbaycan Politexnik İnstitutunun İnşaat bölməsində, Sosial İdarəetmə və Politologiya İnstitutunun isə Politologiya bölməsində ali təhsil alıb.[1] Rus dilini bilir.[1] Bitərəfdir.[1] Ailəlidir, üç övladı var.[1]
1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində 96 nömrəli Cəlilabad şəhər dairəsindən bitərəf namizəd olan Dünyamalı Məmmədov I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Dünyamalı Məmmədov Milli Məclisin Təbii ehtiyatlar, enerji və ətraf mühit məsələləri Daimi Komissiyasının və Azərbaycan—İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.[2][3]