1. Xoşbəxtliyini, rifahını itirmiş, yazıq, bədbəxt, zavallı.
Düşkün halın sitəmkara deməyin; Yalvarıbən varə-varə deməyin.
Olmasaydı əgər bu üç xoş gün; Mənim ömrüm olurdu pək düşkün.
// Ruhdan düşmüş, naümid, məyus, kədərli.
Anar o dəmləri mən şimdi müztərib, düşkün; Kəmali-yəslə tiflanə ahüzar edərəm.
Doğrudan da qız çox düşkün və kədərli idi.
2. Zəif, cansız, əldən düşmüş, üzgün, xəstə.
Tərlanım, tərlanım, gözəl tərlanım; Sənə qurban olsun bu düşkün canım.
// Qoca, ahıl.
3. is. Mübtəla, düçar. Qadın düşkünü. Şəhvət düşkünü. Qumar düşkünü.
– Sinfə girdiyi zaman içki düşkünü olan Nikolay Petroviçi spirt qoxusu tamamilə sərxoş etdi.
// Bir şeyin hərisi olan, həddən artıq bir şeyin aludəsi olan. Rəyasət düşkünü. Böyük vəzifə düşkünü.
// Vurğun, aşiq.
Nə olur danmaqdan, daldalanmaqdan; Düşkününəm aləm-aşikar sənin.
Səhər-səhər durub qıya baxanda; Düşkünüyəm mən o ala gözlərin.
Əkbər elm adamı, kitab düşkünü də deyildi.
4. Mənən düşmüş, rəzil, alçaq.
Cahangir ağa zəif iradəli, naqis ağıllı, düşkün fikirli bir adam idİ.
5. Yoxsullaşmış, kasıblaşmış, yoxsul, kasıb.
// Yazıq, fəqir, binəva.
// İs. mənasında. [Kərəm:] Kərəm eylə, bircə yapış əlimdən; Yetir muradına sən də düşkünü! “Əsli və Kərəm”.