1. Bir yerə yığılmış arpa, buğda və s.-yə əl toxunmasın deyə, onu nişanlamaq üçün taxtadan və s.-dən qayrılan iri möhür (nişan). Xırmana qayıtdıqda hamını heyrət aldı.
Doğrudan da, ehram buğdanın dəci pozulmuşdu.
□ Dəc eləmək – bütövləmək, ağzınacan doldurmaq, ləbələb etmək.
Dəc qalmaq – bütöv qalmaq, toxunulmamış qalmaq.
…Sirkə ağzı tıxaclı, dəc qalıb stolun üstündə.
2. Taxılı yaxşı döysün deyə, vəlin altına vurulan xırda çaxmaq daşları və ya dəmir parçaları.