DƏFTƏR

I
сущ.
1. тетрадь. Qeyd dəftəri тетрадь для записей, dama-dama dəftər тетрадь в клетку, ümumi dəftər общая тетрадь, not dəftəri нотная тетрадь, sinif dəftəri классная тетрадь, şagird dəftəri ученическая тетрадь
2. книга. Mühasibat dəftəri бухгалтерская книга, şikayət dəftəri жалобная книга (книга для жалоб), uçot dəftəri книга (для) учёта, ev dəftəri: 1. домовая книга (у управдома); 2. домашняя тетрадь (у ученика)
II
прил. тетрадный. Dəftər vərəqi тетрадный лист, dəftər üzü (cildi) тетрадная обложка
DƏFNƏKİMİLƏR
DƏFTƏR-ÇƏRƏKƏ
OBASTAN VİKİ
Dəftər
Dəftər — ərəbcə əsli yunanca bir-birinə bərkidilmiş ağ vərəqlərdən ibarət informasiya daşıyıcısı, qeydlər üçün əşya, yazı üçün predmet. Dəftər vərəqləri ağ, düz xətli, perpendikulyar xətlərin kəsişməsindən əmələ gələn xırda çərçivəli və bucaq altında çərçivəli ola bilərlər. Məktəb dəftərlərinin kənarı da xətli ola bilər. Dəftərləri daha çox orta və ali məktəb şagird və tələbələri istifadə edirlər. Dəftərlər elmi qeydlər üçün də istifadə edilir. Ancaq bu ağ kağız topluları laborator jurnalları adlanır. Tibbdə isə onlara xəstəlik kartları deyilr.
Qızıl dəftər
Qızıl dəftər — İngilis yazıçısı Doris Lessinqin 1962-ci ildə yazdığı roman. Romanda anti-müharibə və anti-Stalinist mesajlar, 1930-cu illərdən 1950-ci illərə qədər İngiltərədə kommunizm və Kommunist Partiyasının geniş təhlili və qönçələnməkdə olan cinsi inqilab və qadın azadlıq hərəkatlarının tədqiqi var. 2005-ci ildə TIME jurnalı "Qızıl dəftər"i 1923-cü ildən bəri ingilis dilli 100 ən yaxşı romandan biri adlandırdı. O, bir sıra başqa dillərə, o cümlədən fransız, polyak, italyan, isveç, macar və ivrit dillərinə tərcümə edilmişdir. Qızıl dəftər yazıçı Anna Vulfun, həyatını qeyd etdiyi dörd dəftərin və onları beşinci, qızılı rəngli dəftərdə birləşdirmək cəhdinin hekayəsidir. Kitab Anna və onun rəfiqəsi Molli Ceykobsun, eləcə də onların uşaqlarının, keçmiş ərlərinin və sevgililərinin (Azad Qadınlar) həyatlarından real görünən povestin hissələrini Annanın qara rəngli dörd dəftərindən çıxarışlarla kəsişdirir. Rodeziya, İkinci Dünya Müharibəsindən əvvəl və onun ən çox satılan romanına ilham verən, qırmızı (Kommunist Partiyasının üzvü kimi təcrübəsi), sarı (Annanın öz hekayəsinin ağrılı sonu əsasında yazılan davam edən bir roman) sevgi macərası) və mavi (Annanın xatirələrini, xəyallarını və emosional həyatını qeyd etdiyi şəxsi jurnal). Hər notebook dörd dəfə geri qaytarılır, bir-biri ilə qarşılıqlı əlaqədə olan qeyri-xronoloji, üst-üstə düşən bölmələr yaradır. Bu postmodern üslub, personajları və oxucuları cəlb edən "oyun" məkanı ilə kitabın ən məşhur xüsusiyyətlərindən biridir, baxmayaraq ki, Lessinq oxucuların və rəyçilərin romandakı ciddi mövzulara diqqət yetirmələrini təkid edirdi. Lessinq öz ön sözündə romanda ən mühüm mövzunun parçalanma olduğunu iddia edirdi.
Hacı Məhəmmədsadıq xan Müşiri-Dəftər
Hacı Məhəmmədsadıq xan Mirzə Yusif oğlu Müşiri-Dəftər (?-?) — Məşrutə hərəkatının üzvü == Həyatı == Hacı Məhəmmədsadıq xan Mirzə Yusif Mustovfinin oğlu, o da Mirzə Məhəmməd Mustovfinin, o da Mirzə Mətiya Mustovfi Təbrizinin oğludur. Bu ailə Azərbaycanın qədim əyanlar zümrəsinə məxsusdur. Hacı Məhəmmədsadıq xan Müşiri-Dəftər Hacı Səməd xan Şücaəddövlənin hakimiyyəti dönəmində şəhərin ədliyyə idarəsinin rəisi olmuşdu. Hacı Məhəmmədsadıq xan Müşiri-Dəftər Məşrutə inqilabı dövründə Təbrizin maliyə idarəsində çalışmışdı. Sonra Həştirud bölgəsində maliyə idarəsinə başçılıq etmişdi. Hacı Məhəmmədsadıq xan Müşiri-Dəftər Müxbirüssəltənənin valiliyi dönəmində şəhərdə "Heyəti-Fəllah" adlı əncümən təşkil etmişdi. Hacı Məhəmmədsadıq xanın Məhəmmədvəli xan, Zeynalabdin xan adlı oğlanları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
Dəftər-i Müfəssəl-i Vilayət-i Gürcüstan
Dəftər-i Müfəssəl-i Vilayət-i Gürcüstan — Osmanlı dövləti tərəfindən 1595-ci ildə xəzinə gəlirlərini təsbit etmək məqsədi ilə Gürcüstandan ələ keçirilmiş torpaqların qeydə alınması ilə meydana çıxmış müfəssəl dəftərdir. Təhrir dəftəri osmanlıların ələ keçirdiyi Samtshe-Saatabago torpaqlarının XVI əsrin son rübündəki ictimai və iqtisadi, siyasi tarix və tarixi coğrafiya məsələlərində araşdırma edənlər üçün qiymətsiz qaynaqdır. Osmanlı dövləti tərəfindən qeydə alınmış bu rəsmi dövlət sənədi həmçinin, o dövrün regionda etnik göstəricilərinin, əhalinin əsas məşğuliyyət sahələrinin öyrənilməsi üçün əvəzsiz qaynaq rolunu oynayır. == Haqqında == Osmanlı dövləti tarix Gürcüstanın cənub hissəsini XVI əsrin ikinci yarısında ələ keçirdi və Gürcüstan vilayəti olaraq adlandırdı. Bu bölgənin təhrirlərini əhatə edən "Dəftər-i Müfəssəl-i Vilayət-i Gürcüstan"-a görə osmanlıların gürcülərdən ələ keçirdiyi torpaqlar liva deyilən 8 hissəyə bölündü. Bu livalar Axısqa, Hertvis, Axalkələk, Çıldır, Posho, Bedre, Penek və Ərdahan-i Büzürg adını taşıyırdı. Livalar isə nahiyələrə bölünmüşdü. Dəftərdə 1.160 yaşayış məntəqəsi qeyd edilmişdir. Bu məntəqələrdə yaşayanların əsas məşğuliyyət sahələrinin əkinçilik olduğu dəftərdə yazılanlardan bəlli olur. Həmçinin, dəftərdən bu bölgələrdə yaşayan etnik tərkibi barədə də məlumat verilmişdir.
Cavad Xan Dəftərxanası
Cavad xan dəftərxanası — XVIII əsrdə Gəncə xanı Cavad xanın göstərişi ilə tikilmiş tarixi bina. 1968-ci ildən Ölkə əhəmiyyətli tarixi abidə kimi qorunan bu bina qədim qırmızı Gəncə kərpicləri ilə tikilmişdir. İnventar nömrəsi 185-dir. == Tarixi == Abidə XVIII əsrdə Cavad xanın əmri ilə tikilmişdir. Binanın tikintisində qırmızı kərpic və gil-əhəng qatışığından istifadə edilib. Bina 2012-ci ilin 4 aprel tarixində sökülmüş və yerində yenisi tikilmişdir. Cavad xanın dövründə binada Usuf bəyin rus dili məktəbi fəaliyyət göstərib. Sovet dövründə gürcü şairi Nikolaz Baratişvilinin ev muzeyi kimi də istifadə olunub. Nikolaz Baratişvili 1845-ci ilin may ayından oktyabr ayınadək Gəncədə Qəza rəisinin müavini vəzifəsində işləyərkən, bu binada yaşamış və işləmişdir. 2012-ci ilə qədər Cavad xanın dəftərxanası muzey kimi fəaliyyət göstərib.
Cavad xanın dəftərxanası
Cavad xan dəftərxanası — XVIII əsrdə Gəncə xanı Cavad xanın göstərişi ilə tikilmiş tarixi bina. 1968-ci ildən Ölkə əhəmiyyətli tarixi abidə kimi qorunan bu bina qədim qırmızı Gəncə kərpicləri ilə tikilmişdir. İnventar nömrəsi 185-dir. == Tarixi == Abidə XVIII əsrdə Cavad xanın əmri ilə tikilmişdir. Binanın tikintisində qırmızı kərpic və gil-əhəng qatışığından istifadə edilib. Bina 2012-ci ilin 4 aprel tarixində sökülmüş və yerində yenisi tikilmişdir. Cavad xanın dövründə binada Usuf bəyin rus dili məktəbi fəaliyyət göstərib. Sovet dövründə gürcü şairi Nikolaz Baratişvilinin ev muzeyi kimi də istifadə olunub. Nikolaz Baratişvili 1845-ci ilin may ayından oktyabr ayınadək Gəncədə Qəza rəisinin müavini vəzifəsində işləyərkən, bu binada yaşamış və işləmişdir. 2012-ci ilə qədər Cavad xanın dəftərxanası muzey kimi fəaliyyət göstərib.
Cavadxan dəftərxanası
Cavad xan dəftərxanası — XVIII əsrdə Gəncə xanı Cavad xanın göstərişi ilə tikilmiş tarixi bina. 1968-ci ildən Ölkə əhəmiyyətli tarixi abidə kimi qorunan bu bina qədim qırmızı Gəncə kərpicləri ilə tikilmişdir. İnventar nömrəsi 185-dir. == Tarixi == Abidə XVIII əsrdə Cavad xanın əmri ilə tikilmişdir. Binanın tikintisində qırmızı kərpic və gil-əhəng qatışığından istifadə edilib. Bina 2012-ci ilin 4 aprel tarixində sökülmüş və yerində yenisi tikilmişdir. Cavad xanın dövründə binada Usuf bəyin rus dili məktəbi fəaliyyət göstərib. Sovet dövründə gürcü şairi Nikolaz Baratişvilinin ev muzeyi kimi də istifadə olunub. Nikolaz Baratişvili 1845-ci ilin may ayından oktyabr ayınadək Gəncədə Qəza rəisinin müavini vəzifəsində işləyərkən, bu binada yaşamış və işləmişdir. 2012-ci ilə qədər Cavad xanın dəftərxanası muzey kimi fəaliyyət göstərib.
Dəftərdar Sinan Paşa
Dəftərdar Sinan Paşa (ö. 1596) — III Murad və III Mehmed səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi və əsli haqqında məlumat yoxdur. Saray dəftərxanasında yetişdikdən sonra Anadolu dəftərdarı olaraq saraydan ayrıldı. 1582-ci ildə Misir dəftərdarı, 2 il sonra isə Misir bəylərbəyi təyin edildi. Ancaq illik Misir xəzinəsinin həmişəkindən az gəlməsi nəticəsində haqqındakı şaiyələr çoxaldı və 1587-ci ilin aprelində vəzifədən alındı. 1590-cı ildə Diyarbəkir, Mərəş, Konya və 1595-ci ildə Sivas bəylərbəyi oldu. Bu vəzifədə ikən 1596-cı ildə vəfat etdi. == Mənbə == Sicill-i Osmani V, səh.
Dəftərdar Üveys Paşa
Dəftərdar Üveys Paşa (ö. sentyabr 1591) — II Səlim və III Murad səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Atası Aydının köklü ailələrindən olan Qazı Mehmed Əfəndidir. Bu səbəblə atasından aldığı dini təhsilin ardından Tirə qazısı olaraq dövlət xidmətinə başladı. Bu vəzifəsi əsnasında Şahzadə Muradla tanış oldu və onun xidmətinə alınaraq şahzadənin dəftərdarı oldu. Şahzadənin 1574-cü ildə taxta çıxmasıyla o da İstanbula gəldi və Sokollu Mehmed Paşa ilə rəqabət aparmasına baxmayaraq Sultan Murad tərəfindən baş dəftərdar təyin edildi. 1578-ci ildə edam edilən Budin bəylərbəyi Sokollu Mustafa Paşanın yerinə Budinə yollandı. 1579-cu ildə bölgəyə gələn Üveys Paşa o əsnada Avstriya ilə davam edən sülh müzakirələrində iştirak etdi. Bundan başqa əyalət gəlirlərini də artıran Üveys Paşa, düşmən basqını nəticəsində yaranan itkilərdən məsul tutuldu və 3 iyun 1580-ci ildə vəzifədən alındı.
Dəftərdar Əhməd Paşa
Dəftərdar Əhməd Paşa (ö. 1623) — I Əhməd, I Mustafa, II Osman və IV Murad səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Əndərundakı təhsilinin ardından öncə yeniçəri katibi, ardından Misir dəftərdarı, miraxur və yeniçəri ağası oldu. 1615-ci ilin fevralında vəzir rütbəsi alaraq Misir bəylərbəyi oldu. 1617-ci ilin dekabrında vəzifədən alındı və bir müddət sonra nişançı vəzir olaraq divana daxil oldu. 1621-ci ilin noyabrında İstanbulun mühafizəsi ilə vəzifələndirildi ancaq 5 ay sonra çarəsiz qalıb qaçıb gizləndi. Sonrakı həyatı ilə bağlı məlumat yoxdur. 1623-cü ildə vəfat etmişdir. == Mənbə == Sicill-i Osmani I, səh.
Dəftərxana
Dəftərxana (pol. kancelarya; lat. cancelarius — "məktub aparan") — təşkilatın sənədləşmə və xidməti yazışması ilə məşğul olan strukturu. Dar mənada bəzi dövlət idarələrinin adı.
Dəftərxana sancağı
Dəftərxana sancağı — kağızları tutmaq üçün istifadə olunan ləvazimat. 1900-cü ildə norveçli Johann Vaaler tərəfindən ixtira olunmuşdur. Kağızları möhkəm tuta bilmək üçün, iç-içə keçmiş iki halqa əmələ gətirən metal teldən ibarət olan bu alətin dizaynı bu günə qədər demək olar ki, heç dəyişilməmişdir. Dəftərxana sancağı ixtira olunmamışdan əvvəl kağızlar iynə ilə bir yerdə tutulurdu. İndi isə bu alət insanların həyatını xeyli asanlaşdırmışdır. == Xarici keçidlər == Vikianbarda Dəftərxana sancağı ilə əlaqəli mediafayllar var.
Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri
Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri (türk. Gence-Karabağ eyaletinin Mufassal Defteri) — Osmanlı İmperiyası hakimiyyəti dövründə Gəncə-Qarabağ əyalətində gəlir mənbəələrini müəyyən etmək və vergiləri nizamlı şəkildə toplamaq məqsədilə yaradılmış özündə statistik məlumatları əks etdirən sənəd. == Haqqında == Osmanlı dövlətinin Gəncə-Qarabağ bölgəsini 1725-ci ildə ələ keçirməsindən sonra vergi yığmaq məqsədilə 1727-ci ildə hazırlanan "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri"ndə Gəncə-Qarabağ əyalətinin kəndlərində nə qədər adamın yaşadığını, onların adı, milli və dini mənsubiyyəti göstərilirdi. Qanunnamə ilə başlayan dəftərdə ərazi-inzibati vahidlərə və onlara tabe olan yaşayış məskənlərinə görə vergi mükəlləfiyyəti daşıyanların adı, atasının adı, ailə vəziyyəti, bəzi hallarda isə, xüsusilə şəhərlilər üçün, peşəsi haqqında məlumat verildikdən sonra əvvəlcə onların əkib-becərdikləri dənli bitkilərdən natural verginin həcmi və ağca ilə dəyəri sonra isə bağ-bostan, arı pətəkləri, işləyən dəyirmanlar, hevyanlar üçün ödənən vergilərin və s. dəyəri yazılırdı. Hər il əyalətdən illik gəlir barədə verilən məlumatlar dövlət dəftərxanasında yoxlanılır, əgər hər hansı bir səbəbdən çatışmazlıq ortaya çıxardısa, böyük vəzirin sədrliyi ilə iclasları keçirilən Divanın çıxardığı qərara əsasən vəziyyətin yoluna qoyulması haqqında əyalətin bəylərbəyinə "buyuruldu", "hökm" və s. göndərilirdi. Səbəb daha ciddi olduğu təqdirdə, məsələyə sultanın özü müdaxilə edərdi. === Texniki məlumat === İki nüsxə olan bu dəftərlərdən biri aidiyyəti olduğu əyalətdə, digəri isə İstanbulda, dövlət dəftərxanasında saxlanılırdı. Hal-hazırda yeganə nüsxəsi İstanbulda Başbakanlık Arxivində (№ 903) saxlanılır.
Hərbi Dəftərxana binası (Novoçerkassk)
Hərbi Dəftərxana binası — Rostov vilayəti Novoçerkassk şəhəri ərazisində yerləşən bina. Novoçerkassk şəhərinin mərkəzində, Ataman küçəsi və Pulatov prospektində qərarlaşır. Bina 1844-cü ildə inşa edilmişdir. Rus klassizmi stilində inşa edilmişdir. Bina mövcudluğunu qoruyub saxlayan qədim binalardan biridir. == Təsviri == Bina künçdə yerləşdiyindən onun hər iki üzü fasad sayılır. Bu fasadın əsas hissəsi Ataman küçəsinə baxır. Üç şərtəbəli bina şəhər ansamlı pozulmamaq şərti ilə işlənmişdir. Pəncərələrin kənaeları xüsusi elementlərlə işlənmişdir. Əsas girişin önündə dörd pəncərə vardır ki, onlarında yuxarı hissəsi üçkünc sirkul formasındadır.
London qeyd dəftəri (Motsart)
London qeyd dəftəri Volfqanq Amadey Motsart tərəfindən 1764-1765-ci illərdə, Motsart ailəsi ilə birlikdə Londonda səfərdə olarkən yazılmış qırx üç ədəd eskizlər və fraqmentlər toplusudur. Yenicə musiqi fəaliyyətinə başlayan gənc Motsart heç kimdən asılı olmadan, müstəqil surətdə musiqini öyrənmək məqsədilə qələm və mürəkkəbdən istifadə etməklə bu qeydləri yazmışdır. Bununla yanaşı, atası Leopold tərəfindən yalnız qələmlə edilən düzəlişlər bəzi qeydlərdə aydın şəkildə görünür. Parçaların çoxu son dərəcə qısa, normal olaraq qırx saniyədən bir dəqiqə arasında, bəziləri dörd dəqiqəyədək davam edir. (məsələn, KV 15t).
Mühümmə dəftəri (1590)
Mühümmə dəftəri — tarixi sənəd, III Sultan Muradın hökmü. 1590-cı ildə İstanbul sülhünün nəticələrinə görə, Azərbaycan Osmanlıları və Səfəvilər arasında bölüşdürülükdən sonra verilmişdir. Həmin sənədə əsasən Gəncə-Qarabağ ərazisindəki qıtlığı aradan qaldırmaq üçün Naxçıvandan çıxarılan hər bir davara görə İrəvan yaxınlığında bir səmimi (pul vahidi), Göyçənin Balıqlı adı yerində isə daha bir səmimi alınmasına yol verilmirdi. Çünki kasıb camaat çətinliyi düçar olur və bahalıq artırdı.Sənəddə göstərilirdi ki, İrəvan və Göyçə bəyləri bu pulun alınmasına görə "dəfələrlə tənbeh olunmalarına baxmayaraq", həmin "bac" yenə də yığılmaqda davam edir. Hökmün sonunda hər bir davara görə qədim qanun əsasında vergi alınması barədə Osmanlı sultanının qəti tapşırığı nəzərə çarpdırılır. Oqtay Əfəndiyev, Şahin Fərzəlibəyli,1590-cı il və 1724-cü illərə aid Naxçıvanla əlaqədar iki tarixi sənəd haqqında,Naxçıvan tarixinin səhifələri(müqavilə toplusu),Bakı,1996. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh.
Qazaxıstan Respublikası Baş nazirinin dəftərxanası
Qazaxıstan Respublikası Baş nazirinin dəftərxanası — Qazaxıstan Respublikası hökuməti daxilində dövlət orqanlarının fəaliyyətini, nəzarət funksiyalarını və qanunvericilikdə və müvafiq Qaydalarda nəzərdə tutulmuş digər funksiyaları əlaqələndirən, habelə dövlət sirrinin, təhlükəsizliyin qorunması və məlumatların təmin edilməsi üzrə səlahiyyətli dövlət orqanıdır.. Qazaxıstan Respublikası Baş nazirinin dəftərxanası haqqında Əsasnamə, Qazaxıstan Respublikası hökumətinin 11 sentyabr 2002-ci il tarixli 993 saylı "Qazaxıstan Respublikası Baş nazirinin dəftərxanası məsələləri" qərarı ilə təsdiq edilmişdir.. Sovet hakimiyyəti dövründə mövcud olmuş Xalq Komissarları Şurası və Nazirlər Sovetlərinin İşlər İdarələri, sonra kombinə edilmiş prezident aparatı (1990–1991), Prezidentin və Nazirlər Kabinetinin aparatı (1991–1994), Nazirlər Kabinetinin İşlər İdarəsi (1994–1995), Nazirlər Kabineti Aparatı (1995), Hökumət aparatı (1995–1997) Baş nazirin dəftərxanası (1997-ci ilin martında yaradılıb). Stepan Şutkin (1995–1999) Altay Tleuberdin (02.09.1998–10.1999) Altay Tleuberdin (13.12.2000–10.01.2007) Bakıtjan Sağıntayev (11.12.2007–30.09.2008) Yerlan Koşanov (02.02.2012–14.03.2017) Nurlan Aldaberqenov (27.03.2017–01.03.2019) Darxan kalıtayev (01.03.2019–25.03.2019) Qalımjan Koyşıbayev (с 26.03.2019) 2020-ci ilə olan vəziyyət: Qazaxıstan Respublikası Baş nazirinin Katibliyi Layihə İdarəetmə Mərkəzi Kadrlar şöbəsi Qazaxıstan Respublikası Baş nazirinin mətbuat xidməti Konsolidə analitik şöbə Qazaxıstan Respublikası Parlamentində Hökumətin nümayəndəliyi Hüquq şöbəsi Regional İnkişaf İdarəsi İqtisadiyyat şöbəsi Sənaye və İnnovativ İnkişaf İdarəsi Sosial və Mədəni İnkişaf İdarəsi Xarici İqtisadi Əməkdaşlıq və Protokol şöbəsi Müdafiə və Hüquq Mühafizəsi şöbəsi Dövlət sirlərinin və xüsusi rabitə növlərinin qorunması şöbəsi Maliyyə və iqtisadi şöbəsi, Nəzarət və sənədləşdirmə təminatı şöbəsi Qazaxıstan Respublikası Baş naziri Aparatının əsas vəzifələri: Qazaxıstan Respublikası Baş Naziri və Hökumətinin informasiya və analitik, təşkilati, hüquqi, sənədli və digər dəstəyi; dövlət sirrinin qorunması sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi; orqan və təşkilatların fəaliyyətinin əlaqələndirilməsi; dövlət sirrinin və informasiya təhlükəsizliyinin qorunması üçün qanuni, inzibati, texniki və digər tədbirlərin hazırlanması, icrasına və uyğunluğuna nəzarət; məlumat bazaları da daxil olmaqla dövlət orqanları üçün vahid informasiya və telekommunikasiya dəstəyi sisteminin yaradılması üzrə işlərin koordinasiyası; Hökumət və Baş nazirin qərarlarının hazırlanması və icrası prosesində dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi; Dövlət Başçısının qərarlarının və Hökumətə verilən tapşırıqların, Hökumət və Baş nazirin qərarlarının, Baş nazir, müavinlərinin, Baş qərargah rəisi və müavinlərinin tapşırıqlarının icrasına nəzarət; Hökumət və Baş nazir qərarları layihələrinin Baş nazir, müavinləri və Aparat rəhbəri imzalamağa qərar verdikləri zaman nəticələrində məlumat və prinsipial xarakter daşıyan maliyyə, iqtisadi, hüquqi və digər aspektlərinin nəzərə alınması və ya müvafiq sənədləri razılaşdırmaq.
Urud və İsgəndərqalası livalarının müfəssəl dəftəri
Urud və İsgəndərqalası livalarının müfəssəl dəftəri (osman. Defter-i mufassal liva-i Urut ve liva-i İskenderkalası) — Osmanlı İmperiyası hakimiyyəti dövründə İrəvan əyalətinin İsgəndərqalası və Urud livalarında gəlir mənbəələrini müəyyən etmək və vergiləri nizamlı şəkildə toplamaq məqsədilə 1593-cü ildə tərtib olunmuş özündə statistik məlumatları əks etdirən sənəd. XVI əsrin 90-cı illərində, yəni osmanlıların Zəngəzur diyarını ələ keçirdikləri dövrdə tərtib olunan dəftər Ankarada Tapu ve Kadastro Kuyum-i Kadime Arşivində saxlanılır (199, vərəq 111a-191a). Səhvən Bəyazid vilayətinin müfəssəl dəftərinə əlavə edilmiş dəftər Akif Muradverdiyev və Hüsaməddin Məmmədovun (Qaramanlı) yaxından köməkliyi ilə 2003-cü ildə Ankarada Türkiyə Dövlət Arxivindən tapılmış və əski əlifbadan Azərbaycan dilinə çevrilmişdir. Dəftər ilk dəfə 2005-ci ildə Musa Urudun Zəngəzur adlı kitabında çap olunub.
Ölüm dəftəri
Death Note (デスノート, Desu Nōto, azərb. Ölüm dəftəri‎) — Tsuqumi Oba (yazıçı) və Takeşi Obata (rəssam) tərəfindən yaradılmış 13 cildlik manqa və eyni adlı anime serial, bir neçə tam metrajlı və bədii film, ranobe və videooyunlar. Manqanın 108 fəsili əvvəldən Shueisha nəşriyyatın tərəfindən çap edilən Weekly Shōnen Jump jurnalında 2003-cü ilin dekabr ayından bəri 2006-cı ilin may ayına gədər nəşr edilmişdir. Bundan əlavə, manqa Yaponiyada 12 cild tankobon şəkildə 2004-cü ilin may ayından bəri 2006-cı ilin oktyabr ayına qədər çap edilmişdir. Orta məktəb şagirdi 17 yaşlı Yaqami Layt (yap. 夜神 月; bəzi tərcümələrdə Layt Yaqami ing. Light Yagami) Ryuk adlı ölüm tanrısının əyləncə xatirinə dünyaya atdığı Death Note adlı dəftəri tapır. Kimin adı bu dəftərə yazılsa həmin adam 40 saniyə içində ölür. Ancaq gərək adı yazarkən həmin insanın üzünü də xəyalından keçirəsən. Bundan əlavə həmin dəftərə bir dəfə də olsun ad yazan şəxs öldüyü zaman nə cənnətə, nə də cəhənnəm gedir.
Ölüm dəftəri (film, 2017)
Ölüm dəftəri — Tsuqumi Oba və Takeşi Obatanın eyni adlı manqanın əsasında çəkilən Adam Uinqard rejissorun ABŞ fantastik qorxu triller filmi. Netflix tərəfindən 2017-ci ilin avqustun 25-də buraxılıb. 2007-ci ildə Malaziyanın The Star qəzetində qeyd olunub ki, ABŞ-də ondan çox film şirkəti Death Note franşizin film adaptasiyasını çəkməkdə maraqlıdır. Əvvəlcə ABŞ-nin Vertigo Entertainment şirkəti remeyk eləməli idi. Çarli və Vlas Parlapanides ssenarinin müəllifləri, Roy Li, Duq Deyvison, Dan Lin və Brayn Uitten isə prodüserləri olmalı idilər. 2009-cu ilin aprelin 30-da Variety jurnalı elan edib ki, yapon film versiyasının distribütori olan Warner Bros. remeyk eləmək üçün müəllif hüquqları əldə edib. Ssenari müəllifləri ilə prodüserlər isə eyni qalıb. 2009-cu ildə Zak Efron onun filmdə baş rolda oynadığı haqqındakı şayiəni inkar edib. 2011-ci ilin yanvarın 13-də elan olunub ki, Şeyn Blək filmin rejissoru, ssenari müəllifləri isə Entoni Baqarotzi ilə Çarls Mondri olacaq.
İlyas Göçmənin şəkil dəftəri (kitab)
İlyas Göçmənin şəkil dəftəri — Səlim Babullaoğlunun şeirlər kitabı. Səlim Babullaoğlu türkiyəli fotoqraf İlyas Göçmənin albomundakı 40 şəklin (lap nağıllarda olduğu kimi!) hərəsinə bir şeir yazıb. Bu şeirlər əsla həmin şəkillərə poetik illüstrasiyalar deyil. Şeirlər bir növ şəkillərin davamıdır, kadr arxasında qalan məqamların inikası, obyektivin görə və göstərə bilmədiklərinin ifadəsidir. Vəşeirləri oxuduqdan sonra bu şəkillər tamaşaçı ilə başqa cür "danışır", tamamilə yeni semantik çalarlar qazanır, özgə bir canlılıq kəsb edir… Qələm dostlarışairin yaradıcılığından bəhs edən məqalələrində Səlimin yazı tərzinin "kinematoqrafik xarakterindən" (yada salaq ki, müasir kino sənətinin əsasında məhz fotoqrafiya dayanmışdır), "sanki ruhun şəklini çəkməsindən" söz açıb. Amma Babullaoğlunun bədii istedadının bu cəhəti ilk dəfə məhz sözügedən silsiləyə daxil olan şeirlərdə bütün tamlığı və parlaqlığı ilə üzə çıxıb… …Məhz bu tipli əsərlər nəhəng dünya ədəbiyyatı okeanına qovuşmağa gətirib çıxara bilər.
Əhməd Mətin-Dəftəri
Əhməd Mətin-Dəftəri (1897-1971) — İranın baş naziri. Əhməd xan Mətin-Dəftəri 1897-cı ildə Mirzə Məhəmməd xan Eynülməmalikin ailəsində, Tehran şəhərində anadan olmuşdu. Mətinəddövlə ləqəbini daşıyırdı. Əhməd Mətin Dəftəri 26 oktyabr 1939 –cu ildən 26 iyun 1940-cı ilədək İranın baş naziri olmuşdu. Beynəlxalq vəziyyətin gərginləşməsi və müharibə təhlükəsinin İran sərhədlərinə yaxınlaşması ərəfəsində Rza şah bəzi siyasi manevrlərə əl atmışdı. O, əvvəlcə almanpərəstlik səpgisində söz-söhbətə səbəb olmuş Mahmud Cəmi paniranist Əhməd Mətin Dəftərlə əvəz etdi. Bundan əvvəl isə Məclis rəisi Daniş Möhtəşəm əlsəltənəni Berlinə, Hitlerlə görüşə göndərmişdi. Diplomatiya sahəsində görülmüş tədbirlər qızışmaqda olan müharibənin İrana doğru istiqamətini səngidə bilmirdi. İranda almanların müxtəlif sahədə üstün mövqeyi müttəfiqlərə bəlli idi. Müharibə ərəfəsində İranın xarici ticarət dövriyyəsinin 80 faizi almanların payına düşürdü.
Fərhad Dəftəri
Fərhəd Dəftəri (1938, Brüssel paytaxt vilayəti[d]) Belçika əsilli İran-Britaniya İslam və Şərq tarixçisidir. Londonda İsmailiyyə Araşdırmaları İnstitutunda direktor müavini, tədqiqatlar və nəşrlər şöbəsinin rəhbəri. London, Tehran, Roma və Vaşinqtonda təhsil alıb. Amerika Universitetində liberal sənətlər üzrə bakalavr və magistr, 1971-ci ildə Berkli Kaliforniya Universitetində İslamşünaslıq üzrə fəlsəfə doktoru dərəcəsi alıb. 1988-ci ildən İsmailiyyəşünaslıq İnstitutunda çalışır. Şiə tarixi, xüsusən də İsmaillik sahəsində avtoritet. 2011-ci ildə Festfont mükafatına layiq görülüb. “İranika”, “İslamika” ensiklopediyalarının müəlliflərindən biri və həm redaktoru, “Böyük Rus Ensiklopediyası” və “İslam Ensiklopediyası”nın müəlliflərindən biri və İsmayıliyyəyə həsr olunmuş üç seriyalı kitabların baş redaktoru. Ensiklopediyalarda və elmi jurnallarda 200-dən çox məqalənin müəllifidir. == İşləri == === Monoqrafiyalar ingilis dilində === Daftary Farhad.

Значение слова в других словарях