DƏRƏ

ümumi meylliyi yuxarıdan aşağıya doğru olan, xətti uzanmış mənfi relyef forması. Daimi su axarlarının-çayların eroziya fəaliyyəti nəticəsində əmələ gəlir. Kifayət qədər rütubətli iqlim şəraitində D. çay hövzələrinə uyğun gələn tam sistem yaradır. Çay dərələrinin dərinliyi və eni çayların yaşından və gücündən, geoloji quruluşundan, ərazinin tektonik rejimindən, eroziya bazisinin vəziyyətindən və ümumi fiziki-coğrafi şəraitindən asılıdır. Yetkinləşmiş dərələrin adətən subasarı, terrasları və köklü /ana/ sahili olur. Dərələrin köndələn kəsimi kanyon, dar dərə, V-şəkilli, U-şəkilli və b. formalarda ola bilər. Düzənlik və dağlıq ərazilərin dərələri morfologiyasına görə kəskin fərqlənir. Birincilər üçün geniş və dərin dərələr, maili və dik yamaclar xarakterikdir, ikincilər isə nisbətən ensiz və müəyyən qədər dərinliyə malik olub, uzununa profili hamar olmayıb kəskin düşür. долина valley
DƏNİZLƏRİN TƏSNİFATI
DƏRƏ BUZLAĞI
OBASTAN VİKİ
Dərə
Vadi və ya dərə — yer səthinin uzunsov, başlanğıcından sonuna doğru meylli formasına deyilir. Dərə başlıca olaraq axar suların eroziya fəaliyyəti nəticəsində əmələ gəlir. Bəzən torpaq sürüşməsi və zəlzələ nəticəsində də yaranır. Dərənin əsas morfoloji hissəsi onun dibi, ətəkləri və yamaclarıdır. Dərənin dibinin ən alçaq – su axan zolağı yataq, daşğın zamanı su basdığı hissəsi isə çaybasar adlanır. Dərənin dibi ilə yamaclarının birləşdiyi yer dərənin ətəyi, ətəkləri ilə suayrıcılar arasındakı hissələri isə dərənin yamacları adlanır. Dərənin ana süxurlarından təşkil olunmuş yamacları hündür və ya alçaq, dik və ya yastı, profildə isə düz, batıq, qabarıq ola bilər. Qobu - yarğanın inkişafının son mərhələsində yaranan, dibi kol və ot bitkiləri ilə örtülən dərin dərədir.
Dərə (Basarkeçər)
Dərə — Ermənistan Respublikasının Geğarkunik vilayətinin Vardenis bələdiyyəsində kənd. Vaxtilə İrəvan quberniyasının Yeni Bəyazid qəzasına, sonralar isə Basarkeçər rayonuna daxil olmuşdur. Dəniz səviyyəsindən təqribən 1980 m hündürlükdə yerləşir. Kəndin ərazisi vaxtilə Səmədağaya mənsub olmuş və burada salınan kənd "Səmədağa dərəsi" adlandırılmışdır. Sovet hakimiyyəti dövründə kəndin adındakı birinci komponent "Səmədağa" ixtisar edilmiş və kənd Dərə kəndi kimi rəsmi sənədlərdə sabitləşmişdir. Toponim Azərbaycan dilində "iki dağ arasında, eləcə də düzənlikdə uzun dərin çuxur" mənasında işlənən "dərə" sözü əsasında yaranmışdır. Kənd dərədə yerləşdiyi üçün Dərə kəndi adlandırılmışdır. Orotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 3 aprel 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilərək "Daranak" adlandırılmışdır.
Dərə (dəqiqləşdirmə)
Dərə — yer səthinin uzunsov, başlanğıcından sonuna doğru meylli formasına deyilir. Yaşayış məntəqələri Dərə (Basarkeçər) — Göyçə mahalının Basarkeçər rayonunda kənd. Dərə Zarat — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd.
Dərə Gilətağ
Dərə Gilətağ – Azərbaycan Respublikasının Zəngilan rayonunun Gilətağ kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 2-də müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. Dərə Gilətağ kəndi Bərgüşad silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini 1918-ci ildə Böyük Gilətağ kəndindən çıxmış ailələr salmışlar. Oykonim dərə (çökək) və Gilətağ (kənd adı) komponentlərindən düzəlib, "dərədə yerləşən Gilətağ kəndi" mənasındadır. Toponimin birinci komponenti onu eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirmək məqsədilə əlavə edilmişdir.
Dərə Səbz
Dərə Səbz (fars. دره سبز‎; azərb. Qurd Dəliyi‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin İsfəndan dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 40 ailədə 57 nəfəri kişilər və 69 nəfəri qadınlar olmaqla cəmi 126 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Dərə Zarat
Dərə Zarat — Azərbaycanın Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Zarat kənd Sovetinin Dərə Zarat kəndi Beşdam kənd Sovetinin tərkibinə verilmişdir. XIX əsrdə Zarat kəndindən çıxmış ailələrin dərədə saldığı yaşayış məntəqəsidir. Bəzən Yenikənd də adlandırılmışdır. Oykonim "dərədə salınmış Zarat kəndi" deməkdir. Kənd Ataçayın sağ sahilindən 3 km. aralı, Yan silsiləsinin (Böyük Qafqaz) yamacında yerləşir. Əhalisinin sayı 36 nəfərdir.
Dərə hamamı
Dərə hamamı — XIX əsrdə Şəkidə tikilmiş abidə. Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir. Hazırda yararsız haldadır. Hamam, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. 2019-cu il iyulun 7-də "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Şəki şəhərinin tarixi mərkəzində yerləşən Dərə hamamı da Ümumdünya İrsinə daxildir. 1870-ci illərdə sahibkar Məmmədnəbi 6 metr dərinlikdə torpağı qazdıraraq Dərə hamamını tikdirib. Hamam iki böyük zaldan və köməkçi otaqlardan ibarətdir. Hamamın çöl və ya bayır salon adlanan salonu, yuyunmaq üçün nəzərdə tutulmuş bir qrup başqa otaqları var. Soyunma otaqları köməkçi otaqlar vasitəsilə yuyunma salonuna birləşir.
Dərə Bid (Həftkel)
Dərə Bid (fars. دره بید‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 44 ailədə 88 nəfəri kişilər və 103 nəfəri qadınlar olmaqla cəmi 191 nəfərdir.
Dərə Girdələ (Bükan)
Dərə Girdələ (fars. داره گردله‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (26 ailə).
Antesedent dərə
Asılı dərə
Fövqəladə dərə
Fövqəladə dərə – obyektin insana oxşarlıq dərəcəsi ilə bu cür obyektə qarşı emosional cavab arasında əlaqə quran hipotez. Termin ilk dəfə Yaponiya robototexnika professoru Masahiro Mori tərəfindən "Bukimi no Tani Genshō" (不 気味の谷現象) adlı məqalədə işlədilmişdir. Mori bu fikri inkişaf etdirərkən Ernst Yentşin 1906-cı ildə yazdığı "Fövqəladəliyin psixologiyası" və Ziqmund Freydin 1919-cu ildə yazdığı "Fövqəladəlik" məqalələrindən istifadə etmişdir. Hipotezdə adı çəkilən dərə robotun insana bənzərlik dərəcəsi ilə insanın bu robota verdiyi reaksiya arasındakı əlaqəni göstərir. (bkz. Şekil 1). Ümumi şəkildə, robotun xarici görünüşü və davranışları insanınkinə yaxınlaşdıqca müşahidəçi insanın robota qarşı göstərdiyi emosional reaksiya müsbət şəkildə artır. Lakin robotu sadalanan əlamətlərə yaxınlaşdırdıqca elə bir nöqtəyə çatırıq ki, bu reaksiya qəfildən müsbətdən mənfiyə çevrilir. Əgər həmin nöqtə aşılsa vvə robota insan xüsusiyyətləri əlavə edilməyə davam edilsə, müşahidəçinin gözündə "az qala insan"la "tamamilə insan" arasındakı fərqlər yox olar və hipotezdə adı çəkilən "fövqəladəlik" hissi ortadan qalxar.
Köndələn dərə
Köndələn dərə (rus. поперечная долина, ing. transverse valley) — qırışıq srukturaların uzanma istiqamətini düz və əyri bucaq altında kəsən, çay dərəsi. Eroziyaya qarşı davamlı süxurların növbələşdiyi sahələrdə köndələn dərələr bərk süxurlarda daralır, boş süxurlarda genişlənir. K. d. uzununa profili adətən pilləli olur. K. d. su anbarları və su elektrik stansiyalarının tikilməsi üçün əlverişlidir.
Monoklinal dərə
Neytral dərə
Obsekvent dərə
Poxlu dərə
Poxlu dərə — Bakının Şimal-Şərq tərəfində, Qanlı təpənin ətəyindəki, indiki Təzə Bazarın yerləşdiyi dərə. XIX əsrin ortalarınadək, yəni Bakıda kanalizasiya düzələnədək həyətlərin nəcisləri xüsusi arabalarla gecə vaxtı daşınaraq, şəhər xaricinə çıxarılırdı. Bu məxsusi arabalar iri ağızları olan dəmir və taxta çəlləklər düzəldilirdi. Həmin zamanlarda şəhərdə yüzə qədər belə araba var idi. Arabaçılar öz yüklərini adətən şəhərdən çox kənarda olan indiki Təzə Bazarın yerləşdiyi dərəyə boşaldırdılar. Yayın isti aylarında üfunətdən bu ərazidən keçmək mümkün deyildi. Elə həmin vaxtdan da bu dərə "Poxlu dərə" adlanır. Həmin dövrlərdə bu yerlər şəhərin kənarı idi. Lakin sonralar şəhər böyüdükcə nəcis daha uzağa daşınırdı. Bundan sonra bu ərazidə şəhərin kasıb və imkansız təbəqəsindən olan sakinləri məskunlaşmışdır.
Resekvent dərə
Resekvent dərə (rus. ресеквентная долина, ing. resequent valley, secondary consequent valley) — konsekvent çayın ikinci dərəcəli qolunun dərəsi olub, onun axım istiqamətini təkrarlayır və adətən süxur laylarının yatımına uyğun gəlir.
Yarımaçıq dərə
Yarımaçıq dərə (rus. полуоткрытая долина, ing. half open valley) — yamacların aşağı hissəsi birləşən, yuxarı hissədə başqa dərəyə keçən dərə.
Yaşıl Dərə
Yaşıl Dərə və ya Yaşıldərə — Sumqayıt şəhəri periferiyasında yerləşən gecəqondu və bağlardan ibarət yaşayış massivi. Yaşayış massivi cənubdan Ceyranbatan, şərqdən Saray qəsəbəsinə doğru uzanır. Şimaldan Sumqayıt şəhərinin məhəllə və mikrorayonları əhatələnən massivdə ilk məskunlaşmalar 90-cı illərdən başlasa da, tikinti bumu əsasən 2000-ci illərin ortalarından etibarən intensivləşib. Hal-hazırda massiv Sumqayıt şəhər əhalisinin mənzil tələbatını qarşılayan əsas ərazilərdən biridir. 2013-cü ildə hazırlanmış Sumqayıt şəhərinin Baş Planında Yaşıldərə ərazisi Sumqayıtın əsas genişlənmə istiqamətlərindən biri kimi nəzərdə tutulub.
Yetkin dərə
Yetkin dərə (rus. зрелая долина, ing. mature valley) — tarazlıq profili yaranmış geniş, terraslaşmış, çay dərəsi.
Ölü dərə
Ölü dərə (rus. мертвая долина /сухая долина/, ing. dry valley, dead valley) 1) nadir hallarda, yaxud bir neçə ildə bir dəfə düşən güclü leysan nəticəsində qısa müddətli axına malik olan, arid səhraların, dərələri. 2) Qrunt suları səviyyəsinin düşməsi, və ya iqlim dəyişməsi, yaxud qonşu çay vasitəsilə zəbt olunması nəticəsində su axınından məhrum olmuş dərə.
İtqıran (dərə)
İtqıran — Azəarbaycan Respublikası Cəbrayıl rayonu dağ Tumas kəndi ərazisində dərə adı. Ermənistanda İtqıran kənd və Laçın rayonu çəmbər kəndi ərazisində İtqıran dağ adları ilə mənaca eynidir. Qıpçaqların İd (Ed, Et) tayfasının adından və qədim türk dillərində kuran "50 alacıqdan ibarət düşərgə" sözündən ibarətdir. XIX əsrdə Şimali Qafqazda Ter əyalətində Nalçik dairəsində İtqırtı (dağ), İtkolu (çay), həmin əyalətin Qrazlı dairəsində Etkala, Azərbaycanda İtyat (dağ) Ermənistanda İtgör. Gürcüstanda İdleti hazırda Azərbaycanda Ətcələr və b. adlarla mənşəcə eynidir.
Şor dərə
‎Şordərə-i Süfla (Germi) ‎Şordərə-i Ülya (Germi) Şordərə (Mərənd) Şordərəçay — Ordubad rayonu ərazisində çay. Şordərə — Abşeron yarımadasının c.-q.-ində, Güzdək qəsəbəsindən ş.-da quru çay dərəsi; Şordərə — Lerik rayonu ərazisində çay.
Əncirli dərə
Əncirli dərə — Qaradağ rayonunda dərə; Əncirli dərə — Qubadlı rayonunda dərə; Əncirli dərə — Zəngilan rayonunda dərə; Əncirli dərə — Cəbrayıl rayonunda dərə.
Doqquzuncu Dərəcə boğazı
Doqquzuncu Dərəcə boğazı - Hind okeanınında yerləşən Lakkadiv adalarının cənubunda yerləşən Mininoy adasını şimalda kiçik adalardan ayırır. Boğaz 9 dərəcədə yerləşir. Hind okeanın Lakkadiv dənizi hövzəsinə daxildir. Eni 200 km təşkil edir. Dərinliyi 2597 m təşkil edir.
Dərə Qiyas (Bicar)
Dərə Qiyas (fars. دارغياث‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 256 nəfər yaşayır (66 ailə). Əhalisini kürdlər təşkil edir.
Dərə piri (Şahbuz)
Dərə piri, Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu ərazisində ziyarətgah. Şahbuz rayonunun Nursu kəndinin şimalında, dərənin içərisində ziyarətgah. Pirin binası son zamanlarda təmir edilmişdir. Pir binası beşbucaqlı formadadır. Binanın girişi cənub tərəfdəndir. Onun içərisində bir böyük və iki kiçik müsəlman qəbiri vardır. Pirin içərisində həmçinin biri böyük, biri isə kiçik olmaqla iki qara daş vardır. Pır yerli əhalinin müqəddəs ziyarətgahlarından biridir. İnsanlar bura gələrək qurban kəsir və niyyətlərinin hasil olması üçün ziyarət edirlər. Pirin içərisi xalça və palazlarla döşənmiş, islam müqəddəslərinin rəsmləri ilə bəzədilmişdir.
Dərə Şahbuz yaşayış yeri
Dərə Şahbuz — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində qədim yaşayış yeri. Eneolit dövrünə aid yaşayış yeri rayonunun Külüs kəndindən şimalda, Külüsçayın sağ sahilində yerləşir.. Buradan aşkar olunan keramika məmulatı başlıca olaraq iki qrupa ayrılır. Birinci qrup qum qarışıq gildən, ikinci qrup isə saman qarışıq gildən hazırlanmış keramikalardır. Keramika nümunələri Qarğalartəpəsi və Şomutəpə abidələrindən aşkarlanan keramika ilə bənzərlik təşkil edir.
Dərəbas
Dərəbas — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Rayon mərkəzindən 29 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Dərəbaz formasında qeyd edilmişdir. Kəndin adı 844-cü ildən çəkilir. Toponim Azərbaycan dilində «iki dağ arasında çuxur» mənası bildirən dərə sözünə türk dillərində «dağın başı», «zirvə» mənasında işlənən bas sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10.IX.1946-cı il fərmanı ilə adı dəyişdirilib Darbas (Darvaza) qoyulmuşdur. Ermənilər buraya 1828-29-cu illərdə Türkiyədən köçürüllərək yerləşdirilmişdir. Ermənilərlə yanaşı kənddə 1831-ci ildə 164 nəfər, 1873 - cü ildə 515 nəfər, 1886-cı ildə 553 nəfər, 1897-ci ildə 730 nəfər, 1908-ci ildə 440 nəfər azərbaycanlı yaşamışdır.
Dərəbazarı
Dərəbazarı — Türkiyədə Rizə vilayətinin bir rayonudur. Rizənin Trabzon tərəfindəki əsas sahil yolunda yerləşir. İctimai həyat yay aylarında canlanır və əhali yay aylarında qış aylarına nisbətən daha çox olur. Rayonun sahil zolağı ümumiyyətlə çox təmiz və üzgüçülük üçün əlverişlidir. Yeganə çatışmazlıq dəniz boyunca qumlu sahələrin olmamasıdır. Rayonda 7 məhəllə və 11 kənd var. Rayonun iqtisadiyyatı ümumiyyətlə çay istehsalından və çay zavodundakı işçilərin mövsümi işlərindən asılıdır. Xüsusilə yay aylarında çay zavodlarının mövsümi işlərinin başlamasından sonra iqtisadiyyatda bir canlanma diqqəti çəkir. Rizənin və iqtisadi nəqliyyatın yaxınlığı səbəbiylə insanların çoxu vilayətdən olan ehtiyaclarını ödəyir və ticarət olduğu yerdən çox geridə qalır. Rayonda sənaye ağac məhsulları üzərində üstünlük təşkil edir.
Dərəbəyli (Meşkinşəhr)
Dərəbəyli (fars. دره بيگ لو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 175 nəfər yaşayır (34 ailə).
Dərəbəylik (film, 2010)
Dərəbəylik — Takeşi Kitanonun filmi. Film ilk dəfə 2010 Kann kinofestivalında 2010-cu ilin mayın 17-də nümayiş olunub. Yaponiyada ilk nümayişi isə həmin ilin iyunun 12-də Office Kitano və Warner Bros.-ın Yaponiya filialının əməkdaşlığı vasitəsilə baş verib.
Dərəcik (Xudafərin)
Dərəcik (fars. دره جيك‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 106 nəfər yaşayır (31 ailə).
Dərəcənnət
Dərəcənnət — Azərbaycan Respublikasının Şəki rayonunun Suçma kənd inzibati ərazi dairəsində kənd. Dərə Cənnətli Şəki rayonunun Sucma inzibati ərazi vahidində kənd. Daşüz silsiləsinin yamacındadır. Rayonun ərazisində cənnətli tayfa adı ilə bağlı digər kənd adından (Təpə Cənnətli) fərqləndirmək məqsədilə nisbətən çökəkdə olan bu kənd Dərə Cənnətli adlandırılmışdır. Kəndin əhalisi 879 nəfər təşkil edir ki, onun da 435 nəfəri kişi, 444 nəfəri isə qadındır.
Dərəcənnət bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dərəgəh-i Lütfullah (Sulduz)
Dərəgəh-i Lütfullah (fars. درگه لطف اله‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 461 nəfər yaşayır (76 ailə).
Dərəgəh-i Oruzxan (Sulduz)
Dərəgəh-i Oruzxan (fars. درگه ارسخان‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 319 nəfər yaşayır (83 ailə).
Dərəgəzi (Xudafərin)
Dərəgəzi (fars. دارآغزی‎) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 68 nəfər yaşayır (22 ailə).
Dərəköhnəbinə kəsilişi
Dərəköhnəbinə kəsilişi Böyük Qafqaz kənar dəniz hövzəsinin qitə yamacında təbaşirin ortalarında sualtı-sürüşmə deformasiyaları nəticəsində üst apt-alb plastik çöküntülərində yaranmış disharmonik qırışıqlığın əyani nümunəsidir. Bu süxur dəstəminin Giləzi qəsəbəsindən Xızı şəhərinə gedən yolun 11-ci kilometrindən başlayaraq uzunluğu 5 km olan gözəl açılışı ətraf əraziyə özünəməxsus kolorit verir.
Dəyirman dərəsi yaşayış yeri
Dəyirman dərəsi yaşayış yeri — Yuxarı Yaycı kəndindən şərqdə Ağbulağın yaxınlığında yerləşir. Burada dağ çayının sağ sahilində qaya parçalarından tikilmiş dördkünc formalı bina qalıqları və boru şəklində yonulmuş iri qaya parçalarına rastlanmışdır. Yerli əhalinin məlumatına görə burada vaxtilə dəyirman olmuşdur. Lakin hazırda о tamamilə dağıdılmışdır. Yaşayış yerindən Erkən Orta əsrlərə aid bir neçə keramika parçası aşkar olunmuşdur. Yaşayış yerini III–X əsrlərə aid etmək olar.

Значение слова в других словарях