Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
USMLE
Amerika Birləşmiş Ştatlarının Tibbdə Lisenziya imtahanı (USMLE) - üç mərhələli (Step 1,2 ve 3) bir imtahan olub ABŞ xaricində alınan tıbb təhsilinin ABŞ-də qəbul edilməsi üçün gərəklidir . == USMLE (The United States Medical Licensing Examination) == USMLE, ABŞ əyalətlərinin səhiyyə orqanlarından təşkil olunan Federation of State Medical Boards (FSMB) ilə tibb sahəsində imtahan keçirməyə cavabdeh olan digər bir orqan National Board of Medical Examiners (NBME) tərəfindən təşkil edilməkdə və bu qurumlara əlavə olaraq xarici ölkələrdə tibb təhsili alanların diplom uyğunluğu ilə məşğul olan Educational Commission for Foreign Medical Graduates (ECFMG)-in dəstəyi ilə həyata keçirilməkdədir. USMLE həkimlərin bilikləri, anlayışları və prinsipləri xəstələrin müalicəsində etibarlı və effektiv bir şəkildə tətbiq etmə qabiliyyətini qiymətləndirək məqsədi ilə hazırlanmış bir imtahandır. İmtahanın üç mərhələsi də bir-birini tamamlayan tərkibdədir. Heç bir mərhələ ayrılıqda tibb lisensiyasını almaq üçün hazırlığı qiymətləndirə bilməz. == İmtahanın mərhələləri == USMLE imtahanı 3 mərhələdən ibarətdir.. === Step 1 === Step 1’in məqsədi sağlamlıq, xəstəlik və müalicə mexanizmləri ilə əlaqəli əsas bio-tibbi anlayışları qavrama və tətbiq etmə qəbiliyyətini qiymətləndirməkdir. Step 1, anatomiya, davranış elmi, biokimya, mikrobiologiya, patologiya, farmakologiya və psixologiya fənnləri ilə qidalanma, genetika və s. mövzularda suallardan ibarətdir. Test sualları əsasən qrafik və cədvəlləri şərh etmə, patoloji və normal nümunələri ayırd etmə və təməl klinik tibbi biliklərin tətbiqi mövzusundadır.
Sele
Sele (sloven. Celje; alm. Cilli‎) — Sloveniya ərazisində yerləşən şəhər. Ölkənin əhali sayına görə üçüncü ən böyük şəhəridir. Aşağı İştiriya tarixi vilayətinin mərkəzi olmuşdur. Sele şəhər (icma) dairəsinin inzibati mərkəzidir. Şəhər dəniz səviyyəsindən 238 m (781 fut) yuxarıda yerləşir. == Ümumi məlumat == Sele şəhəri Saviya, Lojnisa və Volqayna çaylarının qovuşduğu ərazidə, iri bir təpənin yaxınlılğında yerləşir. Təpədə qədim Sels qəsri yerləşir. Şəhər tarixə Sele qraflığının mərkəzi olaraq daxil olmuşdur (XIV–XV əsrlər.).
Şələ
Şələ (Yardımlı) — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Şələ (nəqliyyat) — ən qədim yükdaşıma qaydalarından biri.
Şələ (Yardımlı)
Şələ — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Şələ (nəqliyyat)
Şələ — ən qədim yükdaşıma qaydalarından biri. == Ümumi məlumat == Şələ - bağlama yük daşıması formasına oxşasa da ondan tamamilə fərqlənir. Şələ vasitəsilə odun, ot, dərz, təndir üçün corpə və s. daşıyırdılar. Şələni düzəltmək üçün muəyyən yükü üst-üstə yığıb bir necə yerindən ilgəkili və ya doğanaqlı irəşmə, çatı vasitəsilə sarıyır, sonra bellərinə qaldırırdılar. Kəndlərimizdə bu üsuldan hal- hazırda da geniş ə istifadə olunur.
Tomas von Şele
Tomas von Şele (23 mart 1969) — İsveçi təmsil edən stolüstü tennisçi. == Karyerası == Tomas von Şele İsveçi 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub.
Esege
Keşlə
Keşlə — Bakıda şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Bakı şəhərinin Nizami rayonunun Keşlə yaşayış massivində yerləşən qəsəbə — Keşlə qəsəbəsi adlandırılmış, şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş və rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. Şəhər tipli Keşlə qəsəbəsi mərkəz olmaqla Keşlə qəsəbə Soveti yaradılmışdır. == Tarixi == Bakının Nizami rayonunda yerləşən qəsəbə 1936-cı ildə yaranmış, 1939-cu ildən Bakının tərkibində əvvəlcə şəhər massivi, 1991-ci ildən isə müstəqil qəsəbə kimi fəaliyyət göstərir. Əhalisi 100 min nəfəri keçmişdir. Əhalinin iş yerlərinin çox hissəsini sənaye sahələri və ticarət obyektləri təşkil edir. Maşınqayırma zavodu və sosial obyektləri var. Toponimin mənası “düzən”, “geniş vadi” kimi izah edilir. Vəli Həbiboğlu Məcidovun yazdığı “Keşlə və Keşləlilər” adlı kitabda ətraflı araşdırılmışdır. Qəsəbədən Şirvanşah sarayına çıxış olmuşdur.
Selen
Selen (Se) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 34-cü element. Fotokeçirici xüsusiyyəti səbəbiylə fotokopiya aparatlarında istifadə edilir. Şüşə sənayesində, xüsusilə yaqut rəngli şüşə və mina istehsalında istifadə edilir. Həmçinin, foto tonik, fotoelektrik gözələr, televiziya kameraları və işıq ölçərlərin istehsalında; günəş gözələrində yarımkeçirici və polad istehsalında da qatqı maddəsi olaraq istifadə olunur. Bitkilərdə selenin miqdarı 0.000001% (kütlə ilə) təşkil edir.Bəzi bitkilər seleni torpaqdan mənimsəyərək toplamaq qabiliyyətinə malikdir, onların arasında payız astra çiçəyi də var. Selenin miqdarı sarımsaqda, zeytunda, dəniz yosunlarında, paxlalılarda , hind qozunda, püstədə və keşdə daha cox olur. Spirulin yosunu, dərman evkalipti, ural biyanı, səhra efedrası çöl qatırquyruğu selen ilə zəngindir. Lakin son yüz ildə torpaqda selenin azlığı müşahidə olunur və nəticədə tərəvəzdə də onun miqdarı az olur.Selen gübrələri lazımı səmərə vermir. Buna səbəb odur ki, nitratlar, xloridlər və fosfatlar seleni əlaqələndirərək həll olmayan birləşmələrə çevirirlər. Otuz dərman bitkisi seleni toplayır.Belə bitkilərə demirotu, meşə çiyələyi, yunlu üskükotu, aptek çobanyastığı, itburnu, çılpaq biyan, ağacabənzər aloe, qanqırmızı yemişan aiddir.
Sufle
Sufle (fr. Soufflé) —18-ci əsrə aid fransız şirniyyat növü.Sufle sözü fransızca "üfürmək", "şişirmək" mənalarını ifadə edən "souffler" feilindən yaranmışdır. Tərkibindən asılı olaraq əsas yemək, yaxud desert olaraq təqdim oluna bilər. Suflenin bir çox növü vardır.
Usenet
Usenet yaxud User Network (azərb. İstifadəçi şəbəkəsi‎) — Ünsiyyət və faylları dərc etmək üçün istifadə olunan kompüter şəbəkəsi. Usenet istifadəçilərin də göndərə bildiyi xəbər qruplarından ibarətdir. Məlumatlar serverlərdə saxlanılır və onlar bu məlumatları öz aralarında mübadilə edirlər. Usenet müasir veb-mədəniyyətin inkişafına böyük təsir göstərib: ayama (NICKNAME), smaylik (SMILEY), imza (SIGNATURE), moderator, trollinq (TROLLING), flud (FLOOD), fleym (FLAME), BAN, FAQ və SPAM kimi anlayışların geniş yayılmasına təkan verib. Usenet bu gün də geniş istifadə olunan “qocaman” şəbəkələrdəndir. O, geniş ictimaiyyətin İnternetə çıxışının olmadığı vaxtda – 1980-ci ildə meydana çıxıb. Sistem Duke Universitetində işlənib hazırlanıb. Hazırda Usenet ayrıca şəbəkə olmayıb, İnternetin bir hissəsidir. Praktiki olaraq Usenet-trafikin hamısı İnternet üzərindən ötürülür, məlumatların formatı və onların ötürülmə üsulu elektron poçta çox bənzəyir.
Usolye
Usolye — Rusiya Federasiyasında yerləşən şəhər Perm diyarına daxildir
Uşilu
Ər Uşilu Şanyü (v. e.ə. 101) — Hunların yeddinci şanyüsü. Ər Uşilu Şanyü uşaq yaşda taxta çıxmış və cəmi 3 il hakimiyyətdə qalmışdı. Onun dövründə Hunlar Çinlilərə bir çox döyüşdə qalib gəlmişdi. Özü isə eramızdan əvvəl 102-ci ildə xəstələnərək çox cavan yaşda öldü.
İskələ
Estakada — dənizdə və ya göldə gəmilərin yanaşması üçün körpü. Sərnişinlərin minməsi və enməsi və naviqasiya dövründə yenidən yükləmə əməliyyatları üçün nəzərdə tutulmuşdur. Adətən gəminin burada bağlanması üçün 1 və ya 2 yerə sahib olur. == Tarixi == O, həm qalıcı (mol şəklində), həm də üzən formada (barja, debrakader və ya ponton üzərində) ola bilər.
Şürele
Şəlvə
Şəlvə (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Şəlvə (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd.
Əmələ
Əmələ (fars. عمله قشقایی Əməle-yi Qaşqayi‎; bəzi mənbələrdə Cəfərbəyli) — Qaşqayları təşkil edən ən böyük beş tayfadan biri. == İstinadlar == == Xarici keçidlər == Yrd. Doç. Dr. Muhittin Çelik. "Kaşkay Türkleri" (türk). 2016-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-30.
Əzələ
Əzələ — insan və heyvanların bədənində hərəkəti təmin edən strukturlar. İnsan skeletinin ətrafı elastik əzələlərlə əhatələnib. Skelet və əzələlər bədənin formasını müəyyənləşdirir. Hərəkəti təmin edən əzələlər skeletə bağlıdır. Əzələlər lifli quruluşdadır. Əzələ lifləri birləşib əzələ dəstələrini yaradır. Üzəri pərdəylə örtülmüş əzələ dəstələri də sümüklərə və oynaqlara bağlıdır. Əzələlər, lifli quruluşu sayəsində sıxılıb boşalaraq sümükləri hərəkətə gətirir. İnsanın təkcə üzündə 40-dan artıq əzələ var. Bu əzələlər sayəsində insan sifətində müxtəlif mimikalar yaranır.
Dələ
Dələ və ya bəzi bölgələrdə sovsar (lat. Martes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi.
Adele Noyhauzer
Adele Noyhauzer (alm. Adele Neuhauser‎ d. 17 yanvar 1959, Afina) — Avstriyanın teatr və kino aktrisası, Avstriya Film Akademiyasının üzvü. == Bioqrafiyası == 17 yanvar 1959-cu ildə Afinada anadan olmuşdur. Dörd yaşında ailəsi ilə Yunanıstandan Avstriyanın paytaxtı olan Vyanaya köçür. Valideynlər boşandıqda, yunan əsilli atası Qeorq ilə yaşayır. On yaşında biləyindəki vena damarlarını kəsir. Sonra ailədən qaçır, daha bir neçə intihara cəhdlər edir. Adele gənc yaşda aktrisa olmaq istəyir. 1976-1978-ci illərdə Krauss Teatr Məktəbində təhsil alır.
Avqus Uesli
Avqus Anselm Vesli (3 avqust 1887, Tampere – güm. 1942, Leninqrad) — Finlandiyalı jurnalist, həmkarlar ittifaqının üzvü və inqilabçı. 1918-ci il Finlandiya vətəndaş müharibəsində Qırmızı Qvardiyaya rəhbərlik etmişdir. == Həyatı == === Erkən illəri və Finlandiya vətəndaş müharibəsi === Avqus Anselm Veslin Tampere şəhərində dünyaya gəlib və 1904-cü ildə 17 yaşında ABŞ-yə köç edib.
Basma üsulu
Basma üsulu - fırlanma səthinə malik hissələrin təzyiq altında emalı üçün tətbiq olunur. Bu üsulun səciyyəvi göstəricisi ondan ibarətdir ki, deformasiya zamanı alətlə pəstah arasında təmas presləmə, ştamplama və döymə kimi üsullardan fərqli olaraq lokal baş verir. Yəni alət kiçik xətt və ya sahə üzrə pəstahla kontakta girərək onu addım-addım plastiki deformasiya etdirir. Emaldan sonra divarın qalınlığı sabit qalır. Pəstahın fırlanması sayəsində alətin trayektoriyası pəstah üzrə qalxımı kiçik olan vintvari iz buraxır. Alətin verişi kiçik olduğundan pəstahın bəzi sahələri dəfələrlə plastikiləşmə prosesindən keçir. Basma zamanı metal lövhədən olan pəstah orta hissəsindən dayaqla matrisaya sıxılaraq fırladılır. Eninə supportda bərkidilmiş alət yandan pəstaha yaxınlaşır və onu tədricən deformasiya edərək basma patronun üzərinə sıxır. Üsulun texnoloji imkanları toxunan gərginlikləri sayəsində qırışların, toxunan və radial istqamətlərdə çatların yaranması ilə müəyyən olunur. Şəkildə basma üsulu ilə əldə edilmiş hissələr təsvir olunmuşdur.
Dekripitasiya üsulu
Dekripitasiya üsulu - belə bir təsəvvürə əsaslanır ki, mineralın böyüməsi dövründə zəbt etdiyi birfazalı flüid və ya məhlul soyuduqda və təzyiq aşağı düşdükdə maye, qaz və bəzən bərk fazalara parçalanır, mineralı qızdırdıqda isə proses əks istiqamətdə gedir və möhtəvinin bir fazalıya çevriləməsinədək davam edir. Təzyiq və konsentrasiyaya düzəlişlər etdikdən sonra möhtəvinin partlayış temperaturu, mineralın əmələ gəlmə temperaturu kimi qəbul edilir. Partlayış temperaturu ossiloqraf, elektromexaniki sayğac və başqa cihazlar vasitəsilə qeydə alınır. Sinonim: Termosəs üsulu. == Həmçinin bax == Mineral Maye Qaz == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Deltayabənzər əzələ
Deltayabənzər əzələ (lat. musculus deltoideus) — insan çiyninin səthi əzələsi olub onun xarici hüdudlarını müəyyən edir. Bazunun açılıb bükülməsini təmin edir və qolun uzaqlaşdırır. Forması üçbucağa ya yunan əlifbasının "delta" hərfinə bənzədiyi üçün deltayabənzər adlandırılmışdır.
Dodaqdan Ürəyə
Dodaqdan qəlbə (roman)