DƏVƏTİKANI

сущ. бот. деведцаз, къалгъан (гзаф кьуру чкайра ва баябанра экъечӀдай девейри недай цацар алай са хъач).
DƏVƏTEDİCİ
DƏVƏTLİ
OBASTAN VİKİ
Dəvətikanı
Dəvətikanı (lat. Alhagi) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Tarixçə == Orta əsr Azərbaycan təbabətində dəvətikanın "tərancəbin" adında qatı, bərkimiş şirəsi (еlmi dildə "manna") gеniş istifadə еdilirdi. Məhəmməd Mömin yazır ki, dəvətikanının mannası cinsi həvəsi artırır, öskürəkdə, sinə ağrılarında, ürəkbulanmada, güclü titrəmə-qızdırmada və susuzluqda xеyirlidir. Kərə yağı ilə manna sidik tutulmasında da xеyirlidir. Dalaq üçün zərərlidir. Onun zərərini tamarind toxumları və innab aradan qaldırırlar. Dozası: 32 – 135 q. Onu söyüd mannası əvəz еdir. İbn Sina təsdiq еdir ki, dəvətikanının mannası öskürəyi dəf еdir, sinəni yumşaldır, susuzluğu aradan qaldırır və azca ödqovucu təsirə malikdir.
Adi dəvətikanı
Adi dəvətikanı (lat. Alhagi maurorum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin dəvətikanı cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 30-70 sm olan çoxillik tiknalı ot bitkisidir. Gövdəsi açılmış budaqlıdır, budaqları çılpaq, nazik, yaşıl rəngdədir, iti bucaq altında yuxarı yönəlmişdir. Aşağıdakı tikanları 1-2 sm uzunluqda bərk, digərləri yumşaq elastik, yayın sonlarında bir qədər bərkiyir və 2-3 sm çatır. Yarpaqlarının uzunluğu 5–28 mm, eni 1–8 mm, uzunsov lansetvari və ya oval formalıdır. Çiçəkləri, 3-8 sayda olmaqla, tikanların üstündə açılır, tacı çəhrayıdır. Paxlası çılpaq, əyri və ya düzdür, hərəsində 1-10 toxum vardır. İyun-iyul aylarında çiçəkləyir və meyvə verir. == Mənşəyi və yayılması == Adi dəvətikanı kserofil coğrafi tipinin önasiya sinfinin kiçik asiya qrupuna aiddir.
İran dəvətikanı
Adi dəvətikanı (lat. Alhagi maurorum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin dəvətikanı cinsinə aid bitki növü. Hündürlüyü 30-70 sm olan çoxillik tiknalı ot bitkisidir. Gövdəsi açılmış budaqlıdır, budaqları çılpaq, nazik, yaşıl rəngdədir, iti bucaq altında yuxarı yönəlmişdir. Aşağıdakı tikanları 1-2 sm uzunluqda bərk, digərləri yumşaq elastik, yayın sonlarında bir qədər bərkiyir və 2-3 sm çatır. Yarpaqlarının uzunluğu 5–28 mm, eni 1–8 mm, uzunsov lansetvari və ya oval formalıdır. Çiçəkləri, 3-8 sayda olmaqla, tikanların üstündə açılır, tacı çəhrayıdır. Paxlası çılpaq, əyri və ya düzdür, hərəsində 1-10 toxum vardır. İyun-iyul aylarında çiçəkləyir və meyvə verir. Adi dəvətikanı kserofil coğrafi tipinin önasiya sinfinin kiçik asiya qrupuna aiddir.

Значение слова в других словарях