DƏVƏYUNU
DƏYANƏTLİ
OBASTAN VİKİ
Dəyanət Məmmədov
Dəyanət Osmanlı
Dəyanət Osmanlı (əsl adı: Dəyanət Osman oğlu Bayramov; 16 iyun 1965, Saraçlı, Bolnisi rayonu) — Azərbaycan şairi, publisisti və jurnalisti. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü və Prezident təqaüdçüsüdür. Dəyanət Osman oğlu Bayramov 16 iyun 1965-ci il tarixində SSRİ respublikalarından olan Gürcüstanın Bolnisi rayonundakı Saraçlı kəndində anadan olmuşdur. O, 1972-ci ildə Saraçlı orta məktəbində təhsil almış, bir il sonra Azərbaycana köçərək Sumqayıtda Xovlu iplik fabrikində işləmişdir. Osmanlı SSRİ Silahlı Qüvvələrində xidmət etdikdən sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olmuş və 1991-ci ildə oradan məzun olmuşdur. Dəyanət Osmanlının ilk şeirləri 1989-cu ildə "Ədəbiyyat və incəsənət" qəzetində və "Ulduz" jurnalında dərc olunmuşdur. Bundan sonra o, "Ulduz", "Azərbaycan" jurnallarında və "Ədəbiyyat və incəsənət", "Dədəm Qorqud", "Yol", "Oğuz eli" və digər mətbuat orqanlarında öz şeirləri, publisistik məqalələri ilə vaxtaşırı çıxış etmişdir. Osmanlı əmək fəaliyyətinə "Mübariz" qəzetində şöbə müdiri kimi başlamışdır. O, sonradan "Fəryad" qəzetində şöbə redaktoru (1990–1992), "Azərbaycan" qəzetində müxbir, parlament müxbiri (1992–2005) vəzifəsində çalışmışdır. Osmanlı 1992-cü ildə "Avanqard" Ədəbi Birliyini yaratmış və ona rəhbərlik etmişdir.
Dəyanət Rzayev
Dəyanət Rzayev (5 avqust 1971, Bakı – 25 yanvar 2017, Bakı) — Azərbaycan psixoloqu. Dəyanət Rzayev yerli mediada tez-tez intiharlara dair ekspert rəyləri ilə çıxış edib, insanları intihardan çəkindirirdi. Dəyanət Rzayev 3 avqust 1971-ci ildə anadan olub. İlk ali təhsili pedoqoji psixologiya, ikinci ali təhsili isə Bədən Tərbiyəsi İnstitutunda bakalavr və idman psixologiyası üzrə magistr dərəcəsi olmuşdur. 1990-cı illərdə futbol üzrə Azərbaycan milli komandasının psixoloqu olub və futbolçularla çalışıb. Sonradan Azərbaycanda ən böyük psixoloji mərkəzlərdən biri "Psixoterapiya Mərkəzi"ni yaratmışdır. Amerika və Avropa Psixoloji Müşavirə Assosiasiyasının üzvü idi. Dəyanət Rzayev evli və 3 uşaq atası idi. Həyat yoldaşı ilə ölümündən bir müddət əvvəl ayrılmışdı. Onun cəsədi 2017-ci il yanvarın 25-də axşam saatlarında Bakının Yasamal rayonunda yerləşən evində aşkarlanıb.
Dəyanət Səlimxanlı
Səlimxanlı Dəyanət Fətulla oğlu — şair, publisist, Məmməd Araz ali ədəbi mükafatı laureatı (1994). Dəyanət Səlimxanlı 1960-cı il iyulun 1-də Azərbaycanda Yardımlı rayonunun Çanaxbulaq kəndində anadan olmuşdur. Burada kənd yeddiillik məktəbi, qonşu Bərcan kəndində orta məktəbi bitirmişdir. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1983–1989). Əmək fəaliyyətinə Sumqayıt şəhərindəki 2 saylı yataqxanada tərbiyəçi müəllim kimi başlamışdır (1989–1990). "Açıq söz" qəzetində müxbir, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində böyük redaktor işləmişdir (1991–1992). Bir müddət fərdi yaradıcılıqla məşğul olmuşdur. Hazırda "Respublika" qəzetinin ştatdankənar müxbiridir (2002-ci ildən). Bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. İlk mətbu şeri "Qayıt ata" 1983-cü ildə "Azərbaycan qadını" jurnalında çıxmışdır.
Dəyanət Əliyev
Dəyanət Ələsgər oğlu Əliyev (18 sentyabr 1982, Ağcabədi rayonu – 24 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Dəyanət Əliyev 1982-ci il sentyabrın 18-də Ağcabədi rayonunun Hacıbədəlli kəndində anadan olub. Azərbaycan Ordusunun giziri olan Dəyanət Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Dəyanət Əliyev oktyabrın 24-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Dəyanət Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Dəyanət Əliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Dəyanət Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Dəyanət işləri üzrə rəhbərlik (Türkiyə)
Dəyanət işleri üzrə rəhbərlik — 3 mart 1924-cü il tarixində Şəriət və Vəqflər Nazirliyinin yerinə qurulan, İslam dininin inancları, ibadətləri və əxlaqi prinsipləri ilə əlaqəli işlərin aparılması, cəmiyyəti din haqqında maarifləndirmə və ibadət yerlərinin idarə olunması ilə məşğul olan qurum. Mustafa Kamal Atatürkün əmri ilə 429 saylı qanuna əsasən Türkiyə Cümhuriyyətinin Baş Nazirliyinə bağlı bir təşkilat olaraq quruldu. 9 iyul 2018-ci ildə ölkənin prezidentlik sisteminə keçməsi ilə təşkilat da Cümhuriyyət başçılığının tabeliyinə keçdi. Konstitusiyanın 136-cı maddəsində belə bir bənd yer alır: 2020 üçün illik büdcəsi 11.519.609.000 Tl təşkil edir.
Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi
Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi və ya qısaca TDV BTL — Bakı təhsil məktəbi. Liseyin bütün xərcləri Türkiyə Dəyanət Vəqfi tərəfindən ödənilir. Ümumi orta təhsil məktəblərində tədris olunan dərs proqramına uyğun olaraq burada dərslər Azərbaycan dilindədir. Liseydə şagirdlər siniflər şəklində dərs almaqda, ingilis dili və ərəb fonetikası kimi dərslərdə isə yarımqruplara bölünməkdədirlər. Təhsil Nazirliyinin təlimatı ilə proqrama uyğun bütün dərslər keçilməklə bərabər burada əlavə olaraq türkcə, ərəb fonetikası, mənəviyyat kimi dərslər də keçilməkdədir. . Bu dərsdə isə şagirdlərə ərəb dilində Quran oxumaq öyrədilir.

Значение слова в других словарях