dəyi

s) ; toyuğu ~ faire farcir un poulet

dəyərsizlik
dəyib-dolaşmaq
OBASTAN VİKİ
"RSFSR-in qeyri-qaratorpaq zonası simasının dəyişdirilməsinə görə" medalı
"RSFSR-in qeyri-qaratorpaq zonası simasının dəyişdirilməsinə görə" medalı — SSRİ Ali Sovetinin 30 sentyabr 1977-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
"Sədərək" un dəyirmanı
Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Referendum (2016)
"Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum — Azərbaycan Respublikasının Konstitusiyasına 2016-cı ildə təklif edilən dəyişikliklərlə bağlı 26 sentyabr 2016-cı ildə keçirilən referendum və onun nəticələri. == Tarixi == 18 iyul 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı layihəsi barədə sərəncam imzaladı. Layihəyə görə Azərbaycan Respublikasının Konstitusiyasının 42 maddəsinə 29 dəyişiklik təklif edilirdi. Həmin tarixlə Prezident sərəncamı ilə “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi rəy verilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərildi. == Dəyişikliklər == Ümumilikdə konstitusiyanın 29 maddəsində dəyişiklik edildi. Referendumda qəbul edilən əsas dəyişikliklər: Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər artırılması. Azərbaycan prezidenti seçilmək üçün yaş məhdudiyyətinin 35 yaşdan 18 yaşa düşürülməsi. Birinci vitse-prezident və vitse-prezident vəzifələrinin yaradılması. Prezidentin öz vəzifəsini vaxtından əvvəl tərk etməsi halında, yeni dövlət başçısı seçilənədək onun səlahiyyətlərinin birinci vitse-prezident tərəfindən icra edilməsi. Prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərini elan etmək hüququnun verilməsi.
Azərbaycanda iqlim dəyişmələri
Azərbaycanda iqlim dəyişmələri − Dünyanı narahat edən qlobal problemlərdən biri də İqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Qeyri-sabit hava şəraiti tək Azərbaycanda deyil dünyanın bir sıra ölkələrində hiss olunmaqda və problemlər yaratmaqdadır. Bu problemlərə diqqətin artması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi və praktiki konfransların keçirilməsində göstərir. İqlim Dəyişmələri üzrə Hökümətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması isə əsasən antropogen amillərlə bağlıdır. Antropogen amillərin də əsası istilik effekti yaradan qazlar: karbon, metan, azot oksidi, azot 1 oksid və xlor-fülor birləşmələridir. Son 100 illik kosmik müşahidələr göstərir ki, tufanların, çovğunların həm intensivliyi, həm də tezliyi artıb. İsti küləklər, qasırğalar, yağıntılar güclənib. Eyni zamanda, sel, daşqın hadisələrinin də sayı artıb.
Azərbaycanın adları dəyişdirilmiş şəhərlərinin siyahısı
Mardakert → Ağdərə (1991)
BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (ing. Framework Convention on Climate Change, UN FCCC) — Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) atmosferdə istixana qazlarının konsentrasiyalarını sabitləşdirməklə "insanların iqlim sisteminə təhlükəli müdaxiləsi" ilə mübarizə aparmaq üçün ölkələr arasında beynəlxalq müqavilədir. 1992-ci ildə Rio-de-Janeyroda keçirilən BMT-nin Ətraf Mühit və İnkişaf üzrə Konfransında (UNCED) 154 dövlət tərəfindən imzalanıb. Katibliyi öncə Cenevrədə olsa da, 1996-cı ildə Bonna köçüb. Müqavilə 21 mart 1994-cü ildə qüvvəyə minmişdir. “UN FCCC” həm də Almaniyanın Bonn şəhərindəki BMT Kampusunda ofisləri olan, konvensiyanın fəaliyyətinə dəstək verməklə məsul Katibliyin adıdır. Çərçivə Konvensiyasının son məqsədi onun 2-ci maddəsində:"atmosferdə istixana qazlarının konsentrasiyalarının iqlim sisteminə təhlükəli antropogen [yəni insan səbəbli] müdaxiləsinin qarşısını alacaq səviyyədə sabitləşdirilməlidir" şəklində göstərilib. Müqavilə, ekosistemlərin iqlim dəyişikliyinə təbii şəkildə uyğunlaşmasına, qida istehsalının gücləndirilməsini təmin etməyə, iqtisadi inkişafın davamlı şəkildə davam etməsinə imkan verən davamlı elmi araşdırmalara və müntəzəm görüşlərə, danışıqlara və gələcək siyasət sazişlərinə çağırırdı. 1997-ci ildə imzalanmış və 2005-2020-ci illəri əhatə edən Kioto protokolu UNFCCC çərçivəsində tədbirlərin ilk icrası olmuşdur. Kioto protokolu 2016-cı ildə qüvvəyə minən Paris sazişi ilə əvəz olundu.
Başladılmamış dəyişən
Başladılmamış dəyişən –( eng.uninitialized variable ) proqramlaşdırmada: elan olunmuş, ancaq istifadə edilənədək heç bir qiymət mənimsədilməmiş dəyişən. Doğrudur, belə dəyişən istifadə anında müəyyən qiymətə malik olacaq, ancaq həmin qiyməti öncədən bilmək olmur. Proqram təminatında xətaya səbəb olan belə hallar proqramlaşdırmada geniş yayılıb. Aşağıdakı proqram nümunəsində k dəyişəninə başlanğıc qiymət mənimsədilmədiyindən onun dövrdən sonra hansı qiyməti alacağını bilmək mümkün deyil. void count( void ) { int k, i; for(i = 0; i < 10; i++) k = k + 1; printf("%d", k); } == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Beynəlxalq Valyuta Dəyişdirmə Bazarı
"Foreks" (tam adı: "Beynəlxalq Valyuta Dəyişdirmə Bazarı"; ing. Forex Trading, Currency Forex, Forex Exchange Market, FX) — dövlətlərarası valyuta dəyişdirmə bazarı.
Bul dəyişəni
Bul dəyişəni– kompüter proqramında: mümkün iki qiymətdən birini alan dəyişən. Kəmiyyətlərin müqayisəsinin nəticələrini hər dəfə yadda saxlamaq lazım gəldikdə Bul dəyişənləri çox faydalı olur. Bul ifadəsi– iki Bul qiymətindən (doğru – true və yalan – false) birini verən ifadə; bəzən məntiqi və ya şərti ifadə də deyilir. Belə ifadələrin tərkibinə < (kiçikdir) və > (böyükdür) kimi nisbət operatorlarının istifadə olunduğu müqayisələr və Bul ifadələrinin məntiqi kombinasiyaları daxil ola bilər. Bul məntiqi– məntiqi qiymətlərin (“doğru”, “yalan”) emalı ilə bağlı olan anlayış. Bir çox proqramlaşdırma dilləri qabaqcadan “doğru” və “yalan” qiymətlərini təyin etməklə Bul verilənlərindən istifadə edir; başqa dillərdə isə Bul qiymətləri tam ədədlər vasitəsilə təyin olunur ki, bu zaman, adətən, (həmişə yox) “0” “yalan” qiymətinə, “0 deyil” isə “doğru” qiymətinə bərabər tutulur. Bul axtarışı – verilənlər bazasında Bul operatorlarından istifadə etməklə axtarışdır. \ == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Cins dəyişdirici
Cins dəyişdirici' — (ingiliscə gender changer, rusca разнополый переходник) – hər iki ucunda ya çəngəl, ya da yuva olan bağlayıcı (konnektor). O, çəngələ qoşulduqda rozet olur və tərsinə; bu qayda ilə iki çəngəli və ya iki rozeti birləşdirmək olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Cənubi Koreyada iqlim dəyişikliyi
1960-cı illərdən 1980-ci ilə qədər sürətli şəhərsalma və sənaye inkişafından bəri Cənubi Koreyada iqlim dəyişikliyinin təsirləri sürətlənmişdir. Sənayeləşmə və əhalinin artması iqlim dəyişikliyi üçün antropogen amillər olan müxtəlif çirkləndiricilər və istixana qazları istehsal etmişdir. Cənubi Koreyada illik temperatur, yağış miqdarı və yağıntı daxil olmaqla iqlim parametrlərində dəyişikliklər yaşanır. Rekord minimum temperatur günlərinin sayı sürətlə azaldı və yay ərzində maksimum yağıntı artmağa başladı. Cənubi Koreya hökuməti 1990-cı ildən bəri hər üç ildə bir milli iqlim dəyişikliyi fəaliyyət planlarını hazırlamışdır. Bu planlara istixana qazı tullantılarının azaldılması, iqlim dəyişikliyinə uyğunlaşma və beynəlxalq əməkdaşlıq daxildir. == İqlim dəyişikliyi == === Yağış artımı === Cənubi Koreyanın paytaxtı Seulda dünyanın ən uzun davamlı instrumental yağış kolleksiyası olan ənənəvi cheugugi(Koreyanın Çoson sülaləsi tərəfindən ixtira edilən və istifadə edilən ilk tanınmış yağış göstəricisidir. Böyük Secong Krallığı dövründə icad edilmiş və hər əyalət idarəsinə tədarük edilmişdir) yağış göstəricilərindən başlayaraq 228 illik yağış qeydləri var. Gündəlik yağıntının qeydləri ekstremal hava hadisələrinin və onilliklər boyu davam edən yağış dəyişkənliyinin təkiliyinin aşkarlanması üçün yüksək dəqiqlikli bir məlumat verir. Yağışlar 1778–1907-ci illər arasında cheugugi ilə ölçülürdü və 1908-ci ildən bəri müasir müşahidə avadanlıqları hazırlanmağa başladı və istifadə edildi.
Dövrün dəyirmanı (kitab)
Dövrün dəyirmanı — Musa Yaqub tərəfindən yazılmış poema və şeirlər toplusu. == Haqqında == “Dövrün dəyirmanı” adlanan kitab şairin 75 yaşı münasibətilə işıq üzü görüb. Şair Musa Yaqubun “Dövrün dəyirmanı” adlı yeni kitabı çap olunub. Poema və şeirlərdən ibarət kitab yazarın 75 yaşı münasibətilə işıq üzü görüb. Dövrün dəyirmanı” çağdaş Azərbaycan ədəbiyyatının ən önəmli simalarından sayılan istedadlı şairin 75 yaşın ucalığından zamana, bəşəriyyətə, insan ömrünə, müxtəlif tale yaşantılarına verdiyi dəyər, hesabatdır. Kitabda şairin 19 poeması ilk dəfə olaraq cəm halında nəşr olunub. Ənənəvi kitab çapından fərqli olaraq əvvəldə poemaların sıralanması ilə başlayan yaradıcılıq məhsullarını şairin müxtəlif dövrlərdə qələmə aldığı seçmə şeirləri “Gördüm yol ayrıcında”, “Dövrün dəyirmanı”, “Sevgi sətirləri” bölümləri müşayiət edir. Kitab şairin “Açıq qoydum qapımı, ümid girsin içəri” və “Ömür yoldaşım Zöhrənin xatirəsinə” bölümləri altında yeni şeirlərlə başa çatır. “Dövrün dəyirmanı” Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə işıq üzü görüb. Redaktoru jurnalist-publisist Nəzirməmməd Zöhrablı, bədii tərtibatçısı gənc yazar Zaur Qəriboğludur.
Dərnəgül Dəyirmanı (1991)
Dərnəgül dəyirmanı (film, 1991)
Dəyirmanlar
Dəyirmanlar (əvvəlki adı: Mixaylovka) — Azərbaycan Respublikasının Goranboy rayonunun Dəyirmanlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Goranboy rayonunun Mixaylovka kəndi Baxçakürd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Mixaylovka kənd Soveti yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 3 iyul 1998-ci il tarixli, 518-IQ saylı Qərarı ilə Goranboy rayonunun Mixaylovka kəndi Dəyirmanlar kəndi, Mixaylovka kənd inzibati ərazi vahidi Dəyirmanlar kənd inzibati ərazi vahidi adlandırılmışdır. == Toponimikası == Kəndin əvvəlki adı Dəyirmanlar olmuşdur. Yaşayış məntəqəsini 1949-cu ildə Xanlar rayonundakı Mixaylovka kəndindən ayrılmış molokan ailələri saldığına görə əvvəlcə Novomixaylovka, sonralar isə Mixaylovka adlandırılmışdır. Kənddə 1950-ci illərdə Ermənistandan qanunsuz olaraq zorla köçürülmüş xeyli azərbaycanlı ailə də məskunlaşmışdır. == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 432 nəfər əhali yaşayır.
Dəyirmanlar bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dəyirmanlı
Dəyirmanlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Dəyirmanlı oyk. Kürdəmir r-nunun Yenikənd i.ə.v.-də kənd. Şirvan düzündədir. Oykonim "dəyirman olan yer" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1655 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Dəyirmanlı bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dəyirmantəpə
Dəyirmantəpə — Xaçmaz rayonu ərazisində qədim yaşayış yeri. Orta əsrlərə aid yaşayış yeri rayonunun Maşıoba və Çuxuroba kəndləri arasında yerləşir. Maşıoba kəndindən 500 m qərbdə yerləşən tarixi abidə. == Haqqında == Dəyirmantəpə yaşayış yeri bir-birindən 30-40 m aralı iki təpə üstündədir. Bəzən elmi ədəbiyyatda Xırmantəpə də adlandırılır. Dəyirmantəpədə arxeoloji qazıntı işləri aparılmamışdır. Orta əsrlərə aid şirli və şirsiz gil qab, kömür qırıqları, kül və heyvan sümükləri tapılıb. I Dəyirmantəpə nisbətən kiçikdir və V-VIII əsrlərə aid edilir. II Dəyirmantəpə ətrafında müdafiə məqsədli xəndək var və IX-XIV əsrlərə aid edilir. Dəyirmantəpə yaşayış yerində XIV əsrdən həyat söndükdən sonra əhali əsasən Xaçmaz yaşayış yerində məskən salmağa başlayır.
Dəyirmantəpə yaşayış yeri
Dəyirmantəpə — Xaçmaz rayonu ərazisində qədim yaşayış yeri. Orta əsrlərə aid yaşayış yeri rayonunun Maşıoba və Çuxuroba kəndləri arasında yerləşir. Maşıoba kəndindən 500 m qərbdə yerləşən tarixi abidə. == Haqqında == Dəyirmantəpə yaşayış yeri bir-birindən 30-40 m aralı iki təpə üstündədir. Bəzən elmi ədəbiyyatda Xırmantəpə də adlandırılır. Dəyirmantəpədə arxeoloji qazıntı işləri aparılmamışdır. Orta əsrlərə aid şirli və şirsiz gil qab, kömür qırıqları, kül və heyvan sümükləri tapılıb. I Dəyirmantəpə nisbətən kiçikdir və V-VIII əsrlərə aid edilir. II Dəyirmantəpə ətrafında müdafiə məqsədli xəndək var və IX-XIV əsrlərə aid edilir. Dəyirmantəpə yaşayış yerində XIV əsrdən həyat söndükdən sonra əhali əsasən Xaçmaz yaşayış yerində məskən salmağa başlayır.
Dəyirmanyanı
Dəyirmanyanı — Azərbaycan Respublikasının Laçın rayonu Mığıdərə kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Laçın rayonunun Mığıdərə inzibati ərazi vahidində olan kənd Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Dəyirmandərəsi olmuşdur. Kəndi XIX əsrdə Məlikpəyəsi kəndindən dənkanlı, imamverdiuşağı və Malxələf kəndindən ibrahimuşağı nəsillərinə mənsub ailələr Dəyirman çayının (Həkəri çayının qolu) dərəsində, köhnə dəyirmanın yanında saldıqları üçün yaşayış məntəqəsi əvvəlcə Dəyirman dərəsi, sonralar isə Dəyirmanyanı adlandırılmışdır. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Kənd 2022-ci ilin avqustunda Laçın dəhlizini əvəz edən Rusiya sülhməramlılarının nəzarətində olan Ermənistan və Dağlıq Qarabağ arasında yeni dəhlizdə yerləşir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. == Mədəniyyəti == Kəndin ərazisinə elektrik, rabitə və qaz xətləri çəkilmiş, kənddə ibtidai məktəb, kitabxana mövcud olmuşdur. == Coğrafiyası və iqlimi == Kəndin ərazisi Kiçik Qafqaz dağ massivinə mənsub olan Qarabağ vulkanik yaylasının ətəyində yerləşir.
Dəyirmanyeri yaşayış yeri
Dəyirmanyeri yaşayış yeri — Babək rayonunun Zeynəddin kəndi yaxınlığında eneolit-tunc dövrlərinə aid yaşayış yeri. == Ümumi məlumat == Bu qədim yaşayış yeri 1973-cü ildə aşkar olunmuşdur. Sahəsi 3 hektardır.Yaşayış yerində səpələnmiş halda xeyli maddi mədəniyyət qalıqları var. Mədəni təpəqənin üst hissəsi tikinti işləri zamanı dağılmışdır. Əldə olunmuş materialların əksəriyyəti gil qab nümunələrindən ibarətdir. Qabların bir hissəsi saman qarışıq palçıqdan kobud şəkildə, digərləri isə səliqəli hazırlanmışdır. Qabların üstü anqoblanmış, bəziləri şüyrələnmişdir. Tapıntılar içərisində dən daşları, həvəng və dəstələr var. Abidə eradan əvvəl 5-2-ci minilliklərə aid edilir.
Dəyirmi qurdlar
Nemathelminthes (lat. Nemathelminthes) — heyvanlar aləminə aid heyvan tipi. İlk bədənboşluqlu qurdlar da deyilir. Onların daxili orqanları protoselom adlanan ilk boşluqda yerləşmişdir. Bu boşluğun səciyyəvi xüsusiyyəti odur ki, onda xüsusi divar yoxdur. Azərbaycanda dəyirmi qurdlardan 843 növ nematod tapılıb. == Quruluşu və fiziologiyası == Dəyirmi qurdların bədəni silindrik uzunsov, buğumsuz və kirpiksiz olur. Bu orqanizmlərin 80.000-ə qədər növü var. Onlar demək olar ki, bütün ekoloji mühitlərə uyğunlaşmışdır. Bədənin uzunluğu 0.01 mm-dən (bəzi fırlanğıclar) 8.5 m-ə qədər (kaşalotun ciftində parazitlik edən ''Placentonema gigantissima'') dəyişir.
Dəyirmi qurdlar tipi
Nemathelminthes (lat. Nemathelminthes) — heyvanlar aləminə aid heyvan tipi. İlk bədənboşluqlu qurdlar da deyilir. Onların daxili orqanları protoselom adlanan ilk boşluqda yerləşmişdir. Bu boşluğun səciyyəvi xüsusiyyəti odur ki, onda xüsusi divar yoxdur. Azərbaycanda dəyirmi qurdlardan 843 növ nematod tapılıb. == Quruluşu və fiziologiyası == Dəyirmi qurdların bədəni silindrik uzunsov, buğumsuz və kirpiksiz olur. Bu orqanizmlərin 80.000-ə qədər növü var. Onlar demək olar ki, bütün ekoloji mühitlərə uyğunlaşmışdır. Bədənin uzunluğu 0.01 mm-dən (bəzi fırlanğıclar) 8.5 m-ə qədər (kaşalotun ciftində parazitlik edən ''Placentonema gigantissima'') dəyişir.
Dəyirmiağızlılar
Dəyirmiağızlılar (lat. Cyclostomata) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinifüstü. Təkamülə görə onlar balıqların davamçıları hesab olunurlar. Dəyirmiağızlılara iki dəstə daxildir: ilanbalığıkimilər və miksinkimilər. İlanvari, çılpaq, seliklə örtülü bədənləri və cüt üzgəclərinin olmaması onlar üçün səciyyəvidir. Ağız qıf şəklində, çənələr yoxdur. Hər yarımsinfin bir dəstəsi var. Xəzərdə miksinlər yoxdur. Başının hər tərəfində 7 qəlsəmə dəliyi vardır. Qələsəmələri kisə şəklindədir.