Dəyirmanlar

Dəyirmanlar (əvvəlki adı: Mixaylovka) — Azərbaycan Respublikasının Goranboy rayonunun Dəyirmanlar kənd inzibati ərazi dairəsində kənd.[2] Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Goranboy rayonunun Mixaylovka kəndi Baxçakürd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Mixaylovka kənd Soveti yaradılmışdır.[3] Azərbaycan Respublikası Milli Məclisinin 3 iyul 1998-ci il tarixli, 518-IQ saylı Qərarı ilə Goranboy rayonunun Mixaylovka kəndi Dəyirmanlar kəndi, Mixaylovka kənd inzibati ərazi vahidi Dəyirmanlar kənd inzibati ərazi vahidi adlandırılmışdır.[4]

Dəyirmanlar
40°30′ şm. e. 46°22′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 432 nəf. (2009)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ2254[1]
Xəritəni göstər/gizlə
Dəyirmanlar xəritədə
Dəyirmanlar
Dəyirmanlar

Kəndin əvvəlki adı Dəyirmanlar olmuşdur. Yaşayış məntəqəsini 1949-cu ildə Xanlar rayonundakı Mixaylovka kəndindən ayrılmış molokan ailələri saldığına görə əvvəlcə Novomixaylovka, sonralar isə Mixaylovka adlandırılmışdır. Kənddə 1950-ci illərdə Ermənistandan qanunsuz olaraq zorla köçürülmüş xeyli azərbaycanlı ailə də məskunlaşmışdır.[5]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Gəncə-Qazax düzənliyində yerləşir.

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 432 nəfər əhali yaşayır.[6]

  1. http://www.azerpost.az/?options=content&id=188.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  3. "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-21.
  4. "Azərbaycan Respublikasının Biləsuvar, Qax, Qəbələ, Yardımlı, Goranboy, Salyan, Samux, Tovuz və Şəmkir rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 3 iyul 1998-ci il tarixli, 518-IQ saylı Qərarı". 2022-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-01.
  5. Dəyirmanlar // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  6. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629