İstilik dəyişdirici
İstilik dəyişdirici — istiliyin iki və daha artıq maye və ya qaz arasında ötürülməsini təmin edən sistemdir. İstilik dəyişdiricilər həm isitmə, həm də soyutma sistemlərində istifadə olunur. İstilik dəyişdiricidəki maye və ya qaz, qarışmasının qarşını almaq üçün bərk divarla ayrıla bilər və ya birbaşa təmasda ola bilər. Onlar, məkanların qızdırılmasında, soyuducularda, hava sistemlərində, elektrik stansiyalarında, kimyəvi zavodlarda, neft emalı zavodları, təbii qaz emalı və kanalizasiya təmizlənməsi sistemlərində istifadə olunur.
İstilik dəyişdiricilərinin axın tənzimləmələrinə görə üç əsas təsnifatı var. Paralel axan istilik dəyişdiricilərində iki maye eyni anda dəyişdiriciyə daxil olur və bir-birinə paralel olaraq digər tərəfə keçir. Əks axın istilik dəyişdiricilərində mayelər əks istiqamətdən dəyişdiriciyə daxil olur. Maye və ya qazın vahid kütləsinə düşən ötürülən istilik miqdarı cəhətdən əks cərəyan dizaynı ən səmərəli dizayndır. Bu, əks axındakı istənilən iki nöqtə arasındakı orta temperatur cəminin paralel axına nisbətən daha çox olması ilə əlaqədardır. Çarpaz axını olan bir istilik dəyişdiricisində isə maye və ya qazlar bir-birinə təxminən perpendikulyar istiqamətdə hərəkət edir.