ekzotiklik
eqofoniya
OBASTAN VİKİ
Alter eqo
Alter eqo (azərb. başqa bir mən‎) — həqiqi və ya alternativ uydurma insan şəxsiyyəti. Latınca bir termin olan "alter ego" anlayışına son illərdə filmlərdə, kitablarda daha çox rast gəlinir. Alter eqo çox zaman eqo anlayışıyla qarışdırılsa da mənası çox fərqlidir. Eqo sözünün əvvəlinə artırılan "alter" ifadəsi "bir başqası" mənasını verir. Bu "Mənim içimdə bir mən var, məndən başqa" kimi izah edilə bilər. Alter eqo şəxsin öz şəxsiyyətindən fərqli olduğuna inanılan alternativ şəxs mənasına gəlir. == Yaranması == Bu termini ilk dəfə Kitiyalı Zenon işlətmişdir. "Alter eqo" adı isə XIX əsrin əvvəllərində psixoloqlar tərəfindən təsdiqləndi və geniş işlənməyə başlandı.
İd, eqo və super-eqo
İd, eqo və supereqo — Ziqmund Freydə məxsus psixikanın struktur modelini təşkil edən 3 psixi aparatdan biri. Bu üç aparatın fəallığı və qarşılıqlı əlaqəsi insanın psixi həyatını təsvir edir. Bu psixi modelə əsasən "İd" özündə bir-birinə bağlı olmayan instinktiv meylləri cəmləşdirir, "supereqo" tənqidi və nəsihət verici rol oynayır, "eqo" isə mütəşəkkil və real hissə olmaqla, "id"-in istəkləri ilə "supereqo" arasında aralıq rola malikdir. "Supereqo" insanın istədiyi hərəkəti etməsinin qarşısını almaq gücünə malidkir. Bu konsepsiya Freydin yaradıcılığının daha gec mərhələlərində yaranmış və 1920-ci ildə nəşr edilmiş əsərində müzakirə edilmişdir. İd şəxsiyyətin quruluşunun qeyri-mütəşəkkil hissəsi olmaqla, özündə insanın başlıca instiktiv meylləri ehtiva edir. İd şəxsiyyətin yeganə elementidir ki, doğuşdan etibarən mövcud olur. Bu, insanın fiziki tələbatlarının, arzu, istək və impulslarının, xüsusilə, insanın seksual və aqressiv istəklərinin mənbəyidir. İd, özündə obyektiv reallığın tələblərindən asılı olmayan instiktiv hərəkətin ilkin mənbəyi hesab edilən libidonu ehtiva edir. İd "həzz prinsipi" (hər hansı impulsun dərhal təmin edilməsinə çalışan hərəkətlərin stimullaşdırması) əsasında fəaliyyət göstərir.
İd, eqo və supereqo
İd, eqo və supereqo — Ziqmund Freydə məxsus psixikanın struktur modelini təşkil edən 3 psixi aparatdan biri. Bu üç aparatın fəallığı və qarşılıqlı əlaqəsi insanın psixi həyatını təsvir edir. Bu psixi modelə əsasən "İd" özündə bir-birinə bağlı olmayan instinktiv meylləri cəmləşdirir, "supereqo" tənqidi və nəsihət verici rol oynayır, "eqo" isə mütəşəkkil və real hissə olmaqla, "id"-in istəkləri ilə "supereqo" arasında aralıq rola malikdir. "Supereqo" insanın istədiyi hərəkəti etməsinin qarşısını almaq gücünə malidkir. Bu konsepsiya Freydin yaradıcılığının daha gec mərhələlərində yaranmış və 1920-ci ildə nəşr edilmiş əsərində müzakirə edilmişdir. İd şəxsiyyətin quruluşunun qeyri-mütəşəkkil hissəsi olmaqla, özündə insanın başlıca instiktiv meylləri ehtiva edir. İd şəxsiyyətin yeganə elementidir ki, doğuşdan etibarən mövcud olur. Bu, insanın fiziki tələbatlarının, arzu, istək və impulslarının, xüsusilə, insanın seksual və aqressiv istəklərinin mənbəyidir. İd, özündə obyektiv reallığın tələblərindən asılı olmayan instiktiv hərəkətin ilkin mənbəyi hesab edilən libidonu ehtiva edir. İd "həzz prinsipi" (hər hansı impulsun dərhal təmin edilməsinə çalışan hərəkətlərin stimullaşdırması) əsasında fəaliyyət göstərir.
Bənövşəyi-göy eqonixon
Buglossoides purpurocaerulea (lat. Buglossoides purpurocaerulea) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin buglossoides cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 30-50 sm, gövdəsi düz, çiçəkli vəmeyvə verməyən olub, nahamar-tükcüklü, sadə və ya yuxarı hissədə az budaqlanmış, dahasonra əyilmiş və yaxud sərilmiş, sıx yarpaqlaörtülmüş çoxillik ot bitkisidir. Yarpaqları oturaq, neştərvari, tamkənarlı, sivri və ya aşağı hissədə yerləşənlər kütdür, uzunluğu 2-4 sm-dir, hər iki tərəfdən basıq və seyrək tüklüdür, bir ədəd orta damarı nəzərə çarpandır, alt tərəfdə daha açıqdır. Qıvrımları çoxçiçəkli deyildir. Tacın uzunluğu 15 mm-dir, bənövşəyi-göy rəngdədir, açılan zaman qırmızımtıl, kasacıqdan iki dəfə uzundur. Çiçəkləməsi May ayına təsadüf edir. Fındıqcalar 4-5 mm uzunluqdadır, dəyirmi-yumurtaşəkillidir, küttəhərdir, ağ rəngdədir, hamar və parlaqdır.Meyvə verməsi iyun ayına təsadüf edir. == Azərbaycanda yayılması == Azərbaycanın bütün rayonlarında, (Naxçıvandan başqa) meşəli rayonlarda. Ovalıqdan orta dağ qurşağına qədər.
Eqoizm
Eqoizm (lat. ego - mən) — insanın cəmiyyətə və digər insanlara münasibəti baxışından səciyyələndirən həyat prinsipi və əxlaqi keyfiyyət. Eqoist insan öz davranışında yalnız özünün mənafeyini əsas tutur, cəmiyyətin və ətrafdakıların mənafeyi ilə hesablaşmır. Eqoizm fərdiyyətçiliyin təzahür formalarından biridir. Eqoizm xüsusi mülkiyyətçilik münasibətləri üçün daha səciyyəvidir. Əxlaqi keyfiyyət kimi eqoizm bəşəriyyətin əxlaqi şüuru tarixində adətən mənfi qiymətləndirilmiş, lakin mübarizə dövründə hər bir fərdin xoşbəxtliyə səy göstərmə hüququnun əsaslandırılmasında müəyyən rol oynamışdır.
Eqon Şile
Eqon Şile (alm. Egon Schiele‎; 12 iyun 1890[…] – 31 oktyabr 1918[…], Vyana, Avstriya-Macarıstan) — Avstriya rəssamı. == Həyatı == Eqon Şile 12 iyun 1890-cı ildə anadan olmuşdu. Ekspressionist Eqon Şile XX əsrin məşhur rəssamı olub. O da seksual təsvirlərlə xeyli məşhurluq qazanıb. Bildirilir ki, o, 17 yaşlı modellə birlikdə həbs olunub. Şile erotikaya baş vuran ilk rəssamlardan biri olub. Eqon Şile 31 oktyabr 1918-ci ildə Vyanada vəfat edib.
Eqonun aşılması
Eqonun aşılması (fra. : La Transcendance de l'ego) 1934-cü ildə filosof Jan-Pol Sartr tərəfindən yazılmış və 1936-cı ildə nəşr edilmiş fəlsəfi və fenomenologi essedir. Bu keçid Sartrın 1939-cu ildəki hərbi xidmətindən sonra daha aydın görünür, burada biz dünyada olmaya daha çox rəğbətlə baxırıq, bu mövzu onun 1943-cü ildəki işində daha ətraflı şəkildə işlənir. Bu esse Sartrın fenomenologiya və ontologiyanın tədqiqi və hibridləşməsinə başlayır. Essenin əsası Husserlin "nəzərdə tutulan obyektlərin" (göründüyü kimi) təsvirinin öz-özlüyündə təsvir edildiyini dərhal qiymətləndirmək, həm də mənliyi şüurun maddi deyil, "dünyada" kimi müşahidə etməkdir. Sartr üçün eqonu şüur üçün bir obyekt kimi təsvir etmək daha məqsədəuyğun idi.
Eqosentrizm
Eqosentrizm (lat. ego — "mən", centrum — "mərkəz") — fərdin öz nəzər nöqtəsindən başqa hər hansı digər fikri qəbul etməməsi. Eqosentriklər özlərini və öz şəxsi fikirlərini və ya maraqlarını daha əhəmiyyətli və etibarlı hesab edirlər. Eqosentrik insanlar başqalarının fikirlərini, reallığın onların qəbul edə biləcəyindən fərqli olduğunu tam başa düşə və ya qəbul edə bilmirlər. Bu termin psixologiya elminə Jan Piaje tərəfindən, 8-10 yaşınadək uşaqlara xas olan düşüncə tərzini təsvir etmək üçün gətirilmişdir. Müxtəlif səbəblərdən bu cür düşüncə tərzi yaşlı adamlarda da qorunub saxlana bilər. Eqosentrizm və narsissizm fərqli anlayışlardır.
Orta Eqorlık çayı
Orta Eqorlık çayı — Rusiya Federasiyasının Rostov vilayəti ərazisindən axan çay. Əmtə çayı Qərbi Manıç çayının sol qolunu təşkil edir. Çayın uzunluğu 129 km, hövzəsinin sahəsi isə 2358 km² təşkil edir. İllik su sərfiyyatı 0,7 m³/s təşkil edir. İlin bir necə ayı tamamən quruyur. Üzərində çoxlu sayda su tutarı vardır. Çay sistemi: Orta Eqorlık çayı → Qərbi Manıç çayı → Don. Yuxarı axarlarında elə də dərin olmayam yataqla axır. Aşağı axarlarda isə yatağı genişlənir. Kumo-Manıç çökəkliyi ilə axaraq Proletarskoe su anbarına tökülür.
Eqoist anarxizm
Anarxo-eqoizm fərdi anarxizmin təsirli formasıdır. Fərdiyyətçi anarxizmin ən qədim tanınmış müdafiəçilərindən biri olan Maks Ştirnerin 1844-cü ildə yazdığı Uniqueness and Property" əsəri anarxo-eqoist fəlsəfəsinin əsas mətnidir. Onun fikrincə, Allahı, dövləti, əxlaqi qaydaları və cəmiyyəti nəzərə almadan istədiyi kimi hərəkət edən şəxsin cəmiyyət üzvləri qarşısında heç bir məsuliyyəti yoxdur. Ştirnerə görə hüquqlar insan şüurunda qorxudur və cəmiyyət deyə bir şey əslində mövcud deyil; "Fərdlər onun reallığıdır." O, mülkiyyəti hüquqlara deyil, gücə və gücə malik olan varlıqlar kimi görür. Stirner eqoistlərin birliyini insanları bir araya gətirəcək bir təşkilat modeli olaraq görür.
Eqotizm
Eqoizm (ing. egotism - özünəsevgi; yun. εγώ - mən sözündəndir) — geştaltpsixologiya termini olub, insanın özü haqqında şişirdilmiş fikrini, şəxsiyyətinin mənasını şişirdilmiş hissini ifadə edir. == Xarakteristikası == Eqotizm özünün əlverişli görünüşünü saxlamaq və yaxşılaşdırmaq üsuludur və adətən insanın şəxsiyyət xüsusiyyətləri, özünə dəyər verməsi haqqında şişirdilmiş rəyi ehtiva edir. Eqotizm tez-tez insanın intellektual, fiziki və sosial qabiliyyətlərinə şişirdilmiş baxışı ehtiva edir. İnsan adətən özünün əhəmiyyətini hədsiz dərəcədə hiss edir. Eqotizm insanın özünün müəyyən etdiyi şərtlərdən başqa hər hansı digər şəraitdə başqalarına, o cümlədən yaxınlarına və ya əzizlərinə əhəmiyyət vermədən, özünü dünyanın mərkəzində yerləşdirməyə meyli deməkdir. Eqotizm “özünəməftunluq” və ya narsissizmlə sıx bağlıdır – həqiqətən də bəziləri eqotizmi sosial narsissizmlə müqayisə edirlər. Eqotistlər özləri haqqında özlərini tərif edən üslubda danışmağa güclü meyllidirlər və onlar həm də şişirdilmiş öz əhəmiyyəti hissi ilə təkəbbürlü və lovğa ola bilərlər. Eqotist, başqalarına verdiyindən daha çox şey əldə etmək üçün hərəkət edən bir insandır.